Ceyms Karterin prezidentliyi dövründ
ə ABŞ-ın xarici
siyas
əti
Karter hökum
ətinin fəaliyyətində əsas yerlərdən birini yеnə
d
ə əvvəlki illərdə olduğu kimi, xarici siyasət məsələləri tuturdu.
Yeni iqtidar hakimiyy
ətə gəldiyi gündən ABŞ-ın xarici siyasət
x
əttinə əsaslı dəyişikliklər etməyə can atırdı. Bu siyasətin əsasında
Vaşinqton strategiyasının qlobal məsələləri dururdu. Bu siyasət
67
Birl
əşmiş Ştatların imperialist maraqlarının müdafiəsinə, kapita-
lizm dünyasında onun liderlik rolunun saxlanmasına, bu rolun
stabilliyinin azaldılmasına qarşı yönəldilmiş bütün qüvvələrə qarşı
mübariz
əyə yönəldilmişdi.
Karter hökum
əti xarici siyasətində Qərbi Avropa ölkələ-
ri il
ə münasibətlərə də başlıca diqqət yetirirdi. 1979-cu ildə Avro-
pa İqtisadi Birliyi ölkələri ABŞ-la müqayisədə xaricə üç dəfə çox
mal ixrac etmişdilər. Bu ölkələrin birlikdə valyuta ehtiyatı 1980-ci
ild
ə ABŞ-dan təxminən 6 dəfə çox idi. ABŞ-ın fəal iştirakı ilə
NATO-
nun Avropada rolu artırıldı. 1978-ci ilin may ayında Qərbi
Avropa ölk
ələrində silahların modernləşdirilməsi haqqında qərar
q
əbul olundu. 1978-ci ilin may ayında həmçinin NATO-nun
sessiyas
ında ABŞ-ın təşəbbüsü ilə hər il hərbi xərclərin 3%
artırılması, 1979-cu ilin dekabr ayında isə ABŞ raketlərinin Qərbi
Avropada yerl
əşdirilməsi haqqında qərarlar qəbul olundu.
1977-
ci ilin fevral ayında Birləşmiş Ştatlar hökuməti
Kanadanı bölmək istəyən Kvebek separatçılarının əleyhinə çıxdı.
Bununla da Kanadanın parçalanmasının qarşısmı aldı. Karter
hökum
əti Latın Amerikası ölkələrinin daxili işlərinə SSRİ-nin
müdaxil
ə etməsinə qarşı da qəti şəkildə çıxış edirdi.
ABŞ-ın Yaxın və Orta Şərq siyasətində İran özünəməxsus
yer tuturdu. 1978-
ci il Iran inqilabı ABŞ-ın bu ölkədə nüfuzunu
sarsıtdı. İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvi Qərbdə
gizl
əndi. Yeni hökumətin şahın təslim edilməsinə dair tələbləri
ABŞ tərəfindən rədd edildi. İran İslam Respublikası hökuməti
ABŞ-ı başlıca düşməni, SSRİ və İsraillə yanaşı «üç şeytandan» biri
elan etdi. İki ölkə arasında münasibətlər kəskinləşdi. Karter İran
hökum
ətinin 8 mlrd. dollar məbləğində bank hesablarını dondurdu,
Hind okeanına «Miduey» avionosunu göndərdi. Buna cavab olaraq
iranlı və pakistanlı tələbələr İslamabaddakı amerikan səfirliyini
yandırdılar. 5 nəfər amerikan öldü. Bu zaman xəstə olan şahı Nyu
Yorkdan Panamaya, oradan da Misir
ə göndərdilər. Az sonra o,
v
əfat etdi. Ağ ev 1979-cu il noyabrın 4-də yeni hökumət tərəfindən
Tehranda girov götürül
ən və 444 gün saxlanandan amerikan
diplomatlarını və səfirliyin digər işçilərini azad etməkdən ötrü
1980-
ci ilin aprel ayında İrana qarşı 8 vertolyotla hərbi hava
68
əməliyyatına başlasa da, uğursuzluğa düçar oldu. ABŞ 3 maşın, 8
h
ərbçi itirdi. Bu uğursuzluq Karter hökumətinin nüfuzuna ciddi
x
ələl gətirdi. Şah öldükdən sonra İran dondurulmuş aktivlərini
t
ələb etdi. ABŞ onu verdi. İran isə girovları azad etdi.
Karter hökum
əti Çinlə münasibətləri yaxşılaşdırdı. 1979-cu il
yanvar
ın 1-də iki ölkə arasında diplomatik münasibətlər quruldu.
ABŞ xarici siyasətində Hind okeanı zonasına xüsusi diqqət
yetirirdi. Karter doktrinasına görə, Hind okeanı və İran körfəzi
Q
ərbi Avropa və Uzaq Şərqlə bərabər ABŞ-ın həyati mənafeyi
zonası elan edildi. Hind okeanı zonasına belə diqqət yetirilməsinin
başlıca səbəbləri regionun əlverişli hərbi-strateji mövqeyi, buradan
38 növ malın dünya bazarına çıxarılması, sərfəli ticarət yollarının
keçm
əsi və əhalisi 1,4 milyard nəfər olan 44 dövlətin yerləşməsi ilə
əlaqədar idi.
Karter hökum
ətinin Afrika qitəsində yeritdiyi xarici siyasə-
tinin başlıca məqsədi antiamerikan əhval-ruhiyyəsinə son qoymaq
idi. Amerikan diplomatiyası bu məqsədə çatmaq üçün silahlı
müdaxil
əni və zorakılığı deyil, həmin ölkələrə iqtisadi, texniki və
maliyy
ə yardımları etməyi əsas götürürdü. Bu məqsədlə 1980-ci
ill
ərdə Afrika ölkələrinə edilən yardım 271 milyon dollardan 600
milyon dollara çatdırıldı. Nəticədə ABŞ-ın xarici ölkələrə etdiyi
yardımlarda Afrika ölkələrinin ümumi payı artaraq 17%-ə çatdı.
ABŞ-ın Afrika ölkələrinə kapital qoyuluşu Cənubi Afrika istisna
olmaqla 2 milyard 802 milyon dollardan 3 milyard 730 milyon
dollara çatdı. 1976-1980-ci illərdə ABŞ-ın yalnız Cənubi Afrika
Respublikasına kapital qoyuluşu 1,6 milyard dollardan 2,3 milyard
dollara qalxdı.
Karter hökum
ətinin xarici siyasətində beynəlxalq təş-
kilat
ların işində iştirak etmək, BMT, tərksilah və digər qlobal pro-
bleml
ər də mühüm yer tuturdu.
Düzdür, C. Karter v
ə onun kabinet üzvləri bir neçə dəfə
ABŞ-ın xarici siyasətində onun bütün ölkələrlə «əməkdaşlıq» et-
m
ək istəyi barədə bəyanatlarla çıxış etmişlər. Dünya ictimaiyyəti-
nin diqq
ətini cəlb etmək məqsədilə Karter hökuməti xarici siya-
s
ətdə «insan hüquqları» və «əxlaq prinsipləri»nin əsas təbliğat-
çısına çevrilmişdir.
69
Karter hökum
əti Qərbi Avropa və Yaponiya ilə əlaqələrində
iri kapitalist dövl
ətlərinin vahid cəbhəsini gücləndirmək məqsədilə
«qarşılıqlı əməkdaşlıq» konsepsiyasını fəal təbliğ edirdi. Bu işdə
qarşılıqlı planların işlənməsində Birləşmiş ştatların rəhbər rol
oynayacağı nəzərdə tutulurdu. Aparıcı kapitalist ölkələrinin rəhbər-
l
ərinin (ABŞ, AFR, Yaponiya, Fransa, İngiltərə, İtaliya və Kanada)
bütün illik müşavirələrində Birləşmiş Ştatların nümayəndələri öz
mütt
əfiqlərini iqtisadi, enerji, maliyyə çətinliklərinin aradan qal-
dırılmasına dair layihələrə bağlamağa can atırdılar. Bu layihələr
söz yox ki, ilk növb
ədə Amerika tərəfi üçün mənfəətli idi. Lakin
Q
ərbi Avropa ölkələri və Yaponiya qəti şəkildə Amerikanın gös-
t
ərişlərindən imtina etdilər. İri kapitalist ölkələrinin iqtisadi sahədə
qarşılıqlı planlar işləmək təşəbbüsləri səmərəsiz nəticələndi.
H
ərbi siyasət məsələlərində Birləşmiş ştatların və onun Qərbi
Avropa mütt
əfiqlərinin birliyi yüksək dərəcədə müdafiə olunurdu.
Bel
ə ki, 1978-ci ilin may ayında NATO-nun sessiyasında ABŞ-ın
t
əşəbbüsü ilə hərbi xərclərin ildə 3% artırılmasına dair qərar qəbul
edildi. 1979-
cu ilin dekabr ayında Birləşmiş ştatlar NATO-da öz
mütt
əfiqlərini Qərbi Avropa ölkələrində orta mənzilli raket-nüvə
vasit
ələrinin yerləşdirilməsi haqqında qərarla razı saldı. Lakin
NATO-nun gücünün son
rakı illərdə artırılmasına dair Amerikanın
planı Qərbi Avropanın aparıcı dövlətlərinin rəhbərləri tərəfindən
sönük
qarşılandı. 1980-ci ilin iyun ayında «Böyük yeddilərin»
növb
əti müşavirəsində (Venetsiyada keçirilib) ABŞ nümayəndələri
özl
ərinin Qərbi Avropa müttəfiqlərini öz məqsədlərinə ram etməyə
nail olmadılar.
Karter hökum
ətinin Latın Amerikası ölkələri ilə münasibətinə
dair siyas
əti böyük daxili ziddiyyətlərlə xarakterizə olunurdu.
Yeni hökum
ət
Latın
Amerikası
ölkələri məsələsinə
respublikaçıların münasibətindən fərqli münasibət bəsləyirdi.
Karter hökum
ətinin bu məsələ ilə bağlı planları sırasında Panama
kanalı haqqında yeni müqavilənin işlənməsi və bağlanması
dururdu.
Vaşinqtonun rəsmi nümayəndələrinin fikrincə, bu Latın
Amerikası ölkələrində Amerika əleyhinə əhval-ruhiyyənin
z
əifləməsinə gətirib çıxarmalı idi. 1977-ci ilin sentyabr ayının 7-
d
ə Vaşinqtonda təntənəli şəraitdə Panama kanalının yeni statusu ilə
70
bağlı müqavilə imzalandı. 1978-ci ilin mart-aprel ayında keçirilən
müzakir
ələrdən sonra senat müqaviləni təsdiq etdi. Yeni
müqavil
ədə göstərilirdi ki, Panama kanalı tədricən Panamanın
tabeçiliyi altına keçir. Kanalın istismarından alınan pulla kanalın
işi yaxşılaşdırılmalı və 2000-ci ilədək o tam şəkildə Panamanın
n
əzarəti altına keçməlidir. Lakin Panama kanalı haqqında bu
müqavil
ədə Birləşmiş Ştatlar Panama kanalı ərazisində özünün
əsas hüquqlarını saxlamışdı.
Birl
əşmiş Ştatlar diktator A.Somosaya 1979-cu ilin iyul
ayında Nikaraqua xalqının onun hökumətinin devirməsi məqsədilə
qaldırdığı üsyanının yatırılmasına çoxlu miqdarda iqtisadi və hərbi
köm
əklik göstərmişdir. Həmçinin Vaşinqtonun hakim dairələri
t
ərəfindən Salvodorun,Qvatemalanın, Hondurasın irticaçı qüvvə-
l
ərinə, xalqların milli-azadlıq hərəkatı əleyhinə hər cür müba-
riz
əyə fəal köməklik göstərilirdi.
70-ci ill
ərin sonlarında da Ağ evin sahiblərinin Yaxın və Orta
Şərq siyasəti dəyişməmiş qalmışdır. Düzdür, 1977-ci ilin oktyabr
ayında dünyada sülhün qorunması və beynəlxalq gərginliyin
azaldılması məqsədilə «Ərəb-İsrail ziddiyyətlərinin ədalətli həlli və
qaydaya salınmasına dair» qarşılıqlı Sovet-Amerika bəyanatı dərc
edilmişdir. Lakin Birləşmiş Ştatlar bu məsələdə «hakim» rolunu
oynamasına baxmayaraq yenə də imperialist mahiyyətini gizlətmir,
ərəb xalqlarının vahid cəbhəsini parçalamaq, İsrailin vəziyyətini
möhk
əmlətmək məqsədi güdürdü. Bu işin ssenarisi Vaşinqtonda
hazırlanırdı. 1978-ci ilin sentyabr ayında ABŞ prezidentinin iqa-
m
ətgahında, Kemp-Deviddə C. Karterin Misir prezidenti Ə.Sadatla
v
ə İsrailin baş naziri M. Beginlə «Misir-İsrail» razılaşmasına dair
görüşü keçirildi. Görüşdə bir sıra siyasi məsələlər, həmçinin İordan
çayının Qərb sahilinə – Qəzzə ərazisinə muxtariyyət verilməsi və
bu
ərazidən İsrail ordularının çıxarılması məsələləri də müzakirə
edildi. (H
əmin ərazi 1967-ci ildə İsrail işğalına məruz qalmışdır).
Karter hökum
ətinin Yaxın Şərq siyasəti İsrailin işğalçılıq plan-
larının genişlənməsinə yardım edirdi.
Karter hökum
ətinin sözü ilə işi arasında ciddi əlaqəsizlik
başqa xarici siyasət məsələlərində də özünü göstərirdi. Belə ki,
m
əsələn, 1979-cu ilin yanvar ayının 1-də ABŞ və ÇXP arasında
71
r
əsmi diplomatik əlaqələr yaradılmış oldu. Həm də prezident
Karter, h
əm də Xua Qorenin rəhbərlik etdiyi Çin ABŞ və ÇXP ara-
sında münasibətlərin normalaşdırılmasına can atırdılar. Bu
normalaşdırma hər hansı bir üçüncü dövlət əleyhinə aparılmamalı,
sülh işinə, beynəlxalq təhlükəsizliyə xidmət etməli idi. Lakin
Amerika-Çin
əlaqələrinin sonrakı inkişafı göstərdi ki, Birləşmiş
ştatların sağ dairələri «Çin amilindən» Sovet İttifaqının əleyhinə
istifad
ə etməyə çalışmışlar.
70-ci ill
ərin ikinci yarısında Sovet-Amerika münasibətlərinin
inkişafı böyük çətinliklərlə üzləşdi. Düzdür, C. Karter və onun
xarici siyas
ət üzrə müşavirləri özlərinin dünyanın iki sistemi arası-
nda münasib
ətlərin normalaşdırılmasını bəyanatlarla göstərirdilər.
Bununla ABŞ-ın hakim dairələri sürətlə silahlanmada yeni imkan-
lar qazınır və Birləşmiş Ştatların günahı üzündən strateji hücum
silahlarının məhdudlaşdırılmasına dair yeni uzunmüddətli razılığın
əldə olunması və müqavilənin bağlanması gedişini ləngidirdilər.
1979-cu ild
ə SSRİ və ABŞ arasında strateji hücum silah-
larının məhdudlaşdırılmasına dair saziş imzalandı. Bu sənəd də
əvvəllər imzalanmış sənədlər kimi tərəflərin bərabərliyi və eyni
d
ərəcədə təhlükəsizliyi prinsipinə əsaslanırdı.Saziş müxtəlif ictimai
quruluşlu dövlətlərin dinc yanaşı yaşaması prinsipinə müvafiq
olaraq ikit
ərəfli əməkdaşlığı uzunmüddətli əsas üzərində inkişaf
etdirm
ək üçün zəmin yarada bilərdi.
1979-
cu ilin iyun ayının 18-də Vyanada Sov.İKP MK-nın
Baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri L.İ.Brejnev və
ABŞ prezidenti C. Karter arasında strateji hücum silahlarının məh-
du
dlaşdırılmasına dair müqavilə imzalandı. Hər iki tərəf strateji
hücum silahlarının sayının məhdudlaşdırılması və onların təkmil-
l
əşdirilməsinin saxlanılmasına dair razılaşma əldə etdilər. Onlar
h
əmçinin öz üzərlərinə strateji silahların yeni növlərinin təşkilinin
m
əhdudlaşdırılması vəzifəsini də götürmüşdülər.1979-cu ilin Vya-
na görüşü özündə Sovet-Amerika münasibətlərinin və bütünlükdə
beyn
əlxalq siyasi iqlimin yaxşılaşması yolunda irəliyə mühüm
addım atıldığını əks etdirirdi. 1979-cu ilin dekabrında SSRİ-nin
Əfqanıstana qoşun yeritməsi bu sazişin ABŞ tərəfindən ratifikasiya
edilm
əməsinə səbəb oldu.
72
Müqavil
ənin şərtlərinə baxmayaraq Karter hökuməti bu
dövrd
ə də sürətlə silahlanma yolunu davam etdirirdi. ABŞ-ın illik
h
ərbi xərclərinin 4,5-5% artmasına dair qərarlar qəbul edilmişdi.
Karter hökum
əti hərbi xərcləri 1977-ci ildəki 100,1 milyard
dollardan 1980-ci ild
ə 130 milyard dollara çatdırdı.
Onun xarici siyas
əti əvvəlkilərdən çox da fərqlənmirdi.
Lakin qeyri ardıcıl idi. Ümumiyyətlə, ABŞ-da prezidentlər dəyişsə
d
ə, dövlətin siyasəti heç vaxt dəyişmir. Ceyms Karter 1977-ci ildə
ABŞ konqresində belə bir qanunun qəbul edilməsinə nail oldu ki,
dünyanın hər hansı bir yerində pozulan insan haqlarını ABŞ mü-
dafi
ə etməlidir. 1980-ci ildə məşhur «Karter doktrinası» irəli sürül-
dü. H
əmin doktrinaya görə ABŞ-a icazə verilirdi ki, müəyyən
ərazilərdə lazım gəldikdə nüvə müharibəsi aparsın. «ABŞ-ın həyat
sah
əsi» adlanan dünyanın hər yerində ABŞ-ın zonaları meydana
g
əldi. C. Karterin dövründə neytron bombası və qanadlı raketlər
istehsalı gücləndirildi. «MX» raketləri və «Traydent» adlı sualtı
qayıqlar meydana gəldi.
ABŞ geniş miqyasda həm Səudiyyə Ərəbistanına, həm də
İrana silah göndərirdi. 1978-1979-cu illərdə ABŞ İran körfəzində
v
ə Hind okeanında öz hərbi-dəniz bazalarını genişləndirdi.
Xarici v
ə daxili siyasət məsələləri üzrə mübarizə 1980-ci il
seçki kampaniyası gedişində daha da kəskinləşmişdi. Seçkiqabağı
mübariz
ənin mərkəzində ölkədə iqtisadi çətinliyin aradan qal-
dırılması və ölkənin idarə edilməsi məsələsi dururdu.
Demokratlar partiyası 1976-cı ildə Ağ evdə nailiyyət qazan-
masına və Konqresdə çoxluq təşkil etməsinə baxmayaraq seçkilərə
parçalanmış halda gəldi. Partiyada daxili sosial-iqtisadi çətinlik-
l
ərin aradan qaldırılmasının yolları kifayət qədər müzakirə
edilm
əmişdi.
ABŞ biznesi müxtəlif iqtisadi vasitələrin (məsələn, yüksək
bank faizi, ABŞ-a polad gətirilməsi üçün kvotlar və i. a.) köməyi
il
ə öz çətinliklərinin yükünü müttəfiqlərin üzərinə qoymağa cəhd
edirdi. Bu, artıq AFR-də, Fransada da istehsalın azalmasına təsir
etmiş, həmin ölkələrdə işsizliyin kəskin sürətdə artmasına səbəb
olmuşdur. Ziddiyyətlər və rəqabət mübarizəsi daha da kəskin-
l
əşirdi.
73
Q
ərbi Avropa xalqlarını narahat edən problemlərdən biri də
Vaşinqton silahlanmaya təxsisatların daim artırılmasını özünün
Q
ərbi avropalı müttəfiqlərindən tələb etməsi (əvvəlcə hər il 3%,
indi is
ə 4,5%), eyni zamanda hərbi infrastrukturun saxlanması
ağırlığını onların üzərinə yıxması idi. Vaşinqton NATO-nun
coğrafi zonasının genişləndirilməsi, ABŞ-ın hərəkətlərinə xidmət
etm
əli olan qlobal xarakterli hərbi əməliyyatlara müttəfiqlərin cəlb
edilm
əsi məsələsini irəli sürürdü.
ABŞ öz iqtisadi mənafeyini əsas tutaraq, əmələ gəlmiş
ənənələri, beynəlxalq əmək bölgüsünü kobudcasına pozmaqla,
sosializm ölk
ələrinə qarşı özünün «qadağanlar» siyasətinə Qərbi
Avropa ölk
ələrini bağlamaq istəyirdi. Birləşmiş Ştatlar energetika
layih
ələrinin həyata keçirilməsinə maneələr yaratmağa xüsusi
s
əylə cəhd edirdi. Qərbi Avropadakı öz rəqiblərini energetika cə-
h
ətcə ABŞ-dan açılılıq cilovunda saxlamağa və bununla da onların
n
əfəsini kəsməyə, rəqabət qabiliyyətini azaltmağa Vaşinqtonun səy
göst
ərməsi aydın görünürdü.
70-ci ill
ərdə Latın Amerikası ölkələri iqtisadi inkişafın
müxt
əlif səviyyəsində, müxtəlif siyasi rejimlərə malik, məsələn,
Kuba sosialist respublikası, Meksika, Kolumbiya, Ekvador burjua-
demokratik respublikaları idilər. Bir sıra ölkələrdə – Çilidə, Paraq-
vayda, Qvatemalada v
ə başqalarında hərbi-faşist diktaturaları
hökmranlıq edirdilər. Lakin bütövlükdə bütün Latın Amerikasına
(Kubadan başqa)ABŞ-dan uzun sürən iqtisadi asılılıq xas idi.
ABŞ-ın şirkətləri hər il iki milyard dollara qədər xalis mənfəət
götürürdül
ər. Onlar lazımi strateji xammalın – uranın, neftin, qala-
yın, misin, boksitlərin 70 faizini aparırdılar.
Nikaraqua v
ə Qrenada xalqlarının qələbəsindən sonra da
Latın Amerikasının digər ölkələrinin hərbi və diktator rejimləri
özl
ərini təhlükəsiz hiss etmirdilər. Onlar ABŞ-ın bəyənməsi ilə öz
siyasi
əleyhdarlarına qarşı kütləvi cəza tədbirləri təşkil edir, təkcə
inqilabi-demokratik h
ərəkatı deyil, habelə liberal-burjua müxa-
lif
ətini və hətta «mötədil» siyasi fikri boğmağa çalışırdılar.
ABŞ planetdə, o cümlədən Latın Amerikasında hərbi-diktator
rejiml
ərini açıq-aşkar müdafiə etmək və möhkəmləndirmək xəttini
götürmüş, orada öz hərbi qüvvələrini artırırdı. Məsələn, ABŞ-ın
74
Karib d
ənizindəki hərbi-dəniz qüvvələrinin komandanı A.Noyzen
Puerto-
Rikodakı vəziyyəti səciyyələndirərək demişdir ki, Pentaqon
«Kubada, Nikaraquada v
ə Qrenadada baş vermiş hadisələrə bənzər
d
əyişikliklərin adada həyata keçirilməsinə yol verməyəcəkdir».
Amerika Birl
əşmiş Ştatları hərbi-diktator rejimlərinə səxa-
v
ətlə maddi yardım göstərirdi. ABŞ-ın 300-dən çox korporasiyası
Çili x
untasına kömək göstərirdi. 1976-cı ildjə xuntaya 520 milyon
dollar, 1977-ci ild
ə 858 milyon dollar, 1978-ci ildə 1 milyard
dollar borc verilmişdir. Eyni zamanda ABŞ başqa hərbi rejimlərə
yardım göstərməkdə davam edirdi. Məsələn, 1976-77-ci maliyyə
ilind
ə bütün «yardımın» 68 faizi Argentinanın, Braziliyanın və
Çilinin payına düşmüşdür. 1979-cu ildə Latın Amerikası ölkələrinə
h
ərbi «yardım» üçün 32,1 milyon dollar, 1980-ci ildə 38,7 milyon
dollar ayrılmışdır.
Nikaraqua xalqının qələbəsindən sonra ABŞ prezidenti
M
ərkəzi Amerika ölkələrinə «yardımı» artırmağa çağırmışdır ki,
«sosial ir
əliləyişlərə müqavimət göstərməyə», o cümlədən Nikara-
quada bu cür ir
əliləyişlərə müqavimət göstərməyə qabil olanların
«mövqeyi möhk
əmləndirilsin». ABŞ dövlət katibinin Amerika
işləri üzrə köməkçisi açıq sürətdə etiraf edərək demişdir ki, «bu
hökum
ətlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə yardım…
bizim saysız-hesabsız və müxtəlif mənafelərimizin möhkəm-
l
əndirilməsi üçün vasitədir».
Latın Amerikası dövlətlərinə silah göndərilməsi 1977-1979-
cu ill
ərdə nəinki azlamamış, hətta artmışdır. 1958-1976-cı illərdə
ABŞ onlara 1,1 milyard dollarlıq, 1977-ci ildə 106,8 milyon
dollarlıq, 1978-ci ildə 127 milyon dollarlıq silah satmışdır. 1977-
1978-ci ill
ərdə Çili xuntasına 114 milyon dollarlıq silah satılmışdır.
Kapital qoyuluşu, sədəqələr, borclar, yardım və əsarət altına
almanın başqa formaları son 10 il ərzində Latın Amerikası
dövl
ətlərinin xarici borcunu 10 dəfədən çox artırmışdır. 80-ci
ill
ərdə bu borc 12 milyard dollardan artıq idi.
Karib hövz
əsi və Mərkəzi Amerika ölkələrində imperializmə
qarşı hərəkatın güclənməsinə cavab olaraq Vaşinqton bu regionda
öz h
ərbi qüvvələrini gücləndirdi.
75
Amerika siyas
əti Latın Amerikası ölkələrinin daxili işlərinə
müdaxil
əni də istisna etmirdi. Salvadorda baş vermiş hadisələr
bunun timsalı idi. Salvador irticasını xilas etməyə çalışan ABŞ
xuntaya h
ərbi yardımı xeyli artırmışdır. Salvadordakı «yaşıl
beretlil
ər» məktəbində Pentaqondan gəlmiş təlimatçılar xalq
çıxışlarını yatırmaq sahəsində «öz təcrübəsini» öyrədirdilər. Karib
hövz
əsi bazalarının qoşunları döyüşə hazır vəziyyətə gətirilmişdir.
«İkinci Nikaraquyaya» yol verməmək üçün Vaşinqton hər cür əl
atmağa hazır idi. ABŞ Salvador xuntasına Amerika döyüş təyyarə-
l
əri və vertolyotları ilə təchiz olunmuş «çevik zərbə bölmələrinin»
t
əşkilində fəal yardım göstərirdi. Savadorda qanlı xuntaya hərbi
yardımı genişləndirən Vaşinqton bu ölkəyə təyinatlı qoşunların
çoxlu h
ərbi qulluqçusunu da göndərmişdi. Onların hamısı Ame-
rika müşavirlərinin başçılığı altında Salvadorun milli vətənərvər
qüvv
ələrinə qarşı cəza tədbirləri həyata keçirirdi.
Lakin ABŞ-ın bütün cəhdlərinə baxmayaraq, Salvadorun xalq
kütl
ələri əsl suverenlik uğrunda vuruşurdular.
Birl
əşmiş Ştatlar öz hərəkətlərini «pozucu kommunist fəaliy-
y
ətinə qarşı mübarizədə» «kollektiv tədbirlər» kimi qələmə ver-
m
əyə çalışırdı1979-cu ilin noyabrında Boqotada Latın Amerikası
ölk
ələrinin silahlı qüvvələri komandanlarının müşavirəsində «po-
zucu kommunist f
əaliyyətinə qarşı» birgə mübarizə planı müzakirə
edildi. Planın bəndlərindən birində deyilirdi ki, ölkədə hər dəfə
siyasi boşluq deyilən vəziyyət yarandığı vaxt hərbi qulluqçular
hakimiyy
əti öz əllərinə almalıdırlar. Nümayəndələrin əksəriyyəti
bel
ə bir bəyanata tərəfdar çıxmışdı ki, silahlı qüvvələrin başlıca
v
əzifəsi zəhmətkeşləri aldadan və partizanları ruhlandıran kom-
munizmi l
əğv etməkdən ibarətdir.
Birl
əşmiş Ştatlar «kontinentalı pozuculuq fəaliyyətini»
boğmaq, «daxili düşmənlə» mübarizə aparmaq məqsədilə onlara
«kommunizmd
ən kontinental müdafiə» doktrinasını, ABŞ ilə
əməkdaşlığı zorla qəbul etdirmişdir.
Özünü
«insan hüquqlarının» müdafiəçisi kimi göstərməyə
çalışan Vaşinqtonun bunlara münasibəti 1979-cu ilin mayında
ABŞ-ın dövlət departamenti tərəfindən bildirilmişdi ki, milli təhlü-
k
əsizliklə bağlı olan ciddi mülahizələr insan hüquqlarına kobud
76
sür
ətdə məhəl qoymayan ölkələrə hərbi yardım göstərilməsini
doğruldur. Bu, ABŞ-a dost olan, insan hüquqları sahəsində pis ad
çıxaran hökumətlərə iqtisadi yardım göstərilməsinə də aid idi.
Xülas
ə, «Birləşmiş Ştatların ali mənafeyi» guya onu irticaçı rejim-
l
ərə də yardım göstərməyə məcbur edir.
Respublikaçılar öz qurultaylarında R.Reyqanı prezidentliyə
namiz
əd irəli sürdülər. Demokratlar isə C. Karteri əsas namizəd
kimi saxladılar. Seçkilərdə qələbəni R. Reyqan qazandı.
Dostları ilə paylaş: |