SƏmayə MƏMMƏD qızı mustafayeva şƏhla müZƏFFƏR qızı qurbanova z əRİFƏ ŞAMİL qızı cavadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15645
1   2   3   4   5   6   7   8   9   ...   23

ABŞ və Latın Amerikası ölkələri: 
40-
cı  illərdə  Qərb  yarımkürəsində  regional  təşkilat  olan 
Amerika    Dövl
ətləri   Təşkilatının  yaradılması beynəlxalq müna-
sib
ətlər üçün mühüm hadisə oldu. 1947-ci il sentyabrın 2-də Rio-
de-Janeyroda (Braziliya) qa
rşılıqlı  yardım  haqqında  Latın  Ameri-
kasının 29 dövləti və ABŞ müqavilə imzaladılar. Çoxtərəfli hərbi, 
siyasi, iqtisadi v
ə  digər  əlaqələri nəzərdə  tutan bu müqavilənin 
imzalanması  Amerika  dövlətlərarası  sisteminin  yaradılmasının 
əsasını qoydu. Müqaviləyə   əsasən təşkilat  üzvü  olan  dövlətlər 
qarşılıqlı  müdafiə, siyasi, iqtisadi və  b. sahələrdə  əməkdaşlıq 
etm
əli idilər.  1948-ci il aprelin 30-da  Kolumbiyanın  paytaxtı 
Boqotada IX Amerikan ölk
ələri  arası  konfrans  iştirakçıları 
Amerika Dövl
ətləri Təşkilatının  nizamnaməsini təsdiq etdilər. 
Nizamnam
ə  1951-ci  il  dekabrın  13-də  qüvvəyə  mindi.  ADT-nin 
nizamnam
əsinə  Rio-de-Janeyro  paktının  əsas müddəaları  daxil 
edildi. T
əşkilatın  xərclərinin təxminən 70%-i    ABŞ    ödəyirdi.  
ADT-
nin      ali    orqanı  Baş    Məclis idi. Təşkilatın  baş  qərargahı 
Vaşinqtonda yerləşirdi. 
BMT-
nin yaradılması və ABŞ 
Faşizm  üzərində  qələbədən sonra 1945-ci ilin aprelin 25-də 
San-Fransiskoda müharib
ədən  sonra  sülhün  qorunub  saxlanması, 
beyn
əlxalq təhlükəsizliyin təmin edilməsi və  ölkələrarası  əmək-
daşlığı  genişləndirib möhkəmləndirmək  üçün  konfrans  açıldı. 
Konfransın işində 1942-ci il yanvarın 1-də anti-hitler koalisiyasının 
üzvl
ərinin qəbul etdiyi “Birləşmiş  millətlər”  bəyannaməsi  əsas 
aparıcı sənəd idi. Bu sənəd əsasında BMT-nın gələcək strukturu və 
v
əzifələri hələ 1944-cü il avqustun 21-dən sentyabrın 28-nə qədər 
davam ed
ən ABŞ, SSRİ və İngiltərənin iştirak etdiyi Dumbarton-
Oks  konfransında  müzakirə  edilib bəyənilmişdi.  Konfransa 

 
16 
ümumilikd
ə  50 dövlət  qatılmışdı.  Konfransın  sədrləri V.  M. 
Molotov (onu sonra A.A.
Qromıko əvəz etdi, E.Stettinius, A. İden, 
Sun  Çzı-Ven seçildilər.  Amma  konfransın  gedişinə  nəzarəti  ABŞ 
diplomatı Elqar Hiss edirdi.  
Konfransın  gündəliyində  BMT-nin nizamnaməsini  işləyib 
hazırlamaq  dururdu.  Konfransın  gedişində  dörd komissiya yara-
dıldı: 1)Ümumi məsələlər. 2)  Baş məclis, iqtisadi və sosial şura, 
q
əyyumluq şurası məsələləri.  3)Təhlükəsizlik Şurası məsələləri. 4)  
Beyn
əlxalq məhkəmə  və  digər hüquqi məsələlər.  Bundan  başqa 
nümay
əndələr heyəti  başçılarının  müntəzəm  olaraq  müşavirəsi də 
keçirildi.  Layih
ələrə düzəlişlər bir neçə qrup üzrə sistemləşdirildi: 
birinci qrup düz
əlişlərdə  Baş  Məclisin  hüquqlarının  genişlən-
dirilm
əsini nəzərdə tuturdu.  İkinci qrup düzəlişlərdə Təhlükəsizlik 
Şurasının, onun daimi üzvlərinin hüquqlarının məhdudlaşdırılması  
v
ə  onun üzvlərinin  sayının  artırılmasını  nəzərdə  tuturdu.  Üçüncü 
qrup düz
əlişlər beynəlxalq məhkəmənin  hüquqlarının  genişlən-
dirilm
əsi barədə  idi.  Digər düzəlişlər texniki xarakter  daşıyırdı. 
Konfrans iştirakçılarının əsas diqqəti birinci iki qrup düzəlişlər idi.   
T
əhlükəsizlik  Şurasında  səsvermə  məsələsində  Krım  kon-
fransında  irəli sürülən daimi üzvlər  arasında  yekdillik  prinsipi 
q
əbul olundu.  Qəyyumluq məsələsində  dövlətlərin ümumi fikir 
birliyi 
əsasında  himayədə  olan  ərazilərin  əhalisinin  inkişafı  üçün 
q
əyyum sistemi yaratmaq irəli sürüldü.  Konfrans beynəlxalq 
m
əhkəməni təsis etdi.  BMT-nin  baş  iqamətgahı  kimi  Nyu-York 
seçildi.   
Onun konfranslarında işlədiləcək rəsmi dillər qarşılıqlı ra-
zılaşmaya əsasən ingilis, rus, ərəb, fransız, ispan və çin dilləri oldu.   
Bel
əliklə  1945-ci il iyunun 26-da BMT-nin  yaradılması 
haqqında  nizamnaməni  onun  konfransında  iştirak  edən 51 dövlət 
imzaladı. Bu dövlətlər bunlar idi: Avstraliya, Argentina, Belarus 
SSR,  Belçika,  Boliviya,  Brzilya,  Böyük Britanya,  Venesuela, 
Haiti, Qvatemala, Honduras, 
Yunanıstan, Danimarka, Domini-
kan  Respublikası,  Misir,  Hindistan,  İraq,  İran,  Kanada,  Çin, 
Kalumbiya,  Kosta-Rika,  Kuba,  Liberiya,  Livan,  Lüksenburq, 
Meksika,  Nikaraqua,  Niderland,  Yeni Zellandiya,  Norveç, 
Panama,  Paraqvay,  Peru,  Salvador,  S
əudiyyə  Ərəbistanı, 
Suriya, 
SSRİ, ABŞ, Türkiyə, Ukrayna SSR, Uruqvay, Filippin 

 
17 
respublikası,  Fransa,  Çexoslovakiya,  Çili,  Ekvador,  Efiopiya, 
Yuqoslaviya,  CAR, 
Polşa.  Həmin  ilin  oktyabrın  24-də 
T
əhlükəsizlik  Şurasının  üzvləri bunu ratifikasiya etdikdən sonra 
b
əyannamə qüvvəyə mindi. Bu tarix 1945-cil 24 oktyabr BMT-nin 
yaradılması günü kimi qeyd olundu.  
ABŞ-ın BMT-yə olan münasibəti məsələsinə gəlincə, onu biz 
qeyd ed
ə bilərik ki, bu təşkilatın yaradılmasına bilavasitə məhz o 
s
əbəbkar olmuşdu. Bununla da ABŞ gələcəkdə beynəlxalq arenada 
onun siyas
ətinə  dəstək verəcək və  ona maksimum səviyyədə 
effektiv t
əsir edə  biləcək bir təşkilatın  yaradılmasına  səbəbkar 
olacağına çox böyük ümidlər bəsləyirdi. BMT-nin yaradılması və 
o
nda  ABŞ-ın  rolunu  əks etdirən  “Ultra”  şərti  adı  altında  məxfi 
proqramı ilk dəfə Franklin Ruzvelt 1944-cü ildə hazırlamış və qeyd 
etdiyimiz m
əsələlər orada əks  olunmuşdu.  Bundan  başqa,  ABŞ 
tarixçisi Stiven Şlezinqerə görə Təhlükəsizlik Şurasının 5 üzvünün 
“veto” qoymaq hüququ m
əsələsini də  ilk dəfə  məhz Franklin 
Ruzvelt bu proqramda ir
əli sürmüşdü. Bunu irəli sürməklə Ruzvelt 
ABŞ  konqresinə  BMT üzərində  istənilən halda nəzarətin  ABŞ-ın 
əlində olacağına təminat verirdi. Maraqlı bir faktdır ki, SSRİ veto 
hüquq
una qarşı çıxmışdı.  
BMT yarandıqdan sonra ABŞ ona beynəlxalq siyasi arenada 
t
əsir gücünə malik olmayan  2-ci dərəcəli beynəlxalq təşkilat kimi 
baxırdı.  Bunun  əsas səbəbi isə  “soyuq müharibə”nin  başlanması 
idi. 
ABŞ  –SSRİ  münasibətlərinə  Təhlükəsizlik  Şurası,  ümumiy-
y
ətlə,  təsir edə  bilmirdi.  BMT o zaman  baş  verən siyasi-hərbi 
münaqişələrə  elə  də  təsir edə  bilmirdi.  Bundan  əlavə  bəzi məsə-
l
ələrdə  bu təşkilat  ABŞ-ın  maraqları  dairəsinə  daxil olmayan 
q
ərarlar verirdi.  Ona görə  də  bu təşkilat  ABŞ  üçün  o  qədər  də 
böyük 
əhəmiyyətə malik deyildi. Bir məsələni qeyd edək ki “soyuq 
müharib
ə”nin  ən gərgin məqamlarından  olan  Berlin  və  Kuba 
böhranları  zamanı  BMT  məsələyə  əsaslı  surətdə  təsir edə 
bilm
əmişdi.  
Soyuq Müharib
ə  və  ABŞ-ın  geosiyasi  planları.  Soyuq 
müharib
ə XX əsrin II yarısının ən kədərli hadisələrindən biri hesab 
olunur. 
Onun  başlanması  səbəblərindən  danışarkən Xirosima və 
Naqasaki faci
əsini,  1946-cı  il  martında  Fultonda  U.  Çörçillin 

 
18 
m
əşhur çıxışını, sovet staslinçi totalitar rejiminin dünyanı bürümək 
t
əhlükəsindən qorxunu,  Trumen  doktrinasını,  dünyanın  müha-
rib
ədən sonrakı quruluşuna dair hələ müharibənin gedişində ortaya 
çıxan fikir ayrılıqlarını xüsusilə qeyd etmək vacibdir.  
 “Soyuq müharib
ə”ni ilk dəfə  açıq  şəkildə  Böyük Britani-
yanın keçmiş baş naziri U.Çörçill 1946-cı ilin martın 5-də ABŞ-ın 
Fulton  şəhərindəki  çıxışında  elan  etdi.  O,  azad dünya ölkələrini 
yeni dünya müharib
əsinin təhdid etdiyini və  bu təhlükənin  əsas 
s
əbəbkarının  SSRİ  və  beynəlxalq kommunist hərəkatı  olduğunu  
b
əyan etdi. Çerçill SSRİ-yə qarşı ən qəddar siyasətin yeridilməsinə 
çağırdı, amerikan atom silahı ilə hədələdi və SSRİ-yə qarşı böyük 
dövl
ətlərdən ibarət ittifaqın yaradılmasını təklif etdi.   
“Soyuq müharib
ə”  illərində  beynəlxalq münasibətlərin in-
kişafı  başlıca  olaraq  fövqal  dövlətlər  arasında  münasibətlərdə 

əyyən olunurdu. Onların rəqabəti hərbi-siyasi xarakter daşıyırdı, 
lakin bununla yanaşı həm bu, həm də digər tərəf nəticəsinə inamı 
olmadığından  açıq  hərbi  münaqişədən  qaçmağa  çalışırdı.  Bu da 
müharib
ədən sonrakı  dünya siyasətinin silsiləvi xarakterini 

əyyən etdi.  ”Soyuq müharibə” beynəlxalq münasibətlərin kəs-
kinl
əşməsi və  yumşalmasının  bir-biri  əvəz etməsi idi.    Fövqəl 
dövl
ətlərin münasibətləri aralarındakı rəqabət üzündən kəskinləşir, 
lakin mü
əyyən həddə çatdıqda hər iki tərəf qlobal müharibəyə cəlb 
olunmaq  qorxusu  duymağa  başlayırdı.  Bu zaman onlar bir qayda 
olaraq,  g
ərginliyi  azaltmaq    yolları  arayır,  güzəştlərə  gedirdilər. 
Ancaq t
əhlükəsizlik  hissi  qayıdan  kimi  rəqabət  əvvəlki qüvvə  ilə 
b
ərpa olunur və hadisələrin gedişi təkrarlanırdı.  
“Soyuq müharib
ə” terminini ilk dəfə 1947-ci ilin aprelin 16-
da  C
ənubi Karolina ştatının qanunverici orqanında Bernard Barux 
(H.  Trumenin dövründ
ə  onun məsləhətçisi vəzifəsində  çalışırdı) 
işlətmişdi.  Bu ibarənin belə  şəklə  düşməsində  məşhur  jurnalist 
Hebert  Svoup  böyük  rol  oynamışdır.  Sonralar bu ibarəni öz 
m
əqalələrini qəzetlərdə  çap etdirən Volter Lippman mətbuatda 
geniş bir surətdə işlətməyə başladı.  Məhz bundan sonra bu termin 
dünya m
ətbuatında işlənməyə başladı.  
   II dünya müharib
əsi  qurtardıqdan  sonra  Şərqi Avropa 
dövl
ətlərində, o cümlədən Polşada SSRİ-nin təşkilatçılığı ilə sovet 

 
19 
idar
əçilik  sistemi  yaradıldı.  (Londonda mühacirətdə  olan  Polşa 
hökum
əti ola-ola ölkədə  “sovet modelli”  hökumətin  yaradılması 
m
əsələni daha da qəlizləşdirmişdi). Bu  hadisələrdən sonra ilk öncə 
İngiltərə  və  ABŞ  SSRİ-yə  bir təhlükə  mənbəyi  kimi  baxmağa 
başladılar.  
1945-ci ilin aprelind
ə Britaniyanın baş naziri U. Çörçill SSRİ 
il
ə  müharibəyə  hazırlaşmağı  məqsədəuyğun  hesab  edərək öz 
memuarlarında  belə  qeyd edirdi  ki,  Sovet  Rusiyası  Amerika  və 
Avropa üçün ölümcül t
əhlükəyə çevrildiyinə görə tez bir zamanda 
onun ir
əliyə  doğru  inadkar  hərəkətinə  qarşı  yeni  cəbhə  yaratmaq 
lazımdır.  Bu cəbhə  Avropadan  bacardıqca  daha  çox  şərq tərəfə 
genişlənməlidir. 
1946-
cı  il  martın  5-də  Fultonda  çıxış  edərkən Çörçill qeyd 
etmişdir  ki,  SSRİ  ilə  münasibətdə  bir tərəfdən  ABŞ  və  İngiltərə, 
dig
ər tərəfdən isə  ingilis dilində  danışan  ölkələr hərbi qüdrət və 
üstünl
ük    baxımından  ondan  üstün  olmalıdır.  Çörçill ilk növbədə 
atom 
silahına  malik bir dövlət  kimi  ABŞ  ilə  əlaqələri daha da 
möhk
əmləndirmək niyyətini  açıqca  bu  çıxışda  bildirmişdi.  Çıxışı 
zamanı  “rus  xalqının  cəsurluğunu  və  marşal  Satalinin  onun 
müharib
ə  yoldaşı  olmasını”  yada  salan  Çörçill  ardınca  bunları 
n
əzərlərə çatdırdı: “Baltik  dənizində Şettindən Adriatik dənizində 
Triyest
ə qədər “dəmir pərdə” qitə boyu uzanır. . Bu xəyali xəttin 
daxilind
ə Mərkəzi və Şərqi Avropanın qədim paytaxt şəhərləri də 
daxil olur. 
Şərqi Avropada o qədər populyar olmayan kommunist 
part
iyası ölkələrin (Şərqi Avropa -red)həyatlarının bütün sahələrinə 
daxil olaraq orada totalitar n
əzərəti ələ keçirdilər. .” 
Göründüyü kimi, 
artıq  Fulton  çıxışı  “soyuq müharib”ənin 
başlanmasını rəsmi surətdə elan etdi və bəşəriyyət artıq 1991-ci ilə 
kimi bu müharib
ənin təsiri altında iki qütbə bölünərək bir-birləri ilə 
siyasi, ideoloji, iqtisadi müharib
ə girdabına daxil oldu.  
“Qarşısını  alma  nəzəriyyəsi”.  Göründüyü kimi,  İkinci  
dünya müharib
əsi  sona  çatdıqdan  sonra  iki  sistem  arasında  bir-
birl
ərinə  qarşı  artan  tələblər  sonda kəskin ziddiyyətlərə  gətirib 
çıxarmışdı  ki,  bu da “soyuq müharibə”nin  başlanmasına  zəmin 
yaratmışdı.  Müharibə  qurtardıqdan  dərhal sonra Parisdə  keçirilən 
T
əhlükəsizlik Şurasının üzvlərinin konfransında SSRİ açıq şəkildə 

 
20 
Tripolitanda  ona 
protektoratlıq hüququnun verilməsini, Türkiyəyə 
ərazi iddiaları edərək Qara dənizdə boğazların(Bosfor və Dardanel) 
statusunun d
əyişdirilməsi və  Dardaneldə  rus hərbi  bazaların 
yaradılmasına  rəvac verilməsini tələb edirdi.  Digər tərəfdən isə, 
müharib
ə  qurtardıqdan  sonra  sovet  ordusunun  azad  etdiyi  Şərqi 
Avropa ölk
ələrində  kommunist  partiyasını  hakimiyyətə  gətirdi  və 
orada “Sovet  modeli” dövl
ət tipləri yaratdı idi. Bütün bunlar başda 
ABŞ  olmaqla qərb dövlətlərini böyük təşviş və qorxu ya salmışdı. 
Bundan 
əlavə, SSRİ ABŞ və qərb dövlətləri tərəfindən yaradılacaq 
ümumdünya  bankı  və  ümumdünya maliyyə  fondunun  əleyhinə 
çıxış  edərək bildirirdi ki,  bu tədbirlər  ABŞ-ın  dünya  ölkələrinin 
daxili işlərinə müdaxilə etməsindən başqa bir şey deyildir.   
Buna qarşı ABŞ-ın tədbirlər planı özünü çox gözlətmədi. O 
planlar  SSRİ-nin nəinki  Şərqi Avropada,  hətta dünyanın  müxtəlif 
nöqt
ələrində  müxtəlif sahələr üzrə  siyasi  “işgüzarlığı”nın  qaşısını 
almalı idi. Bu planlar “paketinin” ümümi adı: ”QARŞISINI ALMA 
NƏZƏRİYYƏSİ” idi 

Qarşısını alma nəzəriyyəsi” geosiyasi nəzəriyyə olub 1940-
cı  illərdə  amerikan  diplomatı  Corc  Kennan  tərəfindən irəli sürül-
müşdü.  Bu nəzəriyyə  “qarşılıqlı  sığortalanmış  şəkildə  məhv edil-
m
ə”  konsepsiyasına  əsaslanırdı.  Bu konsepsiya əsasən belə  bir 
kriteriyaya söyk
ənirdi:”  İlk  zərbə  endirdikdən  sonra  düşmənin 
(SSRİ  və  onun müttəfiqləri nəzərdə  tutulur)  total  şəkildə 
başlayacağı  müharibədən  dünyanın  mühafizə  edilməsi”.  Məlum 
olduğu  kimi,  bu siyasi nəzəriyyə  ABŞ-ın  XX  əsrin  II  yarısında 
xarici siyas
ətini ana xəttini təşkil edirdi. Bu siyasi kurs hal-hazırda 
indiki dövrd
ə  də  öz  aktuallığını  qoruyub  saxlayır,  belə  ki 
ümumdünya siyas
ət  arenasında  nüvə  silahı  hələ  də  aparıcı 
mövqey
ə  malikdir ki,  ABŞ  və  Rusiyanın  hərbi  doktrinalarında 
bundan” qarşısını alma faktoru” kimi istifadə olunur.  
1946-
cı  ilin  fevralında  ABŞ  dövlət departamenti o  dövrdə 
Moskva
da  ABŞ  səfirinin  məsləhətçisi  vəzifəsində  işləyən Corc 
Frost Kennandan 
rusların  ümumdünya  bankının  və  maliyyə 
fondunun yaradılmasına nə üçün qarşı çıxmasını müəyyən edib bu 
bar
ədə dövlət departamentinə məruzə etməyi toplaşırdı.  

 
21 
1946-
cı  ilin    fevralın  13-də  Kennan  dövlət departamentinin 
284  nömr
əli müraciətnaməsinə  həmin  ayın  22-də  özünün 511 
nömr
əli “uzun teleqramı” ilə cavab verdi.  
Teleqramda daha böyük 
əhəmiyyət kəsb edən hissə aşağıdakı 
idi: 
 “Sovet hakimiyy
əti Hitlerin hakimiyyətindən fərqli olaraq 
heç  d
ə  avantürist və  sxematik deyil.  O,  sərt  şəkildə  hazırlanmış 
planlar il
ə  “müşayiət  olunmur”.  O,  ehtiyac olmadan risk etmir. 
M
əntiqi hadisələrin müzakirəsində qabiliyyətsiz olsa da, məntiqin 
gücün
ə qabiliyyətini yüksək səviyyədə büruzə verir. Ona görə də 
ist
ənilən anda güclü bir müqavimətlə rastlaşan kimi o dərhal geri 
ç
əkilir-hansını  ki  o,  həmişə  bunu  edir.  Beləliklə  əgər rəqib 
güclüdürs
ə  və  öz  gücünü  açıq  şəkildə  büruzə  verirsə,  o zaman o 
nadir hallarda öz gücünd
ən  ona  qarşı  istifadə  edir.  Belə 
v
əziyyətlərdə  düzgün mövqe seçilərsə,  o  zaman  düşmən ilə 
alçaldıcı danışıqlara getmək ehtiyacı duyulmaz”  
Göründüyü kimi, 
Kennanın teleqramının bu şərhində ABŞ –
ın  SSRİ  ilə  münasibətdə  hansı  mövqedə  durmasını  açıq  şəkildə 
göst
ərilirdi ki,  sonralar  ABŞ-ın  xarici  siyasət xəttində  bu  açıq 
şəkildə görünürdü.  
Kennana gör
ə, Sovetlər özünü daim kapitalizm ilə müharibə-
d
ə olan dövlət kimi görürdü, Sovetlər müttəfiq sifəti ilə kapitalizm 
dün
yasına  qarşı  tabeçiliyində  olan marksistlərdən istifadə  edə-
c
əkdir, Sovet təcavüzü rusların baxışları və iqtisadi reallıq ilə yox, 
t
əkcə  tarixi rus ksenofobiya və  paranoyyası  ilə  əlaqəli idi.  Sovet 
idar
əçilik strukturu elə qurulub ki, onun daxili və xarici həqiqətləri 
haq
qında anlayışa malik olmaq imkansız idi.  
Kennanın  dövlət departamentinə  göndərdiyi bu teleqram 
orada “lap 
əvvəldən vəziyyətin düzgün başa düşülməsi” kimi qəbul 
edildi. 
Kennanın  elə  özü  zamanın  vaxtında  dəyərləndirilməsi 
entuziazıminin  (şövq,  vəcd)  səbəbini belə  açıqladı  ki,  “6 ay 
önc
ədən məlumat göndərilsə idi, o zaman dövlət departamentində 
bu x
əbər  bığların  vəcdə  gəlməsinə  və  dodaqlarda  olan  narazılıq-
ların yox olmasına səbəb olardı.  Bundan 6 ay gec olsa idi, o zaman 
bu m
əlumat mənasız səslənəcəkdi”. 

 
22 
Klark Klifford v
ə  Corc Elsi(hər ikisi H.  Trumenin məs-
l
əhətçiləri idi)  “uzun  teleqram”  haqqında  hesabat  hazırlayaraq, 
onun analiz edilm
əsindən sonra prezidentə  təqdim etmək üçün 
siyasi t
əkliflər planını hazırladılar. Bu hesabat hansı ki, sovet təsir 
dair
əsini “kiçicik bir məkanda məhdudlaşdırmağı  və  qıfıllamağı” 
t
əklif edirdi. Bu təkliflər 1946-cı ilin sentyabrında Trumenə təqdim 
edildi.  
Kennan doktrinasının əsas məzmunu aşağıdakı kimi idi: 
ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşı Kennan göstərirdi 
ki,  beyn
əlxalq aləmi təhlil edərkən məsələlərə  5 hissədə  cavab 
verm
ək olar və bunlar aşağıdakılardır: 
1. 
İkinci Dünya müharibəsindən sonra sovet dünyagörüşünün 
xüsusiyy
ətləri.  
2. 
Bu dünyagörüşün əsasları.  
3. Onun r
əsmi səviyyədə real siyasətdə heyranediciliyi 
4.  Onun qeyri-r
əsmi formada heyranediciliyi  
5. 
ABŞın  siyasəti nöqteyi-nəzərindən  əməli nəticələr  çıxar-
maq.  
 
Aşağıdakıları  Kennan  dərhal rəsmiləşdirməyi zəruri hesab 
edirdi: 
Hiss
ə  1.  İkinci  Dünya  müharibəsindən sonra Sovet dünya-
görüşünün  xüsusiyyətləri rəsmi Sovet təbliğat  aparatının  nöqteyi-
n
əzərini təqdim edir: 
  a)  
SSRİ  bu  vaxta  qədər antaqonist “kapitalist əhatəsində 
yerl
əşir və bu uzunmüddətli perspektivdə sülh şəraitini təmin edə 
bilm
ək,  bu  iki  sistem  arasında  dünya  iqtisadiyyatını  idarə  etmək 
uğrunda mübarizədir, Stalinin 1927-ci ildə elan etdiyi kimi, ümum-
dünya miqyasında sosializm və kapitalizmin taleyini həll edir.  
  b)  
Kapitalizm  dünyası  öz  daxili  münaqişələrini həll 
etm
əklə  məşğuldur.  Bunlar  dini kompromis yolu ilə  həll edilmir. 
Bu 
münaqişə əsasən İngiltərə və ABŞ arasındadır.   
v)  
Kapitalizmin daxili münaqişələrinin müharibəyə apardığı 
qaçılmazdır.  Müharibə  iki formada-kapitalist dövlətlərin öz 
daxilind
ə və sosialist dünyasının qarışması yolu ilə ola bilər.  
q)  
SSRİ-də  sosializm  quruculuğunu  dayandırmaq  və  onu 
m
əhv etmək üçün istənilən vasitədən istifadə etmək vacibdir.  

 
23 
d)  Kapitalist ölk
ələri arasındakı münaqişələr SSRİ üçün bir 
sıra  təhlükə  yaratsa da,  əgər  SSRİ  öz  hərbi gücünü,  ideoloji 
sıxlığını  və  özünün parlaq rəhbər  roluna  inamını  saxlayarsa, 
sosializm işinin irəliləməsi üçün imkan yaranmış olar.  
e)  Daim 
xatırlatmaq  lazımdır  ki,  kapitalist  dünyası  öz 
mahiyy
əti etibarı ilə o qədər də pis deyildir.  
j)  Lenin  göst
ərirdi ki,  burjua cəmiyyətində  xalqın  saxta 
dostları  olan  mötədil sosialistlər və  sosial demokratlar daha 
t
əhlükəlidir.  Biz Leninin sözlərindən nəticə  çıxararaq  onlardan 
istifad
ə etməyi unutmamalıyıq.  
Sovet siyas
ətinin nöqteyi-nəzərincə,  aşağıdakı  nəticələrə 
g
əlmək olar: 
a)  
Bütün  dünyada  SSRİ-nin mövqeyini möhkəmləndirmək 
üçün bütün z
əruri olanı etmək tələb edilir.  
b)  Sovetl
ərin gücü kapitalist dövlətləri  arasında  fikir  müx-
t
əlifliyi və  münaqişələri öyrənməyə  və  istifadə  etməyə  yönəl-
dilm
əlidir.  
v)
“Demokratik  və  mütərəqqi  qüvvələr”  xaricdə  Sovetin 
maraqları  çərçivəsində  kapitalist  ölkələrinin  hökumətlərinə  təzyiq 
göstərmək üçün maksimum fəaliyyət göstərməlidirlər.  
q)  
Xarici sosialist və sosial-demokrat liderlərə qarşı amansız 
mübarizə aparmaq lazımdır.  
Hissə 2: Sovet dünyagörüşünün əsasları 
SSRİ-ni siyasi kursunu  tədqiq  etməyə  başlamamışdan  əvvəl 
bir sıra konkret aspektlərə diqqəti cəlb etmək istərdim: 
Birincisi, 
bu  dünyagörüşü  rus  xalqı üçün  təbii deyildir.  Rus 
xalqının əksəriyyətində xarici dünyaya qarşı dostcasına münasibət 
vardır.  Onların  əksəriyyəti  dini  şəraitdə  və  öz xüsusi əməyinin 
b
əhrəsi ilə yaşamaq istəyirlər. Bu dünyagörüşü hakimiyyət apara-
tının, daha doğrusu, partiyanın mövqeyinə uyğundur.  
İkincisi, bu siyasi kursun böyük hissəsi yalandır. Qərb ölkə-
l
ərinə  münasibətdə  mötədil sosialistlərin səmimiliyinə  kapitalist 
ölk
ələrində  heç  kim  şübhə  etmir.  Bunu  Skandinaviya ölkələri 
timsalında daha aydın görmək olar. SSRİ özünə ümumi məqsədlər 
namin
ə  kapitalist dövlətləri ilə  mübarizə  aparmaq üçün öhdəlik 
götürmüşdür.  

 
24 
Buradan bel
ə  nəticə  çıxır  ki,  Sovet siyasi kursu onun 
s
ərhədlərindən kənardakı şəraitin obyektiv təhlilinə əsaslanmır. O 
daha çox 
əsasən daxili Rusiya tələblərinə söykənir.  
Kremlin nöqteyi-n
əzərində  beynəlxalq münasibətlərdə 
Rusiya üçün müdafi
ə olunmamaq hissi ənənəvi instinkt olaraq qalır. 
Bu s
əbəbdən o  xarici təhlükədən həmişə  ehtiyat edir və  öz 
t
əhlükəsizliyi üçün yollar axtarır. Məhz buna görə də marksizm ilk 
d
əfə  öz köklərini  Rusiyada  atdı.  Bu ölkə  heç  vaxt  dostcasına 
qonşuluq  etməyin nə  olduğunu  bilmir.  İqtisadi  münaqişələri sülh 
yolu il
ə həll etməyi bacarmır. Marksizm naminə onlar öz metod və 
taktikalarında  öz  mənəvi dəyərlərini qurban verdilər.  Bu gün də 
onlar bunsuz keçin
ə  bilmirlər.  Onların  öz müdafiələrini təşkil 
etm
ək üçün ən çox diqqət yetirdikləri sahə  hərbi qüdrəti  artır-
maqdır.  
Hiss
ə  3:  Sovet  dünyagörüşünün  rəsmi səviyyədə  real 
siyas
ətdə heyranediciliyi.  
İndi biz Sovet siyasi proqramının əsasları və təbiəti haqqında 
d
əqiq təsəvvür  əldə  edirik.  Onun  əməli olaraq  tətbiq edilməsi 
n
əticəsində biz nələri gözləyə bilərik.  
Sovet siyas
əti,  dövlət  departamentinin təsəvvürünə  görə  iki 
s
əviyyədə həyata keçirilirdi: Bunlardan biri, rəsmi səviyyədədir ki, 
bu s
əviyyədə  bütün  hərəkatlar  Sovet hökuməti  adından  rəsmən 
h
əyata keçirilir.  İkincisi  isə,  gizli səviyyədir ki,  burada hökumət 
heç bir m
əsuliyyət daşımadan hərəkat həyata keçirir.  
R
əsmi səviyyədə  aşağıdakı  vəzifələri nəzərdən keçirmək 
vacibdir: 
a)  Daxili siyas
ət Sovet dövlətinin imicinin və potensialının 
h
ərtərəfli  artımına  həsr  edilmişdir.  Bunlar  intensiv hərbi sənaye; 
Silahlı  Qüvvələrin maksimum inkişaf  etdirilməsi,  digər tərəflərin  
müşahidəçiləri  qarşısında  yüksək nailiyyətləri  nümayiş  etdirmək; 
daxili işlərə münasibətdə sədaqətli gizlilik, zəif tərəfləri gizlətmək 
v
ə opponentləri görünməz saxlamaq.  
b)  Sovet t
əsirinin rəsmi sərhədlərini genişləndirməyə xüsusi 
s
əy göstərmək.  İndiki  zamanda  bu  səy  əsasən  konkret  qonşu 
ərazilərə  yönəldilmişdir.  Bu məsələ  ilk növbədə  birinci dərəcəli 
strateji z
ərurətdən irəli gəlmişdir.  Bu  Şimali  İran,  Türkiyə  və 

 
25 
Bornholm adalarıdır. Ola bilər ki, İranın “dost” hökuməti Rusiyaya 
İran körfəzində yeni liman təqdim etsin. Əgər İspaniya kommunist 
n
əzarətinə  düşərsə,  Cəbəllütariq  boğazında  Sovet  bazaları 
yaratmaq m
əsələsi qalxacaq.  Bu növ tələblər Almaniya üçün də 
gözl
ənilir.  
v)  Rusiya r
əsmən beynəlxalq təşkilatlarda iştirakı qəbul edir. 
Bu ona başqa dövlətlər üzərində onun təsiri üçün imkan yaratmış 
olur. 
SSRİ  BMT-nin üzvüdür.  SSRİ  BMT-yə  onun məqsədlərini 
reallaşdıran bir  təşkilat kimi  baxır. SSRİ-nin BMT-yə  münasibəti 
praqmatikdir v
ə taktiki xarakter daşıyır.  
q)  Müst
əmləkə  ərazilərinə,  geridə  qalmış  və  asılı  xalqlara 
münasib
ətdə  Sovet siyasəti rəsmi səviyyədə  Qərbin  qabaqcıl 
ölk
ələrinin nüfuz və  hakimiyyətini bu ölkələrdə  zəiflətməyə 
yön
əldilmişdir. Hələlik bu siyasət müvəffəqiyyətlə həyata keçirilir. 
Bel
ə  getsə,  Sovet kommunizminin müvəffəqiyyətlə  daxil  olması 
üçün göz
əl bir vakuum təşkil ediləcək.  
d)  Ruslar s
əylə  çalışırlar  ki,  Sovet nümayəndəliyini o 
ölk
ələrdə  genişləndirsinlər ki,  o ölkələrdə  (məsələn Almaniya, 
Argentina, 
Yaxın  Şərq ölkələri)Qərb dövlətlərinə  qarşı  durmaq 
üçün real imkan mövcuddur.  
e)  
Dünya iqtisadiyyatı sferasında SSRİ çalışır ki, Sovet təsiri 
altında olan qonşu ölkələri özünə tabe etməsin. Bu əsaslandırılmış 
siyas
ətdir.  Rəsmi səviyyədə  bu  mövqe  tam  aydın  deyil.  Xarici 
ticar
ət məsələlərində  dünyəvi münasibətlər yaranan andan Sovet 
hökum
əti özünü fövqəladə  dərəcədə  qapalı  aparır.  Hazırda  da  o 
özünü yen
ə də qeyri-səmimi aparır.  
j)  M
ədəni əməkdaşlığa gəldikdə yenə də bu barədə xalqlar 
arasında  mədəni  əlaqələrin dərinləşməsinə  münasibətdə  yalan 
v
ədlərdən bir başqa  şeyə  rast gəlinmir.  O praktikada heç vaxt 
h
əyata keçirilmir. Bu əməkdaşlıq quru rəsmi şərtlər və tədbirlərlə 
m
əhdudlaşır.  
z)
Bundan  başqa  onların  ayrı-ayrı  xarici  hökumətlərə  rəsmi 
münasib
əti “düzgün kurs” adlandırılır.  
Hiss
ə  4:  Sovet  hökuməti məsuliyyəti öz üzərinə  götür-
m
ədiyinə  görə  biz Sovet siyasətindən qeyri-rəsmilik, gizlilik 
gözl
əyə də bilərik. Bununla əlaqədar aşağıdakıları söyləmək olar: 

 
26 
1.  
Kommunist  partiyalarının  başqa  ölkələrdə  mərkəzləşmiş 
r
əhbərliyi,  xarici ölkələrdəki  kommunist  partiyalarının  çoxunun 
Moskvanın  rəhbərliyi  altında  çalışdığı  məlumdur.  Bu  partiyaların 
yuvası gizli rejimdə işləməkdə yenə də davam edirlər.  
2. 
Kommunist partiyalarının sıravi üzvləri.  
Bu üzvl
ər arasında da müxtəliflik nəzərə çarpır.  
3.  Milli assosiasi
yalar  kommunist  partiyalarının  nəzarəti 
altına düşə bilərlər.  
4.  Beyn
əlxalq təşkilatlar  da  Moskvanın  təsiri  altına  düşə 
bil
ərlər.  
5.  Rus  pravoslav  kils
əsi  ,onu  xarici  filialları  bütün  Şərqi 
Avropa pravoslav kils
ələrini öz təsirləri altına ala bilərlər.  
6.  Panislamizm v
ə  başqa  hərəkatlar və  digər  SSRİ-ni 
t
ərkibində olan qruplara da təsir göstərilir.  
7. Hökum
ət və hakim qruplar bu və ya digər dərəcədə Sovet 
rejimin
ə tabedirlər.  Məsələn, hazırkı Bolqar və Yuqoslaviya höku-
m
əti,  Şimali  İranın  siyasi rejimi,  Çin kommunistləri və  b.    bu 
t
əbliğatın təsiri altındadır.  
Bu  geniş  aparatın  tərkib hissələrindən  aşağıdakı  şəkildə 
istifad
ə edilir: 
a)  
Qabaqcıl  kapitalist  ölkələrinin siyasi və  strateji po-
tensialını  zəiflətmək üçün ən çox bu ölkələrdə  siyasi sabitliyi 
pozmağa  diqqət yetirilir,  sosial  narazılıqlar  yaradılmasına  cəhd 
edilir.  
b)  Q
ərb dövlətlərinin geridə  qalmış  və  müstəmləkə  ölkə-
l
ərinə güc və təsirini zəiflətmək üçün qeyri-rəsmi formada konkret 
zorakılıq hərəkətləri həyata keçirilir.  
v)Bu  v
ə  ya digər xarici hökumət Sovet adamlarının 
nailiyy
ətlərini inkar etsə,  bütün gücündən istifadə  edilir ki,  o 
istefaya gönd
ərilsin. Türkiyə, İran, İsveçrə, Portuqaliya buna misal 
ola bil
ər.  
q)  Xarici ölk
ələrdə kommunistlər özlərinin bütün fəaliyyəti 
il
ə  şəxsi  azadlığın  bütün  formalarını  pozmağa  çalışırlar.  SSRİ-də 
h
ətta yerli məmurların tez-tez yerləri dəyişdirilir ki, onlar bir yerdə 
m
əskən salmasınlar.  

 
27 
d)  
Qabaqcıl  kapitalist  ölkələrini bir-birinə  qarşı  qoymaq 
üçün bütün mümkün olan t
ədbirlərdən istifadə edilir.  
e)  Bütövlükd
ə götürüldükdə, Sovetin bütün gücü qeyri-rəsmi 
beyn
əlxalq səviyyədə  öz xarakteri etibarilə  mənfi və  dağıdıcıdır. 
Sovet n
əzarətindən kənarda yerləşən bütün hakimiyyət mənbələrini 
m
əhv etmək müəyyən  edilmişdir.  Sovet rejimi öz hakimiyyəti 
etibarı ilə polis rejimidir, öz başlanğıcını çar siyasi intriqalarından 
götürmüşdür.  
Hiss
ə 5: ABŞ-ın siyasəti nöqteyi-nəzəri ilə əməli nəticələr.  
Sovet hakimiyy
ətinin təhlükəsizliyi naminə biz belə nəticəyə 
g
əlirik ki,  SSRİ  siyasi  gücü  olan  ABŞ-ın  daxili  harmoniyasını, 
bizim 
ənənəvi həyat tərzimizi məhv etmək,  bizim dövlətin 
beyn
əlxalq nüfuzunu heçə  endirməyi  arzulayır  və  bunu özünün 
başlıca vəzifəsi hesab  edir. Qeyd etmək lazımdır ki, bu xoşagəl-
m
əz haldır. Bizim qarşımızda bu gücü kənarlaşdırmaq kimi mürək-
k
əb vəzifə  durur.  Bunu təkcə  bizim  diplomatiyamız  edə  bilməz. 
Maddi x
ərc də tələb edilir. Mən öz təqdimatım nəticəsində aşağı-
dakı məlumatları əldə etmişəm: 
1.  Sovet hakimiyy
əti Hitler Almaniyasından fərqli olaraq nə 
sxematik, n
ə də avantürist deyildir.  O amansız planlar tərtib etmir. 
O z
ərurət olmadan risk etmir.  
2.  Q
ərb  dünyası  ilə  müqayisədə  Sovet  İttifaqı  çox  zəifdir. 
Onun  uğuru  ancaq  birlik  dərəcəsindən,  düzgün istiqamət və 
q
ətiyyət dərəcəsindən asılıdır.  
3.  Sovet sisteminin hakimiyy
ət  forması  kimi  uğuru  ölkə 
daxilind
ə  hələ  qəti  şəkildə  sübut  olunmamışdır. Bu  hakimiyyətin 
bir  şəxsə  keçməsi dövründə  özünü  nümayiş  etdirəcək.  Leninin 
ölümünd
ən sonra birinci keçid baş verdi. Stalinin ölümü və ya iste-
faya  çıxması  ilə  ikinci  keçid  baş  verəcəkdir.  Kommunist hərəka-
tının  daxili  möhkəmliyi və  sabitliyinə  hələ  təminat verildiyini 
söyl
əmək olmaz.  
4.  Biz sakit v
ə  xeyirxah  şəkildə  Rusiyaya münasibət 
problemin
ə  yanaşmalıyıq.  Bunun üçün mən  aşağıdakı  tövsiyələri 
t
əklif edirəm: 
1)  Birinci m
ərhələdə biz iş görmək üçün hərəkatın təbiətini 
başa  düşməliyik.  Biz onu qətiyyətlə,  ehtirassız,  obyektiv,  savad-

 
28 
lılıqla öyrənməliyik. Bu həkimin kifayət qədər heç kəsi eşitməyən 
v
ə kifayət qədər ağıllı olmayan xəstəni öyrənməsinə bənzəməlidir.  
2)  Biz 
əmin  olmalıyıq ki,  bizim  xalq  Rusiyada  işlərin real 
v
əziyyəti ilə  müəyyən qədər məlumatlıdır.  Bu  faktın  vacibliyini 
qiym
ətləndirməmək olmaz. Təkcə kütləvi məlumat vasitələri deyil, 
hökum
ət də  bu  işlə  məşğul  olmalıdır.  Mən risk üçün əsas 
görmür
əm.  Bizim Rusiya ilə  mal dövriyyəmiz yoxdur,  Rusiyaya 
kapital qoymuruq,  orada v
ətəndaşlarımız  yaşamır.  Biz Rusiya ilə 
ancaq bir neç
ə sahədə mədəni əlaqələr saxlayırıq. Bizim Rusiyaya 
işgüzar münasibətimizi real əsas üzərində qoymaq vacibdir.  
3)  Bizim xüsusi c
əmiyyətimizin  sağlamlığı  və  işgüzar-
lığından  çox  şey  asılıdır.  Dünya kommunizmi xəstəlik törədən 
h
əşərata bənzəyir ki,  o  ancaq  parçanı  sökür.  Bu ancaq daxili və 
xarici siyas
ətdə  nəzərə  alınmalıdır.  Bizim cəmiyyət daxili prob-
leml
ərini həll etmək üçün cəsarətli və  aydın  tədbirlər görməkdən 
ötrü inamını, intizamını, mənəvi və ictimai ruhunu yüksəltməlidir. 
Bu zaman bizim xalq Moskva üz
ərində  diplomatik qələbə  çala 
bil
ər. Əgər biz fatalizm  və laqeydlikdən əl çəkməsək, Moskva öz 
xarici siyas
əti üçün bundan bəhrələnə bilər.  
4.  Bizim  özümüzü g
ələcəkdə  dünyaya necə  təqdim etmə-
yimiz d
ə vacib məsələdir. Bir çox xarici ölkələr, xüsusilə Avropa 
ölk
ələri  keçmişin  təcrübəsindən  çox  qorxduqları  üçün  mənəvi 
azadlıqdan  daha  çox  xüsusi  təhlükəsizliklərində  maraqlıdırlar. 
Onlar m
əsuliyyət yox,  işıq  axtarırlar.  Biz onlara ruslardan daha 
yaxşı  formada  köməyimizi təklif etməliyik.  Əgər biz onlara 
köm
əyimizi təklif etməsək, onda ruslar təklif edəcəklər.  
5.  N
əhayət, biz kifayət qədər cəsarət və inam göstərməliyik 
ki,  b
əşəriyyətdə bizim xüsusi siyasi metodlarımız və baxışlarımız 
olduğu  kimi  qalsın.  Nəhayət,  Sovet kommunizmi probleminin 
h
əllində ən böyük bizi hədələyən təhlükə biz kimlə ki iş görürük, 
onunla uyğunlaşmaqdır.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin