Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 2 0 1 6



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix24.04.2017
ölçüsü84,86 Kb.
#15629
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   12
Biləcəridən>,  ,  nəqliyyatı  ilə>, 
misal göstərilə bilər. 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------140------------------------------------ 
 
Göründüyü kimi, roloynayan freymlərdə slotların adı 
qismində  sual sözləri,  slotların  qiyməti qismində  isə 
cavablar durur. 
Əgər gətirdiyimiz misallarda və  freym üçün verilən 
ümumi ifadədə  slotların  qiymətlərini  götürüb,  yalnız  slot 
adlarını  saxlasaq,  müxtəlif mənbələrdə  freym prototipi, 
sadəcə freym, inrensional freym adlandırılan konstruksiya 
alarıq.  Konkret  qiymətli  slotları  olan  freymlər freym-
nümunələr və ya freym-nüsxələr adlanır. 
Freymlər iç-içəlik xassəlidir. Bu o deməkdir ki, əhatə 
edilən içəridəki  slotun  adı  onu  əhatə  edən  qıraqdakı 
slotun qiyməti kimi çıxış edə biləndir. İç-içəlik xassəsi həm 
də  digər freymlərə  iqtibas etmək  imkanı  yaradır.  Bu, 
freym dilinin strukturluluq tələbini ödədiyini və  biliklərin 
əlaqəliliyini təmin edən dil olduğunu  göstərir. Həm 
freymin, həm də slotun ada malik olması  o  deməkdir ki, 
freymdə  saxlanan biliklər iqtibas olunabiləndir və  bu, 
biliklərin daxilən şərhedilənliyini göstərir.  Bu və ya digər 
prosedurun  icraya  çağrılmas  əmrlərinin slotlarda 
yerləşdirilməsi imkanı proqramları mövcud biliklərə əsasən 
aktivləşdirməyi mümkün edir.  
Beləliklə, freym dili biliklərin  şərhedilənlik, 
strukturluluq,  əlaqəlilik və  aktivlik kimi dörd əsas 
əlamətini təmin edir. Fundamental elmlərdə  freym 
dillərindən istifadə  edilməsi  daha  ciddi  anlayışlar  aparatı 
yaratmağa  və  freym formalizmləri ilə  adi riyazi modelləri 
kompleksləşdirməyə  imkan verir. Təsviri elmlər üçün isə 
freymlər  azsaylı  formallaşdırma  üsullarından  biri  olub, 
anlayışlar aparatı yaratmağı mümkün edir.  
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------141------------------------------------ 
 
BİLİKLƏRİN MƏNTİQİ MODELLƏRİ VƏ 
MƏNTİQİ NƏTİCƏÇIXARMA SİSTEMLƏRİ 
 
Biliklərin məntiqi modelləri  –  insan  düşüncəsinin və 
hökm verməsinin (nəticəçıxarmasının)  əsasını  təşkil 
etməklə, münasib məntiqi hesablama ilə  təsvir edilə 
biləndir. Bu hesablamalara, ilk növbədə, Aristotel 
sillogizmini aid etmək  lazımdır  ki,  burada  da  biliklərin 
məntiqi modelləri mülahizə  və  predikatların  tətbiqi 
hesablamalarının aksiomatikası rolunda çıxış edir. 
2000 ildən  artıq  bir  müddətdə  dəyişməz qalan 
Aristotel sillogizmi 20-ci  əsrin 2-ci  yarısından  inkişaf 
etməyə  və  mühüm praktiki tətbiq  tapmağa  başlamışdır. 
Belə  ki, hadisələrin  şərtli və  şərtsiz  başvermə  tezliklərini 
əks etdirən qeyri-səlis  kvantlaşdırıcılar  daxil  etmək 
hesabına  Aristotel  sillogizmlərinin  tezlik  genişləndirilməsi 
mümkün olmuşdur.  
Məntiqi  hesablamlar  aşağıdakı  formal  sistem 
şəklində təqdim edilə bilər: 
М = <Т, Р, А, F>, 
Burada: Т — baza elementləri çoxluğudur (məsələn, 
hər-hansı  əlifbanın  hərfləridir);  Р
  —  sintaksis  qaydaları 
çoxluğudur  ki,  bunların  əsasında  da  T-dən düzgün 
qurulmuş  düsturlar  tərtib edilir; А
  –  düzgün  qurulmuş 
düsturlar çoxluğudur ki, bunların da elementləri aksiomlar 
adlandırılır;  Р
  —  nəticəçıxarma  qaydasıdır.  Bu,  A 
çoxluğundan  yeni  düzgün  qurulmuş  düsturlar,  yəni 
teoremlər almağa imkan verir. 
Formal M sisteminə  nümunə  kimi mülahizələr 
hesablamaları və predikatlar hesablamaları göstərilə bilər. 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------142------------------------------------ 
 
Deduktiv modellər.  Mülahizələr  hesablamalarında 
fərz edilir ki, hər bir düzgün qurulmuş düstur 
doğru və ya 
yalan  ola bilən mülahizədir. Məsələn, “Kərim zavodda 
işləyir” mülahizəsi Kərimin 
zavodda 
işləyib-
işləməməsindən  asılı  olaraq  doğru  və  ya yalan ola bilər. 
“Arif  100  tonluq  ştanq  qaldırdı”  mülahizəsinin təsdiqi isə 
bəribaşdan yalandır. 
Bu cür elementar mülahizələrdən məntiqi 
bağlayıcılar  yolu  ilə  daha mürəkkəb mülahizələr  yaradılır 
ki,  bunlar  da  yalnız  2  qiymət ala bilir: D-“doğru”  və  Y-
“yalan”. 
Bu bağlayıcılar aşağıdakı növlərə bölünür: 
Konyunksiya (“VƏ”) -∧ kimi işarə edilir; 
Dizyunksiya (“VƏ YA”) - ∨ kimi işarə edilir; 
İmplikasiya (“ƏGƏR – ONDA”) - → kimi işarə edilir; 
İnkar (“DEYİL”) - ~  kimi işarə edilir. 
Yuxarıdakı  bağlamalar  üçün  doğruluq  cədvəli 
aşağıdakı kimidir: 
Cədvəl 1. 
 
 
Birinci dərəcəli predikatlar müəyyən tip obyektlərə 
aid edilən mülahizələrdir.  Mülahizələr hesablamalarının 
bütün baza elementləri  predikat  hesablamalarının  baza 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------143------------------------------------ 
 
elementləri  çoxluğuna  daxildir.  Predikat  hesablamalarının 
sintaksis  qaydaları,  aksiomlar  və  nəticəçıxarma  qaydaları 
mülahizələr hesablamalarının  müvafiq  qayda  və 
aksiomlarını tamamilə əhatə edir.   
Predikatlar biryerli və çoxyerli olurlar. Biryerli (unar) 
predikatlar müəyyyən obyektin və  ya obyektlər sinfinin 
xassələrini əks etdirir. Bunlar Р(
х) kimi yazılır. Burada Р - 
predikat işarəsidir, xassəni göstərir,
 х —predmet dəyişəni 
isə obyekti göstərir. Р(х)
 predikatı iki qiymət ala bilir:  
D - əgər х obyekti Р xassəsinə malikdirsə 
Y - əgər х obyekti Р xassəsinə malik deyilsə. 
Unar predikata nümunə olaraq “kompüter lazımlıdır” 
hökmünü göstərmək olar. Burada P  -“
lazımlı  olmaq” 
xassəsini,  x  -  isə  qiyməti “
kompüter” olan dəyişəni 
göstərir.  
Çoxyerli (binar, ternar və  s.) predikatlar elementlər 
qrupu arasında mövcud olan münasibətləri yazmaq (təsvir 
etmək) üçün istifadə edilir. Məsələn, “
x ədədi y ədədindən 
böyükdür” hökmü 
Q(х,  у) binar predikatla təsvir edilir. 
Buradakı  predikat  simvolu  Q “böyükdür” münasibətini 
ifadə edir. 
Q(х, у) predikatı х > у olduqda, doğru (D), əks 
halda yalan (Y) qiymət alır.
  
Predikat  hesablamalarında,  həmçinin (
f,  g,  h) kimi 
predmet dəyişənləri  çoxluğundan ibarət olan funksiya 
simvollarından  da  istifadə  edilir. Məsələn,  əgər 
х  — 
telefondursa, onda 
g = f(х)  verilmiş  evdəki telefon olan 
mənzili ifadə  edə  bilər. 
Р(х,  у,  z,  ...) ifadəsi predikat 
hesablamalarında atomar düstur adlanır. Atomar düsturlar 
bağlayıcıların  köməyi ilə  mürəkkəb  düzgün  qurulmuş 
düsturlar yaratmağa imkan verir. Məsələn: 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------144------------------------------------ 
 
 
)].
,
(
))]
(
(
[
)
(
~
x
y
R
y
g
Q
x
P


 
Əgər 

və 

dəyişənlərinin qiymətləri 
göstərilməyibsə,  bu  düsturun  doğru  (D)  və  ya yalan (Y) 
olması barədə heç nə demək mümkün deyildir. 
Adətən, bu düsturun bütün obyektlər üçün və  ya 
əksinə, heç olmazsa, bir obyekt üçün doğru olub-olmadığı 
maraq  doğurur.  Bütün  obyektlər  üçün  doğru  olmaq 
ümumilik kvantoru (∀) ilə, heç olmazsa, bir obyekt üçün 
doğru olmaq isə  varlıq kvantoru (∃) ilə ifadə edilir və bu 
işarələr düsturun başlanğıcında yazılır: 
 
]]
,
(
))
,
(
(
[
)
(
[~
x
y
R
y
x
g
Q
x
P
y
x




 
 
Bu, o deməkdir ki, hər bir 
x üçün y-in heç olmazsa, 
bir D qiyməti varsa, düstur D qiymət alacaqdır.  
Bütün dəyişənləri  kvantorlarla  bağlanmış  düsturlar 
qapalı  düstur  adlanır.  Bu  düstur özünü mülahizə  kimi 
təqdim edir. 
Deduktiv modellər 
Р
1
,  Р
2
,  …,  Р
п
  kimi  bir  sıra  ilkin 
şərtlərdən (aksiomlardan  -  bunlar həm də, mahiyyətcə, 
düzgün  qurulmuş  düsturlardır) məntiqi cəhətdən  doğru 
olan hökmlər almaq üçün lazımdır. 
Р

∧Р
2
  ...  ∧  Р
п
  ifadəsinin  yalnız  və  yalnız  doğru 
qiymət aldığı halda 
В doğru qiymət alırsa, onda B Р
1
, Р
2

..., Р
п
 şərtlərinin nəticəsi hesab edilir. 
Predikat  hesablamalarının  dili  relyasiya  bazalarına 
sorğu  dili  kimi  istifadə  edilə  bilər. Adi verilənlər  bazaları 
(məsələn,  relyasiya  bazaları)  estensional  verilənlər 
bazalarıdır. Bu halda istifadəçi  sorğusunu  predikat 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------145------------------------------------ 
 
hesablarının  müəyyən  yarımdilində  tərtib edir. Adi 
verilənlər  bazaları  ilə  yanaşı,  deduktiv  verilənlər  bazaları 
da  vardır.  Bunlar  intensional  və  ekstensional hissələri 
birləşdirməklə,  əslində,  verilənlər  bazaları  ilə  biliklər 
bazalarının kombinasiyası kimi fəaliyyət göstərir. Deduktiv 
bazalarda  aksiomdan  fakt  çıxarmaq  üçün  teorem  isbatı 
metodlarından istifadə edilir. 
İnduktiv  modellər.  İnduktiv  nəticəçıxarma 
sistemləri 
M  –  formal sistemləri sinfinə  aiddir ki, burada 
da nəticəçıxarma  qaydası  hissəvi hökmlər  çoxluğundan 
ümumi nəticə  çıxarılması  prosesində  meydana  çıxır. 
İnduktiv  nəticəçıxarma  eksperimental  müşahidələr 
əsasında  ümumi  qanunauyğunluq  aşkarlamağa  imkan 
verir.  Bu  cür  qanunauyğunluqların  alınmasının  2  üsulu 
vardır: 

 
Ehtimallı-statistik üsul; 

 
Məntiqi üsul. 
Ehtimallı-statistik üsul hadisə və ya müşahidə edilən 
verilənlərin kifayət qədər  çoxsaylı  təkrarlananlığı  halında 
mümkün olur. 
Lakin insan mühakiməsi  praktikasında  ehtimallı-
statistik metodlara hər zaman əsaslanmaq mümkün 
olmur. 
Bəzən bu və  ya digər obyekt və  ya xarici mühit 
barədə  müəyyən nümunələr və  ya təzahürlərin üzərində 
aparılan müşahidələr əsasında ümumi qanunauyğunluqlar 
və  ya gələcəkdə  baş  verə  biləcək hadisələr  haqqında 
nəticələr  çıxarmaq  tələb  olunur,  başqa  sözlə, xüsusidən 
ümumiyə mühakimə yürüdüb nəticə çıxarmaq lazım gəlir 
ki, induktiv metod da əslində elə budur.  


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------146------------------------------------ 
 
İnduktiv  mühakimə  modellərini ilk dəfə  Sokrat 
qurmağa  cəhd etmişdi.  Sonra  Aristotel  sözügedən 
nəticəçıxarma sxemini “populyar induksiya” adlandırmışdı. 
1620-ci ildə  F.Bekon  induktiv nəticəçıxarmanı  səbəblər 
cədvəllərinin köməyi ilə  formallaşdırmağa  cəhd  etmişdi. 
F.Bekonun  (1561-1626)  ideyaları  1990-cı  ildə  D.S.Mill 
tərəfindən  inkişaf  etdirilmiş  və 
oxşarlıq,  fərqlənmə, 
qalıqlar və müşayiətedici, (yanaşı baş verən) dəyişikliklər 
kimi induktiv metodlar təklif  edilmişdir.  Sonrakı  illərdə 
D.S.Mill  (1806-1873)  metodları  P.Qaek və  V.K.Finn 
tərəfindən, çoxqiymətli məntiqdən istifadə edilərək, DSM-
metod adlanan məntiiqi-riyazi aparat səviyyəsinə 
qaldırılmışdır. 
 
Frensis Bekon 
 
Con Styuart Mill 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------147------------------------------------ 
 
Frensis  Bekon  (ingiliscə  Francis  Bacon)  ingilis 
flosofu,  siyasətçisi,  empirizmin  banisi.  23  yaşında 
parlamentə  seçilir,  lord-kansler,  Verulam  baronu  və 
Sent-Olban vikontu seçilmişdir. Birinci Yakovun və onun 
oğlu  Karlın  rəhbərliyi  dövründə  görkəmli  dövlət  xadimi 
olmuşdur.  
Bekon  peşəkar  fəaliyyəti  hüquqçu  kimi  başlayır. 
Əsasən  induktiv  metodların  elmi  tədqiq  olunması  ilə 
məşğul  olmuşdur.  Əksər  hallarda  elmi  nəticəni  “Bekon 
metodu”  da  adlandırırlar.  Alimin  fikirinə  görə  induksiya 
biliyi  ətraf  mühitdən  eksperiment,  müşahidə  və 
hipotezin  yoxlanması  nəticəsində  alır.  Öz  zamanlarında 
əlkimyaçılar metoddan geniş istifadə etmişlər. Bekon öz 
elmi  baxışlarını  yazdığı  “Yeni  orqanon”  traktaktında 
ətraflı şərh etmişdir (orqanon - biologiyanın heyvan və 
bitki  orqanizmi  üzvlərinin  quruluşundan  bəhs  edən 
şöbəsi).  Bekon  ikihərfdən  ibarət  şifr  yaratmışdır,  indiki 
zamanda “Bekon şifri” kimi məşhurdur. 
Ədəbiyyat aləmində qəbul edilməmiş elmi söhbətlər 
mövcuddur, bu Bekonun yazdığı bütün mətnləri Şekspir 
adı altında çap etdirməsi ilə bağlıdır. 
Con  Styuart  Mill  (ingiliscə  John Stuart Mill) ingilis 
flosofu,  iqtisadçı  və  siyasi  xadim.  Ümumnəzəri, 
politalogiya  və  siyasi  iqtisad  sahələrinə,  həmçinin  
liberalizm  fəlsəfəsinə    əhəmiyyətlə  tövhələr  vermişdir. 
Fərdi  azadlıq  konsepsiyasının  tərəfdarı  kimi  çıxışlar 
etmişdir. Belə bir fikir vardır ki, C.Mill XIX əsr ingilis dilli 
fəlsəfənin tanınmış şəxslərindən biridir. Uzun illər boyu 
Britaniya Parlamentinin üzvü olmuşdur. 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------148------------------------------------ 
 
V.K.Finn 
 
Finin Viktor Konstantinoviç 15 iyul 1933-cü ildə 
Moskva  şəhərində  anadan  olmuşdur,  texnika  elmləri 
doktorudur.  Linqvistika  İnstitutunun  intellektual  sistem 
şöbəsinin  müdiri,  elmi  şuranın  üzvü,  doktorluq 
dissertasiyası  üzrə  şuranın  üzvü,  “Elmi  texniki 
informasiya”  jurnalının  redaksiya  heyyətinin üzvü, 
Rusiya süni intellekt assosiasiyasının üzvü, əsas elmlər 
üzrə ümumdünya assosiasiyasının üzvüdür. 
 
Bu metod tədqiqatçı-eksperimentatorun induktiv 
mühakimələrini modelləşdirir.  DSM-metod informasiya 
yetərsizliyi  şəraitində  verilənlərin məntiqi  emalının  yeni 
vasitəsi olmaqla, qanunauyğunluq fərziyyələrini avtomatik 
formalaşdırmağa  imkan  verir.  Formallaşdırılmış  induktiv 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------149------------------------------------ 
 
metodlar, o cümlədən, DSM-metod eksperimental 
verilənlərdən  çıxarılan  nəticələrlə  biliklər  bazasını 
avtomatik  doldurmaq  imkanları  açır.  DSM-metoddan 
interaktiv rejimdə  istifadə  edilməsi elmi tədqiqatların 
avtomatlaşdırılmasının  olduqca  səmərəli sistemlərini 
qurmağa imkan verir. 
Eksperimentlər DSM-metodun olduqca yüksək 
səmərəlilik  nümayiş  etdirdiyini  üzə  çıxardı.  Bu,  xüsusilə 
də, kimyəvi birləşmələrin yenidən sintezi zamanı  bioloji 
aktivliyin proqnozlaşdırılması məsələlərinin həllində özünü 
qabarıq  şəkildə  göstərdi. Fərziyyənin  yoxlanması  üçün 
deduktiv metodlardan istifadə  edilməsi məqsədəuyğun 
olduğundan,  deduktiv  və  induktiv formalizmləri vahid 
sistem  alında  birləşdirmək problemini həll etmək  lazım 
gəldi. 
1975-ci ildə  Q.Saymon  BACOM  adlı  induktiv 
nəticəçıxarma  proqramını  işləyib  hazırladı  ki,  bu  da  süni 
intellekt  metodları  ilə  təbiət elmlərində  qanunlar  aşkar 
etmək üçün nəzərdə  tutulmuşdu.  Sonra  bu  proqramın 
təkmilləşdirilmiş  variantı  –  BACOM-5  meydana  çıxdı. 
Maraqlı  cəhət  bu  idi  ki,  BACOM  proqramının  köməyi ilə 
eksperimental verilənlər əsasında ideal qaz qanunu, Kulon 
(1736-1806)  qanunu, Keplerin üçüncü qanunu, G.S.Om 
(1789-1854)    qanunu, rəqqas və  sabit təcil üçün Qaliley 
qanunları yenidən kəşf edildi. 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------150------------------------------------ 
 
 
Şarl Oqyusten de Kulon 
 
Georq Simon Om 
 
 
Qalileo Qaliley 
 
İohan Kepler 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------151------------------------------------ 
 
Psevdofiziki məntiqlər. Birinci dərəcəli predikatlar 
(Yüksək dərəcəli məntiqlərdə  kvantorlar  yalnız 
х,  у,  z 
dəyişənləri üçün deyil, həm də  predikatlara və 
funksiyalara da tətbiq edilir)  məntiqinin böyük imkanlara 
malik  olmasına  baxmayaraq,  bu,  zaman,  məkan, 
səbəbiyyət və  s.  kimi mürəkkəb  anlayışlarıdan  söhbət 
gedən hallarda biliklərin məntiqi təqdimatı üçün münasib 
olmur. Bu hallarda psevdofiziki məntiqlər daha 
münasibdir. “Psevdofiziki” termini fiziki gerçəkliyi olan 
məntiqi münasibətlərin əks etdirilməsi ilə bağlıdır. 
Psevdofiziki məntiqlərin tətbiqi  aşağıdakılara  imkan 
verir: 
-insanın  ətraf fiziki dünya barədə  qeyri-səlis 
mühakimələrini, məsələn, hadisələrin  zamanlı  əlaqəliliyi, 
obyektlərin məkanda yerləşməsi, fiziki hadisələr  arasında 
səbəb-nəticə  əlaqələri,  onların  başvermə  tezliyi və  s. 
haqqında mühakimələrini imitasiya (təqlid) etmək; 
-nəticəçıxarma  qaydaları  əsasında  yeni  biliklərin 
qenerasiyası  (yaradılması).  Bu  biliklər təbii dildəki 
mətnlərdən və  ya sensor sistemlərdən  alınmış 
situasiyaların  təsvirini  tamamlayır  və  intellektual 
sistemlərin yaddaşına daxil edilir.  
 Psevdofiziki məntiqlərin  yaradılması  münasibətlərin 
semantikasını  (zamanı,  məkanı  və  s) nəzərə  alan formal 
sistem  qurmağı  və  verilmiş  psevdofiziki  məntiqi təyin 
edən fiziki gerçəkliyin  modelini  yaratmağı  əhatə  edir. 
Məsələn,  intellktual  qurğu üçün zaman məntiqi 
situasiyanın  təsvirində  əyani  iştirak  etməyən  zamanlı 
münasibətləri və  bu münasibətləri bərpa edən deklarativ 
təsvirləri hasil edən formal sistemlə təchiz  edilmiş olur. 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------152------------------------------------ 
 
Psevdofiziki məntiqin  əsas problemi elə  məntiqlər 
(fəzalı,  zamanlı,  kauzal  (səbəblilik, hadisələr  arasında 
səbəb  əlaqəsi), fəaliyyət məntiqləri)  yaratmaqdan 
ibarətdir ki, nəticədə  insanın  qeyri-səlis mühakimələrini 
imitasiya etməyi bacaran tamfunksional intellektual 
sistemi yaransın. 
 
Produksiyalar.  Burada produksiya dedikdə, 
situasiya→hərəkət  (iş,  fəaliyyət, təsir),  ilk  şərtlər→rəy 
(fikir,qərar), səbəb→nəticə və s. cütlüklərdən ibarət olan 
qayda-produksiya  nəzərdə  tutulur. Bu cür qaydalar 
müxtəlif bilik sahələrində  və  fəaliyyət növlərində  rast 
gəlinir. Gündəlik həyatımızda  bizi  müxtəlif  davranış 
qaydaları,  küçə  hərəkəti  qaydaları,  qrammatik  qaydalar 
əhatə edir. 
Cinayət məcəlləsinin müddəaları da qayda kimi çıxış 
edir ki, bunun da sol tərəfi dispozisiya  (dispozisiya 
dedikdə  ya  qoşunun  döyüşə  hazır  vəziyyəti, ya da ki, 
donanmanın əvvəlcədən təyin edilmiş plan üzrə müəyyən 
yerdə hazır durması başa düşülür), sağ tərəfi sanksiyadır. 
Əgər söhbət  proqramlaşdırmadan  gedirsə, onda 
produksiya dedikdə, 
produksiyanın  adı,  tətbiqolunma 
şəraiti, operator  üçlüyü nəzərdə  tutulur. Bəzi  hallarda 
produksiya implikasiya (“əgər-onda”)  anlamına  yaxın 
məna  daşıyır.  Odur  ki,  produksiya  implikasiya  şəklində, 
yəni,
,
β

α
  kimi  işarə  edilə  bilər.  Əgər tətbiqolunma 
şəraitinin daha ətraflı  açılması  tələb olunursa, onda 
,
2
1
B
P
P
P
n





kimi  yazmaq  lazımdır.  Burada
  P
i
 
(
i = 1,2,...,  n)  konyunksiya  formasında  təzahür edən 
tətbiqolunma  şəraitidir; 
B  –  rəy (fikir, qərar) olmaqla, 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------153------------------------------------ 
 
bəzən hərəkət (iş, fəaliyyət, təsir) kimi mənalandırıla bilir 
ki, bu da implikasiya produksiyasından  əhəmiyyətli 
dərəcədə fərqlənir. 
Aşağıdakı 2 misala baxaq: 
1.Avadanlığın 
istismarı 
sahəsindən qayda-
produksiya:  “Əgər  qazın  temperaturu 
  Т  ≥  30°  С  və 
təzyiqi 49⋅10
4
 Pа-dırsa, onda rejim pozulub, buna görə də 
sərinkeşi qoşmaq və mayeli nasosu söndürmək lazımdır”. 
2.DENDRAL sisteminin produksiyasına misal: 
 
 
,
)
(
)
(
)
(
)
(
4
4
3
3
2
2
1
1
B
x
P
x
P
x
P
x
P




 
 
Burada: 
х
i
 (i = 1, 2, 3, 4) — atom ədədinin elektrik 
yükünə  nisbəti; 
Р
1
,  Р
2
,  Р

—  spektroqramdakı  yüksək 
piklər;  Р
4
  —  spektroqramdakı  hər  hansı  başqa  pikdir. 
Əgər 
x
1
 = 71, 
x
2
 = 43, 
x
3
 = 86 və 
x
4
 = 58 olarsa, onda 
tədqiq edilən maddədə η — propilikten-3 maddəsi iştirak 
etməlidir. 
Əgər produksion sistem barədə danışarkən istifadəçi 
nəzərə  alınmırsa,  onda  bu  sistem  3  moduldan (blokdan) 
ibarət  proqram  sistemi  kimi  çıxış  edir.  Həmin modullar 
müxtəlif cür adlanır: 

 
Qlobal verilənlər bazası (sadəcə baza, və ya B-modul); 

 
Qayda-produksiyalar çoxluğu (P-modul); 

 
İdarəetmə sistemi (İ-modul). 
Bu modullar arasındakı əlaqə aşağıdakı kimi dinamik 
produksion sistem yaradır: 
 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------154------------------------------------ 
 
 
 
 
 
Şəkil 3. Produksion sistem – dinamik sistem kimi 
Qlobal  verilənlər  bazası  (B-modul) ümumi qəbul 
olunmuş  anlamda  olan  verilənlər  bazası  kimi  başa 
düşülməməlidir. Bu, (B-modul), daha çox əsas  verilənlər 
bazasının hər  hansı  bir  işçi  zonasıdır  ki,  buna  da  qayda-
produksiyaların  təsiri  altında  özünün
  х(t) vəziyyətini 
dəyişən dinamik sistem kimi baxılır. 
Qayda-proquksiyalar (P-modul)  çoxluğu  sistemin 
biliklər bazasını təşkil edir. İdarəetmə sistemi (İ-modul) P-
moduldan müəyyən strategiya üzrə  lazımi  produksiyaları 
seçib qlobal verilənlər  bazasına  (B-modula) təsir edərək 
onu 
х(t) vəziyyətindən  х(t+1) vəziyyətinə  keçirir. 
Produksion sistem ya terminal vəziyyətinə  gələnədək 
işləyir,  ya  da  verilmiş  situasiyada  lazımi  produksiyanın 
olmaması  üzündən dayana bilmir. Terminal vəziyyəti 
məsələnin həllinin  başa  çatdığını  ifadə  edə  bilər. Lakin 
əgər terminal vəziyyəti  əvvəlcədən təyin  edilmiş 
taktlardan az olan vəziyyəti  əks etdirərsə, bu o demək 
olacaq ki, produksion sistem məsələni həll edə 
bilməmişdir.  İdarəetmə  sistemi  (İ-modul) üçün qolbal 
verilənlər bazasının (B-modulun) 
х(t) vəziyyəti ilə terminal 
vəziyyəti  arasındakı  fərq təsir stimuludur. Yəni, B-
İ-modul 
P-modul 
B-modul 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------155------------------------------------ 
 
modulun 
х(t) vəziyyəti terminal vəziyyətinə  çevrilənədək 
İ-modulun təsiri altından çıxa bilmir. 
Beləliklə, proquksion sistemin fəaliyyətini formal 
şəkildə aşağıdakı kimi yazmaq olar: 
 
х (t+1) = f (х(t), u(x)). 
 
Burada: 
u
i
  ∈  U, U —  qayda-produksiyalar 
çoxluğudur. 
İndi  də  nümunə  üçün “Səkkiz” oyununu nəzərdən 
keçirək. 
Bu oyunda qlobal verilənlər  bazasının (B-modulun) 
vəziyyəti 3×3 ölçülü 9 xanada yerləşən nömrələnmiş  8 
fişkanın (fişka -müxtəlif oyunlarda işlənən daş, marka və 
i. a.)  cari yerləşməsindən ibarətdir. Bu halda, qayda-
produksiyalar  kimi  boş  xananın  hər  hansı  fişka  ilə 
yerdəyişməsindən ibarət olan alternativlər çıxış edəcəkdir. 
Əgər  boş  xana  kvadratın  mərkəzindədirsə,  fişkalarla 
yerdəyişmə alternativi 4, qıraqdadırsa -3 olacaqdır.  
Bu halda qlobal verilənlər  bazasının (B-modulun) 
х(t) vəziyyəti nömrəli  fişkaların  kvadratdakı  cari 
yerləşməsi  olacaqdır.  Dəyişmələrin tam mənzərəsini  “VƏ 
YA” qraf-ağacı  ilə  təsvir etmək olar ki, burada da qraf 
təpələri sistemin hər vəziyyətdən bütün alternativlərdən 
istifadə  edərək  keçdiyi bütün vəziyyətləri göstərəcəkdir. 
Əgər indi müəyyən idarəetmə  strategiyası  -
  U:(х) 
seçilərsə, onda qrafda məqsəd (hədəf) təpəsinə  aparan 
yeganə  yol  əmələ  gələr. Bu halda strategiya öz yerində 
olmayan fişkaların üzərindəki nömrələrin cəmindən ibarət 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------156------------------------------------ 
 
olacaqdır.  Hər dəfə  boş  xananın  yerini  elə  dəyişmək 
lazımdır  ki,
  U:(х)  azalsın  və  ya  artmasın.  Bu  strategiya 
qrafda ilk vəziyyətdən məqsəd vəziyyətinə  4  aralıq 
vəziyyətdən keçib gedən yeganə yolu göstərir. 
İndi  isə  kommivoyajör  (xarici ölkələrdə  ticarət 
agenti) məsələsinə baxaq. Fərz edək ki, ticarət agentinin 
marşrutu  ABCDE  kimi  5  şəhərdən keçir. Bu halda qlobal 
verilənlər  bazasının (B-modulun) 
х(t) vəziyyəti  t 
məqamına  agentin  gəldiyi  şəhərlərin  cari  siyahısı 
olacaqdır.  Başlanğıc  vəziyyəti 
х(0)  =  А,  məqsəd (hədəf) 
vəziyyəti isə  
х(5)  =  А  olacaqdır.  Çünki  agent  bütün 
şəhərləri gəzdikdən sonra A məntəqəsinə  qayıtmalıdır. 
Bütün hərəkət alternativlərinin nəzərdən keçirilməsi 
məqsəd təpələrinin  sayı  4!=24  olan  “VƏ  YA”  qrafına 
gətirib  çıxarır.  Əgər hər  hansı  strategiya, məsələn, hər 
dəfə  yaxın  şəhərə  getmək  strategiyası  seçilərsə, onda 
qrafda ABCDE təpələrinə  müvafiq yeganə  yol 
yaranacaqdır. 
Baxdığımız  hər iki məsələdə  seçilmiş  strategiyada 
qayda-produksiya 
β
α

  şəklində  olacaqdır.  Yəni, bu 
qayda-produksiya  -  “əgər 
t  addımında  cari  vəziyyətlə 
məqsəd vəziyyəti arasındakı fərq α-dırsa, onda β qərarını 
qəbul et” -  şəklində  olacaqdır.  Əgər hər bir vəziyyətdə 
bütün 
n  idarəetmə  alternativlərindən istifadə  edilibsə  və 
buna  uyğun  “VƏ  YA”  qrafı  qurulubsa,  onda  produksiya  
.
2
1
n
β


β

β

α

 şəklində təsvir ediləcəkdir. 
Lakin heç də həmişə qrafda yeganə yol təmin edən 
strategiya seçmək mümkün olmur. Bu halda qrafın eninə 
və dərininə, əgər lazımdırsa, əvvəlki vəziyyətə qayıtmaqla, 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------157------------------------------------ 
 
axtarış  həyata  keçirilir.  Axtarış  prosesində  həll edilən 
məsələnin mahiyyətindən irəli gələn müxtəlif 
evristikalardan  (evristika  -  nəzəri tədqiqatın  məntiqi və 
metodik üsulları sistemi) istifadə edilir. 
Baxdığımız  misallarda  produksiyalar  başlanğıc 
vəziyyətdən məqsəd vəziyyətinə  düz istiqamətdə  istifadə 
edilmişdir. Bu produksiyalar düz (birbaşa) produksiya (D-
produksiya)  adlanır.  Lakin  əks proses, yəni,  əks 
produksiyaların  (Ə-produksiya) köməyi ilə  məqsəd 
vəziyyətindən  başlanğıc  vəziyyətə  keçid də  mümkündür. 
Bu  halda  baş  məqsəd  ardıcıl  olaraq  hissəvi məqsədlərə 
parçalanır.  Bundan  əlavə, ikiistiqamətli proses də 
mümkündür. Lakin bu halda qlobal verilənlər  bazasında 
(B-modulda) həm vəziyyətlər, həm də  məqsədlər təqdim 
edilir.   
Produksiyalar predikat hesablamaları  ilə  birləşdirilə 
də  bilər. Bu zaman qayda-produksiyalar  əsasında 
deduktiv metodun gerçəkləşdirilməsi  üçün  imkan  açılır. 
Başqa sözlə, çox hallarda mühakimələr yürütmək metodu 
ilə müqayisədə daha səmərəli prosedur meydana çıxır.  
Lakin, biliklər modeli olmaqla, predikat 
hesablamaları barədə bir iradı da qeyd etməmək mümkün 
deyildir.  İş  burasındadır  ki,  semantik  şəbəkələr nəzərdən 
keçirilərkən  qeyd  edilmişdi  ki,  bəzi  şərtlərdə  bunları 
məntiqi nəticəçıxarma  sistemi  ilə  əlaqələndirmək 
mümkündür. Yəni 
produksiyalı 
predikat 
hesablamalarından 
semantik 
şəbəkələrə 
keçidin 
mümkünlüyü sübut edilmişdir.   
Artıq  qeyd  edildiyi  kimi,  freymlər  öz  slotlarında 
produksiyaları saxlaya bilirlər.  


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------158------------------------------------ 
 
Beləliklə, hal-hazırda  məlum olan müxtəlif biliklər 
modelləri  arasında  dərin  bir  ümumilik  müşahidə  olunur. 
Əslində, burada qeyri-adi heç nə  yoxdur, çünki bu 
modellərin hamısında söhbət münasibətlərdən gedir.  
 
Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin