Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə104/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   160
Mikroiqtisadiyyat (1)

iqtisadi göstə-
ricilər baxımından deyil, həm də sosial-iqtisadi, habelə 
milli iqtisadiyyatın təhlükəsizliyi 
meyarları nöqteyi-nə-
zərindən yanaşılsa, bu mühüm istiqamətdə dövlət tənzim-
lənməsini irəli sürür. Çünki dövlət tənzimlənməsi, təbii 
inhisarların fəaliyyətində nəzərə çarpan və yüksək mənfəət 
əldə etmək məqsədilə qiymətlərin formalaşmasında, isteh-
salçılara göstərilən xidmətlərin keyfiyyətində, vaxt amili 
hesabına "qənaət rejimi" tətbiq etmək kimi "kölgəli cəhət-
lərinin, nöqsanlarının" aradan qaldırılmasında mühüm rol 
oynayır.
Bazar münasibətləri şəraitində təbii inhisarlarla is-
tehsal-xidmət təyinatlı məhsullarının çoxsaylı istehlak-
çıları arasında balanslaşdırılmış vəziyyət yaratmaq, səmə-
rəli və ədalətli tarif dərəcələri müəyyənləşdirmək, istehsal 
xərclərini minimum həddə saxlamaq, maliyyə şəffaflığına 
nail olmaq, investisiyaların səmərəliliyini yüksəltmək, 
normal rentabelliyi təmin etmək, müəyyən rəqabət ünsür-
ləri mühiti yaratmaq baxımından bu sahədə dövlət tənzim-
lənməsinin həyata keçirilməsi, onun 
iqtisadi, inzibati, 
təşkilati 
metodlarından düzgün, milli iqtisadiyyatın gələ-
cək perspektivlərinə uyğun istifadə olunması zəruridir. 
"Təbii inhisarlar haqqında Azərbaycan Respublikası-
nın qanunu"nda 
bu tipli inhisar birliklərinə aşağıdakılar 
daxil edilmişdir: a) neft və neft məhsullarının magistral 


195 
boru kəmərləri ilə nəqli; b) təbii qazın boru kəmərləri ilə 
nəqli, saxlanması və paylanması xidmətləri; c) elektrik və 
istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri; ç) 
magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tiki-
lilərinin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükə-
sizliyi fəaliyyəti; d) aeroport xidmətləri, uçuş zolaqlarının 
və qurğularının istismarı; e) metro nəqliyyatında yolların, 
tunellərin və stansiyaların istismarı; ə) su limanı xidmət-
ləri, liman qurğularının istismarı; f) ümumi istifadədə olan 
elektrik və poçt rabitəsi xidmətləri; g) baş su təmizləyici 
qurğular, magistral borular, su kəməri şəbəkəsi və onun 
üzərindəki qurğuların istismarı; h) kanalizasiya təsərrüfatı 
və xətlərinin istismarı; x) meliorasiya və irriqasiya sahə-
sinə aid olan su anbarları, kanallar, kollektorlar və bəndlə-
rin istismarı. 
Bazar münasibətləri iqtisadi sistemində dünya miq-
yasında ümumiyyətlə inhisarın müxtəlif formalarının, o 
cümlədən də təbii inhisarların maliyyə-təsərrüfat fəaliyyəti 
üzərində dövlət tənzimlənməsinin həyata keçirilməsi və 
ictimai nəzarətin olması istər sosial-iqtisadi, istərsə də si-
yasi-ictimai baxımdan zəruri bir prosesdir. 
Müasir bazar münasibətləri iqtisadi sistemi azad 
(mükəmməl, sərbəst) rəqabət və mütləq (xalis) inhisar 
qütbləri arasında yerləşib, vaxtaşırı iki kənar hədlərə meyl 
etsə də, lakin real həyat əslində qeyri-mükəmməl rəqabə-
tin 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin