ABŞ – AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ
Az
ərbaycan müstəqillik qazandıqdan sonra düçar olduğu
çoxsaylı problemlərin müvəffəqiyyətli həlli planetin güc mərkəzi
olan dövl
ətləri ilə qura biləcəyi əlaqələrin keyfiyyət göstəricisindən
xeyli asılı idi. Bu baxımdan, ABŞ öz potensialı ilə Azərbaycanın
milli dövl
ətçilik maraqları dairəsinə daxil idi.
H
ər şeydən əvvəl, ABŞ dünyanın yeganə fövqəl dövləti
olub, planetin n
əhəng siyasi güc mərkəzidir. Birləşmiş Ştatlar dün-
yada mövcud olan t
əqribən 4 mindən çox beynəlxalq və məhəlli
t
əşkilatın ya yaradıcısı, ya da ən əsas maliyyələşdiricisidir. Şüb-
h
əsiz, belə geniş təmsilçilik imkanları olan ABŞ-ın dünyanın hər
hansı bir nöqtəsində baş verəcək hadisə və ya münaqişəyə dərhal
v
ə qədərincə təsir etmək, prosesləri planlaşdırıcı məcraya salmaq
q
ətiyyəti kifayət qədərdir.
ABŞ dünyanın ən böyük iqtisadi güc mərkəzi olması, sta-
tistik r
əqəmlərin aşağıdakı siyahısı təsdiqləyir: Onun bütün müəs-
sis
ələri 100% gücü ilə işləyir. 1991-ci ildə ABŞ iqtisadiyyatına
kapital qoyuluşu 407,6 mlrd dollar olmuşdur. 1995-ci ildə ölkənin
ixracı 685 mlrd dollar, idxalı isə 746 mlrd dollar olmuşdur. Bu gün
inki
şafda olan dünya dövlətləri ABŞ ixracının təqribən 40%-ni
alır.
ABŞ, həmçinin, dünyanın hərbi güc mərkəzidir.
Dövrümüzün
ən böyük hərbi təşkilatı olan NATO-nun yaradıl-
masının və genişləndirilməsinin ilhamçısı məhz ABŞ
olmuşdur.Yeni dövrün siyasi reallıqlarına uyğun olaraq
Pentaqonun müdafi
ə büdcəsi 35 % və hərbi qüvvələrin strukturu
33
% ixtisar edilsə də, əvəzində silahlı qüvvələrin
modernləşdirilməsinə xeyli vəsait ayrılmışdır.
Azərbaycan isə zəngin təbii ehtiyatları, bölgənin ən iri,
varlı və perspektiv inkişaf imkanları olan dövləti kimi ABŞ-ın
diqqət mərkəzində saxladığı ölkələrdəndir. Xüsusilə ABŞ-ın milli
təhlükəsizlik sistemində enerji təhlükəsizliyi amili aparıcı rol
102
oynadığından Azərbaycanın zəngin neft ehtiyatlarına bu dövlətin
olduqca böyük marağının olması təsadüfi deyildir.
Azərbaycanın əlverişli geosiyasi mövqeyi ABŞ-ın maraq-
larına tamamilə uyğundur. Dövlətimiz şimaldan Rusiya, cənubdan
isə İranla həmsərhəddir və regionda üstünlük uğrunda bu dövlətlər
də mübarizə aparırlar.
ABŞ-ın respublikamıza marağının artmasında ölkəmizdə
demokratik inkişaf yolunun seçilməsi, iqtisadi islahatların aparıl-
ması və bazar iqtisadiyyatına keçilməsinin də danılmaz əhəmiyyəti
vardır.
1991-
ci il dekabrın 25-də ABŞ Azərbaycan Respub-
likasının müstəqilliyini tanımış və 1992-ci il martın 18-dən etiba-
rən bu dövlətlər arasında diplomatik münasibətlər qurulmuşdur.
İkitərəfli əlaqələrin başlanğıc mərhələsi kəşfiyyat xarakterli
yönümü və istiqaməti ilə seçilir, ziddiyyətlər və anlaşılmazlıqlarla
xarakterizə olunurdu.
Azərbaycan – ABŞ münasibətlərinin ən ziddiyətli məsələsi
1992-
ci il oktyabrın 24-də Konqresin 102-ci çağırışının 2-ci
sessiyasının keçmiş SSRİ-nin Azərbaycandan savayı digər 11
respublikasına demokratiyanın inkişafı və bazar iqtisadiyyatına
keçid məqsədilə 460 milyon dollar həcmində yardımı nəzərdə tutan
“907-
ci əlavə”nin qəbulu oldu.
Azərbaycana qarşı iqtisadi yardıma qadağa aksiyasının
məzmunu belədir: “Bu və ya digər qanunvericilik aktları çərçi-
vəsində Birləşmiş Ştatların Azərbaycana iqtisadi yardımı Azər-
baycanda
o zamanlar hakimiyyəti təmsil edən iqtidarın xarici siya-
sət sahəsində buraxdıqları səhvlər düzəldilməyincə mümkün
olmayacaq”.
1993-
cü ilin aprelində Vaşinqtonda Azərbaycan səfirliyinin
açılması ilə ikitərəfli əlaqələr intensivləşməyə başladı.
Azərbaycan – ABŞ əməkdaşlığı BMT çərçivəsində də
davam etdirilmişdir. BMT təhlükəsizlik şurasının beş daimi üzvün-
dən biri olan ABŞ Azərbaycan torpaqlarının erməni silahlı qüv-
vələri tərəfindən işğal olunması ilə bağlı sözügedən təşkilatın qəbul
etdiyi 7 bəyannamə və 4 qətnamənin (822 saylı – 1993-cü il 30
aprel,
853 saylı – 1993-cü il 29 iyul, 874 saylı – 1993-cü il 14
103
oktyabr və 884 saylı – 1993-cü il 11 noyabr)lehinə səs vermişdir.
Adı çəkilən sənədlərdə Azərbaycanın beynəlxalq miqyasda tanın-
mış sərhədlərinin pozulmazlığı və ərazilər ələ keçirmək üçün qüv-
və tətbiq olunmasının yolverilməzliyi prinsipi təsdiqlənmiş,
ölkəmizin bütün zəbt olunmuş ərazilərindən işğalçı erməni hərbi
birləşmələrinin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb
olunmuşdur.
Azərbaycan Respublikasının ABŞ prezidenti B. Klintonun
xarici siyasət təşəbbüsü olan “sülh naminə tərəfdaşlıq” proqramına
qoşulması da (1994-cü il mayın 4-də)ölkəmizin rəsmi Vaşinqtonla
hərbi – siyasi əməkdaşlığına təkan verən amillərdəndir.
Azərbaycan – ABŞ münasibətlərində baş vermiş müsbət
dəyişikliklər 1994-cü ilin dekabrında ATƏM-in Budapeşt zirvə
görüşü zamanı öz konkret nəticələrini verdi.
Budapeşt sammitində ilk dəfə olaraq Dağlıq Qarabağ
problemi xüsusi bir məsələ kimi gündəliyə salındı və müzakirə
olundu.
ABŞ-ın yaxından köməkliyi nəticəsində Budapeşt sammi-
tinin qəbul etdiyi qətnamədə Avropanın müxtəlif bölgələrində baş
verən münaqişələrin, o cümlədən Ermənistan – Azərbaycan müna-
qişəsinin həll edilməsi ayrı-ayrı dövlətlərin inhisarından çıxarılıb,
birbaşa ATƏT-in ixtiyarına verildi. Eyni zamanda münaqişə
zonalarında, o cümlədən Dağlıq Qarabağ ətrafında baş verən prob-
lemin həllində hansısa bir ölkənin deyil, ATƏT sülhməramlı
qüvvələrindən istifadə edilməsi qərara alındı.
Az
ərbaycan – ABŞ münasibətlərində dönüş 1996-cı ildən
etibar
ən özünü göstərməyə başladı. 1996-cı il yanvarın 26-da ABŞ
Konqresinin Nümay
əndələr Palatası, sonra isə Senatı Azərbaycana
birbaşa humanitar yardım haqda Konqresə xəbər çatdırdı ki, Azər-
baycan hökuməti bütün blokadaları, Ermənistan və Dağlıq Qara-
bağa qarşı zor gücünün istifadəsini dayandırmaq üçün əməli iş
görür”.
Keçmiş sovetlər birliyinin yenicə müstəqillik qazanmış
respub
likaları içərisində niyə məhz Azərbaycanın iqtisadi qadağa
aksiyasına məruz qalmasının səbəbləri ilk növbədə aşağıdakı
amillərlə bağlı idi. ABŞ-da güclü erməni lobbisi və diasporunun
mövcudluğu, ABŞ-da məskunlaşmış Azərbaycan icmasının zəifliyi.
104
Konqresmen Çarlz Vilsonun t
əşəbbüsünün hədəfi “Azadlığı
Müdafi
ə Aktı”na “907-ci əlavə”yə düzəlişdir. “Vilson düzəlişi”nə
q
ədər Azərbaycana yalnız qeyri-hökumət təşkilatlarının xətti ilə
yardım göstərilməsi mümkün idi. Qəbul edilmiş yeni düzəlişdə
is
ə deyilirdi: “Azərbaycan hökumətinə humanitar yardım o halda
göst
ərilə bilər ki, prezident müəyyən etsin ki, qeyri-hökumət
t
əşkilatları tərəfindən Azərbaycana göndərilən yardım qaçqınların
v
ə məcburi köçkünlərin ehtiyaclarını lazımi səviyyədə ödəmir”.
Bu s
ənəd Azərbaycanı hər cür dövlət yardımından məhrum edən və
bütünlükd
ə erməni maraqlarına xidmət göstərən “907-ci əlavə”nin
l
əğvi istiqamətində ABŞ konqresinin ilk uğurlu addımı kimi
qiym
ətləndirilir. 1996-cı il iyulun 11-də ermənipərəst konqresmen-
l
ərin Azərbaycan əleyhinə yönəlmiş növbəti addımı “Porter düzə-
lişi” meydana gəldi. “Porter düzəlişi”nə görə ayrı-ayrılıqda həm
Az
ərbaycanın, həm də Dağlıq Qarabağın qaçqın və köçkün düş-
müş əhalisinə uyğun olaraq 7:1 nisbətində humanitar yardım gös-
t
ərilməsi nəzərdə tutulurdu. Azərbaycan və ABŞ ali icra haki-
miyy
əti orqanlarının qarşılıqlı səmərəli fəaliyyəti son nəticədə
“Porter düz
əlişi” adlı bədnam sənədin Nümayəndələr Palatası və
Senatın uzlaşdırıcı komissiyasının sentyabrın 17-də keçirilmiş
iclasında tamamilə rədd edilməsini təmin etdi.
Respublikamızın ən ağrılı Dağlıq Qarabağ probleminin də
geniş müzakirələr obyektinə çevrildiyi ATƏT-in Lissabon sammiti
(1996 dekabr)Az
ərbaycan – ABŞ münasibətlərinin strateji tərəf-
daşlığa doğru istiqamətləndiyini növbəti dəfə təsdiqlədi. Sam-
mitd
ə Ermənistan – Azərbaycan münaqişəsinin həllini 3 prinsip
əsasında tənzimləməyi nəzərdə tutan formul ATƏT-in sədri
F.Kottinin b
əyanatında irəli sürüldü. ATƏT-in əsas prinsiplərini
n
əzərdə tutan bu formul, Ermənistan istisna olmaqla qalan bütün
iştirakçı dövlətlər, o cümlədən ABŞ tərəfindən qəbul edildi. Belə-
likl
ə, başlamaqda olan 1997-ci ildə Azərbaycan – ABŞ münasibət-
l
ərinin vəziyyəti yuxarıda bəhs etdiyimiz real mənzərə ilə şərt-
l
ənirdi.
H
əmin ildə təhlükəsizlik sahəsində də Azərbaycan – ABŞ
münasib
ətləri inkişaf etdirilmişdir. Belə ki, martın 12-13-də Bakıda
105
Az
ərbaycan və ABŞ arasında təhlükəsizlik və silahlara nəzarət
m
əsələlərinə dair ikitərəfli məsləhətləşmələr aparılırdı. Məsləhət-
l
əşmələr gedişində geniş spektrli təhlükəsizlik məsələləri araşdırıl-
mış, o cümlədən, regional məsələlər, sərhədə nəzarət; Avropada
Ali Silahlı Qüvvələr məsələsi və onunla bağlı narahatlıq doğuran
suallar; “Sülh namin
ə tərəfdaşlıq” proqramının yaratdığı imkanlar;
NATO-
nun genişlənməsi və Avropa təhlükəsizliyin arxitekturası,
habel
ə enerji və nəqliyyat dəhlizinin təhlükəsizliyi problemlərinə
dair
ətraflı fikir mübadiləsi aparılmışdır.
1997-ci il iyulun 27-d
ən avqustun 7-dək Azərbaycan
prezidenti H.
Əliyevin ABŞ-a ilk rəsmi səfəri oldu. Bu səfərlə iki
dövl
ət arasında münasibətlərin inkişafında keyfiyyətcə yeni
m
ərhələnin əsası qoyuldu.
S
əfər zamanı 5 mühüm sənəd:
-
ABŞ – Azərbaycan münasibətləri haqqında birgə bəyanat;
-
S
ərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq
edilm
əsi haqqında Azərbaycan Respublikası ilə ABŞ hökuməti
arasında müqavilə;
-
ABŞ ilə Azərbaycan arasında müdafiə və hərbi sahələrdəki
g
ələcək münasibətlər barəsində birgə bəyanat;
-
Az
ərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları
arasında energetikanın inkişafı üzrə ikitərəfli dialoq yaradılması
niyy
ətləri haqqında bəyanat; - Layihələrin təşviqinə dair baş saziş –
imzalandı.
Bununla yanaşı, dəyəri 8 mlrd. ABŞ dolları məbləğində qiy-
m
ətləndirilən yeni 4 neft müqaviləsi bağlandı. Partnyorluq müna-
sib
ətlərinin genişləndirilməsi tədbirləri haqqında” sərəncam imza-
lan
dı.
Az
ərbaycan – ABŞ iqtisadi münasibətlərinin yaranması və
bütün sonrakı inkişafında neft amili həlledici rol oynamışdır.
T
əsadüfi deyildir ki, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (ARDNŞ) xarici enerji kompaniyaları ilə 1994-cü il
sentyabrın 20-də imzaladığı ilk neft müqaviləsində ABŞ-ın 4 iri
neft şirkəti aşağıdakı mühüm pay faizləri ilə təmsil olunmuşdur.
1.Amoko – 17. 01 %
2.Yunokal – 10. 0489 %
106
3.Ekson – 8. 0006 %
4.Penzoyl – 4. 8175 %
Az
ərbaycanın zəngin enerji ehtiyatlarına malik olması ABŞ-
ı respublikamızla sıx iqtisadi və siyasi münasibətlər qurmağa
vadar ed
ən olduqca əhəmiyyətli amil olsa da, hər halda yeganə
c
əhət deyildir. Azərbaycan – ABŞ əlaqələri iqtisadiyyatın digər
sah
ələrində də qurulmuşdur.
Ölk
ə prezidenti Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfərindən
sonra
ABŞ-la Azərbaycan Respublikası arasındakı əlaqələr daha da
genişlənmişdi.
107
II.
ABŞ-ın Yaxın Şərq siyasəti
Yaxın və Orta Şərq ölkələri haqqında ümumi məlumat
Yaxın və Orta Şərq ölkələri Afrikadan Misir və Sudan daxil
olmaqla 18 ölk
ədən ibarətdir. Orta Şərqə İran və Əfqanıstan aid
edilir. Regionun simasını ilk növbədə onun əlverişli coğrafi
mövqeyi v
ə zəngin neft yataqları müəyyən edir.
Bu ölk
ələrin başlıca əlaməti üç qitənin yol ayrıcında,
mühüm hava v
ə dəniz yollarının (Bosfor, Dardanel, Bab-ü-Məndəb
boğazları, Süveyş kanalı) kəsişdiyi yerdə yerləşməsidir. Belə
coğrafi mövqe Yaxın və Orta Şərq xalqlarının siyasi və iqtisadi
h
əyatına əsaslı təsir göstərmiş və onun tərkibində Mesopotamiya
(D
əclə və Fərat çayları arasında), Levant (Aralıq dənizi sahilində)
kimi tarixi vilay
ətlərin yaranmasına səbəb olmuşdur. Siyasi cəhət-
d
ən Yaxın Şərq həmişə dünyanın narahat regionlarından biri,
“barıt çəlləyi” olmuşdur. XX əsrin II yarısında regionda siyasi
v
əziyyət qeyri-sabitliyi ilə fərqlənirdi. Yaxın Şərq, İraq-Qərb,
Kürd, Kipr probleml
ərinin uzun müddət həll olunmaması regionda
siyasi g
ərginlik yaradır. Regionun əhalisinin 80%-nı türklər,
ərəblər və farslar təşkil edir. Başqa xalqlar arasında kürdlər,
y
əhudilər, bəluçlar üstünlük təşkil edir. İran körfəzi, Qara və
Aralıq dənizi sahillərində, çay vadilərində və vahələrdə əhali sıx
m
əskunlaşmışdır.
C
ənub və Cənub-Şərqi Asiya ölkələrinə nisbətən bu region-
da urbanizasiya s
əviyyəsi yüksəkdir. Əfqanıstan, Yəmən və Oman
istisna olmaqla, regionun bütün ölk
ələrinin əhalisinin yarıdan çoxu
şəhərlərdə yaşayır. Ən iri şəhərləri Tehran, İstanbul, Ankara,
Bağdad, İzmir, İsfahan, Dəməşq, Ər-Riyad, Təbriz və başqalarıdır.
Müasir dövrd
ə regionun dünya təsərrüfatında neft və təbii qaz
m
əhsullarının iri istehsalçısı və NİEÖB-nin sənaye məhsullarının
geniş satış bazarı kimi çıxış etməsi, dünya sənayesində və iqtisa-
diyyatında onun rolunu gücləndirmişdir. Buradan NİEÖB qrupuna
daxil olan ölk
ələr, İsrail, Türkiyə, zəngin neft və qaz resursları
hesa
bına sürətlə inkişaf edən, dünyada ən varlı İran körfəzi sahili
ərəb dövlətləri və dünyanın ən kasıb ölkələrindən olan Əfqanıstan
v
ə İordaniya yerləşir. Yaxın və Orta Şərq ölkələri müxtəlif islam
108
t
əşkilatlarında (İKT, ƏÖC, İslam İnkişaf Bankı, İslam İqtisadi və
M
ədəni Məsələlər Komissiyası və s. ) birləşmişlər.
S
ənayenin inkişafı üçün təbiət Yaxın və Orta Şərq
regionuna qiym
ətli sərvətlər bəxş etmişdir. Zəngin neft və təbii
qaz resurslarından başqa, region ölkələri filiz, qeyri-filiz və
qiym
ətli metal sərvətlərinə malikdir. Xrom (Türkiyə), xörək duzu
(İordaniya) , təbii kükürd və fosforit (İraq)ehtiyatı dünya əhəmiy-
y
ətlidir. İran dəmir filizi, Türkiyə mis filizi ilə zəngindir.
Regionda s
əhra və yarımsəhra landşaftının üstünlük təşkil
etm
əsi suvarma əkinçiliyinin, köçəri və yarımköçəri heyvandar-
lığın tarixən inkişafına səbəb olmuşdur. Yaxın və Orta Şərqin
k
ənd təsərrüfatında əkinçilik üstünlük təşkil edir.
Regionun xarici
əlaqələrində dəniz nəqliyyatı əsas rol oyna-
yır. Regionun ən iri limanları İran körfəzində (Küveyt, Dubay,
Əbu-Dabi) , Qara dənizdə (İstanbul, İzmir, İzmit, İsgəndurun)və
Aralıq dənizdə (Hayfa)yerləşir. Dəmiryol nəqliyyatı zəif inkişaf
etmişdir.
İxracatında neft və neft məhsulları, mayeləşdirilmiş qaz,
əlvan metallar, yüngül sənaye və ənənəvi kənd təsərrüfatı məh-
sulları, idxalında isə sənaye məhsulları üstünlük təşkil edir.
İran Yaxın və Orta Şərqdə sahəsinə görə Səudiyyə Ərəbis-
tanından sonra ikinci böyük dövlətdir. İranın mühüm xüsusiyyəti
onun Avropa, Asiya, v
ə Afrika arasında yerləşməsi, dənizlərə çı-
xışı olmasıdır. İran, əhalisi sürətlə artan dünya ölkələrindəndir.
Son 50 ild
ə əhalisi 4 dəfə artmışdır. İran mürəkkəb milli-etnik xü-
susiyy
ətlərə malik ölkədir. Ölkədə 40-dan artıq xalq yaşayır. Bun-
lardan
ən böyüyü farslardır. Fars dil qrupuna aid sayca ikinci xalq
kürdl
ərdir. Azərbaycanlılar (təqribən 30 mln. nəfər), türkmənlər,
qaşqaylar, əfşarlar, şahsevənlər türk dili qrupuna aid edilir.
1979-
cu il fevralın 11-də (“İnqilab günü” kimi ölkənin milli
bayramı)İranda şah rejimi devrilmiş və ölkə İran İslam Respub-
likası adlandırılmışdır. Həmin ildə qəbul edilən konstitusiyaya
gör
ə (1989-cu ildə bəzi əlavələr edilmişdir)ölkə həyatında ruha-
nil
ərin rəhbər rolu təsdiq olunmuşdur. Ölkənin ictimai həyatının
bütün sah
ələri (siyasət, iqtisadiyyat, mədəniyyət, tədris) islamlaşdı-
rılmışdır. Dövlətdə ali vəzifələr bir-birindən aslı olmayan qanun-
109
verici, icraedici v
ə məhkəmə sistemindən ibarətdir. Bu sistemlər
is
ə ölkənin siyasi və dini rəhbərinin nəzarəti altındadır. Hakim
partiya 1979-cu ild
ə Ruhulla Xomeyni tərəfindən yaradılan İslam
Res
publikası partiyadır.
İnzibati cəhətdən ölkədə 25 ostan (vilayət)və bir paytaxt
mahalı var. Tarixi Azərbaycan torpaqları – Qərbi Azərbaycan,
Şərqi Azərbaycan, Zəncan, Savalan inzibati əyalətləridir. Müasir
İran neft və təbii qaz sənayesi inkişaf etmiş aqrar-sənaye ölkəsidir.
Öt
ən əsrin 70-ci illərində dünyada yaranmış enerji böhranı
n
əticəsində İran külli miqdarda valyuta əldə etmişdir.
Ölk
ə faydalı qazıntılarla (dəmir, mis filizi və s.) zəngindir.
Neft v
ə təbii qaz ehtiyatları isə dünya əhəmiyyətinə malikdir.
Neft v
ə qaz sənayesi İran iqtisadiyyatının başlıca sahəsidir
v
ə dövlətin valyuta gəlirinin 90%-nı verir. Ən böyük neft emalı
zavodları Adaban və Tehran sənaye rayonlarındadır.
Metallurgiya yerli xammala
əsaslanır.Maşınqayırma səna-
ye
sinin inkişafında AFR və Böyük Britaniyaya məxsus şirkətlərin
f
əaliyyəti böyükdür. Ənənəvi sahələrdən xalçaçılıq və sənətkarlıq
xüsusil
ə seçilir.
İran dağlıq ölkədir. Dağ və yaylalar onun ərazisinin təxmi-
n
ən 4/5 hissəsini tutur. Kənd təsərrüfatı məhsullarının böyük his-
s
əsini bitkiçilik verir. Dənli bitkilərin əkinləri üstünlük təşkil edir.
Heyvandarlıq davar saxlanması üzrə ixtisaslaşmışdır.
Ölk
ənin xarici ticarət əlaqələrində dəniz nəqliyyatından
geniş istifadə olunur. Ən mühüm limanları Ənzəli, Bəndər-Xomey-
ni, B
əndər-Abbas, Buşəhrdir. Xark və Abadan neft daşınan liman-
lardır. Boru-kəmər nəqliyyatının inkişafı neft və qaz sənayesi ilə
bağlıdır.
Ərəb dünyasının ümumi ərazisinin (14 mln. km
2
) 27%-i Asi-
ya
nın ərəb ölkələrinin payına düşür (ərəb ölkələrinin 10-u Afrika-
dadır). Asiyanın ərəb ölkələrindən Livan və Suriya Aralıq dənizi
sahilind
ə (Levant tarixi vilayətində), əksəriyyəti Ərəbistan yarıma-
dasında, İordaniya və İraqın bir hissəsi isə Kiçik Asiyada yerləşir.
İran körfəzindəki Bəhreyn ada dövləti isə 1986-cı ildə torpaq
b
əndlər üzərində salınmış, Asiyada ən uzun (25 km)körpü
vasit
əsilə Ərəbistan yarımadası ilə birləşdirilmişdir.
110
Ərəbistan yarımadası Nil vadisi ilə yanaşı, ilk məskunlaşmış
ərazi və dünya mədəniyyətinin beşiklərindən biri hesab edilir.
Ərəbistan dünya siyasətində və iqtisadiyyatında tarixən görkəmli
rol oynamış və oynamaqda davam edir. Sirli Ərəbistanı zəbt etmək
q
ədim vaxtlarda Makedoniyalı İsgəndərin, Roma imperatorlarının
arzusu olmuşdur. Bu ərazi uğrunda İran şahları və Osmanlı
sultanları, Avropa müstəmləkəçiləri uzun müddət mübarizə apar-
mışlar. İran körfəzindən keçməklə Hindistanı fəth etmək xəyalında
olan Napoleon da
ərəblər adasını ələ keçirmək arzusunda olmuşdu.
İran körfəzi siyasi-hərbi çəkişmələr baxımından həmişə
dünyanın ən gərgin regionlarından biri olmuşdur. Qədim dövrlərdə
İran imperiyası İran körfəzindən daxili dəniz kimi istifadə etmişdir.
Güman edilir ki, el
ə buna görə də onu İran körfəzi adlandırmışlar.
Ərəb ölkələrində onu Ərəb körfəzi, Qərbdə isə sadəcə olaraq
Körf
əz adlandırırlar. XVI əsrdə bura gələn avropalılar onu “Mir-
vari körf
əzi” adlandırmışlar. Çünki körfəzin sahillərində yerləşən
dövl
ətlər onun dibindən mirvari çıxarırdılar. Sonradan körfəz
sahili dövl
ətləri zəbt etməyə təşəbbüs göstərən Böyük Britaniya
yerli tayfaların ciddi müqaviməti ilə qarşılaşmış və bununla əlaqə-
dar körf
əzi Dəniz Qulduru sahili adlandırmışdır. Bu regionda iri
neft ehtiyatları aşkar edildikdən sonra onu Neft körfəzi adlan-
dırmağa başlamışlar. Yəqin ki, dünyada elə bir körfəz tapılmaz ki,
bu q
ədər ad qazanmış olsun.
Asiyanın ərəb ölkələri əhalisinin 4/5-dən çoxu dörd ölkədə
-
İraq, Səudiyyə Ərəbistanı, Yəmən və Suriyada cəmləşmişdir.
Milli azlıqlar arasında kürdlər üstünlük təşkil edir. Kürdlər ,
əsasən, İraq və Suriyada yaşayırlar. Son illər kütləvi mühacir axını
hesa
bına (işçi qüvvəsinin çatışmaması ilə əlaqədar) İran körfəzi
sahilind
əki dövlətlərin əhalisinin etnik tərkibi mürəkkəbləşmişdir.
Xarici mühacirl
ər arasında hindlilər, pakistanlılar, iranlılar üstün-
lük t
əşkil edir. Küveyt, Bəhreyn, Qatar kimi ölkələrdə xarici
mühacirl
ər (əsasən, digər ərəb ölkələrindən gələnlər)ölkə əhalisinin
70-80%-
nı təşkil edir. bu isə ölkədə yerlilər və gəlmələr proble-
mini yaradır.
Ərəblərin böyük əksəriyyəti islam dininə etiqad edir. Livan-
da (qism
ən də Suriyada)yaşayan ərəblərin yarıya qədəri xristiandır.
111
Aralıq dənizi və İran körfəzi sahilləri, həm də İraqın şimal-
q
ərbindəki Mesopotamiya ovalığında əhali sıx məskunlaşmışdır.
İri şəhərlərin əksəriyyəti (Beyrut, Dəməşq, Amman, Bağdad,
Küveyt, Əbu-Dabi, Dubay, Bəsrə)də məhz bu bölgələrdədir.
Urbanizasiya s
əviyyəsinə görə Asiyanın bir sıra ərəb ölkələri
NİEÖ-dən geri qalmırlar. Küveyt, Bəhreyn, Qatar və BƏƏ-də şə-
h
ər əhalisinin xüsusi çəkisi 90%-ə çatmışdır. Bu ölkələrin səhra-
larında son 20-25 il ərzində yeni, müasir şəhərlər salınmışdır
(BƏƏ-də Əl-Ayn və b). Şəhərlərin zövqlə, ərəb memarlıq üslu-
bunda tikilm
əsi, onların istirahət guşələri, təmizlik və yaşıllığı bura
g
ələnləri, hətta “yaşıllar” partiyasının üzvlərini də heyrətləndirir.
H
əqiqətən möcüzədir. Möcüzənin sirri isə neftdir, “qara qızıldır”.
Bu gün “Ərəblər adası” dünyamiqyaslı nəhəng neft və
maliyy
ə dövlətlərinin “adasıdır”.
İran körfəzi sahili ərəb dövlətləri (Səudiyyə Ərəbistanı,
Oman, Küveyt, BƏƏ, Bəhreyn, Qatar)dünya iqtisadiyyatında baş
ver
ə biləcək dəyişiklikləri düzgün qiymətləndirmiş və qısa tarixi
müdd
ətdə neft hay-küyünün bəhrəsindən məharətlə istifadə
et
mişlər. Məhz bu dövrdə (1970-ci illərin enerji böhranını yadı-
nıza salın)XXI əsrə sıçrayış üçün start meydançasına çevrilə bilən
iri infrastruktur sah
ələrini – sənaye müəssisələrinin çoxunu yarada
bilmişlər. Cəmi 20 mln. nəfər əhalisi olan (bunun da 1/3-ə qədəri
xarici mühacirl
ərdir) bu ölkələr qısa müddətdə nəinki ərəb və mü-
s
əlman aləmində, həm də dünyada nüfuzlu qüvvəyə çevrilmiş və
bir çox m
əsələlərin həllində fəal rol oynamağa başlamışlar. Güclü
maliyy
ə-iqtisadi potensiala malik olan bu ölkələr dünya
t
əsərrüfatının inkişafına və onun strukturunun dəyişilməsinə təsir
ed
ə bilən bir qüvvə kimi formalaşırlar.
Ərəbistan yarımadasında yerləşən ərəb ölkələrinin əksəriy-
y
ətinin aqroiqlim şəraiti kənd təsərrüfatı üçün əlverişli deyildir.
Yalnız Aralıq dənizi sahilində (Livan, Suriya), Ərəbistan yarıma-
dasının cənubunda (Yəmənin cənubunda)və Mesopotamiya ovalı-
ğında müxtəlif bitkilərin (dənli, sitrus, tərəvəz və s.) yetişdirilməsi
üçün
əlverişli şərait vardır.
Neft, t
əbii qaz, xurma ağacları Asiyanın ərəb ölkələrinin
iqtisadi r
əmzidir. Dünya əhəmiyyətli neft və təbii qaz ehtiyatları
112
S
əudiyyə Ərəbistanında, İraqda, Küveytdə, BƏƏ-də, həm də
B
əhreyndə mərkəzləşmişdir. Qatar təbii qaz resursları ilə zəngindir
(ehtiyatına görə Rusiya, ABŞ və İraqdan sonra dördüncü yeri
tutur). M
əhz bu resurslarla əlaqədar regionun bütün ölkələrində
neft emalı, neft-kimya sənayesi inkişaf etmişdir. Son illər, xüsusilə
Qatarda t
əbii qazın mayeləşdirilməsi üzrə iri müəssisələr tikil-
mişdir. Alüminium istehsalı regionun sənaye sahələri arasında
əhəmiyyətinə görə ikinci yerdədir.
Dostları ilə paylaş: |