Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə107/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   160
Mikroiqtisadiyyat (1)

Edvard Çemberlen 
(1889-1967) tərəfindən 
daxil edilmişdir. 
Müxtəlif ölkələrin təsərrüfat həyatında, istehsal-xid-
mət dairəsinin hər hansı sahəsində 
bir-neçə şirkətin həll-
edici rol oynaması, 
yaxud qrup halında kartel formasında 
birləşməsi - 2 (duopoliya) 3, 4, 6 şirkəti əhatə edə bilər. 
Bu tipli birliklərə nümunə kimi 5 ABŞ, 1 İngiltərə-Hollan-
diya şirkətlərinin təşkil etdikləri Beynəlxalq Neft Karte-
lini, neft ixrac edən ölkələr təşkilatını (OPEK) göstərmək 
olar. Ayrı-ayrı ölkələrin təsərrüfat həyatının neft-qaz, me-
tallurgiya, maşınqayırma, kimya, avtomobil sənayesi kimi 
sahələrində oliqopoliyalar müxtəlif formalarda fəaliyyət 
göstərirlər. Məsələn, ABŞ-ın avtomobil sənayesində "Ge-
neral Motors", "Ford Motor" və "Daimler Chrysler" oliqo-
poliyaları istehsal-satış bazarının 80 faizdən çoxunu öz 
nəzarətlərində saxlayırlar. Dünya ölkələrinin təcrübəsin-
dən məlumdur ki, polad borular, mis, sink, sement, texniki 
spirt, elektrik avadanlıqları, yuyucu tozlar, siqaret-tütün 
məmulatları istehsalı-satışı, bu məhsulların 
standart 
ya-
xud 
fərqli buraxılışını 
öz nəzarətində saxlayan oliqopo-
liyaların inhisarındadır. 
Oliqopoliyaların üstünlük təşkil edərək, fəaliyyət 
göstərdikləri istehsal, xidmət, satış dairələrinin təmərküz-
ləşmə səviyyəsi 40 faizdən çox olmalıdır. Lakin bəzi 


199 
sahələrdəki istehsal və satışın təmərküzləşmə səviyyəsi 
xeyli yüksək olub, 80-90 faizi ötür. 
İqtisadi nəzəriyyədə iri oliqopoliyaların müxtəlif 
istehsal və xidmət sahələrindəki təmərküzləşmə səviyyə-
sini müəyyənləşdirmək üçün 
Herfindal indeksindən 
istifadə olunur. Bu göstərici, oliqopoliya rəqabəti şəraitin-
də bazarda fəaliyyət göstərən bir neçə şirkətin, konkret on-
lardan hər birinin yerini müəyyənləşdirməyə imkan verir. 
Fərz edək ki, kabel televiziyası sahəsində 1 şirkət, 
telefon xidməti sahəsində 2 şirkət, avtomobil sənayesində 
3 şirkət və kimya sənayesində isə 4 şirkət fəaliyyət göstə-
rir. Rəqabət modelinə görə, kabel televiziyası bazarda tək 
fəaliyyət göstərdiyindən, onun xüsusi çəkisi 100 faiz təşkil 
edəcəkdir. Bir neçə şirkətin iştirak etdiyi rabitə xidməti, 
avtomobil və kimya sənayesində isə vəziyyət başqa nis-
bətdə olacaqdır. 
/n6ffo#& 
Herfindal indeksinə əsasən, şərti olaraq bazarda 
fəaliyyət göstərən 1 şirkətin mövqeyi 100 vahid kimi qiy-
mətləndirilərək, onun kvadratına yüksəlir: 
100 x 100 = 10.000 
Əgər oliqopoliya şəraitindəki rəqabət bazarında 1 
deyil, bir neçə şirkət fəaliyyət göstərirsə, o zaman kvadrat 
dördbucaqlı daxilində hər birinin yeri yaxud xüsusi çəkisi 
müəyyənləşdirilir. Məsələn, bazarda şərti olaraq bir neçə 
şirkət bərabərlik prinsipi (paritet) əsasında iştirak edirlər-
sə, o zaman saylarından asılı olaraq, həmin şirkətlərin xü-
susi çəki indeksi belə olacaqdır: 
1
şirkət = 100% = 10.000 


200 
2
şirkət = 50% = 5.000 
4
şirkət = 25% = 2.500 
5
şirkət = 20% = 2.000
8 şirkət = 12, 5% = 1.250
10 şirkət = 10% = 1.000 
Oliqopoliya rəqabəti şəraitində bazarda şərti bərabər-
lik əsasında şirkətlərin mövqeləri, aşağıda verilmiş 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin