Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 2 0 1 6


İmam  Cəfər Sadiq (as) Həzrətlərinin



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix24.04.2017
ölçüsü84,86 Kb.
#15629
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   12

İmam  Cəfər Sadiq (as) Həzrətlərinin  dərslərində 
iştirak etməklə öyrənmişdir. Modem kimyanın qurucusu 
Əbu  Abdulla  Cabir  ibn  Həyyan dünyavi elmləri kamil 
öyrənmiş  dahi  müsəlman alimidir, atomun kəşfindən 
min il qabaq onun parçalana biləcəyi barədə  ilk fikir 
söyləyən  elm  adamıdır.  Alim  ilk  dəfə  kimyada 
(əlkimyada) eksperimental üsullar tətbiq  etmiş  və 
müasir kimya elmində  indi də  geniş  istifadə  edilən bir 
sıra  kimyəvi prosesləri kəşf  etmişdir. Bunlardan xlorid 
və  nitrat  turşularının  sintezini,  kimyəvi məhsulların 
distilə  edilməsi və  kristallaşma  kimi  kimyəvi prosesləri 
misaı göstərmək mümkündür. O, təbiətdəki maddələrin 
saf  olmadığını  ifadə  etmiş  və  bunları  saflaşdıraraq  saf 
elementlər  əldə  etməyə  çalışmışdır.  Onun  ilk  dəfə əldə 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------83------------------------------------ 
 
etdiyi bir çox kimyəvi maddə  vardır.  Bunlara  misal 
olaraq  saf  kükürd  düzlarını,  naşatırı,  üstübeçi, 
cəhənnəm  daşını,  nitrat  turşusunu,  saç  yağını,  sulfat 
turşusunu, sirkə turşusunu və s. göstərmək olar. Alimin 
inkişaf 
etdirdiyi 
element 
anlayışına, 
tarazlıq 
nəzəriyyəsinə, icad etdiyi alət və  qurğulara  görə  onu 
“Kimyanın  atası”  adlandırmışlar.  Əbu  Abdulla  Cabir  ibn 
Həyyan tətbiqi fizika və  kimya, mədənlər, riyaziyyat, 
astronomiya, fəlsəfə  və  dinlər tarixi kimi çox müxtəlif 
sahələrə  aid yürlərlə  kitablar  yazmışdır.  Onun  kitabları 
Qərb ölkələri alimləri tərəfindən öz dillərinə  tərcümə 
edilmiş  və  uzun  illər  boyu istifadə  edilməklə 
mənimsənilmişdir.  Alimin  yazdığı  “Yetmiş  kitab”  əsəri 
ingilis dilinə tərcümə edilərək “Book of Seventy” adi ilə 
İngiltərənin bütün tədris müəssisələrində  uzun illər 
boyu dərlik kimi istifadə olunmuşdur. Alimin əsərlərinin 
böyük  bir  qismi  itmişdir.  27  əsəri  latın  və  alman 
dillərində Nümberq, Frankfurt və Strazburq şəhərlərində 
(1473-1710-cu illərdə) çap  edilmişdir.  Onun  əsərlərinin 
orijinalı  olduqca  mürəkkəb və  anlaşılmaz  qaydada 
yazılmışdır.  Bu sahə ilə məşğul olan mütəxəssislər belə 
güman edirlər ki, alim özü əsərlərini müəyyən 
şifrələrdən istifadə etməklə yazmışdır. Bəzi mənbələrdə 
qeyd edilir ki,  müasir günümüzə  qədər  bu  şifrələri 
açmaq  mümkün  olmamışdır.  XVII  əsrə  kimi kimya 
elmləri sahəsində onun səviyyəsinə heç bir alim yüksələ 
bilməmişdir.  Tarixçilər  yazırlar  ki,  Şərq və  Qərb elm 
dünyasında ona elmdə bərabər və onun elmi səviyyəsini 
aşan  bir  kimyaçı  yetişməmişdir.  Bununla  yanaşı  Qərb 
elmi onun əsərlərindən yüksək səviyyədə 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------84------------------------------------ 
 
bəhrələnmişdir. Bu gün istər Şərqdə, istərsə də Qərbdə 
onun etdiyi kəşflərdən, metodlardan və elmi fikirlərdən 
daima  qaynaqlanmışlar.  Alim  çoxlu  sayda  tələbələr 
yetişdirmiş, özündən sonra kimya elmində böyük bir irs 
qoymuşdur.  Onun  rəhbərliyi  altında  zəhər və  zəhərlə 
bağlı  maddələrin kimyəvi  strukturu  araşdırılmış, 
onlardan təbabətdə  istifadə  sahələri və  qaydaları 
verilmişdir. Əbu Abdulla Cabir ibn Həyyan eyni zamanda 
dərin düşüncə və fikir alimi idi, siyasi düşüncələri aydın, 
elmi fəaliyyəti isə həmişə düzgün istiqamətə yönəlmişdi. 
Alimin digər elmi  araşdırmaları  bitkilər ilə  bağlıdır. 
Bitkilərdən əldə etdiyi boya ilə dərilərin rənglənməsi və 
dabaqlanması  üsullarını  elmi  yollarla sübut edir və 
həyata keçirilməsi  yollarını  aydınlaşdırır.  Müxtəlif polad 
və metal istehsalı üsullarının inkişaf etdirilməsi, dəri və 
bez boyalarının hazırlanması, bitkilərdən yağın alınması, 
metalların  saflaşdırılması,  parçaların  rənglənməsi, su 
keçirməyən  paltarların  hazırlanması,  manqan  dioksidin 
şüşə  istehsalında  istifadə  edilməsi və  şüşənin müxtəlif 
rənglərlə rənglənməsi kimi məsələləri dərindən və ətraflı 
araşdırmış,  araşdırmalar  nəticəsində  kəşflər  etmişdir. 
Qeyd etmək lazımdır ki, alim atom, onun parçalanması 
barədə  də  fikirlər söyləmişdir.  Onun fikirinə  görə 
“Maddənin  ən  kiçik  parçası  olan  atomda  sıx  bir  enerji 
mənbəyi  vardır”.  Yunan  alimlərinin söylədiyi kimi atom 
parçalana bilməz fikiri düzgün deyil. Atom parçalana 
bilər, “O, parçalananda elə bir güc meydana gəlir ki, bu 
anda  Bağdad  kimi  dünyanın  ən  böyük  şəhərinin  altını 
üstünə  çevirmək mümkündür. Bu Allah təalanın 
qüdrətinə nişanədir”. 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------85------------------------------------ 
 
Parpasels (əsl 
adı  Filipp  Ayroyel 
Teofrast Bombast 
fon Qohenheym) 21 
sentyabr 1493-cü 
ildə  Eq  şəhərində 
anadan  olmuşdur. 
24 sentyabr 1541-ci 
ildə 
İsveşrənin 
kanton Şvis şəhərin-
də  (kanton  -  bəzi 
ölkələrdə 
inzibati 
ərazi bölgüsü) vəfat 
etmişdir.  Parpasels 
dövrünün görkəmli 
əlkimyaçısı 
və 
həkimi 
olmuşdur. 
Parpasels isveç-alman 
əsllidir, 
yatrokimyanın 
banilərindən  biri  sayılır  (yatrokimya  XVI-XVII  əsrlərdə 
kimyanın  təbabətə  qulluq etməsi tərəfdarlarının  və 
təbabət üçün dərmanlar  hazırlayan  əlkimyaçılarin 
tutduğu  istiqamətdir).  Əlkimyaçının  özünə  götürdüyü  
Parpasels təxəllüsü “Selsanı ötüb keçən” anlamını verir 
(Selsa qədim Rim ensiklopediyaçısıdır  və  bizim eradan 
əvvəl I əsrdə təbabət bilicisi sayılırmış). Parpasels uşaq 
yaşlarında  olarkən ailəsində  fəlsəfə  və  təbabət elmini 
gözəl öyrənir.  16  yaşında  cərrahlığın,  terapeyanın  və 
əlkimyanın  əsaslarını  tutarlı  səviyyədə  mənimsəyir. 
Sonralar Bazel universitetində  təhsil alarkən Vyusberq 
şəhərində  abbat 
İohan 
Tritemiyanın  yanında 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------86------------------------------------ 
 
adeptomaqiya,  əlkimya və  astrologiya elmini dərindən 
öyrənir.  Bununla  yanaşı  o,  qədim  danışıq  dilinin 
sirrlərilə  məşğul  olur.  Təhsilini  İtaliyanın  Ferrara 
şəhərində davam etdirir və Ferrara universitetində tibb 
sahəsində elmlər doktoru adına layiq görülür. 
 
Con Makkarti 
4 sentyabr 1927-
ci ildə  Boston 
şəhərində  ana-
dan olmuşdur. 24 
oktyabr 2011-ci 
ildə 
Stenford 
şəhərində  vəfat 
etmişdir.  İnfor-
matika sahəsində 
görkəmli amerika 
alimidir, “Süni 
intellekt” termini-
nin müəllifidir, 
Lops dilinin yara-
dıcısıdır  (1958-ci 
il), funksional 
proqramlaşdır-
manın 
əsasını 
qoymuşdur.  Süni  intellektin  tədqiq edilməsi sahəsinə 
verdiyi dəyərli tövhələrə  görə  A.Tyurinq  adına 
mükafata  layiq  görülmüşdür  (1971-ci il). Özünü ateist 
hesab edir. C.Makkarti immiqrant (mühacir  -  yaşamaq 
üçün  başqa  ölkəyə  köçüb gələn adam)  ailəsində 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------87------------------------------------ 
 
doğulmuşdur.  Riyaziyyata  olan  marağı  nəticəsində 
Kaliforniya Texnologiya institutuna daxil olur və 
riyaziyyatı  gözəl bildiyi üçün bir ildə  iki kursu birdən 
bitirir.  İnstitutu  bitirdikdən sonra Prinston və  Stenford 
universitetlərində  diplom  işləri müdafiə  edir, 1962-ci 
ildən Massaçuset universitetinin professoru  olmuşdur. 
C.Makkartı  riyazi məntiqin süni intellektdə  istifadə 
edilməsi məsələsini “ayaq üstə” qaldırmış, “məsləhətin 
qəbulu” sistemini təklif  etmişdir.  Elmə  verilən təkliflər 
sonralar məntiqi  proqramlaşdırmanın  inkişafına  təkan 
vermişdir.  C.Makkartinin  fikirinə  görə  kompüter 
texnologiyası elə bir şəkildə inkişaf edəcək ki, müəyyən 
təkliflərin  satılması  üçün  biznes-modeldən istifadə 
ediləcək. Bu da kommunal qulluq sahələrində 
göstərilən xidmətə  görə  paraların  toplanmasında 
yardımçı  olacaq.  Kompüter  və  ya  informasiya  qulluğu 
1960-cı  illərin sonunda dəbdə  olsada, 1970-ci illərin 
ortasında  dəbdən  düşdü,  çünki  aparat,  proqram  və 
kommunikasiya  texnologiyaları  hələlik bu sahədə 
istifadəyə  hazır  deyildi.  Sonrakı  illərdə  bu sahə  çox 
inkişaf etməyə başlayır. Buna səbəb C.Makkartinin vaxtı 
ilə  verdiyi  ideyaların  həyata keçməsi idi. Qeyd etmək 
lazımdır  ki,  C.Makkarti  süni  intellekt  sahəsinə  çoxlu 
sayda elmi fikirlər gətirməklə  yanaşı,  bu  sahəyə  aid 
çoxlu sayda dəyərli məqalələr və  kitablar da çap 
etdirmişdir. 2000-ci ildə təqaütə çıxmışdır.       
 
 
 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------88------------------------------------ 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əli bin Sabit əl-Cəzəri  (Bədiüzzaman Cəzəri 
(1136-ci ildə  doğulmuşdur,  1206-ci ildə  dünyasını 
dəyişmişdir).  Qərb mənbələrinin dövrünün zirvəsinə 
qalxmış  müsəlman mühəndisi  kimi tərif etdiyi Cəzəri 
Şərqi Anadoluda Diyarbəkir Artuklu sarayında 32 il baş 
mühəndis  olmuşdur.  Burada  elmi  fəaliyyətlər göstərən 
Cəzəri, eyni zamanda, xəbərləşmə, nəzarət, müvazinət 
qurma və  nizamlama elmi olan kibernetika elminin ilk 
banisidir. Zaman  ərzində  təkmilləşərək kompüterlərin 
ortaya  çıxmasına  imkan  yaradan  bu  elm  sahəsi 
insanlarda və  cihazlarda məlumat mübadiləsi, nəzarəti 
və  müvazinətin vəziyyətini tədqiq edir. Cəzərinin çox 
saylı  icad  etdikləri  bu gün də  heyrətamiz keyfiyyətlərə 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------89------------------------------------ 
 
malikdir. Cəzərini qərb mənbələrində dövrünün zirvəsini 
fəth edən “müsəlman mühəndis” adlandırılır. 
Cəzəri  su  saatları,  avtomatik  nəzarət  qurğuları, 
fəvvarələr,  qan  toplama  qabları,  şifrəli  qıfıllar  və 
robotlar kimi praktik və  estetik  bir  çox  qurğuların 
dizaynını  verən və  bunların  necə  həyata keçiriləcəyini 
izah edən  “Əl-Cami bəynə’  l-İlm  və  ’l-aməlin-nafi fi 
sinaati’  l hiyəl”  (Cihaz  hazırlanmasında  faydalı 
məlumatlar və tətbiqlər) adlı kitabın müəllifidir. Əsərdə 
yer alan bütün şəkilləri özü çəkmiş və rəngləmişdir. XX 
əsrin  başlanğıcından  etibarən qərb  dünyasında  böyük 
maraqla  qarşılanan  bu  əsər 1974-cü ildə  “Al Jazari’s 
Book of Knowledge of Ingenious Mechanical Devices” 
(Əl-Cəzərinin  mahir  mexaniki  cihazlar  haqqında 
məlumat  kitabı)  adı  altında  Donald  R.  Rill  tərəfindən 
ingilis dilinə tərcümə edilmişdir. Kitabın tərcüməsinə ön 
söz yazan məşhur  elm  tarixçisi  professor  Uayt Cr. bir 
çox kəşfin Leonardo da Vinçi və digərlərindən çox əvvəl 
Cəzəri tərəfindən edildiyini bildirir. Kibernetika 
elmindən istifadə  etməklə  düzəltdiyi mükəmməl 
cihazlara bənzər icadlara Cəzərinin vəfatından  ancaq 
200-500 il sonra başqa əsərlərdə rast gəlinir. 
Cəzərinin  dünya  şöhrətli  əsərində  avtomatik 
cihazlar, robot fillər, öz-özünə  oxuyan  tovuz  quşları, 
avtomatik saatlar, ələ  su tökən robot insan və 
mühəndisliklə  bağlı  bir  çox  cihazların  düzəldilməsi və 
işləməsi  haqqında  məlumatlar  verilmişdir.  Kitabda  50 
cihazın ətraflı dizaynı çertyojları ilə birgə verilmişdir. Bu 
alətlərin altısı su saatı, dördü parafinli saat, altısı uzun 
lüləkli dolça, yeddisi  əyləncə  məqsədilə  istifadə  edilən 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------90------------------------------------ 
 
müxtəlif səslər çıxaran avtomat cihazlar, üçü dəstəmaz 
almaq üçün istifadə  edilən avtomat cihaz, dördü qan 
alma  qabı, aıtısı fəvvarə, dördü özü səs çıxaran cihaz, 
beşi  suyu  yuxarı  çıxaran  cihaz,  ikisi  qıfıl,  biri bucaq 
ölçən, biri  qayıq  su  saatı  və  Amid  şəhərinin  qapısıdır. 
Cəzəri bu cihazlarda istifadə  edilən xüsusi hissələri də 
çox dəqiqliklə hazırlamışdır. 
 
 
 
1.
 
Hava axını ilə işləyən avtomatlaşdırılmış musiqili 
oyuncaq 
2. Hidroenerjili su qaldıran maşın sxemi 
3. Su gücü ilə çalışan sakya zəncirli nasos vasitəsi 
4. Şamın əriməsi ilə işləyən  saat 
5. Avtomatlaşdırılmış masa maşını 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------91------------------------------------ 
 
6. Fil görüntülü saat 
7. Təzyiq ilə işləyən əl yuma maşını 
 
Əl-Cəzəri  kəşfçi  və  mühəndis kimi, eyni zamanda, 
istedadlı  bir  sənətkar idi.  Kitabında  kəşfləri üçün 
təlimatlar  vermiş  və  onları  miniatür  şəkillər istifadə 
edərək canlandırmışdır. 
 
 
Uorren Makkalok                     
 
Uolter Pitss 
 
Uorren Makkalok (ingiliscə  Warren Sturgis 
McCulloch) 16 noyabr 1898-ci ildə  ABŞ-ın  Nyu-Cersi 
şatatındakı  Oranj  şəfərində  anadan  olmuşdur.  24 
sentyabr 1969-cu ildə  ABŞ-ın  Massaçusets  ştatındakı 
Kembric  şəhərində  dünyasını  dəyişmişdir.  Amerika 
neyropsixoloqu,  neyrofizioloqu,  neyron  şəbəkələrində 
süni  intellektin  yaradıcılarından  biri  və  kibernetikanın 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------92------------------------------------ 
 
“ata”larından  biridir.  Oxuduğu  zaman  fəlsəfə  və 
pzixologiya elminə  yiyələnmişdir.  1927-ci ildə  isə  tibb 
elmləri üzrə  doktorluq  dissertasiyası  müdafiə  etmişdir. 
Müxtəlif yerlərdə neyrofizioligiya sahəsində çalışmışdır. 
Gənc tədqiqatçı Uolter Pitss 
(ingiliscə Walter Pitts) 
ilə  neyrotexnologiyanın  əsasını  qoymuşdur.  Onun 
verdiyi nəzəri  əsaslara görə  psixologiya  dili  maşın 
intellektinə  yönəldilmişdir.  Araşdırdığı  məsələləri həll 
etmək üçün insan beyninin riyazi modelini tədqiq 
etmişdir.  Makkalokun  və  Pittsin  əsas xidməti ondan 
ibarətdir  ki,  onların  elektron  “neyron”dan  istifadə 
etməklə  qurduqları  şəbəkə  nəzəri olaraq istənilən 
mürəkkəbliyə  malik rəqəmli və  məntiqi  əməliyyatları 
yerinə  yetirə  bilirdi. Makkalok uzun illər boyu süni 
intellekt ilə  maraqlanırdı  və  bu sahədə  dünyanın 
görkəmli alimləri ilə  ümumi  “dil”  tapa  bilmişdi. 
Makkalok “A logical calculus of the ideas immanent in 
nervous activy” (Sinir fəaliyyətinin  immanentliyinin 
məntiqi hesablanması  ideyası) məqaləsini 1943-cü ildə 
çap etdirir. Bir müddət sonra Nobert Viner ilə arasında 
yaranmış “soyuqluq” nəticəsində bu sahədən müəyyən 
qədər  uzaqlaşır.  Ümumiyyətlə  bu gün dünya elmində 
Norbert Viner, Arturo Rozenblat və C.Biqelou ilə yanaşı 
Makkalokun adını da hallandırmaq düzgün hesab oluna 
bilər. Neyron birləşməsindən istifadə etməklə Makkalok 
və  Pitts göstərdilər ki, istənilən  hesablamanı  məntiqi 
birləşmələrin  (“VƏ”,  VƏ  YA”,  “İNKAR”  və  s.) köməyilə 
yerinə yetirmək olar. Çox maraqlıdır ki, Uolter Pitts elm 
sahəsində  evi olmayan, içki düngünü olan yeganə 
alimdir. 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------93------------------------------------ 
 
 
Klod Evlud Şennon 1916-cı ildə anadan olmuşdur. 
2001-ci ildə  dünyasını  dəyişmişdir.  Klod  uşaq 
yaşlarından  riyaziyyata  böyük  maraq  göstərmişdir. 
1932-ci  ildə  Miciqan universitetinin “Elektronika və 
riyaziyyat” fakultəsinə daxil olur. Universitetdə oxuduğu 
zaman  laboratoriyaların  birinə  laborant  kimi  işə 
götürülür və həmin gündən V.Buşun analoq hesablama 
maşınına texniki qulluq göstərməklə yanaşı hesablama 
maşınında  altıncı  dərəcəyədək differensial tənliklərin 
həll edilməsi ilə  məşğul  olur.  V.Buş  ona  genetika  ilə 
məşğul  olmağı  məsləhət bilir (Geneteka problemi 
Karneqi institutunun elmi-tədqiqat  mövzularına  daxil 
idi). Bununla yanaşı o, “Sistemlərin maniyilərlə əlaqəsi 
və  təhriflər  yaranan  zaman  onların  buraxma 
qabiliyyətinin  araşdırılması”  məsələsi ilə  də  paralel 
məşğul  olur.  1940-cı  ildə  “Nəzəri genetikada cəbr” 
mözusunda doktorluq dissertasiyası müdafiə edir. 
1940-cı  ildə  elmi təcrübə  keçmək üçün Prinston 
şəhərinə gəlir və təcrübə zamanı (ezamiyyət-stajirovka) 
Qerman Veylya (Hermamn Weyl: 1885-1955) ilə  tanış 
olur və  onun rəhbərliyi  altında  “İnformasiya 
nəzəriyyəsi” problemlərini araşdırır. 
ABŞ İkinci Dünya Müharibəsinə qoşulan zaman o, 
Bellin  laboratoriyasında  düşmən təyyarələrinin uçuz 
zamanı  yerinin  müəyyənləşdirilməsi üçün radio texniki 
qurğu  hazırlayır.  1948-ci ildə  onun məşhur  “Əlaqənin 
riyazi nəzəriyyəsi”  adlı  məqaləsi çap edilir. Məqalə 
sonralar informatikanın inkişafında böyük rol oynayır. 
Sonrakı  illərdə  A.Tyurinq ilə  tanış  olan  alim 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------94------------------------------------ 
 
kriptologiyadan istifadə  etməklıə  informasiyanın 
ötürülməsi problemi üzərində elmi araşdırmalar aparır. 
 1937-ci ildə  K.Şennon  rele-kontakt sxemlərindən 
istifadə  etməklə  Bul  funksiyalarının  araşdırılması 
məsələsini də  öyrənir.  Alim  elmi  işlər ilə  yanaşı 
kompüter şahmat oyunlarına da böyük diqqət yetirir. O 
bu sahədə bir neçə tutarlı məqalələri sayılan jurnallarda 
çap etdirir. 
 
 
Con Cozef Hopfild (ingiliscə John Joseph Hopfield) 
1933-cü  ildə  anadan  olmuşdur.  1982-ci  ildə  yaratdığı 
assosiasiya  olunan  neyron  şəbəkəsi  sahəsində  əldə 
etdiyi nailiyyətlərə  görə  məşhurlaşmışdır,  şəbəkə  elm 
aləmində  “Hopfild  şəbəkəsi”  adını  almışdır.  Amerika 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------95------------------------------------ 
 
alimidir.  Fizika elmləri  üzrə  elmlər  doktorudur,  bir 
müddət  Bell  Laboratories-də  yaradılmış  nəzərə  qrupda 
çalışmış,  Kaliforniya,  Priston  universitetlərində  dərs 
demişdir. 
 2001-ci  ildə  biologiyanın  fiziki  proses  kimi 
anlanılmasının  inkişafına  verdiyi  elmi  tövhələrə  görə 
Diraka medalı ilə təltif edilmişdir. 2006-cı ildə Amerika 
Fizika  Birliyinin  prezidenti  seçilmişdir.  Alim  tələbələri 
Terri Seynovski və Devid Makkey ilə fəxr edir.   
Teyvo Kalevi Kohonen 11 iyul 1934-cü ildə anadan 
olmuşdur.  Süni  neyron  şəbəkələri  və  maşınla  tədris 
sahəsində  görkəmli  fin  alimidir.  Akademik  seçilmiş, 
Finlandiya  Elmlər  Akademiyasının  fəxri  professorudur. 
Alim assossiativ yaddaş nəzəriyyəsini əsaslı araşdırmış, 
vektor  kvantlama  şəbəkəsi  alqoritmini  əldə  etmişdir. 
Bununla  yanaşı  simvol  informasiyasının  təhlil  olunması 
alqoritmini, həmçinin artıq qalan xeş-ünvan problemini 
də  təhlil  etmişdir.  Alimin  xüsusi  yaradıcılığı  neyron 
şəbəkəsinin  xüsusi növü –  özüidarə  edilən  Kohonon 
xəritəsidir. 
Xəritə  verilənlərin  klasterləşməsi  məsələlərini  həll 
etmək  üçün  istifadə  edilir.  Bununla  yanaşı  xəritədə 
böyük  sayda  neyron  şəbəkələrin  varlığı  mövcuddur  ki, 
onların da əsas elementləri “Kohonen qatı”dır. 
 Kohonen ən məhsuldar fin alimi sayılır. Onun nəşr 
etdirdiyi elmi əsərlərin sayı 800-i keçmişdir. 1960-cı ildə 
ilk  dəfə  Finlandiyanın  Texnologiya  Universitetində 
Reflac (Reflex Aritmetics Computer) EHM-in 
yaradılmasında yaxından iştirak etmişdir. EHM-də 1200 
tranzistordan istifadə edilmişdi. Verilənlərin təhlili üçün 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------96------------------------------------ 
 
Egon Cronhjortin  proqramlaşdırma  dilindən  istifadə 
edilirdi. 
 
  
 
  Con Cozef Hopfild           Teyvo Kalevi Kohonen
 
 
T.Kohonen  “Ümumdünya  simaların  duyulması 
assossiasiyası”nın  vitse-prezidenti  seçilmişdir.  Avropa 
neyron şəbəkəsi birliyinin ilk prezidentidir (1991).
 
 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------97------------------------------------ 
 
 
Devid Rumelhart 
 
D.K. Makklelland
 
 
Devid Rumelhart (ingiliscə  David  Everett 
Rumelhart) amerika  alimidir,  insan  düşüncəsinin 
öyrənilməsi  sahəsinə  hiss  ediləcək  tövhələr  vermiş, 
koqnitiv 
elmin 
inkişaf 
istiqamətinin 
müəyyən 
edilməsində yaxından iştirak etmişdir (XX əsrin 1970-ci 
illəri).    D.Rumelhartın  elmi  araşdırmaları  süni  intellekt, 
riyazı  psixologiya,  paralel  hesablama  proseslərinin 
tədqiqi  ilə  bağlıdır.  Alimin  araşdırdığı  semantik  neyron 
şəbəkələri  elm  sahəsi  elm  aləmində  böyük  rezonansa 
səbəb  oldu.  Müxtəlif  universitetlərdə  (Kaliforniya 
Universitetinin 
psixologiya 
fakultəsi, 
Stenford 
universiteti  və  s.)  tədris  ilə  məşğul  olmuşdur.  ABŞ-ın 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------98------------------------------------ 
 
Milli  Elmlər  Akedemiyasına  üzv  seçilmişdir  (1991-ci il). 
Pik  xəstəliyi  simptomunu  hiss  edən  alim  1988-ci  ildə 
elmi  işlərini  dayandırır.  68  yaşında  dünyasını 
dəyişmişdir. 
Devid Klarens Makklelland (ingiliscə David Clarence 
McClelland) amerika psioxoloqu, Təlabat nəzəriyyəsinin 
müəllifi,  apperseptiv  (appersepsiya  -  ilkin  təsəvvürlərə 
və  ya  təcrübəyə  əsaslanan  qavrayış)  mövzulara  aid 
testlərin  yeni  üsulla  qiymətləndirilməsinin  yaradıcısı, 
psixologiya  elmi  üzrə  professordur. Makklelland 
Harvard,  Boston  universitetlərində  tədris  ilə  məşğul 
olmuşdur.  Alimin  bir  neçə  kitabı  çap  edilib.  Onlardan 
“Nailiyyətin  sübutları”  (ingiliscə  The Achievement 
Motive) və “Nailiyyətin mühiti” (The Achieving Society) 
kitablarını  nümunə  kimi  göstərmək  olar.  Makklelland 
1958-ci  ildə  Quqqenhaym  adlı  mükafata  layiq  görülür. 
1963-cü  ildə  D.Makklelland  McBer  şirkətini  təsis  edir. 
Şirkətin  əsas  məqsədi  personalın  seçilməsini  və 
öyrədilməsini həyata keçirmək, məsləhətlər vermək idi. 
1963-cu ildə Milli Təhsil Assosiasiyası (ingiliscə National 
Education Association) alimin verdiyi təklifləri qəbul edir 
və təhsilin keyfiyyətinin artıqılması üçün universitetlərdə 
istifadə edir. 
    
   
Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin