İntellektual sistemlər üçün nəzərdə tutulan
paralel arxitekturalı maşın. PAMİR sisteminin ən vacib
xüsusiyyəti odur ki, bunun arxitekturası dalğavari
asinxron proseslərə əsaslanır. Bu proseslərin dinamikası
məsələlərin həll dinamikasını əks etdirir. PAMİR
sistemində, həmçinin, assosiativ axtarışla, qeyri-
mərkəzləşdirilmiş mübadilə üsulları, “elan lövhələri”nin
köməyi ilə idarəetmə, axınlar sxemləri və s. ilə bağlı
müxtəlif ideyalar reallaşdırılmışdır.
PAMİR sistemində statik və dinamik şəbəkələrdə
dalğavari proseslərin vahid mövqedən təşkili nəzərdə
tutulmuşdur. Biliklərin təqdim edilməsi sistemləri, məntiqi
nəticəçıxarma, sorğulara cavabların axtarışı
aktiv şəbəkə
verilənlər bazası (AŞVB) arxitekturasında gerçəkləşdirilir.
Aktiv şəbəkə verilənlər bazası müntəzəm əlaqəli bircins
mühitdir. Buradakı təpələrdə birtip ixtisaslaşdırılmış
prosessorlar yerləşdirilmişdir. Aktiv şəbəkə verilənlər
bazasının daxil olduğu multiprosessor mühiti məhz bu
dalğavari paralel prosessorlarla gerçəkləşdirilir. Sözü
gedən dalğavari paralel prosessorların hasil etdiyi
verilənlər istifadəçilər üçün və həmçinin, məntiqi
nəticəçıxarma alt sistemi üçündür. Aktiv şəbəkə verilənlər
bazasında olan bloklar həm bütövlükdə sistemin
tərkibində, həm də ayrıca fəaliyyət göstərə bilir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------193------------------------------------
Bütün blokların birgə fəaliyyəti xüsusi sistem
vasitələri ilə elə təmin edilir ki, bloklar arasındakı qarşılıqlı
fəaliyyət paralel asinxron xarakter daşısın.
Biliklərin təqdim edilməsi alt sistemi iki
komponentdən, verilənlər maşınından və biliklər
maşınından ibarətdir. Bu maşınların arasında interfeys
bloku vardır. Maşınlar arasındakı fərq ekstensional və
intensional biliklər arasındakı fərqdir. Bunların arasındakı
interfeys monitorun köməyi ilə gerçəkləşdirilmişdir.
PAMİR sistemində paylanmış idarəetmə modelindən
maksimum istifadə edilməsi nəzərdə tutulduğundan,
monitor bir fiziki blok olaraq olmaya da bilər.
Məntiqi nəticəçıxarma alt sistemi 2 maşından təşkil
edilmişdir:
1) Deduktiv nəticəçıxarma maşını;
2) Gerçəyəbənzər nəticəçıxarma maşını.
Bu iki maşın arasında interfeys bloku və bir sıra
xarici interfeys blokları var.
Yeni nəsil EHM-lərin
yeni
versiyalarında
(
informasiya-hesablayıcı
məntiqi sistem
istisna
olunmaqla) rast gəlinməyən nəticəçıxarma alt sisteminin
fərqləndirici cəhəti deduktiv və
gerçəyəbənzər
nəticəçıxarma maşınlarının eyni zamanda paralel işləməsi
imkanının olmasıdır. Halbuki müəyyən deduktiv addımlar
induktiv və ya traduktiv addımlarla növbələnir.
Qeyd etmək lazımdır ki, məntiqi nəticəçıxarma alt
sistemi PROLOQ dilinə deyil, nəticəçıxarmanın dalğavari
dillərinin xüsusi versiyalarına yönləndirilmiş olur.
Deduktiv nəticəçıxarma maşını aktiv şəbəkə
verilənlər bazasına bənzər vasitələrlə reallaşdırılır. Odur
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------194------------------------------------
ki, PAMİR sistemində əzəl-başdan semantik şəbəkədə
dalğavari nəticəçıxarma problemi qoyulur. Semantik
şəbəkənin təpələrində xüsusi prosessorlar (nəticəçıxarma
transpüterləri) yerləşir. Bunlar isə öz növbəsində 3
blokdan təşkil edilmişdir: unifikasiya bloku, parçalama
(yarma) bloku və mübadilə bloku.
PAMİR sistemində ünsiyyət bloku istifadəçi ilə
məhdud təbii dildə əlaqə təmin edir. Bu ünsiyyət bloku
digər ünsiyyət bloklarından fərqli olaraq linqvistik biliklər
bazası və aktiv semantik şəbəkə əsasında təşkilolunmanın
nəticəsi olan dalğavari
xarakterli
proseslərə
istiqamətləndirilmişdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------195------------------------------------
İNTELLEKTUAL SİSTEMLƏRİN
QURULUŞU VƏ
LAYİHƏLƏŞDİRİLMƏSİ
Süni intellekt sistemlərinin quruluşu dedikdə,
konkret predmet oblastında biliklərin tətbiqi və problemin
həllini icra edən təşkilati struktur başa düşülür.
Süni intellekt sistemlərinin təşkiledici elementləri
zəruri quruluş yaradarkən onların fərdi xüsusiyyətləri, icra
edəcəkləri funksiyalar və istehsal özəllikləri üzrə mühən-
dislik prinsipləri rəhbər tutulur. Bu prinsiplər, əsasən,
predmet oblastının təsiri altında formalaşandır. Bu isə o
deməkdir ki, həll edilən məsələ və funksiyaların xarakteri
intellektual sistemlərə
həvalə
edilir. Bunun
gerçəkləşdirilməsi isə intellektual sistemin standart
quruluşunun predmet oblastına uyğunlaşdırılmasını tələb
edir.
Sistemin
predmet
oblastı
ilə
inteqrasiyası
probleminin uğurlu həlli və istehsalın avtomatlaşdırılmış
idarə
edilməsi
müxtəlif
səviyyədə
onların
intellektuallaşdırılması ilə bağlıdır. Avtomatlaşdırılmış
istehsalın əsas funksional və təşkilati hissələrinə
layihələşdirmə, planlaşdırma, istehsalın təşkili və
dispetçerlənməsi, texnoloji proseslərin idarə olunması,
diaqnozun təyin olunması və çevik törəmə sistemlərində
texnoloji hissələrin robotlaşdırılması aiddir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------196------------------------------------
Funksiyalarının xarakterinə və fəaliyyət sahəsinə
görə ekspertlərin bir neçə tipik vəzifəsi vardır. Bu
vəzifələrin araşdırılması biliklərə əsaslanan törəmə
sistemlərin layihələşdirilməsində istiqamətverici amil kimi
çıxış edir. Sözü gedən vəzifələr sırasında, ilk növbədə,
şərhetmə (interpretasiya), planlaşdırma, idarəetmə,
layihələşdirmə,
proqnozlaşdırma,
dispetçerləmə,
monitorinq və diaqnostika kimi vəzifələri göstərmək olar.
Əsas məqam budur ki, ekspert öz biliklərini yeniləşdirə
bilir, yəni, öyrənmək qabiliyyəti var; öz hərəkətlərini izah
edə bilir; qərarları əsaslandırmağı bacarır; vəziyyətin
dəyişməsini proqnozlaşdıra bilir; xarici mühitlə fəal
əlaqədə olub müxtəlif xarakterli informasiya ala bilir;
verilən tapşırıqları bilikləri əsasında həll edə bilir; lazım
olan informasiya və faktoqrafik verilənləri yadda saxlaya
bilir və s. Ona görə də öz bilikləri ilə işləyən və müəyyən
mənada eksperti əvəz edən və ya ona kömək edən sistem
yaratmaq üçün bütün bu sadalanan funksiyalar
sözügedən sistemin quruluşuna daxil edilməlidir.
Hər bir biliklər bazasının idarəetmə sistemi (BBİS)
üçün müvafiq biliklər bazası və bu biliklərlə işləyən çıxış
mexanizmi olmalıdır. Adətən intellektual sistemlər son
istifadəçi ilə, ekspertlə, bilik mühəndisi ilə, daxili verilənlər
bazası ilə və tətbiqi proqram təminatı ilə qarşılıqlı əlaqədə
olurlar.
İntellektual istifadəçi interfeysi məhdud təbii dildə
danışığın daxil edilməsi və həm də vizual təqdimatla
(qrafika, texniki görmə) ünsiyyət yaradır. İstifadəçi
qismində
insan-operator
və
ya
qapalı
dövri
əməliyyatlardan ibarət olan istehsal prosesinin özü çıxış
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------197------------------------------------
edə bilir. Bir çox istehsal prosesində verilənlərin avtomatik
qəbulu, emalı və idarəetmə üzrə əks əlaqə vasitələri lazım
olur. Bilik mühəndisi ilə intellektual sistemlər, adətən,
biliklər bazasının komponentlərini almağa və modifikasiya
etməyə icazə verən quruluş redaktorlarının köməyi ilə
əlaqələndirilir.
İntellektual sistemlərin tətbiqi proqram təminatı ilə
qarşılıqlı əlaqəsi xüsusi hesablamalar vaxtı hiss olunur.
Belə ki, tez-tez verilənlərin emalı üzrə standart
əməliyyatların alt məsələ qismində istifadə edilmə
məcburiyyəti yaranır.
İstehsalın idarəetmə sistemi ilə inteqrasiya edilən
intellektual sistemlər, həmçinin, İnternetlə paylanmış
verilənlər bazalarının birgə fəaliyyəti, verilənlər və
biliklərin tədarükü sistemləri idarəetmənin müxtəlif
ierarxiyalarında istifadə olunur.
Adətən istehsalın idarə edilməsi məsələlərində
ekspert tərəfindən biliklərin üç səviyyəsindən istifadə
edilir:
•
Reflektiv, yəni qeyri-iradi reaksiyaların səthi
biliklərinə uyğun “qabiliyyət”;
•
Standart mühakimə halları üçün qaydalar;
•
Qeyri-adi və çətin hallar üçün qaydalara deyil,
konkret prinsiplərə əsaslanan dərin biliklər.
Biliklər bazasının layihələşdirilməsi zamanı intellektin
daha çox dərin biliklərə əsaslanmasına cəhd edilməlidir.
İntellektual sistemlərin layihələşdirilməsi və onların
arxitekturasının seçilməsində yalnız mövcud istehsal
obyektini qiymətləndirən müstəqil proqram təminatı
hazırlamaq lazım deyildir. İntellektual sistemlərin prosesin
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------198------------------------------------
müxtəlif elementlərinə daha çox yaxınlaşmasına,
idarəetmə və təşkilatın texnoloji zəncirinin əsas həlqəsi
kimi çıxış etməsinə cəhd etmək lazımdır.
İntellektual sistemlərin yaradılması zamanı predmet
oblastı haqqında biliklərin təqdim olunma üsulu və insanın
xəyalının modelləşdirilməsi, düşüncə metodları və qərar
qəbulunda seçimlər mühüm əhəmiyyət kəsb edir.
İntellektual sistemin yaradıcısı (biliklər mühəndisi) uzun
müddət biliklər bazasının yaradılması üçün informasiya
mənbəyi rolunu oynayan mütəxəssis-ekspert ilə həmin
sahə üzrə birgə işləyir. Bir neçə iterasiya (təkrar)
nəticəsində sistemdə biliklərin təqdim olunma sxemi və
məntiqi nəticəçıxarma strategiyası seçilir.
Biliklərin biliklər bazasında yerləşdirilməsi və
nəticəçıxarma mexanizminin, düşüncələrin və seçimin
təşkili problemlərindən başqa izahetmə qərarlarının
funksiyaları və çıxarılışları mühüm əhəmiyyət kəsb edir.
Bir qayda olaraq intellektual sistemlər istifadəçilərin
onlara olan inamının artmasından sonra öz nəticə və
məsləhətlərini izah edir və təsdiqləyirlər.
Mövcud intellektual sistemlərdən heç biri sadalanan
komponentlərin hamısını özündə birləşdirmir. Bununla
yanaşı, bu elementlərin varlığı abstrakt (mücərrəd) deyil,
tətbiqi aspektdə intellektuallığa iddia edən sistemin
müxtəlif funksiyalarının reallaşdırılmasını əks etdirir. Bu və
ya digər komponent və əlaqələrin intellektual sistemə
qoşulması müəyyən səviyyədə onun təyinatından,
funksiyalarından, tədqiqat sahəsindən və istehsal
prosesindəki qarşılıqlı əlaqə formasından asılı olaraq
müəyyən edilir. Məsələn, izahetmə funksiyalarının
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------199------------------------------------
nizamlama intellektual sistemlərinin bazası əsasında
texnoloji proseslərin idarə
edilməsi sistemində
reallaşdırılması əlverişli deyil.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------200------------------------------------
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------201------------------------------------
BİLİKLƏR BAZASININ
LAYİHƏLƏŞDİRİLMƏSİ
İstənilən intellektual sistemin özəyini biliklər bazası
və sistemə qoyulmuş həllin çıxış mexanizmi təşkil edir.
Ümumiyyətlə, bu komponentlər sistemin iki əsas
intellektual xarakteristikasını təyin edir: istənilən bir şey
haqqında biliklərin saxlanması bacarığı və bu biliklər üzrə
əməliyyatların aparılması.
Biliklərə əsaslanan qismən inkişaf etmiş sistemlərə
öyrənəbilən, yeni bilikləri qavrayan, biliklər bazasını
genişləndirən, tədqiqat sahəsində dəyişən şərtlər və
hadisələrdə biliklərin korrektə edilməsini təmin edən
sistemlər aiddir. İntellektual sistemlərin layihələşdirilməsi
zamanı daha çox vaxt və əmək sərfi biliklər bazasının
yaradılmasına gedir. Belə ki, biliklərin yığılması, biliklərin
təqdim olunma modelinin təşkili, onun quruluşunun
verilməsi, biliklər bazasının tam dolğunluğu ilə
tamamlanması və onun daha sonra da aktual vəziyyətdə
saxlanılmasını təmin etmək çox mürəkkəb məsələdir.
Biliklər
bazasının
layihələşdirilməsi
və
reallaşdırılmasına keçməzdən əvvəl sistemi işləyib
hazırlayanlar biliklər bazasının və intellektual sistemlərin
ümumilikdə hazırlanması prosesi ilə bilavasitə bağlı olan
bir neçə məsələni həll etməlidirlər.
İntellektual sistemlərin hazırlanmasının ilkin
mərhələsində həll ediləcək tapşırıqların əhatə dairəsinə
aşağıdakılar daxildir:
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------202------------------------------------
•
Problem oblastının (obyektin, tapşırığın, məqsədin)
tədqiqi, yəni “Biliklər bazası nəyi ifadə edir” və
“nəyə görə ifadə edir”;
•
Tədqiq olunan problem oblastı kontekstində “bilik”
anlayışının təyini;
•
Biliklərin mənbəyini aydınlaşdırmaq, onlarla fəal və
ciddi cəhdlə işləmək;
•
Tapşırıqların həlli üçün biliklərin tipinin müəyyən
edilməsi;
•
Biliklərin quruluşunun müəyyən edilməsi üsulu,
yəni “bilikləri necə təqdim etməli”;
•
Biliklərin təqdimatı üsulunun seçilməsi;
•
Biliklər bazası quruluşunun müəyyən edilməsi;
•
Biliklər bazasının quruluş bölmələri arasındakı
qarşılıqlı xarakterin müəyyən edilməsi;
•
Biliklər bazasının doldurulması prosesinə hazırlıq.
Aydındır ki, intellektual sistemlərin yaradılmasının
ilkin mərhələsində bu məsələlərin sayı, tərkibi və ardıcıllığı
dəyişə bilər. Bu, bir çox amildən asılıdır. Belə ki: obyektin
və problem oblastının xarakteri və çətinliyindən; sistemi
işləyib hazırlayanın layihələşdirilmiş sistemə və özünə
qarşı qoyduğu məqsəddən; biliklərin müəyyənlik və
quruluş pillələrindən; biliklərin uğurlu toplanması üçün
şərtlərdən, həmçinin ekspertlərlə qarşılıqlı əlaqədən və s.
Əsas məsələ biliklər bazasının hazırlanmasından,
onun quruluşunun seçilməsindən, biliklərin təqdim olunma
üsulundan, intellektual sistemlərin layihələşdirilməsində
ekspertlərlə görülən işin çətinliyindən və vacibliyindən
ibarətdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------203------------------------------------
B
İLİKLƏR BAZASININ QURULUŞU
V
Ə ONUN İNTELLEKTUAL
S
İSTEMLƏRİN DİGƏR
KOMPONENTL
ƏRİ İLƏ QARŞILIQLI
ƏLAQƏSİ
Biliklər bazasının təşkili zamanı, ilk növbədə, onun
saxlamalı olduğu informasiyanın xarakteri ön plana çəkilir.
Biliklər bazasının məzmunu, əsasən, tezdəyişən və
azdəyişən fakt və biliklərdən və həmin biliklərin və
qaydaların modellərindən ibarətdir.
Qaydalar obyektlər haqqında vacib məlumat
saxlayıcıları olan fəal elementlərdir ki, bunlar da biliklər
bazasında olan məlumatlar əsasında yeni fakt və
fərziyyələr yarada bilirlər.
Biliklər bazasınin quruluşu qarşılıqlı əlaqəli iki
hissədən formalaşdırılır:
•
Qaydalar bazası (QB);
•
Verilənlər bazası (VB).
Verilənlər bazasında qeyd olunan predmet oblastına
aid həll olunacaq məsələ və verilənlər haqqında
faktoqrafik informasiya saxlanılır. Qaydalar bazası
predmet oblastı haqqında biliklərin təqdim olunması
modeli və həmçinin bu biliklərin aktivləşdirilməsi əsasında
verilənlər bazasında saxlanılan verilənlərin elementləri
arasında münasibətləri müəyyən edir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------204------------------------------------
Biliklərdən əlavə, biliklər bazasında predmet oblastı
haqqında digər tip biliklər də saxlanılır: saxlama mühitinin
modeli, istifadəçi haqqında biliklər, məqsədlər və s. Bu
biliklər əsasən təqdim olunmaların ikinci səviyyəsində
bloklar və qaydalar bazasının quruluş hissəsi şəklində
saxlanılır. Adı çəkilən bir neçə bilik tipinin həm də birinci
səviyyədə (Verilənlər bazasında) saxlanması mümkündür.
Bilik və qaydaların həcmi böyük olduqda
informasiyanın emalına sərf olunan vaxt artır. Bu zaman
həll seçimi oblastının kiçildilməsi zərurəti meydana çıxır.
İntellektual sistemlər, onların qarşısına qoyulan
məsələlərin həllində hərəkətlərin məqsədyönlülüyünə,
biliklərlə iş zamanı müəyyən mərhələdə (pillədə) “dərk
edilmiş” və konstruktiv mövqeyə malik olmalıdırlar. Buna
görə də real vaxt rejimində işləyən bir çox intellektual
sistemlərdə yeni, biliklərin təqdim olunmasının üçüncü
səviyyəsi – biliklər bazasında əməliyyat proseslərinin
səmərələşdirilməsini təmin etmək üçün vacib olan
metabiliklər səviyyəsi reallaşdırılır.
Metabiliklər – sistemin özü haqqında, yəni öz
bilikləri, onların quruluşu və öz fəaliyyəti barədə biliklər
məcmusudur.
Beləliklə,
biliklər
bazasında
biliklərin
strukturlaşdırılması lazımi informasiya axtarışı problemi ilə
sıx əlaqədardır. Ən yaxşı axtarış strategiyası məsələnin
həllinin bütün mərhələlərində biliklər bazasında olan
bütün informasiyanın deyil, ona uyğun olan hissəsinin
istifadə
olunmasıdır.
Biliklər
bazasının
düzgün
strukturlaşdırılması zamanı verilən məsələnin həlli üçün
axtarış və lazımi biliklərin seçilməsi problemi asanlaşır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------205------------------------------------
Rasional obrazda həllərin çıxış mexanizmini
reallaşdıran qaydalar interpretatoru funksiyalarını biliklər
bazasının yüksək pilləsi olan metabiliklər bloku yerinə
yetirir.
Biliklər bazasının təşkili və onun intellektual
sistemlərin digər komponentləri ilə qarşılıqlı əlaqəsinin
müxtəlif variantlar vardır.
Məsələnin həlli, qayda və verilənlərlə iş, xüsusi blok
olan işçi sahəsində həyata keçirilir. İşçi sahəsində
sorğunun təsviri və ya həll olunan məsələnin, biliklər
bazasının qayda və verilənləri, çıxış mexanizminin
prosedur və ya strategiyası təqdim olunur.
Predmet oblastı haqqında faktlar və evristikalar
məhsuldar qaydalar şəklində saxlanılan zaman, biliklər
bazası bir çox hallarda “qaydalar bazası”, çıxış mexanizmi
isə “qaydalar interpretatoru” kimi təqdim olunur. Biliklər
bazasında predmet oblastının fakt və təsvirləri, həmçinin
problemlə bağlı olan evristikalar saxlanılır. Qaydaların çıxış
və interpretasiyası mexanizmini reallaşdıran idarəedici
quruluş problemin həllində biliklər bazasından istifadə
edir. İşçi yaddaşında (və ya qlobal verilənlər bazasında)
konkret məsələyə daxil olan verilənlər, problem və ya
məsələnin vəziyyəti haqqında informasiya saxlanılır.
Layihələşdirilən intellektual sistemin biliklər bazasının
hazırlanması zamanı, qeyd edildiyi kimi, sərəncamda olan
bilikləri, yəni məlum olan fakt və informasiyaları təyin və
tədqiq etmək vacibdir. Bunlar, ölçülər haqqında istehsal
informasiyaları,
dəyişənlər
arasında
əlaqələr,
tənzimləmənin avadanlıq və əməliyyatları, prosesin idarə
edilməsi zamanı müxtəlif vəziyyətlər ola bilər.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------206------------------------------------
İstehsal informasiyalarının əsasını biliklərin iki tipi –
əsas (dərin) və ekspert bilikləri təşkil edir. Əsas biliklər
fundamental prinsiplərə əsaslanan iqtisadi proseslər və
onun funksiyalarının hissəvi anlayışını əks etdirir.
Mühəndislər riyazi əməllər vasitəsi ilə istiliyin ötürülməsi,
maye axını, kimyəvi reaksiyalar, qarışıqların parçalanması
və s. prosesləri təsvir edə bilirlər. Riyazi həllərin bərabərlik
və qaydaları biliklər üçün ardıcıllıq və ya təşkilat
quruluşunu müəyyən edir. Dolğun və hərtərəfli istismar
prosesləri prosedur məsələləri üçün əsas biliklərlə eyni
qiymətləndirilir.
Ekspert bilikləri təcrübə və ya müşahidələrdən alınır.
Prosesin ölçülmə şərtləri keyfiyyət terminlərində asan
verilir və asan da təsvir olunur. Prosesin gedişi çoxlu
müxtəlif vəziyyətlərdə özünü biruzə verir. O, keyfiyyət
xarakteristikalarının istifadəsi ilə müşahidə və proqnoz
oluna bilər. Lakin proses fundamental prinsiplər
terminində heç də hər zaman başa düşülən olmur. Bir çox
göstəricilərin keyfiyyət təbiəti, bərabərliklərin məntiqi
formada ifadəsi riyazi əməllərin köməyi ilə birlikdə təsvir
olunan mütəmadi olmayan münasibətlər və nəticələri
şərtləndirir.
İntellektual sistemlərin biliklər bazası təcrübədə
adətən ekspert və əsas biliklərin kombinasiyasını
birləşdirir. Biliklərin bir hissəsi tamamilə keyfiyyət, digər
hissəsi isə kəmiyyət xarakteri daşıya bilir.
Dostları ilə paylaş: |