Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 2 0 1 6


NANOTEXNOLOGİYA: ”İNSANI TEXNİKA”



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix24.04.2017
ölçüsü84,86 Kb.
#15629
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   12

NANOTEXNOLOGİYA: ”İNSANI TEXNİKA” 
ÜZRƏ AXTARIŞLAR VƏ PERSPEKTİVLƏR 
 
”Kseroks”  firmasının  əməkdaşı  E.Berlin  uzunluğu  1 
sm, diametri 1 mm və zəncirotu toxumuna bənzər açılmış 
çətri olan iynə-miniatür cihaz layihələşdirir. Cihazın içində 
müxtəlif informasiya vericiləri, enerji mənbəyi, 
mikroprosessor və  radiostansiya yerləşdirmək nəzərdə 
tutulur. Çətir həm antenna, həm də  paraşüt  funksiyasını 
yerinə yetirəcək. Təyyarədən  havaya  buraxılan  bu  ”iynə” 
buludcuğazı  saniyədə  3 sm-ə  yaxın  sürətlə  yerə  enəcək-
dir. Bu münvalla 600 metr yüksəklikdən yerə  çatana 
qədər 5 saatdan çox vaxt sərf olunacaq. Həmin müddətdə 
informasiya vericiləri atmosferin tərkibini təhlil edəcək və 
bu  süni  buludcuğazın  komponentləri olan iynələr öz 
aralarında  informasiya  mübadiləsi edərək  verilmiş 
məqamda atmosferin vəziyyəti barədə  ümumi rəy 
yaradacaq, sonra isə alınan nəticəni idarəetmə mərkəzinə 
ötürəcəkdir. 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------43------------------------------------ 
 
E.Berlin təsdiq edir ki, bu mikrocihazı  qurmaq üçün 
lazım  olan  bütün  detallar  artıq  mövcuddur.  Onları  yığıb 
”şüurlu  toz”  yaratmaq  yaxın  5  il  ərzində  mümkün 
olacaqdır.  ”Şüurlu  toz”u  hazırlamaq  üçün  hal-hazırda 
mövcud olan mükəmməl  mikroelektronika  metodları 
kifayətedicidir.  
Bundan əlavə, elektrostatik qüvvələrlə olduqca xırda 
detalları  yığan  bütöv  avtomat  xətlər  hazırlanmaqdadır. 
Amerika mühəndisləri həmin metodlarla təyyarə qanadları 
üçün aktiv səth düzəltmək fikrindədirlər.  Artıq  həqiqi 
təyyarədən 7 dəfə kiçik olan eleronsuz, yəni, qanadlarında 
hərəkət edən hissə  olmayan aviamodel düzəldilmişdir  ki, 
bu da 0,8 saniyəyə  180
0
  dönə  bilir.  İş  burasındadır  ki, 
həmin  aviamodelin  qanadlarının  səthinin bir hissəsi 
miniatür  pulcuqlarla  örtülmüşdür.  İdarəedici siqnallara 
cavab olaraq ölçüsü 1 kv. mm. olan həmin pulcuqlar 
”pırpız”lana və ya ”yata” bilir ki, bu da qanadı kəsən hava 
axınını  dəyişir.  Nəticədə  heyranedici manevr qabiliyyəti 
yaranır.  Bu  modeli  düzəldən Kaliforniya universitetinin 
mütəxəssisləri gələcəkdə  qanadın  səthini içi maye ilə 
doldurulmuş  milyonlarla  plastik  ”qovcuqlar”la  örtməyə 
üstünlük verirlər.  Maye  qızdırıldıqda  ”qovcuq”  şişir, 
soyudulduqda isə  qovucuqlar  ”soğulub”  yox  olur.  Bu 
variantda  alınan  nəticə  miniatür eleronlarla əldə  edilən 
nəticə  ilə  eynidir. ”Qovcuq”lardan əlavə,  hava  axınları 
burulğanlarının  dəyişməsinə  cavab  olaraq  qanadın 
”çopuru”nu avtomatik idarə etmək üçün qanadın səthində 
miniatür informasiya vericiləri də quraşdırılacaqdır. 
Amerika və  Yaponiya mühəndisləri hal-hazırda 
”kirpikcik”lərin köməyi ilə ancaq mikroskopla görünə bilən 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------44------------------------------------ 
 
birhüceyrəli orqanizm olan infuzoriyanın  hərəkət üsulunu 
modelləşdirməyə  çalışırlar.  Mikrosxem  istehsalında  tətbiq 
edilən  mikrolitoqrafiya  metodlarından  istifadə  edərək 
silisium lövhəsi üzərində  dörd ”kirpikcik”dən ibarət qrup 
yaradıb,  onları  bu  və  ya digər elektrik yükü ilə  yükləyib, 
”pırpızlamaq” və ya ”yatırtmaq” istəyirlər. Arası 1 mm-dən 
az olan həmin ”dördlükləri” idarə  etməklə  lövhəni 
yeritmək, yaxud lövhəni arxası üstə çevirib üstünə yüngül 
predmet qoymaqla, onu ”kirpikciklərlə” hərəkət etdirmək 
olar. Hər iki halda hərəkət sürəti saniyədə  0,2 mm, 
yerdəyişmə dəqiqliyi isə bir neçə mikron (
 m və ya 
mm [8, s.557]) təşkil  edir.  Bu  qurğu  dəqiq mexanikada 
külli miqdarda tətbiq sahəsi tapacaq, biologiyada isə ayrı-
ayrı  hüceyrələri  çeşidləmək (yerlərini dəyişmək) üçün 
istifadə edilə bilər.  
Lakin alim və  mühəndislərin fikri mikrotexnikadan 
daha xırda texnikaya - nanotexnikaya, ayrı-ayrı molekullar 
və  hətta atomlar səviyyəsində  işləyən  maşınlara 
yönəlmişdir. Nanotexnologiya – 100 nanometrə (
mm) 
yaxın  miqyasda  material  və  strukturlar  istehsalıdır. 
Texnikanın  hələ  mövcud olmayan bu sahəsini amerikan 
fiziki  Erik  Dreksler  artıq  20  ildir  təbliğ  edir.  O,  Riçard 
Feynman  (1818-1988)  və  Con  fon  Neymanın  ideyalarını 
birləşdirmişdir.  Belə  ki, R.Feynman 1959-cu ildə  demişdi 
ki, insanlar indi bolt və  qaykalarla necə  işləyirlərsə, vaxt 
gələcəkdir,  ayrı-ayrı  atomlarla  da  eləcə  iş  görəcəklər. C. 
fon Neyman isə  müharibə  qurtaran kimi öz-özünü təkrar 
istehsal edən  maşınlar  nəzəriyyəsini  işləyib  hazırlamışdı. 
Bu  maşın  (düzdür,  hələ  də  xalis nəzəriyyə  olaraq  qalır) 
6
10

3
10

4
10



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------45------------------------------------ 
 
özünə  lazım  olan  detalları  mövcud  xammaldan  istehsal 
edib özünün tam nüsxəsini yığmağa qadirdir. 
 
 
Kim Erik Dreksler 25 aprel 1955-ci ildə Amerikanın 
Kaliforniya  ştatındakı  Oklend  şəhərində  anadan 
olmuşdur. 
Məşhur 
amerika 
alimidir, 
”nanotexnologiyanın 
atası”dır. 
Nanotexnologiya 
mexasintezi və  ”boz  selikli  qişa”  konsepsiyalarının 
(konsepsiya - hər hansı bir hadisə haqqında görüş, əsas 
fikir)  müəllifidir,  molekulyar  nanorobotların  ilk  nəzəri 
yaradıcısıdır.   
 
Ayrı-ayrı  atomlarla  manipulyasiya  etmək  yalnız 
1981-ci ildə  mümkün  oldu.  İsveçrə  alimləri Bininq və 
Rorer elektron tunel mikroskopu yaratdılar ki, bu da sonra 
Nobel  mükafatına  layiq  görüldü.  Bu  qurğunun  iş  prinsipi 
ona  əsaslanır  ki,  son  dərəcə  nazik iynə  hər  hansı  bir 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------46------------------------------------ 
 
elektrik keçirici materialın üzəri ilə təxminən 1 nanometrə 
(
mm) yaxın məsafədə hərəkət edir (”Наука и жизнь” 
№ 6, 1986 г.). Əgər iynə bu və ya digər elektrik yükü ilə 
yüklənərsə,  materialın  səthindən  ayrıca  atomu  çəkib 
çıxarmaq  və  başqa  yerə  qoymaq, sonra isə  elektrik 
yükünün  işarəsini dəyişib  həmin atomu yenidən səthə 
qaytarmaq olar. 
1986-cı  ildə  isə  atom-qüvvə  mikroskopu  yaradıldı. 
Bunun  iş  prinsipi  elektrostatik  qüvvələrə  deyil, 
atomlararası  cazibəni təmin edən  qarşılıqlı  fəaliyyət 
qüvvələrindən isifadəyə əsaslanır (“Наука и жизнь” № 9, 
1991  г.).  Artıq  az  saylı  atomlardan  yığılmış 
nanotranzistorların və ya elektron dəyişdirici açarlarının ilk 
nümunələri düzəldilmişdir. 
Nəzəriyyəçilər isə daha uzaq gələcəyə baxırlar. Yaxın 
vaxtlarda nanotexnologiyadan istifadəyə  əsaslanan 
istehsala – ilk növbədə,  kompüterlər və digər elektronika 
məmulatları üçün nanokomponentlər buraxılışına başlana-
cağı gözlənilir.  
E.Dreksler  inanır  ki,  uzaq  perspektivdə... atom-
qüvvə  mikroskopunun iynəsi ilə  maye qarışığında  üzən 
nisbətən sadə  molekullardan öz nüsxəsini yarada bilən 
DNK kimi öz-özünü istehsal edən ilk molekulyar 
nanomaşın  yaradılacaqdır.  Sonra  isə  elə  nanomaşınlar 
yaradılacaq  ki,  onlar  nəinki özünü təkrar istehsal 
edəcəkdir, həm də  kənardan verilən siqnallarla idarə 
edilərək  insanın  istədiyini  yığacaqdır.  E.Dreksler  bu 
maşının  adını  assembler  (yığıcı)  qoymuşdur.  E.Drekslerin 
fikrincə,  inkişaf  eyni  zamanda  2  istiqamətdə  gedə  bilər. 
Biri budur ki, trilyonlarla assemblerlər heç kimə  lazım 
6
10



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------47------------------------------------ 
 
olmayan ucuz atom və  molekullardan, deyək ki, 
palçıqdan, dəniz suyundan, xəzəldən və s. ixtiyari sifarişi 
(makroskopik obyektləri): almazları, 
bifşteksləri, 
televizorları, xəz mantoları, hər cür maşın detallarını yığa-
caqlar. Özü də  bəzi  detalları  əvvəlcədən almaz qəfəsinə 
çevirdikləri  kömür  atomlarından  yığıb  onların  az  qala 
əbədiliyini təmin edəcəklər.  
  
 
Riçard  Fillips  Feynman  (ingiliscə  Richard Phillips 
Feynman)  görkəmli  amerika  alimidir.  Əsas  nailiyyətləri 
nəzəri  fizika  sahəsində  əldə  etmişdir.  Kvant 
elektrodinamikanın yaradıcılarından biridir. 1965-ci ildə 
fizika  elmi  sahəsində  Nobel  mükafatına  layiq 
görülmüşdür. Bununla yanaşı çoxlu sayda mükafatlarda 
almışdır (məsələn, A,Eynşteyn adına mükafat, Nils Bor 
qızıl  medalı  və  s.).  Nəzəri  fizika  ilə  yanaşı  biologiya 
sahəsində  də  məşğul  olmuş,  bu  sahəyə  öz  tövhələrini 
vermişdir. 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------48------------------------------------ 
 
İnkişaf  həm də  mikroaləmə  doğru  gedə  bilər: 
assemblerlər mikronun cüzi hissəsi boyda 
nanosubmarinalar  (sualtı  qayıqcıqlar)  yaradacaqdır  ki, 
bunları da şprislə insan orqanizminə yeridib qan damarları 
ilə  axıdaraq  xolesterin  topalarını  ləğv  etməyə,  yaşla 
əlaqədar olaraq qocalmaya səbəb olan DNK 
molekullarındakı  səhvləri düzəltməyə  və  insanı  az  qala 
ölümsüz etməyə  yönəldiləcəkdir. Digər  nanomaşınlar 
insan orqanizminin bütün künc-bucaqlarına  daxil  olub, 
xərçəng hüceyrələri törədən  mikrobları  axtarıb  məhv 
edəcəkdir. E.Dreksler təbiətdə  nadir rast gələn və  çətin 
əldə  edilən ixtiyari molekul birləşmələrinin də  kütləvi 
istehsalının  mümkün  olacağına  inanır.  Yəni,  bir  sıra 
xammal növlərini daha dəniz dibindən  çıxarmaq  lazım 
gəlməyəcək, laboratoriyalarda istehsal ediləcəkdir. 
Müəyyən məqsəd üçün xüsusi tərkibdə layihələşdirilən və 
təbiətdə  mövcud  olmayan  molekulları  da  istehsal  etmək 
mümkün olacaqdır.  
E.Dreksler 
öz 
kitablarının 
bir 
çoxunda 
nanotexnologiya  mövcud  olan  dünyanı  təsvir edir. O, 
göstərir ki, nanoyığıcıların istehsal etdikləri şeylər olduqca 
ucuz  olacaqdır.  Çünki,  bunun  üçün  həmin texnoloji 
avadanlığı yalnız işə buraxmaq kifayətdir. O zaman iqtisad 
elminə  ehtiyac qalmayacaq. Çünki E.Drekslerə  görə, 
iqtisad elmi defisitlər və  onların  aradan  qaldırılması 
haqqında elmdir. Heç bir şey defisit olmayacaq. Hər evdə 
mikrodalğalı soba boyda sintezator olacaq. Bir vedrə suyu 
həmin sintezatora töküb, 1 saatdan sonra kompüter, təzə 
kostyum və  ya  hazır  xörək  çıxarmaq  mümkün  olacaq. 
Kənd təsərrüfatı tamamilə dəyişəcəkdir. Məsələn, ”karbon 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------49------------------------------------ 
 
qazı üstəgəl torpağın mineral maddələri – ot – inək - süd” 
zəncirindən  bütün  artıq  həlqələri  çıxarıb  havadan  süd 
almaq  mümkün  olacaq.  Çünki  süd  molekullarını  törədən 
atomlar  havada  vardır.  Lakin  bu  cəsarətli müəllif həmin 
gözəl dünyada bəzi təhlükələr də görür. Məsələn, istənilən 
adam istədiyi silahı, o cümlədən, atom bombasını istehsal 
edə  bilər. Zərərli sənaye  tullantılarını  atomlara  qədər 
parçalamaq üzrə  ixtisaslaşan  nanomaşınlar  qrupu  bu  və 
ya digər səbəbdən nəzarətdən  çıxa  və  faydalı  olan hər 
şeyi palçığa və toza çevirə bilər. 
Alimlərin  çoxu  E.Drekslerin  quraşdırmalarına  qeyri-
elmi  fantastika  kimi  baxsalar  da,  artıq  müasir  komüter 
displeylərində 
gələcək molekulyar mexanizmlərin 
çertyojları  meydana  çıxmaqdadır.  Amerikanın  2 
maliyyəçisi  isə  atomu ”tutub yerini dəyişə  bilən  əl” və 
assembleri idarəedən  qurğu  yaratmaq üçün 250 min 
dollar mükafat təsis etmişdir [80]. 
 
 
 
 
 
 
 
 
 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------50------------------------------------ 
 
Q E Y D L Ə R: 
 
Şərq  dünyasının  ən məşhur  musiqiçi  və 
musiqişünaslarından sayılan Səfi əd-Din Əbdülmömin ibn 
Yusif  ibn Faxir Urməvi Azərbaycanın  qədim mədəniyyət 
mərkəzi Urmiya şəhərində 1216-cı ildə anadan olmuşdur. 
İbtidai  təhsilini öz vətənində  almış,  musiqi 
savadının  əlifbasını  və udda çalmağı  da burada 
öyrənmişdir. 
Sonradan Ərəb Xilafətinin paytaxtına, 
bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi 
olan  əfsanəvi Bağdad şəhərinə  gələrək, dövrünün  ən 
yaxşı  universitetlərindən  sayılan  "Müstənsəriyyə"də 
təhsilini  davam  etdirmişdir.  O,  burada  fəlsəfənin, 
məntiqin, tibbin, riyaziyyatın, astronomiyanın və dillərin 
əsasları  ilə  tanış  olur.  Musiqi  sənətini öyrənməkdə 
davam edən Səfiəddin xəttatlıqda  da  böyük  uğur 
qazanır.  Təsadüfi deyil ki, əvvəlcə  o, musiqi sahəsində 
deyil, xəttat  kimi  şöhrət  tapır və  Abbasilər sülaləsinin 
son nümayəndəsi xəlifə  əl-Müstəsimin  sarayına  dəvət 
olunur. Az vaxtda xəlifənin  yaxın  əhatəsinə  daxil olan 
sənətkar bir müddətdən  sonra  saray  kitabxanasının 
rəhbəri və  baş  xəttatı  təyin  olunur.  Kitabların  üzünü 
köçürmək və  kitabxana rəhbərliyi Səfiəddini musiqi 
təhsilini davam etdirməkdən  yayındırmır, əksinə  zəngin 
kitab xəzinəsində o, öz biliyini artırır, eləcə də saraydakı 
qəbullar  zamanı  ud  çalması  ilə  hamının  rəğbətini 
qazanır. 
Səfiəddin özünü həm də  istedadlı  pedoqoq  kimi 
tanıtmışdı. Bütün Şərq aləmində ünlü sənətçilər kimi ad 
çıxarmış  bir  çox  musiqişünaslar  onun  şagirdləri 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------51------------------------------------ 
 
olmuşlar.  
Səfiəddin iki yeni musiqi aləti yaratmışdı - "Nüzhə" 
və  "Müğni".  Nüzhə  müasir arfa (çəng) və  kanona 
bənzəyirdi.  
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------52------------------------------------ 
 
          1258-ci ildə Çingiz xanın  nəvəsi Hülakü xanın 
sərkərdəlik  etdiyi  monqol  qoşunları Bağdadı  tutur. 
Xəlifəni ailəsi ilə birlikdə edam edirlər və bununla da 600 
illik ərəb xilafətinə son qoyulur. Xəlifənin yaxın adamları 
axtarılırdı və Səfiəddinin də adı bunların sırasında idi. 
Hülakü xanın vəziri Şəms əd-Din Cüveyni (tanınmış 
tarixçi Əlaəddin Cüveyninin qardaşı)  Səfiəddini öz 
himayəsi altına alır. Oğlanları Bəhaəddinlə Şərəfəddinin 
tərbiyəsini ona həvalə edir.  
Səfiəddin ömrünün son illərini yoxsulluq içində 
keçirir və 1294 -cü ildə Bağdaddakı 
borclular 
həbsxanasında dünyasını dəyişir. 
Səfiəddin hələ Bağdadda sarayda ikən 1252-ci ildə 
"Kitab-əl  Ədvar"  adı  ilə  məşhur  olan  musiqi  risaləsini 
tamamlayır.  Kitab ərəb dilində  yazılmış  və  on  beş 
fəsildən ibarət  idi.  Maraqlıdır  ki,  bu  əsərdə  qaldırılan 
musiqi nəzəriyyəsi məsələləri bu gün də  aktuallığını 
itirməyib.  
 Avropanın  iki  məşhur  musiqişünası  R.  Erlanju və 
C. Fermer bir -birlərindən xəbərsiz olaraq Urməvinin bir 
rübai üzərindəki not yazısını müasir not yazısına köçürə 
bilmişlər. Yeddi yüz ildən bəri susan melodiyalar 
yenidən səslənmişdir. 
Artıq  VII-VIII  əsrdir  ki,  Şərqin və  Qərbin  bir  sıra 
alimləri  böyük  musiqişünas  Səfiəddin Urməvinin "Kitab 
əl  Ədvar",  eləcə  də  "Şərəfiyyə" risaləsində  verilən çox 
qiymətli, alimin özünün böyük təvazökarlıqla qeyd etdiyi 
"bir  sıra  şeylərə  vaqif olurlar" və  Urməvinin ölməz 
ənənələrini davam etdirirlər. 
Urməvinin risalələri orta əsrin  qaranlıqlarını 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------53------------------------------------ 
 
yararaq, unikal elmi əsərlər kimi bu gün də  yaşayır  və 
dünyanın  bir  sıra  şəhərlərinin  kitabxanalarında:  (Nyu-
York, 
Paris, Berlin, 
Vyana, Qahirə, İstanbul, Sankt-
Peterburq, Tehran, Bakı  və  s.) qiymətli  əlyazmalar kimi 
saxlanılır. 
Yeddi əsr sonra, yəni XX əsrin ortalarında məşhur 
Azərbaycan bəstəkarı,  milli  operanın  yaradıcısı  Üzeyir 
bəy  Hacıbəyli özünün "Azərbaycan xalq musiqisinin 
əsasları"  kitabında  yazırdı:  "Yaxın  Şərq  xalqları 
musiqisinin nəzəri və əməli inkişafı tarixində başlıca yeri 
dunyada məşhur  olan  iki  nəfər Azərbaycan alimi, 
nəzəriyyəçi,  musiqişünas  tutur:  Səfiəddin  Ədbülmömin 
ibn Yusif əl Urməvi (XIII əsr) və  Əbdülqadir  Marağai 
(XIV əsr)". 
 
Əbülhəsən 
Bəhmənyar 
Azərbaycani (farsca ﻥﺎﺑﺯﺮﻣ 
ﻦﺑ 
ﺭﺎﻴﻨﻤﻬﺑ 
ﻦﺴﺤﻟﺍﻮﺑﺍ ) 
Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri, 
Azərbaycan  fəlsəfi  məktəbinin  banisi, İbn  Sinanın 
şagirdi.  Doğum  yeri  naməlum  olan  filosof  mənbələrdə 
bir qayda olaraq "əl-Azərbaycani" olaraq  xatırlanır  və 
Azərbaycandan  olması  vurğulanır. Şagirdi  Zəhirəddin 
əl-Beyhəqi  filosofun  Azərbaycandan  olmasını  xüsusilə 
qeyd  edir.  Bəzi  mənbələr  onun  əvvəllər  zərdüştü 
olduğunu,  daha  sonra  islamı  qəbul  etdiyini  qeyd 
edirlər. Bəhmənyar 
Azərbaycani 
əksər 
şərq 
peripatetikləri 
kimi 
öz 
əsərlərini ərəb 
dilində 
yazmışdır. Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq 
fəlsəfəsi  tarixində  yaradıcılığı  böyük  əhəmiyyətə  malik 
olan  filosof  həm  də  yetişdirdiyi  dəyərli  alimlərlə  öz 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------54------------------------------------ 
 
məktəbini  yaratmışdır.
 
Bəhmənyar  parlaq  istedadı  və 
çalışqanlığı ilə İbn Sinanın dərin rəğbətini qazanmışdır. 
Müəllim  sonralar  öz  şagirdi  haqqında  iftixarla 
yazırdı: "O  mənə  oğuldan  artıq  istəklidir.  Mən  ona 
təlim–tərbiyyə  vermiş  və  bu  səviyyəyə  gətirib 
çıxarmışam".
 
 
 
Bəhmənyar əl-Azərbaycani 
 
"Təhsil" əsəri  Bəhmənyarın  yaradıcılığında  xüsusi 
yer  tutur.  Filosof  bu  əsəri  dayısı  Əbu  Mənsur  Bəhram 
ibn  Xürşid  ibn  İzədyara  ithaf  etmişdir.  Onun ərəb 
dilində  orijinalının  müxtəlif  illərdə  köçürülmüş  əlyazma 
nüsxələri Rampur, Tehran, İstanbul, Vatikan, Qahirə,   
London və Beyrut şəhərlərinin kitabxanalarının əlyazma 
fondlarında  saxlanılmaqdadır.  "Təhsil"  ilk  dəfə 1971–ci 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------55------------------------------------ 
 
ildə  Tehranda  nəşr  edilmişdir.  Bəhmənyar  İbn  Sina  ilə 
apardığı  mübahisələr  nəticəsində  yazdığı  bu  əsərin 
quruluşuna  görə  "Bilik  kitabı",  mənalarının  əhatəsi 
sarıdan  öz  müəlliminin  bütün  əsərlərinə  müvafiq 
gəldiyini müqəddimədə qeyd edir. Təhsil əsəri "Məntiq" 
("əl–Məntiq"), "Metafikizika" ("Elm ma bəd ət – təbiə") 
və  "Əyani  mövcud  şeylərin  halları"  ("Əhval  əyan  əl  – 
maucudat") olmaqla üç kitabdan ibarətdir. Bunlar Şərq 
peripatetizminin əsasən nəzəri hissəsini fadə edir. 
Müəllif 
"Təhsil"  
əsərində 
Aristoteldən 
başqa Empedoklun, Evklidin, Sokratın, Platonun və 
antik  dövrün  digər  nəhəng  alimlərnin  adlarını  çəkmiş, 
onlardan  iqtibaslar  gətirmişdir.  O,  mühüm  fəlsəfi 
problemlərin  qoyuluşunda  və  həllində İbn  Sinanın 
əsərlərindən, 
ümumiyyətlə 
fikirlərindən 
geniş 
bəhrələnərək  müəlliminin  yolunu  ardıcıl  davam 
etdirmişdir. 
"Təhsil"  orta  əsrlərdə  məntiq,  metafizika  və 
təbiyyəti  öyrənmək  üçün  mühüm  mənbələrdən  biri 
olmuşdur. 
Görkəmli 
ərəb 
filosofu Əbdüllətif 
Bağdadi (1163 – 1231)  peripatetizmə  dair  başqa 
əsərlərə yanaşı  bu  kitabdan  təhsil  aldığını  xüsusi  qeyd 
etmişdir. 
 
Aristotel (yunanca  
Ἀριστοτέλης 
deyilir)   
bəzən Ərəstun kimi tanınır (bizim eradan əvvəl 384-cü 
ildə  anadan  olmuşdur,  322-ci ildə  dünyasını 
dəyişmişdir).  Qədim   yunan   filosofudur.  Aristo-
tel   fəlsəfə,   məntiq,  psixologiya,   fizika, biologi-
ya, tarix, etika,  estetika  və  siyasət  kimi fundamental 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------56------------------------------------ 
 
məsələləri də  tədqiq  etmişdir.  Staqiratda anadan 
olmuşdur  (buna  görə  də  onu  çox zaman "Staqirit" 
çağırırdılar).  Məşhur  filosof Platonun Akademiyasının 
tələbəsi, Makedoniyalı 
İsgəndərin 
tərbiyəçisi və 
Afinada Likey fəlsəfə  məktəbinin təsisçisi olub. Bəzi 
əfsanələrə  görə  İsgəndərin ölümündə  onun rolu var 
(Əfsanəyə görə İsgəndərin atası, Makedoniya çarı Fillip 
Aristotelin ailəsini o uşaq  olarkən  qırmışdır.  Aristotel 
bununla İsgəndərdən ailəsinin intiqamını almışdır). 
 
 
 
Hələ Platondan təhsil alarkən Aristotel onun 
varlıqlara  münasibətində  ideyaların  ilkin  olması 
nəzəriyyəsini tənqid edirdi (Bununla  əlaqədar 
Aristotelin belə  bir deyimi var -  "Platon mənim 
dostumdur, amma həqiqət  daha  vacibdir").  Ərəstun 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------57------------------------------------ 
 
göstərirdi ki, belə  yanaşma  dünyanı  anlatmır,  ancaq 
cismlərin izahatı lazım gələn kəmiyyəti göstərir. Böyük 
filosof hesab edirdi ki, mahiyyəti  olduğu  "varlıqdan" 
ayırmaq  olmaz:  əgər  varlıqlar  duyğulu  dərk edilən 
aləmdə  varlarsa, onda mahiyyət ideal axirət aləmində 
qala bilməz. 
Aristotel maddi aləmin  obyektiv  varlığını  qəbul 
edir və  hisslərə,  anlayışlara  və  təsəvvürlərə  real 
şeylərin törəmələri  kimi  baxırdı.  Aristotel varlığın 
mahiyyətini varlığın özündə axtarırdı. Lakin maddədə o 
yalnız  passiv  başlanğıc  görürdü.  Onun fikrincə  bu 
başlanğıc  xüsusi  aktiv  başlanğıca  -  "formaya" tabe idi 
və bütün "formaların forması"nın ən yüksəyi Allahdır. 
Aristotelin materializm və  idealizm  arasındakı 
tərəddüdləri onun dialektika ilə  metafizika  arasındakı 
tərəddüdləri ilə  müşahidə  edilirdi. O, təbiətdə  və 
cəmiyyətdə  hərəkəti qəbul edir, hərəkətin müxtəlif 
növlərinin (meydana gəlmə, məhv olunma, inkişafı, 
azalma, keyfiyyətcə  dəyişmə  və  fəzada dəyişmə) 
mövcud  olmasına  işarə  edirdi. Ziddiyyətlərin  qarşılıqlı 
əlaqəsini, keyfiyyətli dəyişikliklərin kəmiyyətlərdən 
asılılığını  görür,  mümkünlüyün  həqiqətə  çevrilməsini 
tədqiq edirdi. Bununla bərabər hərəkətin mənbəyini  - 
"birinci mühərriki"n  Allah  olduğunu  göstərirdi. 
Aristotelə görə İlahi varlıq maddədən kənarda qalır və 
özü hərəkətsiz qalaraq bütün dünyanı faydalı hərəkətə 
gətirir.  Aristotel  Allahı  bütün  varlıqların  inkişafının 
sonuncu səbəbi,  ən yüksək  məqsədi  sayır  və  bunu 
"entelehiya" adlandırırdı. Ümumi ilə təkin arasında olan 
nisbəti məsələsinə  isə  Aristotel toxunmurdu. Formal 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------58------------------------------------ 
 
məntiqin inkişafında, xüsusilə “Nəticələr nəzəriyyəsi”nin 
(“Sillogizm”)  işlənməsində  onun  böyük  xidməti  vardır. 
Kosmologiya sahəsində  Aristotel Geosentrizm  nəzəriy-
yəsinin  tərəfdarı  idi.  Onun  kosmoloji  fikirlərini 
sonradan Ptolomey  inkişaf  etdirmişdir.  Sonralar  bu 
nəzəriyyə Xristian kilsəsi tərəfindən ehkamlaşdırılmışdır. 
Aristotel  öz  tədqiqatlarında Biologiyaya  da  yer 
ayırmışdır. O, 500-dən artıq heyvan növünü təsvir edib 
onların  təsnifatına  cəhd  göstərmişdir.  Aristotelə  görə 
həyatın  maddəsi  vücud,  forması  isə  ruhdur. Öz 
sistematikasında  o,  heyvanları  3  qrupa  bölmüşdür: 
insan, bitki və heyvan. 
Aristotel 
estetikanın 
tarixində 
incəsənətə 
gerçəkliyi əks etdirən sahə kimi yanaşmışdır. Bu sahədə 
o  öz  müəlliminin  -  Platonun  əsərini  ("İdeyalar  ideyası" 
əsərini) tənqid etmişdir. Onun fikrincə bu ideya həqiqi 
həyatla əlaqəsizdir və etika məsələləri insanların ictimai 
vəziyyətləri ilə sıx əlaqədə baxılmalıdır. 
O, hesab edirdi ki, səxavət yalnız azad insana aid 
bir  xüsusiyyətdir.  Qullar  heç  zaman  səxavətli  ola 
bilməzlər,  onlar  pozğundurlar.  Aristotel  qulu  ağasının 
"danışan  alət"i  simasında  görürdü.  Buna  görədə 
Aristotelin  ictimai-siyasi  və  fəlsəfi  görüşləri  onun  "ən 
mükəmməl  sistem"  saydığı Quldarlığın  möhkəmlənmə-
sinə yönəlmişdi. 
Ərəstun  fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin 
sonrakı  inkişafına  çox  ciddi  təsir göstərmişdir.  Onun 
təlimi iki istiqamətdə: mistik idealizm və  digər 
tərəfdən materialist fəlsəfi fikrin  inkişafı  üçün  mənəvi 
qida mənbəyi 
olmuşdur. 
Aristotelin Qərb 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------59------------------------------------ 
 
fəlsəfəsinin inkişafı  ilə  yanaşı  Şərq və Azərbaycan 
fəlsəfəsinin inkişafına də çox ciddi təsiri olmuşdur. 
Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin