luğu müxtəlif inkişaf səviyyəsinə malik olduğu kımı, kitabxanaların
inkişaf səviyyəsi də müxtəlifdir. Cəmiyyət necədirsə, onun kitabxa
naları da özünəməxsusdur.
u
kitabxanalar İnternet kompüter şəbəkəsi vasitəsilə heç bir
sıyası, dini, milli məhdudiyyətlər tanımayaraq,
ölkələrin
coğraii sərhədlərini aşaraq öz informasiya xidmətlərini
oxuculara bilavasitə yaşadıqları və işlədikləri yerlərdə
təqdim edərək, cəmiyyət üzvlərinin mənəvi aləminə,
təfəkkür tərzinə, əxlaqına, psixologiyasına daha çox nüfuz
etmək imkanına malikdirlər.
§1.2. Kitabxanaların kompüterləşdirilməsinin
əhəmiyyəti və əsas prinsipləri
Kompüter-telekommunikasiya texnologiyasının ya
ranması və sürətli inkişafı cəmiyyət həyatında köklü dəyi
şikliklərə səbəb olaraq cəmiyyətin sosial institutlarının in
kişafını zəruri edən yeni sosial sifarişlər doğurur.
Bu so
sial sifarişlərdən biri də kitabxanalann kornpüterləşdiril-
məsidir.
Kitabxanaların kompüterləşdirilməsi bəzi şəxslərin
hesab etdiyi kimi kitabxanalann kompüter texnikası ilə
təchiz olunması və bu qiymətli avadanlıqlardan yalnız
kargüzarlıq fəaliyyətində və Internet xidmətindən istifadə
etmək üçün istifadə olunması deyil. Kitabxanalann kom
püterləşdirilməsi kitabxanaların avtomatlaşdınlmasmın tər
kib hissəsi olub, kitabxanalarda yerinə yetirilən mürəkkəb,
bır-birilə əlaqəli texnoloji proseslərin informasiya-tele
kommunikasiya texnologiyaları əsasında avtomatlaşdırılma-
sıdır.
Kitabxana proseslərinin
kompüterləşdirilməsinə dair
tədqiqat işlərinə X X əsrin 50-cı illərindən başlanılmışdır.
Lakin bu işlərin kitabxanalarda tətbiq edilməsi, müvafiq
i$
texniki təminatsızlıq üzündən yalnız 70-ci illərdə ınunıkun
olmuşdur. Belə ki, həmin müddətdə istifadə olunan kom
püterlər böyük həcmli olub, istifadəsi mürəkkəb, çoxsaylı
xidmət heyəti tələb edən, həddən artıq bahalı qurğular
idi. Bu
keyfiyyətlər isə onlann kitabxanalarda istifadəsini
qeyri-rentabelli edirdi. Yalnız fərdi kompüterlərin istehsalı,
şəbəkə texnologiyasının meydana gəlməsi kitabxanaların
kompüterləşdirilməsini elmi və iqtisadi cəhətdən əlvenşli
etdi. Kitabxanalann kompüterləşdirilməsinə ilk dələ A B $ -
ın Konqres kitabxanasında, sonradan isə qeyd olunan öl
kənin akademik kitabxanalarında başlandı. Kompülerləs-
dirmənin əhəmiyyəti və perspektivliyi qısa m üddətdə
özünü təsdiq etdi və bu gün o, müasir kitabxanaların
yaradılması üçün əsas şərtlərdən biri hesab olunur.
Kompüter informasiya texnologiyasının sürətli inki
şafı kitabxanaların kompüterləşdirilməsinin kəmiyyət və
keyfiyyət
səviyyəsinin yüksəlməsini təmin edir. Məsələn,
əvvəllər əsasən komputerləşmənin lokal məsələləri həll
olunurdusa, İnternetin yaranması və inkişafı nəticəsində
bu gün oxuculara uzaq məsaiədən on-line xidmət, kitab-
xanalararası elektron sənəd göndərişi
və s.
xidmətlər
yerinə yetirilir, korporativ kitabxana-informasiya
şəbəkə
ləri. virtual elektron kitabxanalar yaradılır. Bunların n ə
ticəsində bir sıra kitabxanalar artıq öz sosial funksiyalarını
genişləndirərək, lıəm də analitik-informasiya mərkəzlərinə
çevrilmişdir.
Kitabxananın kompüterləşdirilməsi yüksək ixtisaslı
kitabxanaçıların, informasiya ınütəxəsisslərinin birgə əməyi
və düzgün ləşkilati işlər nəticəsində yermə yetınlən.
müəyyən vaxt və maliyyə vəsaiti tələb edən
bir proses
16
dir. A B Ş , Kanada və Qərbi Avropa ölkələrində kitabxa-
• naların kompülerləşdirilməsi təcrübəsinə əsaslanaraq kitab
xanaların
kompüterləşdirilməsi
üçün
aşağıdakı
baza
prinsipləri qeyd etmək olar1:
1. Kitabxananın kompüterləşdirilməsi ayrı-ayn şəxslə
rin təsəbbüsü əsasında deyil, cəmiyyətin sosial sifarişi
əsasında yerinə yetirilməlidir.
2. Kompüterləşdirmə
kompleks
səkildə
və
informasiyanın, kompüter-telekommunikasiya avadanlıqla
rının və proqram məhsullarının tez “köhnəlməsi” səbəbin
dən sürətlə aparılmalıdır. Bunun üçün müvafiq maddi və
insan resursları cəlb edilməlidir.
3. Kompüterləşdirməyə başlamazdan əvvəl geniş ma
ariflənmə işi* aparılmalı, kompüterləsmənin zəruriliyi əsas
landırılmalıdır. Bununla, kompüterləşmə əvvəl kitabxanada
müşahidə olunan psixoloji baryer (işçilərin ixtisarı, lazım
sız olması və s.) aradan götürülməlidir.
4.
Kitabxananın kompüterləşdirilməsinə kitabxananın
Texniki sənədinin hazırlanmasından başlanılmalıdır. lex -
niki sənəd kitabxananın kompüterləşdirilməsinin pasportu
olub, çox «savadlı» hazırlanmalıdır. Texniki sənəddə ki
tabxananın kompüterləşdirilməsinin hansı zərurətdən ya
randığı əsaslandırılmalı və bu kompüterləşdirmədən nə
gözlənildiyi öz əksini tapmalıdır.
I exniki sənəd xüsusi
komissiya tərəfindən hazırlanır. Həmin komissiyanın sədri
müəssisənin rəhbəri və ya onun həvalə etdiyi məsul şəx
sdir.
Komissiyada
informasiya
mütəxəssisinin
iştirakı
‘Bu prinsiplər 1971-ci ildə kitabxana-informasiya sahəsində dünya
da aparıcı mütəxəssislərdən hesab olunan X.X.Bernşteyn tərəfindən
irəli sürülmüşdür.
vacibdir. Sənədə lıəmcinin kitabxananın struktur sxemi,
vəzifə göstəriciləri və təlimatları əlavə olunmalıdır. Sənəc
yuxan təşkilatla (nazirlik), kompüteriəşdirilməni maliyyə
ləşdirən donor və ya sponsor təşkilatlarla razılaşdırılmalı
dır.
Bu sənəddə kitabxana haqqında tam məlumat:
strukturu, idarə olunması, kadr potensialı, fondu, oxucu
kontingenti, xidmət növləri, texniki və informasiya təchi
zatı, maliyyə mənbələri, kitabxanalararası və beynəlxalq,
kitabxana təşkilatları ilə əlaqələri, statistik göstəncıİən,
avtomatlaşdırmanın məqsədi və əhəmiyyəti, kitabxananın
texniki-informasiya tələbatı əksini tapmalıdır. Sənəd h a
zırlanarkən, dərin təhlil aparılmalı, kitabxanaların avto
matlaşdırma təcrübəsi, kitabxana-informasiya texnologiyası
sahəsində qabaqcıl nəzəri və praktiki biliklər öyrənilməli,
kitabxananın heç olmasa gələcək 10 illik inkişaf perspek
tivləri və s. nəzərə alınmalıdır.
3. I exniki sənəd əsasında Kitabxananın kompüter
ləşdirilməsi
layihəsi
hazırlanmalıdır1.
Kitabxananın
kompüterləşdirilməsi layihəsi kompüter-informasiya texno
logiyası mütəxəssisləri tərəfindən hazırlanır. Layihənin pn-
ampula hissəsi layihə qabağı tədqiqatdan ibarətdir. Bu
hissə texniki sənəd əsasında hazırlanır və kitabxanada
tətbiq olunan texnologiyanın təhlilindən, kəmiyyət göstə
ricilərindən ibarətdir. Bundan sonra layihədə kitabxananı
kompüterləşdirmək üçün tələb olunan işlərin siyahısının
əsaslandırılması öz əksini tapır. Layihədə mütləq 2 vacib
komponent-kompüterləşdirmənin
Texniki və proqram /ə-
minalı xüsusi bölmələrdə öz əksini tapmalıdır. Layihənin
'Layihənin rəhbəri və yerinə yetirilməsinə məsul şəxs kitabxana
direktorudur.
IS
Texniki təminat bölməsində
kitabxananın kompüterləşdi-
• riiməsi üçün zəruri olan texniki qurğular və vasitələrə:
kompüter, şəbəkə-kommunikasiya, elektrik, mühafizə və s.
avadanlıqlarına, rabitə xətləri və kanallarına tələbat
şərh
olunmalı və əsaslandırılmalıdır. Bu bölmədə həmçinin
quraşdırılacaq avadanlıqların, rabitə vasitələrinin texniki
göstəriciləri, onları satan ən azı üç firmanın qiymətlər si
yahısı, yerləşmə və quraşdırma sxemləri öz əksini tapma
lıdır.
Layihənin Proqram təminatı bölməsində istifadə
olunacaq proqram təminatı, onun funksiyaları şərh olun
malıdır.
Proqram təminatının seçilməsi
üçün kompüter-
informasiya texnologiyası bazannda mövcud proqram tə
minatı təhlil olunmalı və onun içərisindən ən optimalı se
çilməlidir. Müasir dövrdə kompüterləşmənin kompüter-
informasiya texnologiyası sürətlə inkişaf etdiyindən və tez
«texniki baxımdan qocaldığından» proqram təminatının
seçilməsi həddən artıq məsuliyyətli bir işdir və o, yüksək
ixtisaslı mütəxəssislər tərəfindən yerinə yetirilməlidir.
6. Maliyyə-smeta sənədlərinin hazırlanması. Maliyyə-
smeta sənədləri konkret işə uyğun olaraq və layihədə təs
diq olunmuş iş qrafikinə əsasən hazırlanır. Bu sənədlər
layihənin rəhbəri tərəfindən maliyyələşdirici təşkilata gön
dərilir və müvafiq maliyyənin vaxtında ayrılması üçün
bütün vasitələrdən istifadə olunur.
7. Layihə qabağı işlərin görülməsi.
Bu maliyyə və
saitinin ayrılmasını, avadanlıqların alınmasını və texniki
quraşdırma işlərinin görülməsini, müvafiq kadrlann hazır
lanmasını nəzərdə tutur. Kadrlann hazırlanması məsələsi
ən önəmli bir məsələdir. Avtomatlaşdırma istər informati
19
kam, istərsə də müasir kitabxana işini yüksək səviyyədə
bilməyi tələb edir. Bu məqsədlə yeni gənc kadrlann,
artıq avtomatlaşmış kitabxanalarda təcrübə keçmiş kitab-
xanaçılann cəlb olunması, hazırlıq kurslannın yaradılınası
tələb olunur. Avtomatlaşdırma
ilə bağlı
kitabxanada
struktur dəyişikliklərin aparılması zəruridir. Belə ki, avto
matlaşdırma yorucu və uzunmüddətli insan əməyindən
imtina etməyə* bir neçə şöbənin işinin bir Avtomatlaşmış
İşçi Yeri vasitəsilə görülməsinə şərait yaratdığından, ki
tabxana informasiya-kompüter şəbəkəsinə xidmət zərurəti
struktur islahatlarının aparılmasını diktə edir.
8.
Layihənin yerinə yetirilməsi. Layihənin yerinə ye
tirilməsi böyük zəhmət, xərc və müəyyən vaxt tələb et
diyindən ilk öncə istiqamətlər seçilməlidir. Kompülerləş-
mənin əsas məqsədi oxucuların informasiya tələbatım
coğrafi uzaqlıqdan asılı olmayaraq, operativ və tam
ödəmək olduğundan prioritet istiqamət olaraq aşağıdakıları
qəbul etmək olar:
• Ənənəvi kitabxana texnoloji proseslərinin ko m p ü
teri əşdiril məsi. Bu istiqamətdə işlər
ağır və yorucu
kitabxanaçı əməyini yüngülləşdirmək, əmək məhsuldar
lığını və effektivliyini yüksəltmək, informasiya məhsullarım,
xidmət növlərini keyfiyyət və kəmiyyət baxımından artır
maq, kitabxana fondunun etibarlı sürətdə mühafizəsi və
bu fonddan daha geniş oxucu kontingentinin səmərəli
istifadəsini təmin edir.
Ənənəvi texnoloji prosesləri kom-
püterləşdirməldə kitabxanaçı əməyinin korporasiyasına nail
olmaq, bununla da kitabxanada görülən bir sıra islərin
təkrar
görülməsinin
qarşısını
almaq
olar.
Həmçinin
görülən işlərin keyfiyyətinə mərkəzləşmiş və qarşılıqlı
20
nəzarət
təmin
olunur,
kollektiv
əmək
mədəniyyəti
formalaşır. Bunun nəticəsində də is vaxtından və kadr
ehtiyatlarından
səmərəli
istifadə
etmək,
maliyyə
vəsaitlərinə
qənaət
etmək
mümkün
olur.
Kitabxana
proseslənnin
kompüterləşməsi
həmçinin
«ədəbiyyatın
hərəkətinə» nəzarət etməyə, kitabların fonda vaxtında
qaytarılmasına və bununla ondan səmərəli istifadəni təmin
edir.
• Elektron kataloqun yaradılması. Elektron kataloq
kitabxana fondunun «güzgüsüdür». Elektron kataloq va
sitəsilə oxuculara uzaq məsafədən operativ informasiya
xidməti,
fondun idarə olunması həyata keçirilir. K itab
xananın
İnternetdə
yerləşdirilmiş
Elektron
kataloqu
dünyanın
istənilən^ nöqtəsindən oxucuya
kitabxananın
fondu ilə tanış olmağa, çoxaspektli axtanş vasitələri ilə
ədəbiyyat axtarışını aparmağa və tapılmış ədəbiyyatı sifa
riş etməyə, ədəbiyyatın elektron nüsxəsi olduqda isə onu
əldə etməyə imkan verir. Ənənəvi kataloqdan fərqli ola
raq elektron kataloq oxucuya axtanlan ədəbiyyat haq
qında geniş məlumat — ədəbiyyatın
nüsxələrinin sayı,
istifadə üçün «azad» nüsxələrin sayı,
cari anda fondda
olmayan nüsxələrin vəziyyəti, kimdə olması, nə vaxt
qaytarılacağı və s.
informasiyalar verir. Elektron kataloq
biblioqrafik informasiya bazasının daha etibarlı qorunma
sını təmin edir və oxucunun onu xarab etməsi praktiki
olaraq qeyri-mümkündür. Lakin ənənəvi kataloqda təəssüf
ki. biblioqrafik informasiya daşıyıcıları olan kartoçkalann
itməsinə,
istifadə
nəticəsində
«oxunmaz»
vəziyyətə
düşməsinə hələ də rast gəlmək olur. Digər tərəfdən çox-
minlı ənənəvi kataloqda kartoçkamn itməsi faktının aşkar
olması üçün müəyyən vaxt lazım gəlir və bəzən də bu
mümkün olmur. Elektron kataloq kitabxanalararası bıblio-
qrafijt informasiya mübadiləsini təmin edir. Bunun üçün
biblioqrafik məlumatlar bazası beynəlxalq nıasınla oxunan
formatlar əsasında yaradılmalıdır. Elektron kataloq həmçi
nin hər bir kitabxananın «imicini» formalaşdırır. K itabxa
nanın yüksək nüfuza və reytinqə malik olması üçün elek
tron kataloq zəngin məlumat bazasına və mükəmməl ax
tanş aparatına malik olmalıdır. M əhz bununla kitabxana
coğrafi uzaqlıqdan asılı olmayaraq
özünə dünyanın istə
nilən ölkəsində oxucu cəlb edərək xidmət göstərə bilər.
• Elektron sənəd mübadiləsi xidmətinin təşkili; Bu
xidmət oxucu sifarişini uzaq məsafədən yerinə yetirmək,
kitabxanalararası elektron sənəd mübadiləsini təmin edir.
Elektron sənəd göıidərişi «ödənişli» xidmətdir.
K itabxa
nada düzgün menecment və marketinq siyasəti aparılarsa,
bu xidmət nəticəsində kitabxana əlavə gəlir əldə edə b i
lər. Bundan basqa bu xidmət kitabxana fondunun komp-
lektləşdirmə qıtlığının qarşısını qismən də olsa ala bilər.
• Elektron
kitabxanalann
yaradılması.
Elektron
kitabxanalar
müasir dövrün əsas tələbi olub, cəmiyyətin
informasiyalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Bu səbəbdən elektron kitabxanalann təşkili hər ölkənin
informasiya siyasətinin tərkib hissəsinə çevrilmişdir E lek
tron kitabxanalar infonnasiya mübadiləsi sistemlannin.
virtual informasiya mühitinin yaradılmasına, distan təhsilin
inkişafına, cəmiyyətin peşə və ümumi mədəniyyət sə
viyyəsinin artmasına xidmət edir. O nun vasitəsilə oxucular
dünyanın istənilən nöqtəsindən 24 saat müddətində kitab
xananın informasiya ehtiyatından istifadə edə bilirlər.
_________________________________________________________ 21
Q eyd edək ki, kitabxananın kompüterləşməsi za
manı
inzibati-amiranə idarəetmə üsulu yolverilməzdir.
Kompüterləsdirmə kitabxanada müasir idarəetmə üsulları
nın tətbiqini, işçilər üçün müvafiq iş şəraitinin təşkilini,
stimullasdırmanı. düzgün menecment və marketinq siya
sətinin həyata keçirilməsini tələb edir. Kompüterləşməyə
cəlb olunan bütün əməkdaşlar kompüterləsdirmənin əhə
miyyətini və məsuliyyətini dərk etməlidir. Kitabxananın
kompüterləşdirilməsi kollektiv əmək tələb etdiyindən və
informasiyanın dəqiqliyinin zəruri olduğundan iscilər ara
sında sağlam və qarşılıqlı hörmətə əsaslanan münasibətlər
formalaşmalıdır. Bu tələbata cavab verməyən işçilər isdən,
xüsusilə də informasiya təminatı işindən uzaqlaşdırılmalı
dır. Layihə yerine yetirilərkən hər bir şəxsin konkret və
zifələri müəyyən edilməli və bu vəzifələrin konkret vaxtda
yerinə yetirilməsi təmin olunmalıdır. Bu işə xüsusi nəzarət
olmalı, bu və ya digər səbəbdən vəzifələr yerinə yetiril
mədikdə həmin vəzifələr başqalarına həvalə olunmalıdır
(müvəqqəti və uzun müddətli). Buna görə işçilərin «daha
geniş» ixtisaslaşmaya sahib olmasına xüsusi fikir verilmə
lidir. Kompüterləşdirmənin müsbət nəticələnməsi üçün
nizam-intizama əməl olunmasına xüsusi fikir verilməlidir.
§ 1 .3 .
Kitabxanaların kompüterləşdirilməsinin
proqram-texniki təminatı
Kitabxanaların
kompüterləşməsi
yüksək
ixtisaslı
kıtabxanaçılann və kompüter texnologiyası mütəxəssisləri
nin birgə əməyini tələb edən mürəkkəb bir texnoloji
prosesdir. Bu proses texniki-proqram təminatı əsasında
23
həyata keçirilir. Texniki-proqram təminatı kitabxanaların
kompüterləşdirilməsinin baza komponentidir. Kom püter-
ləşdifmə
layihəsinin uğurla nəticələnməsi məhz texniki-
proqram təminatının düzgün seçilməsindən və qurasdm l-
masından asılıdır.
Kitabxanada yerinə yetirilən əsas texnoloji proses
lər kollektiv əmək tələb etdiyindən bu prosesləri kompü-
terləşdirmək üçün ilk öncə lokal kompüter şəbəkəsi yara
dılmalıdır1. Kompüterləsdirmə layihəsini yerinə yetirmək
üçün kitabxanalarda lokal kompüter şəbəkəsinin yaradıl
ması
zəruridir.
Lokal
kompüter
şəbəkəsi
kitabxana
daxilində
şəbəkə
ehtiyatlarından2
birgə
istifadəni
və
kompüterlər arasında operativ informasiya mübadiləsini
təmin
edir.
İnformasiya
mübadiləsi
standart
şəbəkə
protokolları əsasında həyata keçirilir3. Kitabxanada lokal
kompüter şəbəkəsinin yaradılması üçün aşağıdakı minimal
texniki təminat tələb olunur:
-kompüterlər;
-kabellər;
-şəbəkə kartı;
-kommunikasiya qurğulan.
Şəbəkədə istifadə olunan kompüterlər
işçi stansiya və
server funksiyasını yerinə yetirir. Server fasiləsiz işləməli
1 Lokal kompüter şəbəkəsi yalnız kitabxana daxilində fəaliyyət
göstərir və rabitə vasitələrilə bir-birilə əlaqələndirilmiş kompüter və
periferya qurğular sistemindən ibarətdir.
2 Şəbəkə ehtiyatlan dedikdə
informasiya ehtiyatı, proqram və
əlavələr, periferiya qurğulan nəzərdə tutulur.
J Protokol şəbəkədə informasiya mübadiləsinin necə apankuağmı
müəyyənləşdirən qaydalar ardıcıllığıdır.
24
olduğundan server funksiyasım yüksək texniki göstəricili
kompüterlər yerinə yetirir. Server şəbəkənin işlənməsinə
nəzarət, montorinq və informasiyanın qorunması funksiya
ların» həyata keçirir.
Şəbəkədə bir və ya bir neçə ser
ver ola bilər. Məsələn, şəbəkədə fayl serverlə yanaşı
kommunikasiya, məlumatlar bazası, elektron poçt, W eb,
F T P serverlər və s. ola bilər, işçi stansiyalar bu və ya
digər xüsusiyyətlərinə görə isçi qruplarda birləşirlər. H ər
bır isçi qrup serverdə qeydiyyatdan keçir. Bu isə infor
masiya ehtiyatlarının axtarılmasını və qorunmasını asan
laşdırır.
Şəbəkədə kompüter və periferya avadanlıqları ara
sında informasiya əlaqəsi əsasən
kabel vasitəsilə həyata
keçirilir. Şəbəkədə istifadə olunan kabelləri üç böyük
qrupa bölmək olar:
1. Koaksial (coaxial);
2. iki cütlük (twisted pair);
3. Optik lifli.
Koaksial kabellərdə siqnal polivinilxlorid və ya tef
lon izolyasiyalı mis naqil boyu ötürülür. Siqnalın zəiflə
məsinə səbəb olan elektromaqnit dalğalann təsirini aradan
qaldırmaq üçün ötürücü mis naqil torşəkilli qoruyucu ilə
əhatə olunmuşdur. İki tip koaksial kabellər istehsal edilir
(sək. 1).
1. Nazik;
2. Qalın.
Şək. 1.
25
Nazik koaksial kabellər 0,5 sm qalınlığa malik olub
siqnalı 185 m məsafəyə sönmədən, maneəsiz ötürməyə
qadirdir, elastik olduğu üçün montaj ücün rahatdır və
praktiki olaraq bütün növ şəbəkələr üçün yararlıdır.
B N C . B N C T konnektorları vasitəsilə şəbəkə kartına
qoşulur (şək. 2).
T konnektor
Şək. 2.
■*
Qalın koaksial kabellər 1 sm diametrə malikdirlər
və siqnalı daha uzaq məsafəyə -
500
m məsafəyə ötürə
bilir. O ndan əsasən nazik koaksial kabellər əsasında y a
radılmış bir neçə kiçik şəbəkələri birləşdirən əsas kabel -
magistral kabel kimi istifadə olunur. Magistral kabelə
qoşulmaq üçün xüsusi transiverdən istifadə olunur. 1 ran
siver iti «dişlərə» malik konnektorla təchiz olunmuşdur ki.
məhz bu dişlər kabelin izolyasiyasma daxil olaraq ötürücü
naqillə birbaşa əlaqəyə girir. 1 ransiver şəbəkə kartının
A U I portuna transiver kabeli vasitəsilə qoşulur (sək M
26
Transiver
Konnektor
Sək. 3.
İki cütlük izolyasiyalı və bir-birinə dolaşmış
mis
naqillər cütündən ibarətdir. İki tip: ekranlaşmış (SS Г Р )
və ekransız ( U T P ) kabellər istehsal olunur (şək. 4).
у
Şək. 4.
Ekran qoruyucu rolu oynayır və siqnalı nisbətən uzaq
məsafəyə ötürməyə zəmin yaradır. Kabel şəbəkə kartına,
konsetratora
RJ - 45 tipli konnektorlar (şək. 5) vasitə
silə qoşulur.
Şək. 5.
27
O ptik lifli kabellərdə informasiya optik lif boyunca
modullaşmış işıq impulsu şəklində yayılır. Bu kabellər
böyük həcmli informasiyanı çox böyük sürətlə və etibarlı
surətdə ötürə bilir. O ptik lif - nazik şüşə silindrdən ib a
rət olub, qoruyucu şüşə örtüklə əhatə olunmuşdur. H ər
bir optik lif informasiyanı yalnız bir istiqamətdə ötürməyə
qadirdir. O na görə optik-lifli kabellər xüsusi konnektor-
larla təchiz olunmuş iki optik lifdən ibarət olur. Kabel
informasiyanı 100 M b it/s sürətlə ötürür.
Şəbəkə kartı kompüter və şəbəkə kabeli arasında
interfeys rolu oynayır və aşağıdakı funksiyaları yerinə y e
tirir:
1. İnformasiyanın ötürülməsinə hazırlıq;
2. İnformasiyanın ötürülməsi;
3. İnformasiya axınının idarə olunması.
Məlumdur ki, informasiya kompüterdə ikilik say
sistemində kodlaşmış - bitləşmiş formada saxlanılır və şin
vasitəsilə paralel olaraq kompüterin daxili qurğulanna,
məsələn: mikroprosessora, operativ yaddaşa və s. ötürülür.
Kabel informasiyanı yalnız ardıcıl ötürmə qabiliyyətinə
malik olduğundan informasiyanın ötürülməsinə hazırlıq
mərhələsində kart ilk növbədə ötürüləcək informasiyanı
paralel formadan ardıcıl formaya çevirir. Sonrakı mərhə
lədə kart informasiya qəbul edəcək kompüterin şəbəkə
kartı ilə "əlaqə" yaradaraq ona aşağıdakı məlumatları çat
dırır:
• Ötürüləcək
informasiya
bloklarının
maksimal
ölçüsünü;
• informasiyanın həcmini;
• informasiya bloklarının ötürmə intervalını;
2$
• ləsdiqedici intervals
• Ö türm ə sürətini.
Bundan sonra informasiya elektrik və ya optik siqnalına
çevrilir və informasiya kabeli vasitəsilə şəbəkənin digər
kompüterinə ötürülür.
H ər bir şəbəkə kartı unikal ünvana və parametrlərə
malik olur. Şəbəkədə hər bir kart bu haqda qarşılıqlı
məlumata malik olur və öz parametrlərini digər şəbəkə
kartının parametrinə müvafiq uyğunlaşdırma qabiliyyətinə
malikdirlər. Məsələn, şəbəkədə yüksək sürətli kart infor
masiya mübadilə sürətini digər kartın sürətinə uyğunlaşdı
rır.
İnformasiya mübadiləsində şəbəkə kartı mühüm rol
oynadığından şəbəkənin fəaliyyəti, sürəti şəbəkə kartının
seçilməsindən, düzgün quraşdırılmasından və ona uyğun
proqram modullarından (məsələn, drayverindən) çox ası
lıdır. Kart ilk növbədə kompüterin arxitekturasına və ona
qoşulacaq kabelə uyğun olmalıdır. Qeyd edək ki, «sim-
siz»
lokal şəbəkələrdə xüsusi növ şəbəkə kartından isti
fadə olunur. Bu şəbəkə kartları siqnal ötürücü və qəbule-
dici antenaya malik olurlar.
Kommunikasiya avadanlığı olaraq əsasən konsen-
tratorlardan istifadə olunur. Konsentratorlar passiv və ak
tiv olur.
Aktiv konsentrator-xab (Hub) qurğusu siqnalı
qəbul edib gücləndirir (şək. 6).
Şək. 6.
29
X ablann əsas texniki xarakteristikaları portlarm sayı, siq
nalı ötürmə sürəti və
kommutatsiya alqorimidir. X ablar-
dan əsasən ulduz topologiyalı şəbəkələrə yeni işçi stansiy
aları qoşmaq,
işçi stansiyalar və server arasında məsafə
böyük olduqda kabel seqmentlərini «birləşdirmək» üçün
istifadə olunur’. X ablardan əlavə daha yüksək texniki pa-
rametrli qurğulardan-kommulatorlardan
(switch) istifadə
etmək olar. Kammutatorlar «intellektual» xablar olub,
informasiyanı ən optimal marşrutla oturur.
Passiv konsentratorlar (məsələn montaj panelləri,
kommutatsiya bloklan və s.)
yalnız siqnalı qəbul edib
ötürmək funksiyasım yerinə yetirirlər və onlan aktiv kon-
sentratorlardan fərqli olaraq qidalanma mənbəyinə qoş
mağa ehtiyac yoxdur.
Şəbəkənin yaradılması zamanı ən mühüm şərt
düzgün şəbəkə arxitekturasının seçilməsidir. Bu seçim
kompüterləşmə
layihəsinin
təyinatından
asılıdır.
Kitabxanalarda bu gün geniş tətbiq olunan 100 BaseX
Ethernet (Fast Ethernet), 100 BaseVG-AnyLAN Ethernet,
Gigabit Ethernet arxitekturalı şəbəkələrdən istifadə etmək
olar. 100 BaseX Ethernet (Fast Ethernet), 100 Base VG-
AnyLAN Ethernet şəbəkələri informasiya mübadiləsini 100 1
1 Topologiya termini ilə şəbəkənin strukturu - kompüter, server,
periferiya qurğulan və digər şəbəkə komponentlərinin yerləşmə
sxemi
ifadə
olunur.
Ulduz
topologiyalı
şəbəkələrdə
bütün
kompüterlər kabel seqmentləri vasitəsilə mərkəzi konsentratora
qoşulur. Bu kabel sərfini artırır və mərkəzi konsentrator sıradan
çıxdıqda şəbəkə öz fəaliyyətini dayandırır. Kompüterlərdən biri və
ya kabel seqmenti sıradan çıxarsa, yalnız
həmin kompüter infor
masiya mübadiləsi etməyəcək. •
?0
M b it/s ., Gigabit Ethernet şəbəkəsi isə
1000 M b it/s
sürətlə
təmin
edir.
Şəbəkə
«ulduz»
topologiyasına
əsaslanır.
Bunlardan başqa kitabxananın kompüterləşməsində
aşağıdakı qurğulardan da istifadə olunur:
Skanerlər;
Printerlər;
Modemlər;
Fasiləsiz, qidalandırma qurğulan (U P S );
M aqnit və lent informasiya toplayıcıları;
Video müşahidə avadanlıqlan və s.
Kitabxanada əsasən planşet və əl skanerlərindən istifadə
olunur (şək. 7). Planşet tipli skanerlər kitabxanada kağız
üzərindəki maddiləşmiş informasiyanı elektron formaya
çevirmək üçün və əl skanerləri kitabxanada ştrix-kod tex
nologiyası tətbiq olunduqda ştrix-kodun oxunması üçün
istifadə edilir. Kitabxanada adətən A 4, A3 formatlı
planşet skanerlərdən istifadə olunur. Onlan xarakterizə
edən əsas keyfiyyət, səhifənin obrazını hansı dəqiqliklə
yaratmasıdır. Əl skanerlər isə əsasən, informasiyanı hansı
uzaqlıqdan oxumaq qabiliyyəti ilə xarakterizə olunur.
Printer çap qurğusudur. Kitabxanalarda şırnaqlı və
lazer printerlərdən istifadə olunur (şək. 8). 1
31
Şək. 8.
Printeri xarakterizə edən əsas göstəricilər aşağıdakılardır:
Çapın rəngli və ya ağ-qara olması;
Çapın keyfiyyəti;
Sürəti;
Şəbəkədə fəaliyyət göstərməsi;
Səhifələrin formatı;
iqtisadi cəhətdən səmərəli olması.
Q eyd edək ki, şırnaqlı printerlər lazer printerlərdən
çapın keyfiyyətinə, sürətinə görə geri qalır və istismar
zamanı iqtisadi cəhətdən səmərəli deyil.
Modemlər əsasən telefon rabitəsilə uzaq məsafə
dən qoşulmanı təmin edir. Kitabxanalarda modemlərdən
İnternetə qoşulmaq üçün, uzaq məsafədə yerləşən kom
püterlə əlaqə yaratmaq üçün, kompüterlər vasitəsilə faks-
mil sənədlərin mübadiləsi üçün
istifadə edilir. İnternetə
adi telefon xətilə qoşulmaq üçün daxili' və xarici modem
lərdən (şək. 8 ), «ayrılmış xətlə» qoşulma üçün «ayrıl
mış» şəbəkə modernlərindən (şək. 9) istifadə olunur.
1 Daxili modemlər kompüterin «ana platasına» qoşulur.
з:
$әк. 9. .
İnformasiyanın daxil olması və ya işlənməsi zamanı
elektrik təminatında baş verən nasazlıqlar informasiyanın
xarab olmasına, itməsinə, kompüterlərin sıradan çıxmasına
səbəb ola bilər. Bunun üçün kitabxanalar mütləq fasiləsiz
qidalandırma qurğularına malik olmalıdır. Bu qurğular
elektrik cərəyanının verilməsi dayandıqda belə, müəyyən
vaxt müddətində
kompüter avadanlıqlarını elektrik ener
jisi ilə təchiz edir. Onlar həmçinin elektrik xəttində baş
verən «gərginlik sıçrayışlannı» stabilləşdirir, elektromaqnit
dalğalarını «söndürür».
Müasir dövrdə kitabxanaların mühafizəsi, böyük
sahəyə malik oxu zallarında kitabdan istifadəyə nəzarət
etmək üçün elektron video müşahidə sistemlərindən isti
fadə olunur (şək. 10). Mühafizə məqsədilə istifadə olu
nan sistemlər sutka ərzində kitabxanada baş verən bütün
hadisələri «izləyir», onların arxivini yaradır və təhlükəsiz-
/
33
lik baxımından «şübhəli» hesab etdiyi video məlumatı
telekommunikasiya vasitələri ilə mühafizə qurumuna çat
dırır.
Şək. 10.
Böyük elektron sənəd informasiyasına malik kitab
xanalarda etibarlı informasiya arxivini yaratmaq üçün
lent və disk informasiya toplayıcılanndan istifadə olunur.
Bu qurğular insan iştirakı olmadan informasiyanın ehtiyat
arxivini yaradır.
Kitabxanaların kompüterləsdirilməsi ücün istifadə
olunan proqram təminatını 3 qrupda təsnifləşdirmək olar:
1. Sistem proqram təminatı;
2. Tətbiqi proqram təminatı;
3. Proqramlaşdırma vasitələri.
Sistem
proqram
təminatı
kompüterin
ayn-ayn
qurğularının, proqramların birgə işini, şəbəkənin fəaliyyə
tini təmin edir. Bu qrupa bütün əməliyyat sistemləri,
kompüterlərin qurğularının və kompüterə qoşulan avadan
lıqların drayverləri, xidməti proqramlar aiddir. Əməliyyat
sistemi hər bir kompüterin baza proqram kompleksidir.
Onsuz kompüterin fəaliyyəti qeyri-mümkündür. Əməliyyat
sistemi kompüterin əsas funksiyalarını - informasiyanın
saxlanılması, işlənilməsi və mübadiləsini, kompüter səba-
kəsinin idarə olunmasını həyata keçirir. O nlar həmçinin
proqram əlavələrinin icrasını idarə edir. Əməliyyat sis-
. temlərı aşağıdakı xüsusiyyətlərə malikdir:
1. Paralellik və çoxməsələlik - bir neçə əlavə ilə
eyni zamanda iş rejimi;
2. Köçürülə bilən olması;
3. Etibarlılıq;
4. Texnoloji bütövlük;
3. Rahat və sadə interfeys;
6. Çox istifadəçi rejimində fəaliyyət,
istifadə sahəsinə görə əməliyyat sistemləri şəbəkə
və avtonom sistemlərə bölünür. Şəbəkə sistemləri
olaraq
bu gün W indows N T , Windows Server 2003, Unix və
s. istifadə olunur. Şəbəkə sistemləri avtonom sistemlərdən
fərqli olaraq həmçinin, şəbəkənin idarə olunmasını,
təh
lükəsizliyini, informasiyanın paylanmış emalım təmin edir.
Xidməti
proqramlara
diaqnostika,
təhlükəsizlik
proqramları aiddir. O nlar vasitəsilə kompüter sisteminin
etibarlı fəaliyyəti təmin olunur.
Kitabxanalarda əsasən aşağıdakı növ tətbiqi proq
ram təminatından istifadə olunur:
a) Office proqramları. Office proqramları kitab
xana fəaliyyətində istifadə olunan kargüzarlıq isləri üçün
iş vaxtının planlaşdırılmasında istifadə olunur. Office pro
qramlarına mətn redaktorlan, cədvəl redaktorları, tərcümə
proqramkm, obrazların
tanınması proqramları aiddir.
Bundan əlavə qrafikə baxış, prezentasiya proqramları və
s. istifadə olunur.
b) Telekommunikasiya proqramları. Bu proqramlar
əsasən İnternet xidmətlərindən istifadə etmək üçün klient
proqramları, faksmil və uzaq məsafədən qoşulan proq
35
ramlara aiddir. Bu proqramlar rahat ünsiyyət və informa
siya mübadiləsi vasitələridir. Məsələn, kitabın ikinci fəs
lində verilmiş V enta Fax, W indows Commander proq
ramları, proksi-server, W e b və F T P server proqramları,
brauzerlər bu tip proqramlardır. Proksi-server proqramları
lokal şəbəkənin kompüterlərinin bir xarici İP ünvanla İn
ternet şəbəkəsinə qoşulmasını təmin edir. Onlar vasitəsilə
həmçinin şəbəkənin trafikinə nəzarət təmin olunur. W eb
və F T P server proqramları W e b və F T P serverin fəa
liyyətini təmin edir. O nlann vasitəsilə on-line informasiya
xidməti həyata keçirilir. W indows əməliyyat sistemi ilə
işləyən şəbəkələrdə adətən W eb və F T P server proqramı
olaraq İnemet Information Server proqramından istifadə
olunur.
c)
Avtomatlaşlmış Kitabxana-informasiya Sistem
ləri. Kitabxananın kompleks avtomatlaşdırılması üçün ya
radılmış tətbiqi proqram paketlərini Avtomatlaşmış K i
tabxana-İnformasiya Sistemləri adlandırmaq qəbul edil
mişdir. Avtomatlaşmış Kitabxana-İnformasiya Sisteminin
seçilməsində aşağıdakı tələbləri prioritet kimi qəbul elmək
lazımdır:
1. «A çıq » tipli olmalıdır.. Sistem beynəlxalq m a
şınla oxunan biblioqrafik, texniki-sistem standartlarına
(U S M A R C , U N IM A R C , IS O və s.) uyğun olmalıdır.
Əks təqdirdə, sistemin ümumi şəbəkədə istifadəsi, uzaq
məsafədən istifadə, digər sistemlərlə informasiya m übadi
ləsi qeyri-mümkün olacaq.
2 .Internet texnologiyasına inteqrasiya imkanının
olmalıdır. Bu W eb texnologiyanın təibiqi ilə paylanmış
informasiya bazalarından istifadəni, oxucu sorğusunun
36
uzaq məsafədən operativ ödənilməsini, kitabxananın bib-
• lioqrafik və informasiya ehtiyatlarının ölkə və dünya in
formasiya məkanına inteqrasiyasının təmin edilməsini nə
zərdə tutur.
3. « Genişlənə» bilan olmalıdır. Sistem qeyri-məh
dud sayda məlumat bazaları ilə işləmək, qeyri-məhdud
həcmli informasiyanı operativ idarə etmək və qeyri-məh
dud sayda istifadəçiyə xidmət göstərmək xüsusiyyətinə
malik olmalıdır.
4. Adaptasiya иа modemizasiya oluna bilan o l
malıdır. Ümumi kitabxana proseslərindən əlavə, lokal
xarakterli və əvvəllər nəzərdə tutulmayan funksiyaların
yerinə yetirilməsi üçün modemizasiya oluna bilməlidir.
5.
inform asiyanın
bütövlüyjinü
tamin etmali,
qazalard иа viruslara qarşı davamlı olmalı, yüksak in
formasiya lahlükasizliyi tadbirlarina malik olmalıdır.
6. inform asiyanın bütün növhri ilo işlamak im
kanı olmalıdır.
Müasir kitabxana ənənəvi yazı material
ları ilə yanaşı, digər video, audio materiallar, ən çox da
elektron sənədlərlə işlədiyindən sistem O L E ' texnologiya
sını dəstəkləməlidir.
7. Z 39.50 protokolu asasında işlaya bilmalidir.
Protokol gələcəkdə korporativ kitabxana-informasiya şəbə
kələrində biblioqrafik informasiya
mübadiləsini təmin et
məlidir.
8. UNICODE şriftlarinin dastaklamalidir.
O L E texnologiyası rligər proqramlardan obyektbrin idxalını təmin
edir.
37
9. Sada işçi interfeysi olmaltdtr.
10. Kitabxananın asas texnoloji prosesi arinin ko m -
püterlaşdirilmasini tamin edan m üvafiq A vlom atlasm ış
işçi Yerlari olmalıdır.
11. Avtoritet fa ylla n n , predmet göstaricilarinin yara
dılmasını va ondan islifadani tamin eda bilmalidir. B u
nunla relevant informasiya axtarışını təmin etmək olar.
Q eyd edək ki, keçmiş sovet kitabxana işi A B Ş və
Q ərbi Avropa kitabxana
işindən xeyli fərqlənir. Q ərb
ölkələrində
hazırlanmış
Avtomatlaşmış
K itabxana-
İnformasiya
Sistemləri
çox
baha
olub,
onlann
Azərbaycanda, o cümlədən M D B ölkələrində, kitabxana
işində mövcud fərqlərə görə tətbiqi, uyğunlaşdırılınası
böyük xərc və zəhmət tələb edir. Digər tərəfdən onlann
istismarı
yüksək
texniki
göstəricili
avadanlıqlann
və
hazırlıqlı kadrların olmasını tələb edir. M D B ölkələrində
hazırlanmış proqramlar isə Q ərb standartlanndan bir
qədər geri
qalsalar da, onlann istisman on dəfələrlə
ucuz başa gəlirlər.
Bu səbəbdən keçid dövründə
kitabxanalanmız M D B ölkələrində hazırlanmış proqram
təminatından istifadə etməyə üstünlük verirlər. O xucuda
bu sistemlər haqqında təsəvvür yaratmaq üçün
cari
paraqrafda bu gün M D B məkanında geniş istifadə
olunan bir neçə
Avtomatlaşmış Kitabxana-İnformasiya
Sistemlərinin qısa xarakteristikalan verilmişdir.
M arc-Sql - 1.8 Avtomatlaşmış Kitabxana İnfor
masiya
Sistemi
«Inform-Systema» (Rusiya Federasi
yası)
firmasınının məhsulu olub, kitabxanaların kompleks
avtomatlaşmasını təmin edir. Sistem kitabxananın elektron
kataloqunun yaradılmasını, kitabxana fondunun komplekt-
п
iəşdmlməsini və uçolunu, abonement, biblioqrafik-məlu
mat xidmətini kompüterləşdirir.
M a rt-S q l — 1.8 müxtəlif məlumatlar bazasım
idarəetmə sistemləri - M S Sql
Server, Oracle, M S
Access. V foxPro, Paradox
və s. ilə işləyə bilir və 5
ədəd Avtomatlaşmış İşçi Yerindən ibarətdir. H ər bir
Avtomatlaşmış İşçi Yeri sistemin А 1 Ү (А Р М ы ) menyu
sunun eyniadlı əmrini yerinə yetirməklə yüklənir. Bundan
əlavə, sistem Internet/Intranet şəbəkəsi vasitəsilə oxucu
ların uzaq məsafədən, on-line
ədəbiyyat axtarışını apar
masını və sifarişini təmin etmək üçün xüsusi W eb mo
duluna malikdir.
B İB L İO l E K A 5.0 Moskva Dövlət Universiteti
nin Elmi kitabxanasında tətbiq olunan və aşağıdakı im
kanlara malik Avtomatlaşmış Kitabxana-İnformasiya Sis
temidir:
♦ Kitab, məqalə və ənənəvi olmayan sənədlərin (audio-
video materiallar, kompüter faylları) elektron kataloqu
nun yaradılması;
♦ İxtiyari biblioqrafik təsvir sahəsinə görə axtarışın təmin
olunması;
♦ Sistemin məlumatlar bazasını təşkil edən biblioqrafik
yazıların
U S M A R C və R U S M A R C
beynəlxalq
formatlarına tam uyğun olması;
♦ IN I E R N E T beynəlxalq kompüter-informasiya şəbə
kəsi vasitəsilə kitabxananın elektron kataloqundan uzaq
məsafədə yerləşən oxucuların istifadəsinin təmin olun
ması;
♦ Sadə işci interfeysinin olması;
39
♦ W o rd və Excel1 sənədləri şəklində çap sənədlərin h a
zırlanması;
Q P A C -G L O B A L
Avtomatlaşmış
Kitabxana-
İnformasiya
Sistemi
D İT -M
(Rusiya
Federasiyası)
kompaniyası tərəfindən yaradılmışdır. O P A C - G L O B A L
W eb-texnologiya əsasında hazırlanmışdır. Sistemin əsas
funksiyaları W eb klient əlavəsilə, standart brauzerləE
vasitəsilə həyata keçirilir. Sistem:
-
R U S M A R C , U N İM A R C , U S M A R C formatla
rında kataloqlaşdırmanı;
O n-L ine ədəbiyyat axtanşını və sifarişini;
-
Kataloqlaşdırma və axtarış zamanı avtoritet fayllardan
istifadəni;
Ədəbiyyatın uçotunun aparılmasının və hərəkətinin
izlənməsini;
Biblioqrafik yazıya ədəbiyyatın elektron variantının
ünvanının əlavə edilməsini və mətnə görə axtarışını;
-
Avtoritet və biblioqrafik yazıların idxalını və ixracını;
-
Oxucuların
və
uzaq
məsafədən
istifadəçilərin
sifarişlərinin statistik uçotunun aparılmasını;
-
Müxtəlif maliyyə hesabatlarının hazırlanmasını və s.
təmin edir.
Sistem istifadəçinin tələbatına uyğun, asanlıqla adaptasiya
oluna bilər. Bu isə sistemin nəinki M A R C formatı ilə,
digər daxili formallarla, məsələn, Q O S T -la işləməsinə
imkan verir.
1 W ord və Excel Microsoft firmasının proqramları olub, nuıvafıq
olaraq mətn və elektron cədvəl redaktorlandır.
: Məs: Internet Explorer
40
O P A C -G L O B A L sadə və qrafiki işçi interfeysinə
malikdir.
Bundan
əlavə
sistemdə
kataloqlaşdırmanı
sürətləndirmək və asanlaşdırmaq üçün aşağıdakı vasitələr
nəzərdə tutulmuşdur:
1. Digər
kitabxanaların
elektron
kataloqlarından,
nəşriyyatlardan biblioqrafik yazıların əJdə olunması;
2. O xsar yazıların qrup şəklində redaktəsi;
3. Korporativ kataloqlaşdırma (birgə paylanmış);
4. Siyahılardan sahələrə informasiyanın daxil edilməsi;
3. Korlanmış informasiyalann soraq fayllarından istifadə
etməklə bərpası;
Sistemdə informasiya axtarışı standart W eb-brau-
zer vasitəsilə istifadəçinin hazırlıq dərəcəsindən asılı ola
raq: baza, genişlənmiş və professional formada həyala
keçirilir.
Axtarışın nəticəsi nizamlana bilər və istifadəçi
arzusuna uyğun olaraq M A R C formatında və ya kataloq
kartı formasında, hissə-hissə ekranda əks oluna bilər.
Yeni axtarış zamanı əvvəlki axtanşın nəticələrindən də
istifadə oluna bilər. Bu mürəkkəb axtanş üçün çox əlve
rişlidir. İstifadəçi həmçinin kitabxanada axtardığı
ədə
biyyatın hal-hazırda «sərbəst» nüsxəsinin olmasını öyrə
nərək ədəbiyyatın surətini və ya elektron variantını sifa
riş verə bilər. Sistem istifadəçilərə sərbəst surətdə öz
elektron nəşrlərini «elektron kitabxana» bazasına əlavə
etməyi və mətnə görə axtarışı təmin edir.
O P A C -G L O B A L Avtomatlaşmış Kitabxana İn
formasiya İdarəetmə Sistemində oxucuların qeydiyyatı və
istifadə hüquqlan ədəbiyyatın tipinə və istifadə etdikləri
kompüterlərin İP ünvanlarına görə, sistem administratoru
siyasəti vasitəsilə həyata keçirilir. Həmçinin bu siyasət
41
vasitəsilə informasiya bazalarının yenidən indeksləşmə&i.
arxivləşməsi, informasiyanın bərpası həyata keçirilir. S is
tem , lokal və həmçinin korporativ kitabxana-informasiya
şəbəkələrində tətbiq edilə bilər.
İR B İS
Avtomatlaşmış
Kitabxana
İnformasiya
İdarəetmə Sistemi elmi-texniki kitabxanaların kompüter-
ləşdirilməsi üçün yaradılmış və
M D B məkanında, o
cümlədən Azərbaycanda ən geniş istifadə olunan sistem
dir. Sistemin son «İR B fS 64 Unicode» versiyası Avto-
matlaşmış Kitabxana İnformasiya İdarəetmə Sistemləri
üçün yuxanda sadalanan bütün tələblərə cavab verir.
Proqram klient-server arxitekturası əsasında işəlyir. P ro q
ramın klient proqramlan - Avtomatlaşmış İşçi Yerləri
yalnız server proqramı cari anda yüklənmiş olduqda
yüklənir.
Q eyd edək ki,
server proqramının yarlığı
« T C P - I P сервер ИРБИС 64 Unicode» proqram qrupunda,
klient proqramlannın yarlıqları isə «Система ИРБИС 64
Unicode» proqram qrupunda yerləşir.
Onlar,
kursoru
müvafiq proqram yarlığının üzərinə qoyub siçanın sol
düyməsini sıxmaqla yüklənir. Avtomatlaşmış İşçi Yerlərini
yükləyərkən açılan dialoq pəncərəsində istifadəçinin iden-
tifikasiya parametrini və parolu daxil etmək lazımdır. Bu
proqramın özəlliklərindən biri hər bir texnologi əməliyya
tın kim tərəfindən aparılmasının qeydiyyatıdır. Bu xüsu
siyyət işçilərdə məsuliyyət hissini artınr və baş vermiş
səhvin «səbəbkarını» müəyyən etməyə imkan verir. Q eyd
edək ki, proqram vasitəsilə kitabxanada əsas texnoloji
proseslərin kompüterləşdirilməsi sonrakı paraqraflarda ge
niş şərh olunmuşdur.
42
§1.4. Korporativ kitabxana-informasiya şəbə
kələri
у
Keçən əsrin 90-ci illərindən başlayaraq, yüksək
texniki göstəricilərə malik kompüterlərin, böyük həcmli və
sürətli informasiyam ötürmə qabiliyyətli telekommunikasiya
avadanlıqlarının istehsalı, kitabxana-informasiya texnolo
giyalarının inkişafı sayəsində Korporativ Kitabxana-İnfor
masiya Şəbəkələrinin yaradılmasına başlanıldı. Korporativ
Kitabxana-informasiya Şəbəkəsi kataloqlaşdırma və elek
tron kataloq yaradılması işində paylanmış və birgə kata-
loqlasdırma tətbiq etməklə ədəbiyyatın çoxqat təkrar ka-
taloqlaşdırılmasının qarsısını alır, əmək sərfini minimuma
endirir,
kataloqlaşdırma əməyindən, maliyyə
vəsaitlərin
dən səmərəli istifadəni təmin edir. Belə ki, biblioqrafik
yazı bir dəfə, ədəbiyyatın biblioqrafik yazısını ilk dəfə
yaradan kitabxana, nəşriyyat və kitab-ticarəti müəssisələri
(məsələn, K itab palatası və s.) tərəfindən hazırlanır. D ig
ər kitabxanalar hazır yazıları idxal edir və tələb olduqda
yeni əlavələr etməklə öz elektron kataloquna əlavə edir.
Başqa sözlə hər bir kitabxananın və şəbəkənin yekun
elektron kataloqu kitabxanaların qarşılıqlı yardımı əsasında
yaradılır.
Bu
isə hər bir kitabxana üçün iqtisadi
çəhətdən çox sərfəlidir. Məsələn, O C L C Kitabxana
Kompüter-informasiya Şəbəkəsinin elektron kataloqu 63
ölkənin 20 mindən artıq kitabxanası tərəfindən yaradılıb
və
eramızdan
əvvəl
IX
əsrdən
başlayaraq
bəşər
sivilizasiyasının yaratdığı 33 milyon ədəbiyyat haqqında
biblioqrafik informasiya daşıyır. Korporativ kitabxana-
informasiya
şəbəkəsi
istifadəçilərə
on-line
olaraq,
43
şəbəkənin ehtiyatlarından və şəbəkənin digər kitabxana
informasiya mərkəzləri ilə əlaqəsi olduqda isə digər
kitabxana
informasiya
sistemlərinin
informasiya
eh
tiyatlarından istifadəni təmin edir. Bu halda oxucunun
informasiya tələbatının ödənilməsi ehtimalı kəskin surətdə
artır. Digər tərəfdən xarici ölkələrin kitabxana informasiya
mərkəzlərinin elektron kataloqlarından istifadə dünyada
elmi nəzəriyyələri, elmi yenilikləri izləməyə imkan verir,
tədris və elmi axtarışlar üçün çox əhəmiyyətlidir. Bu
səbəblərdən Korporativ Kitabxana-İnformasiya Şəbəkəsi
informasiyalaşmış
cəmiyyətin
yaradılmasında
əvəzsiz
vasitədir.
Korporativ Kitabxana-İnformasiya Şəbəkəsi avto-
matlaşmış kitabxanalann könüllü. konsorsiumu əsasında
yaradılır.
H ər bir iştirakçı konsorsiuma daxil olarkən öz
üzərinə aşağıdakı öhdəlikləri götürür:
• Konsorsiumda uzun müddətli iştirakı;
■ ö z biblioqrafik,
sənəd və məlumat
ehtiyatlarının
elektron formada hazırlanmasını və birgə istifadə
üçün istifadəyə verilməsini;
• Korporativ şəbəkənin iştirakçılarının ümümi işini
təmin etmək üçün istifadə olunan texniki-proqram
təminatının tərkibi və xarakteristikaları üçün tələblərə
əməl olunmasını;
■ Korporativ
şəbəkənin
yaradılması,
fəaliyyət
göstərməsi və gələcək inkişafı üçün
texniki təmina
tın, maliyyə vəsaitlərinin ayrılmasını;
• Korporativ şəbəkədə ümümi istifadə üçün təqdim
olunmuş informasiyanın keyfiyyətinə məsuliyyəti;
|