Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


qiymət, istehsal həcmi, keyfiyyət, dizayn xüsusiy-



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə106/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   160
Mikroiqtisadiyyat (1)

qiymət, istehsal həcmi, keyfiyyət, dizayn xüsusiy-
yətləri, alıcılara mədəni xidmət göstərilməsi, reklam 
təbliğatı 
kimi sahələrdə apardıqları kəskin rəqabət müba-
rizəsi şəraitində davam edir. 
İnhisarçı rəqabət şəraitində bazarda sərbəst rəqabət 
mühitində olduğu kimi saysız-hesabsız, yaxud xalis inhi-
sar şəraitindəki kimi tək bir hakim şirkətin ağalığı hökm 
sürmür. Müasir vəziyyət, müxtəlif rəqabət forma və tiplə-
rinin fəaliyyət göstərdiyi 
qarışıq bazar modeli 
kimi xa-
rakterizə olunsa da, lakin bu sistemdə inhisarçı rəqabət 
həlledici rol oynayır. Həmin kəskin rəqabət və "olum ya 
ölüm!" mübarizəsinin əsas iştirakçılarının sayı isə milli 
iqtisadiyyatın həcmindən, onun quruluş xüsusiyyətlərin-
dən, beynəlxalq əmək bölgüsü və xarici iqtisadi-ticarət 
əlaqələrindən asılı olaraq, 15-70 arasında ola bilər. Opti-
mal variant kimi konkret istehsal-xidmət sahələrində, inhi-
sarların səmərəli fəaliyyətini təmin etmək üçün onların 
sayının 10 şirkət çərçivəsində məhdudlaşdırmağı irəli sü-
rən fikirlər də vardır. 
Bazar strukturunun ümumi tarixi inkişaf mənzərəsi 
nəzərdən keçirildikdə aydın olur ki, 
azad rəqabətdən 
başlayaraq, tədricən inhisarçı rəqabət, mütləq rəqabət 
və oliqopoliya rəqabəti 
mərhələlərində bu prosesin əvvəl-
ki intensivliyi zəifləmiş, formaları isə dəyişmişdir. 
Qeyri-mükəmməl bazar rəqabətinin bir modeli olan 
oliqopoliya, bir sıra əlamətlərinə görə xalis inhisarı xatır-
ladır. Bazarda bir neçə iri şirkət, birlik eyni adlı yaxud oxşar 
tipli məhsullar üzrə istehsal - xidmət-satış dairəsində nəzarəti 
ələ keçirib, üstün mövqelər tutarsa, bu oliqopoliya adlanır. 


198 
Oliqopoliya 
yunan dilindən götürülmüş bir söz olub, 
mənası bir neçə, azsaylı deməkdir. Oliqopoliya sözünü 
ingilis utopisti 
Tomas Morr 
(1478-1535) ilk dəfə özünün 
"Utopiya" əsərində ictimai-iqtisadi bir anlayış kimi işlət-
mişdir. Sonralar isə elmi-nəzəri dövriyyəyə tanınmış ingi-
lis iqtisadçısı 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin