Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 2 0 1 6



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix24.04.2017
ölçüsü84,86 Kb.
#15629
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   12

YARADICILIQ 
PROSESLƏRİNİN 
MODELLƏŞDİRİLMƏSİ 
 
Yaradıcılıq  proseslərinin modelləşdirilməsi süni 
intellektin  ilk  inkişaf istiqamətlərindən  biridir.  Yuxarıda 
qeyd edildiyi kimi, bu məsələnin həllinə  iki  cür  yanaşma 
mövcud olmuşdur: bionik və praqmatik yanaşma.  
Bionik  yanaşma  insandakı  bioloji  və  psixik 
mexanizmlərin və  proseslərin dərinliklərinin üzə 
çıxarılması və bunların EHM-də və ya xüsusi avtomatlarda 
modelləşdirilməsinə cəhd edilməsi ilə bağlıdır. Buraya baş 
beynin sol və  sağ  yarımkürələri problemi ilə  əlaqəli 
tədqiqatlar,  neyron  şəbəkələri və  assosiativ  yaddaş  üzrə 
tədqiqatlar aid edilir.  
İnsanın  görmə  obrazlarını  necə  qavraması  ilə  bağlı 
olan tədqiqatlar daha böyük əhəmiyyət  daşıyır.  Çünki 
insan  ətraf mühit barədə  informasiyanın  80%-ni görmə 
kanalı ilə alır. 
Məlumdur ki, gözdən  əlil  doğulmuş  yaşlı  adamın 
gözünü açsalar, bir neçə  il  ərzində  normal  adamın 
gördüyü kimi görməyi öyrənə bilir. Odur ki, insanın görmə 
mexanizmini, gözlə  beyin  arasındakı  qarşılıqlı  fəaliyyəti 
aşkarlamaqla  görmə  obrazlarını  tanıya  bilən daha 
mükəmməl sistemlər yaratmaq mümkün olar.  


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------159------------------------------------ 
 
Ümid etmək  olar  ki,  bionik  yanaşmanın  əhəmiyyəti 
elektronika sahəsində  yeni  ideyaların  yaranması  ilə 
əlaqədar olaraq artacaqdır.  
Lakin süni intellekt, o cümlədən, ekspert sistemləri 
sahəsində əsas uğurlar praqmatik yanaşma istiqamətində 
əldə  edilmişdir.  Bu  yanaşmada  isə,  artıq  qeyd  edildiyi 
kimi, EHM-ə  sadəcə  alət  kimi  baxılır  və  psixofizioloji 
xarakterli problemlər tədqiqatdan kənarda qalır. 
Bu 
yanaşmada, 
yaradıcılıq 
prosesləri 
modelləşdirilərkən son nəticə əsas götürülür. Yəni, insani 
davranışın hansı üsulla təqlid edilməsi əhəmiyyət daşımır. 
Lakin qərar qəbul edən istifadəçi vaxt defisiti ilə bağlı olan 
çətin məqamda EHM-lə  məsləhətləşməli, bəzən isə 
bilavasitə  maşına  etibar  etməli olur. Bu halda, qərarın 
keyfiyyəti, yerinə düşüb-düşməməsi, mümkün fəsadları ilə 
bağlı  olan  bütün  məsuliyyət  verilmiş  predmet  oblastı 
sahəsinə  aid nəhəng həcmli  qabaqlayıcı  işlər görən 
mütəxəssislərin, yəni,  riyaziyyatçıların,  proqramçıların 
üzərinə  düşür.  Buna  baxmayaraq,  bu  və  ya digər  maşın 
variantının  seçimi  ilə  bağlı  olan  son  qərarın  əsas 
məsuliyyəti yenə insanın öhdəsində qalır.    
Yaradıcılıq 
fəaliyyətinin modelləşdirilməsi 
problemlərinin müxtəlif səviyyəli həlləri üzrə aşağıdakıları 
göstərmək olar: 

 
Oyun məsələləri (şahmat, dama, domino və s.); 

 
Musiqi əsərlərinin sintezi; 

 
“Sərt” mətnlərin sintezi (sehrli nağıllar); 

 
Naxışların 
(ornamentlərin) 
yaradılması 
(o 
cümlədən, avtomatik hörmə, toxuma); 

 
Teorem isbatı və proqramların avtomatik sintezi; 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------160------------------------------------ 
 

 
Mətn və  danışığın  təhlili və  sintezi, avtomatik 
tərcümə; 

 
Situasion idarəetmə  (vaxt defisiti və  stresslı 
situasiyalarda qərar qəbulu); 

 
İnsan mühakimələrinin  imitasiyası  (təqlidi  -  Tarixi 
xadimlərin  düşüncəsinin modelləşdirilməsi, qrup 
liderlərinin niyyətlərinin aşkara çıxarılması).  
Yaradıcılıq  məsələlərinin alqoritmləşdirilməsinin və 
proqramlaşdırılmasının  təməlində  iki psixoloji model 
durur: 

 
Təfəkkürün labirint modeli  (20-ci  əsrin  əvvəlində 
E.Torndayk tərəfindən təklif edilmişdir);  

 
Təfəkkürün semantik modeli  (60-cı  illərin sonunda 
V.N.Puşkin tərəfindən təklif edilmişdir).  
Təfəkkürün labirint modelinin mahiyyəti ondan 
ibarətdir  ki, burada fərz edilir ki, istənilən  yaradıcılıq 
məsələsinin həlli hər  hansı  labirintdə  məqsədəçatma 
imkanları  ilə  bağlı  olan  yollar  axtarışıdır.  Aydındır  ki,  bu 
yanaşma  külli  miqdarda  variantların  götür-qoy edilməsi 
yolu ilə  teorem  isbatında,  oyunun  davam  etdirilməsində 
və  s.  olduğu  kimi  atılan  addımlarla  bağlıdır.  Bu  yanaşma 
evristik 
axtarış 
nəzəriyyəsinin və 
evristik 
proqramlaşdırmanın  inkişafının  başlanğıcını  təşkil  etdi. 
Burada isə  həllin  uğurlu  olması  perspektivsiz  variantların 
perspektivlilərdən seçilib  atılmasında  istifadə  edilən 
evristik priyomların (fəndlərin) mükəmməlliyindən asılıdır. 
Məhz buna görə  təfəkkürün  labirint  modeli  geniş  tətbiq 
tapmadı.  Buna  baxmayaraq,  labirint  modeli  və  evristik 
axtarış nəzəriyyəsi hələ də süni intellekt mütəxəssislərinin 
əlində  çox güclü vasitə  olaraq  qalır.  Çünki  yaradıcılıq 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------161------------------------------------ 
 
proseslərinin modelləşdirilməsinin bütün problematikası 
necə  olur-olsun  yaradıcılıq  məsələlərinin həllinin evristik 
axtarışı ilə bağlıdır. Bu sinif məsələlərin həlli üçün EHM-də 
informasiyanın  simvol  emalı  (təhlili)  və  külli miqdarda 
variantların saf-çürük edilməsi xarakterikdir. 
Seçmə  alqoritmlərinin tərtibi  zamanı  kombinator 
partlayışın  qarşısını  almaq  və  seçmə  əməliyyatlarının 
sayını ixtisar etmək üçün müxtəlif təbiətli evristik “tapıntı-
lar”dan istifadə  edilir.  Evristik  qaydaların  tərkibi və 
uğurluluğu predmet oblastı ilə müəyyən edilir. Buna görə 
Nyüel,  Şou  və  Saymon tərəfindən təklif  edilmiş  evristik 
proqramlaşdırma 
prinsipləri 
özünü 
tam 
şəkildə 
doğrultmadı. 
Süni intellekt üzrə  bütövlükdə  və  o cümlədən, 
yaradıcılıq  proseslərinin modelləşdirilməsi üzrə  olan  işlər 
üçün  maşın  proqramları  yazılarkən evristik metod və 
qaydalardan istifadə  edilməsi tipik məqam kimi ortaya 
çıxır.  Lakin  bu,  bir  sıra  başqa  məsələlər  (məsələn, 
əməliyyatların  tədqiqi, cədvəllər nəzəriyyəsi və  ya 
kommivoyajör  haqqında  klassik  məsələlər)  üçün də 
xarakterik məqamdır.  Çünki  bu  məsələlər də  kombinator 
məsələləridir və  evristik qaydalar tətbiq edilmədən həll 
edilə bilmir. 
Təfəkkürün semantik modelinin mahiyyəti isə ondan 
ibarətdir ki, burada fərz edilir ki, hər  cür  yaradıcılıq 
prosesi 
başlanğıc 
və 
məqsəd 
situasiyalarının 
strukturlaşdırılmış  əlaqələndirilməsidir.  Başlanğıc  və 
məqsəd  situasiyalarının  əlaqələndirilməsi dedikdə, 
məsələnin həllinin  axtarılan  yolunun  yerləşdiyi  labirint 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------162------------------------------------ 
 
əvvəlcədən məlum olmur, məsələnin həlli  gedişində 
yaradılır. 
Təfəkkürün semantik modeli məntiqi-linqvistik 
modelləşdirmə və situasion idarəetmə ilə birbaşa bağlıdır. 
İstənilən  predmet  oblastında  müşahidə  edilən 
situasiyaların  böyük  əksəriyyəti müəyyən miqdar 
invariantlara  malik  olur  ki,  bu  strukturları  da  az-çox 
dəyişikliklərlə  bir oblastdan digərinə  köçürmək mümkün 
olur. Bunu, yəni, invariantlığı və köçürülə bilən strukturları 
dəniz limanının, hava yollarının, küçə kəsişmələrinin idarə 
edilməsi,  istehsalın  operativ  idarə  edilməsi və  s.  kimi 
müxtəlif obyektlərin dispetçer idarə edilməsi üzrə təcrübi 
olaraq D.A.Pospelov, musiqi əsərlərinin təhlili zamanı R.X. 
Zaripov, bundan xeyli əvvəl isə  sehirli nağılların 
struktururnun təhlili zamanı V.Propp təyin etmişdir. 
 
 
 
Zaripov Ravil Hammatoviç  20 iyun 1954-cü  ildə 
Başkir Muxtar Respublikasının Bakalin rayonunun Novo 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------163------------------------------------ 
 
-Tumyuk  kəndində  anadan  olmuşdur.  Kazan aviasiya 
institutunu  bitirmişdir.  Alman  dilində  müstəqil  danışır. 
Müxtəlif  vəzifələrdə  işləmişdir.  2015-ci  ildən  Tatarstan 
Respublikası  prezidendinin  koməklçisidir.  Texnika 
elmləri namizədidir. Rusiya Federasiyasının Texnologiya 
Elmləri  Akademiyasının  müxbir  üzvüdür.  Dövlət 
səviyyəli müxtəlif orden və medallar ilə təltif edilmişdir.
 
 
 
 
Vladimir (Qerman Voldemar) Yakovlevic Propp 
(1895-1970)  –  rus  və  sovet  alimi,  filoloq-folklorçu. Bir 
alim  kimi  dünya  elmində  tanınmış,  folklorçuluqda 
istifadə olunan müqayisəli-tipoloji metodun yaradıcısıdır, 
müasir  mətn  nəzəriyyəsinin  banilərindən  biridir.  Müasir 
strukturçular  onu  öz  sələfləri  hesab  edirlər.  Alimin  ən 
məşhur  elmi  işi  “Morfologiya  nağılları”  əsərədir.  Propp 
narrativin struktur-tipoloji  öyrənilməsinin  əsasını 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------164------------------------------------ 
 
qoymuşdur  (narrativ  ingiliscə  və  fransızça  narrative 
sözündəndir,  oxucuya  və  ya  dinləyiciyə  sozlər  və  ya 
rollar  ardıcıllığı  ilə  təqdim  edilən,  bir-biri  ilə  qarşılıqlı 
əlaqəsi  olan  hadisələrin  izah  olunması  anlamını  verir). 
Proppun araşdırdığı  elmi  işlər  mifoloji,  folklor,  bədii 
mətnlərin  struktur  baxımdan  inkişafına  böyük  təsir 
göstərmişdir.  Alimin  diqqəti  çəkən  digər  elmi  işi 
“Rusların 
aqrar 
bayramları” 
monoqrafiyqasıdır. 
Monoqrafiyada  slavyanların  çoxlu  sayda  bayramlarının 
və  etqadlarının  xarakteri  araşdırılmış,  tutarlı  səviyyədə 
oxucuya təqdim olunmuşdur.
    
 
Mətnlərin təhlili və  avtomatik tərcümə  zamanı, 
ümumi  halda,  ayrı-ayrı  cümlələrin  morfologiyasının, 
sintaksisinin, 
semantikasının 
və 
praqmatikasının 
formallaşdırılması  problemlərini həll  etmək  lazım  gəlir. 
Morfologiya və  sintaksisin  formallaşdırılmasının  kifayət 
qədər ciddi səviyyədə olduğunu söyləmək mümkündür. O 
ki, qaldı, semantikaya, yalnız səthi-semantik təhlil barədə 
danışmaq  olar.  Praqmatika  isə  ən zəif formallaşdırılmış 
komponentdir. Buna baxmayaraq, əldə  edilmiş  formal-
laşdırma  səviyyəsində  olan dil modeli imkan verir ki, 
cümlənin mənasını  kompüter  “anlasın”,  kifayət qədər 
yüksək keyfiyyətli avtomatik söz tərcüməsi etmək və 
səmərəli sual-cavab sistemləri yaratmaq mümkün olsun. 
Dil  modelinin  sonrakı  təkmilləşdirilməsi cümlələrin 
məna dərinliyinin üzə  çıxarılması,  ayrı-ayrı  cümlələrin 
təhlilindən mətnlərin təhlilinə keçilməsi, nəinki təkcə sual-
cavab və 
avtomatik tərcümə 
sistemlərinin 
təkmilləşdirilməsi üçün, həm də əsas etibarı ilə, mətnlərin 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------165------------------------------------ 
 
prosedur  tamamlanması  üçün  lazımdır.  Bu  problemlərin 
həlli isə  linqvistikada  inkişaf  etmiş  məntiqi nəticəçıxarma 
sistemlərinin  yaradılması  yolu  ilə  mümkündür ki, bu da 
linqvist (dilçi) və  məntiq mütəxəssislərinin  sıx 
əməkdaşlığını tələb edir.   
 
SÜNİ İNTELLEKTLİ DİALOQ SİSTEMLƏRİ 
 
Kompleks  dialoq  interfeysin  meydana  çıxması  ilə 
hesablayıcı texnikadan istifadə edilməsinin yeni stili (tərzi) 
yarandı.  Çünki  bu  interfeys  müxtəlif intellektual 
sistemlərdən  quraşdırılmışdır.  Sözü  gedən sistem bir 
tərəfdən ekspert sistemlərinə, digər tərəfdən isə 
intellektual tətbiqi proqram paketlərinə  və  hesablama-
məntiq sistemlərinə  xas olan alt sistemlərdən tərtib 
edilmişdir. Həm də burada ekspert sisteminə xas olan alt 
sistemlərlə  intellektual tətbiqi proqram paketlərinə  və 
hesablama-məntiq sistemlərinə  xas olan alt sistemlərdən 
müxtəlif kombinasiyalarda müxtəlif süni intellekt sistem 
variantları  almaq  mümkündür. Göstərək ki, bütün 
variantlarda ünsiyyət  sistemi  iştirak  edir.  Bu  isə, 
mahiyyətcə, proqram və  ya aparat həlli ilə 
gerçəkləşdirilmiş linqvistik prosessordur. Həmin prosessor 
təbii  dilin  peşəkar dialektlərindən EHM dilinə  və  əksinə 
avtomatik tərcümə  edə  bilir. Linqvistik prosessor dil 
modeli (lüğət və qrammatika) və predmet oblastı modeli 
əsasında  işləyir. Ümumi halda, linqvistik prosessor 
sorğularn morfoloji, sintaksis və semantik təhlilini həyata 
keçirir və  verilənlər bazasının köməyi ilə müvafiq olaraq 
cavabların  semantik,  sintaksis  və  morfoloji sintezini 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------166------------------------------------ 
 
gerçəkləşdirir. Səs dili qoşulduqda fonetik təhlil və sintez 
də aparılır. 
Məntiqi nəticəçıxarmanın  proqram-aparat vasitələri 
biliklərin 
tamamlanması, 
ümumiləşdirilməsi və 
ziddiyyətlərin olub-olmamasının 
yoxlanması 
prosedurlarının həyata keçirilməsi üçün lazımdır.  
Məntiqi nəticəçıxarma  sistemini  qurmaq  üçün  həm 
də  qeyri-klassik, yəni psevdofiziki məntiqlər  inkişaf 
etdirilməlidir. Bu, istifadəçiyə  imkan  yaradır  ki,  EHM-in 
köməyi ilə  elmi eksperimentlərin nəticələrinə  əsasən 
qanunauyğunluqları  aşkarlasın  və  fərziyyə  irəli sürüb 
yoxlasın. 
 
 
İNTELLEKTUAL İNFORMASİYA-AXTARIŞ 
SİSTEMLƏRİ 
 
İntellektual  informasiya-axtarış  sistemləri ünsiyyət 
sistemindən, biliklər  bazasından və  verilənlər  bazasından 
ibarətdir. Bu sistemlər ilk süni intellekt sistemləridir və 
bunlar EHM-in  inkişafı  ilə  yanaşı  inkişaf  etdirilir. 
İntellektual  informasiya-axtarış  sistemləri həm də  təbii 
dilli ünsiyyət sistemləri (TD-sistemlər)  adlanır.  Bu 
sistemlərin təməlini təbii dilin söz və ifadələrini təhlil edə 
bilən linqvistik prosessor təşkil edir. Sual-cavab sistemləri 
təbii dilli ünsiyyət  sistemlərin sadə  variantıdır.  Çünki 
burada  yalnız  dilin  modeli,  yəni  lüğət və  qrammatika 
istifadə  edilir, predmet oblastı  modeli  barədə  biliklər 
nəzərə  alınmır.  Təbii dilli ünsiyyət  sistemlərində  isə  adı 
çəkilən modellərin hamısı iştirak edir. 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------167------------------------------------ 
 
İNTELLEKTUAL TƏTBİQİ PROQRAM 
PAKETLƏRİ 
 
İntellektual tətbiqi proqram paketləri son istifadəçiyə 
imkan yaradır ki, o öz məsələsini və həmin məsələyə aid 
ilkin verilənləri özünəmünasib  şəkildə  təsvir etsin və 
məsələnin həllini  proqramlaşdırmadan  bütün  zəruri 
əməliyyatların  icrasını  maşına  həvalə  etsin. Çünki sözü 
gedən məsələ  verilmiş  predmet  oblastına  aid  olan  hazır 
proqram  modulları  yığımının  köməyi ilə  planlaşdırıcı-
proqram tərəfindən avtomatik qaydada həll edilir.  
Biliklər  bazası  funksional  semantik  şəbəkə  şəklində 
təşkil edilir ki, bu da özünü, ümumi halda, iki tip təpələrə 
malik  iki  qatlı  qövslərləri olan qraf kimi təqdim edir. Bu 
təpələrin bir tipi hesablama məsələsinin parametrlərini və 
ilkin verilənlərini  əks etdirir. Parametr-təpələr riyazi 
münasibətləri ifadə  edən digər tip təpələrlə  qövslə 
əlaqələndirilmişdir. 
Funksional  semantik  şəbəkə  istiqamətsiz  qrafdır. 
Çünki  yalnız  hesablama  məsələsinin  qoyuluşundan  sonra 
giriş  və  çıxış  məlum  olur.  Giriş  və  çıxış  məlum olan kimi 
planlaşdırıcı-proqram istiqamətsiz  qrafı  istiqamətlənmiş 
həll qrafına çevirir. Münasibətlərin də girişi və çıxışı aşkar 
edilir. Bunlar funksiya şəklinə salınır. Hər bir funksiya bu 
və  ya digər  üsulla  reallaşdırılmalı  olduqda  həmin 
funksiyanı 
reallaşdıracaq 
proqram 
modulları 
istiqamətlənmiş  qrafa  müvafiq  surətdə  işçi  proqram 
modullarından ibarət bir zəncir yaradır. 
İlk  intellektual  tətbiqi proqram paketlərindən biri 
SSRİ-də  yaradılmışdı  və  PRİZ  adlanırdı.  Bu  paketdə 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------168------------------------------------ 
 
semantik şəbəkə layihələşdirici və ya istifadəçi tərəfindən 
xüsusi qeyri-prosedur  UTOPİST  dilinin  köməyi ilə 
qurulurdu. Yəni istifadəçi  əvvəlcə  bu dili öyrənirdi, sonra 
öz məsələsini bu dildə  formalaşdırırdı.  DEKART  dilində 
işləyən SPORA sistemi də PRİZ kimi işləyirdi. Sonra hər iki 
sistemdə  proqramçının  işi  avtomatlaşdırıldı.  Lakin 
funksional semantik şəbəkə şəklində qurulan riyazi model 
yenə  də  yuxarıda  sözü  keçən qeyri-prosedur 
proqramlaşdırma  dillərindən istifadə  edilməklə  tərtib 
edilirdi. 
Blok-modul tipli texniki sistemlərin 
avtomatlaşdırılmış  layihələşdirilməsi sistemlərində  PRİZ 
dilindən istifadə edilərkən hər bir morfoloji sistem variantı 
üçün  ayrıca  funksional  semantik  şəbəkə  (Bu, həm də 
layihələşdirilən sistemin riyazi modelidir)  qurmaq  lazım 
gəlir.  
MAVR sistemində  növbəti  addım  atıldı.  Belə  ki, 
burada  riyazi  modelin  qurulması  avtomatlaşdırldı.  Yəni 
layihələşdirilən sistemi istifadəçi öz dilində  təsvir edir. 
Riyazi model avtomatik qurulur. Bu imkan predmet 
səviyyəsində  biliklər  bazası  qurmaq  üçün  süni  intellekt 
formalizmlərindən,  daha  doğrusu,  freymlərdən istifadə 
sayəsində  yaranmışdır.  Çünki  freymlər  sistemin modelini 
predmet səviyyəsində  avtomatik surətdə  funksional 
semantik  şəbəkə  şəklində  olan riyazi modelə  çevirir. Bu 
halda, ünsiyyət sistemi, adətən, sadə  sxem üzrə  qurulur 
və  təbii dildə  təqdim edilən standart menyu  kimi  işləyir. 
Yəni istifadəçi təbii dildən istifadə  edərək özünün 
hesablama məsələsini dialoq rejimində həll edir. 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------169------------------------------------ 
 
HESABLAMA-
MƏNTİQ SİSTEMLƏRİ 
 
İntellektual  tətbiqi proqram paketlərinin  sonrakı 
inkişafı  planlaşdırma  və  layihələşdirmə, elmi tədqiqatlar 
və  s.  üzrə  məsələlərin  kollektiv  paylanmış  həllini 
gerçəkləşdirən hesablama-məntiq sistemlərinin 
yaradılmasına gətirib çıxarmışdır. 
İntellektual  tətbiqi proqram paketləri süni intellekt 
sistemlərinin elə  sinfidir  ki,  onları  yalnız  monosistem 
adlandırmaq  mümkündür. Çünki bu sistemlərdə  bir 
istifadəçi və  ya bir qrup istifadəçi məhdud deklarativ və 
prosedur biliklər sisteminə  əsaslanaraq məhdud sayda 
məsələlərin həlli ilə məşğul olur. Bununla belə, hər hansı 
bir ümumi məsələ (məsələn, planlaşdırma və ya layihələş-
dirmə  məsələsi)  həll  edən kollektivlərdə  bilik,  bacarıq, 
ixtisas, məsuliyyət  ayrı-ayrı  mütəxəssislər, mütəxəssislər 
qrupu, təşkilati altsistemlər və s. arasında paylanmış olur. 
Dekompozisiya  zamanı  ümumi  məsələ  rəhbər təşkilati 
mərkəz tərəfindən daha kiçik  təşkiledici  məsələlərə 
bölünərkən kollektivin məhz həmin xüsusiyyətləri nəzərə 
alınır. 
Ümumi məsələnin uğurlu həlli üçün həm mütəxəssis 
qrupları,  həm də  qruplarla mərkəz  arasında  təşkilati 
(iyerarxik tabeçilik mənasında)  və  informasion aspektli 
qarşılıqlı fəaliyyət təmin edilməlidir. 
Beləliklə, ümumi məsələnin həlli üçün EHM tətbiqi və 
kollektiv daxilindəki kommunikasiya münasibətlərinin 
prosesə  təsiri  altında  uzağa  işləyən sosial-psixoloji 
nəticələri olan mürəkkəb  problem  meydana  çıxır.  Bu 
halda, süni intellektin bir-biri ilə  bağlılığı  olmayan 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------170------------------------------------ 
 
monosistemləri  çoxluğu  əvəzinə  multisistem və  ya 
hesablama-məntiq  sistemi  meydana  çıxır  ki,  bunu  da 
paylanmış süni intellekt sistemi adlandırmaq mümkündür. 
Ümumi məsələlərin  paylanmış  həlli üçün xarakterik 
olan cəhət  lokal məsələlərin  ayrı-ayrı  işçi  yerlərində  həll 
edilib rabitə  kanalları  ilə  qarşılıqlı  fəaliyyətlərin 
əlaqələndirilməsindən ibarətdir. Qeyd edək ki, alt 
sistemlər və  ya  ayrı-ayrı  istifadəçilər  arasında  qarşılıqlı 
fəaliyyət həm bir EHM-də, həm də  EHM-lər  şəbəkəsində 
təşkil  oluna  bilər ki, bu halda da səlahiyyət, bilik, 
məsuliyyət bir-biri ilə  həm  şaquli,  həm də  üfqi  qarşılıqlı 
əlaqələndirilmiş  çoxsaylı  altsistemlər  arasında  paylanmış 
olacaqdır. 
Məsələlərin  paylanmış  həlli  EHM  şəbəkəsində 
verilənlərin geniş məlum olan emalından prinsipial surətdə 
fərqlənir. Çünki paylanmış həll multisistemdə gedir, maşın 
resursu kifayət etməyən halda böyük həcmli verilən emalı 
isə EHM şəbəkəsindən istifadə edilməklə həll edilsə də, bu 
həll monosistemdə  həyata keçirilir. Çünki bu zaman 
həmin məsələni həll etmək üçün istifadəçidən ötrü 
sadəcə, daha güclü virtual maşın yaradılır. 
Multisistemlər, o cümlədən, paylanmış süni intellekt 
sistemləri özlərini hesablama-məntiq sistemləri kimi aparır 
ki,  bunları  da  ekspert  monosistemlərinə  çevirmək 
mümkündür. 
 
EKSPERT SİSTEMLƏRİ 
 
Ekspert sistemlərinin  böyük  sürətlə  populyarlaşması 
və aktuallaşması ona gətirib çıxarmışdır ki, müxtəlif insan-


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------171------------------------------------ 
 
maşın  sistemləri üçün tərtib  edilmiş  proqramları  onların 
müəllifləri ekspert sistem kimi təqdim  etməyə  cəhd 
edirlər. 
Ekspert sistemi dedikdə, insan-ekspert bilikləri və 
mühakimə  texnikasından  istifadə  edən  EHM  proqramı 
nəzərdə  tutulur. Ekspert sisteminin digər insan-maşın 
sistemlərindən  əsas fərqləndirici xüsusiyyəti tərkibində 
izahedici altsistemin olmasıdır.  
İzahedici  alt  sistem  çıxardığı  nəticəni istifadəçiyə 
“necə” və  “nə  üçün”  çıxardığını  izah  edir.  Bununla  da 
izahedici alt sistem istifadəçiyə  çıxarılmış  nəticəyə 
güvənmək üçün əsas verir.  İzahedici  alt  sistem  olmazsa, 
iki qəbuledilməz alternativ mümkündür: 

 
EHM-in verdiyi həllə inamın inkar edilməsi; 

 
EHM-in verdiyi həllin gerçək  olduğunun  qeyd-
şərtsiz qəbul edilməsi. 
Yuxarıda  göstərdik ki, tətbiqi proqram paketləri 
kitabxanası 
hesablama-məntiq sistemlərində 
və 
intellektual tətbiqi proqramlar paketlərində  riyazi 
modelləşdirmə  və  hesablayıcı  eksperimentlərdə  geniş 
istifadə  edilən  proqram  modulları  yığımıdır.  Bunlar 
fundamental fizika və  mexanika  qanunlarına  əsaslanan 
modellər, həmçinin,  əməliyyatların  tədqiqində  və 
iqtisadiyyatda tətbiq edilən optimallaşdırma  modelləridir. 
Halbuki ekspert sistemlərində  süni intellektin xüsusi 
formalizmlərində  qurulmuş  və  məntiq-linqvistik modelləri 
adlanan modellərdən istifadə  edilir. Bir halda ki, ekspert 
sistemləri biliklərə  və  biliklərin  manipulyasiyasına 
yönəldilmişdir,  deməli, modelləşdirmənin yeni növü – 
“idrak fəaliyyətinin modelləşdirilməsi”  yaranmışdır  ki,  bu 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------172------------------------------------ 
 
da, elmi tədqiqatlar  da  daxil  olmaqla,  geniş  tətbiq 
sahəsinə malikdir. 
Elmi tədqiqatların 
xarakterik 
mərhələləri 
aşağıdakılardan ibarətdir: 
-ilkin empirik verilənlərin yığılması və emalı; 
-verilənlərin,  yeni  faktların  aşkara  çıxarılması 
məqsədi ilə, riyazi və  nəzəri-məntiqi  emalı,  obyektiv 
gerçəkliyin nəzəri və empirik əsaslandırılması; 
-elmi  faktların  ümumiləşdirilməsi  əsasında  tədqiq 
edilən proses və hadisələrin fundamental münasibətlərini 
və əlaqələrini əks etdirən yeni nəzəriyyələrin yaradılması. 
Elmi tədqiqatların  bu  günədək davam edən birinci 
mərhələsi verilənlərin emalı sistemlərinin tətbiqi, verilənlər 
bazaları və verilənlər bazalarını idarəetmə sistemlərindən, 
həmçinin, sənədli və  faktoqrafik informasiya-axtarış 
sistemlərindən istifadə  edilməsi  hesabına  kifayət qədər 
tam avtomatlaşdırılmış  olsa  da,  ikinci  və  üçüncü 
mərhələnin  avtomatlaşdırılması  ilə  bağlı  görüləcək  iş 
olduqca mürəkkəbdir. Bu sahədə riyazi modelləşdirmə və 
hesablayıcı eksperiment həlledici əhəmiyyət daşıyır.  
Lakin  bu  sonuncu  fikir  yalnız  riyazi  model  qurmaq 
mümkün olan elmlərə aiddir.  
Tibb, biologiya, geologiya, kimya və s. kimi elmlərdə 
alimlərin fəaliyyəti bu mərhələlərdə  avtomatlaşdırılmamış 
qalır.  Buna  görə  də  idraki aktivliyin modelləşdirilməsi 
məsələlərini həll edən ekspert sistemləri elmin bu 
sahələrində daha çox populyarlaşmışdır. 
İdraki  aktivlik  ona  əsaslanır  ki,  insanların 
(ekspertlərin): 
1)
 
Bilikləri toplamaq; 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------173------------------------------------ 
 
2)
 
Bilikləri ümumiləşdirmək; 
3)
 
Problemləri dərk etmək və aşkarlamaq; 
4)
 
Problemin həlli üçün mühakimə  yürütmək, 
natamam informasiyadan gerçəyəbənzər nəticə 
çıxarmaq; 
5)
 
Öz  davranışına  haqq  qazandırmaq  və  yürütdüyü 
mühakimələri izah etmək; 
6)
 
Başqa  insanlarla  qarşılıqlı  fəaliyyət göstərmək və 
bu yolla biliklər toplamaq; 
7)
 
Öz biliyini yenidən qurmaq və  yenidən təşkil 
etmək; 
8)
 
Davranış  haqqında  mühakimə  yürüdərkən tətbiq 
edilən qaydaların mahiyyətini anlamaq; 
9)
 
Problemin onun (və  ya  onların)  səlahiyyətinə  aid 
olub-olmamasını,  bu  problemi onun (və  ya 
onların) həll etməyə məsul olub-olmamasını təyin 
etmək kimi qabiliyyətləri vardır. 
Bu siyahıdan hansıları ekspert sisteminin köməyi ilə 
gerçəkləşdirmək olar? 
Biliklərə  əsaslanan sistem olmaqla, ekspert 
sistemləri bugün ilk iki xassəni (bəndi) gerçəkləşdirə bilir, 
dördüncü xassə  (bənd) isə  dialoq rejimində  məsləhətlər 
vermək  şəklində  həyata keçirilir. Üçüncü xassə  (bənd)  – 
insanın  müstəsna hüququ olsa da, ekspert sistemi ilə 
dialoq zamanı insanın bu qabiliyyəti əhəmiyyətli dərəcədə 
intensivləşir.  Beşinci  xassə  (bənd)  yalnız  ekspert 
sistemində  izahetmə  və  etibaretmə  alt sistemlərində 
gerçəkləşdirilir.  Yeddinci  xassə  (bənd) ekspert sisteminin 
layihələşdiriciləri və  sonra istifadəçiləri tərəfindən 
reallaşdırılır. 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------174------------------------------------ 
 
Ekspert sistemləri  aşağıdakı  funksiyaları  icra edə 
bilir: 

 
Verilənlərin qiymətini təyin etmək məqsədi ilə 
onların interpretasiyası (şərhi); 

 
Texniki və  bioloji sistemlərin vəziyyətinin, küysəl 
(Küylə,  uğultu  ilə  zibillənmiş,  entropiyalı,  pis 
yazılan, pis oxunan, düzgünlüyü şübhə doğuran və 
s.)  verilənlərin  interpretasiyası  əsasında,  təyini və 
ya həmin vəziyyətə diaqnoz qoyulması; 

 
Monitorinq sistemləri vasitəsilə yoxlama müşahidəsi 
və  ya  müşahidə  edilən obyektlərin (məsələn, 
reanimasiya  şöbələrinin, nüvə  reaktorlarının  və  s.) 
kritik vəziyyətlərinin verilənlərinin real vaxt 
miqyasında kəsilməz müşahidə altına alınması; 

 
Keçmişdəki və indiki vəziyyətlərin modelləşdirilməsi 
əsasında gələcək inkişafın proqnozlaşdırılması; 

 
Qoyulmuş  məqsədlərə  çatmaq üçün tədbirlərin və 
fəaliyyətin planlaşdırılması və işlənib hazırlanması; 

 
Qoyulmuş  tələblərə  cavab verən obyektlərin 
qurulması  üzrə  layihələşdirmə  və  dəqiq icra 
cədvəllərinin hazırlanması. 
İdraki  aktivliyin  modelləşdirilməsi və  ekspert 
sistemləri nəzəriyyəsi  baxımından,  yeni  informasiya 
texnologiyaları  daha  geniş  aspektdə  müəyyən qədər 
başqa anlam daşıyır. 
Yaxın  gələcəkdə  ekspert sistemləri biliklərin təqdim 
edilməsini, yığılmasını, istifadə edilməsini və ötürülməsini 
kütləvi surətdə elektron texnologiyasına keçirəcəkdir. 
Nəşriyyat materiallarında toplanmış biliklər təqdimat 
baxımından, passiv mahiyyətlidir. Belə ki, daim meydana 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------175------------------------------------ 
 
çıxan  problemləri həll etmək  üçün  kitablarda  toplanmış 
bilikləri tətbiq etməzdən  əvvəl,  onları  axtarıb  tapmaq, 
şərh etmək  lazım  gəlir. Bilikərin yenilənməsi  baxımından 
da, kitablar passivdir. Bundan əlavə, kitablardakı biliklərin 
başqa adamlara ötürülməsi prosesləri də çevik deyildir. 
Əlbəttə, biliklərin elektron təqdimatı dedikdə, heç də 
kitablardakı  mətnlərin  EHM  yaddaşına  sadəcə,  yalnız 
köçürülməsi nəzərdə  tutulmur.  Kitablardakı  ekspert 
biliklərinin EHM yaddaşına daxil edilməsindən əvvəl onlar 
biliklərin təqdim edilməsi  üçün  yaradılmış  xüsusi  dillərə 
tərcümə  edilməli, yəni yenidən  kodlaşdırılmalıdır.  Bunlar 
məntiq,  şəbəkə  və  produksion tipli dillərdir.  Aydındır  ki, 
nadir  (unikal)  mətnlər, zəruri  olan  hallarda  yaddaşa 
ənənəvi mətn formasında yazılacaqdır. 
Mövcud  olan  proqramlaşdırma  sistemləri də  çevik 
deyildir və onlarda saxlanan biliklərdə hər hansı dəyişiklik 
etmək üçün yenidən  proqramlaşdırma  tələb olunur. 
Görünür, burada proquksion sistemlər nəzəriyyəsinə 
əsaslanan və  qeyri-formal  proqramlaşdırma  adlanan 
proqramlaşdırma sistemi müəyyən rol oynayır. 
Ekspert sistemlərinin  yaradılması  adi  “sifarişçi  – 
icraçı”  sxemi  üzrə  getmir,  çünki  icraçı-layihələşdirici 
texniki tapşırığa müvafiq olaraq sifarişçiyə istismara hazır 
sistem təhvil verməlidir. Lakin bu mümkün olmur, ona 
görə  ki, konkret ekspert sistemin yüklənəcəyi biliklər 
icraçıda deyil, sifarişçidədir. 
İcraçı  təşkilat  (layihələşdirici)  xüsusi  instrumental 
vasitələrin köməyi ilə  ya  “boş”  ekspert  sistemi,  ya  da 
ekspert sistemlərinin bir sinfinə  yönəldilmiş  metasistem 
yaradır.  “Boş”  sistemin  biliklərlə  doldurulması  sifarişçinin 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------176------------------------------------ 
 
yanında ya layihələşdirici təşkilata, ya da sifarişçi təşkilata 
aid olan xüsusi mühəndislər tərəfindən həyata keçirilir. 
Biliklər mühəndisi bir tərəfdən, ekspert sistemləri 
nəzəriyyəsi sahəsində  tam səlahiyyət sahibi, digər 
tərəfdən də,  predmet  oblastını  bilən, bu sahənin 
ekspertləri ilə  işləməyi  bacaran  olmalıdır  ki,  onların 
biliklərini verilmiş  ekspert  sisteminin  formalizmlərinə 
çevirə  bilsin. Mətnlərdəki bilikləri və  ekspertlərdən 
intervyü  (müsahibə)  almaqla  əldə  edilən bilikləri 
formallaşdırmaq üçün xüsusi dillər hazırlanmışdır. 
İnstrumental 
sistemlər, mahiyyətcə, ekspert 
sistemləri yaratmaq üçün istifadə  edilən ekspert 
sistemləridir. Bunun təbii  genişlənməsi sistem və  tətbiqi 
proqramlaşdırma  üçün  nəzərdə  tutulan ekspert 
sistemlərinin yaradılması oldu. 
 
Paylanmış 
ekspert 
sistemləri
Ayrı-ayrı 
sistemlərdən tərtib edilən  paylanmış  süni  intellekt 
sistemləri mürəkkəb obyektlərin xassələrinin çoxcəhətli 
diaqnozda  tanınması  zamanı  ayrı-ayrı  mütəxəssislərin 
qarşılıqlı  fəaliyyəti zəruri olan hallarda fəaliyyət  planları 
hazırlamaq üçün lazımdır. 
Sözügedən situasiyalara nümunə  olaraq ekoloji-
iqtisadi problemlər, mütəxəssis həkimlər tərəfindən 
kompleks müayinə  aparılması  əsasında  xəstəyə  dəqiq 
diaqnoz  qoyulması  problemi  göstərilə  bilər.  Proqramçılar 
kollektivi tərəfindən böyük proqram komplekslərinin 
yaradılması üçün də paylanmış ekspert sistemləri mühüm 
əhəmiyyətə malikdir. 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------177------------------------------------ 
 
Hal-hazırda  proqramın  displeydə  qrafik təqdimatına 
imkan verən kollektiv proqramlaşdırma  texnologiyası 
işlənib hazırlanmışdır. 
Paylanmış  ekspert  sistemləri həm  çoxterminallı  bir 
hesablayıcı kompleksdə, həm də kompüter şəbəkələrində 
gerçəkləşdirilə biləndir. 
Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin