Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə102/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   160
Mikroiqtisadiyyat (1)

qeyri- 
mükəmməl 
rəqabət bazarı tipidir. Buraya 
inhisarçı ba-
zar, oliqopoliya bazarı və xalis (mütləq) inhisarçı rəqa-
bət bazarı 
daxildir. 
Ümumiyyətlə inhisar və inhisarçılıq dedikdə, bazar-
da kiçik bir qrupun istehsal yaxud satış dairəsində ağalığı 
nəzərdə tutulur. Bu qrup əmtəə-xidmətlərin istehsal həc-
minə, onların təklifinə və bazar qiymətlərinin formalaş-


190 
masına güclü təsir göstərmək imkanlarına malikdir. 
İnhisarların (monopoliyaların) olması və ölkənin tə-
sərrüfat həyatının müəyyən sahələrində aparıcı mövqe 
tutması hadisəsi, hələ eramızdan əvvəl qədim yunan alimi 
Aristotel 
(384-322) tərəfindən göstərilmişdi. O, Yunanıs-
tanda zeytun istehsalı və dəmir məmulatları satışında in-
hisarların olduğunu qeyd etmişdi. 
Orta əsrlərdə inhisarçılıq meylləri özünü, o dövrün 
təsərrüfat həyatında mühüm yer tutmuş və müxtəlif təyi-
natlı məhsullar hazırlayıb-satan sexlərin fəaliyyəti nümu-
nəsində meydana çıxarmışdı. 
Yeni tarixi dövrdə, xüsusilə XIX əsrin ikinci yarısın-
dan başlayaraq elmi-texniki kəşflər, mütərəqqi texnolo-
giya bazasında sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat
məlumat-informasiya sahəsindəki nailiyyətlər istehsalın 
mərkəzləşməsi və təmərküzləşməsi prosesləri təməlində 
iri istehsal-xidmət birliklərinin, yəni inhisarların (monopo-
liyaların, təkəlliyin) formalaşmasını keyfiyyətcə yeni bir 
mərhələyə qaldırmışdır. XIX əsrin sonu və XX əsrin əv-
vəllərindən yeni bir vüsət almış bu proses, klassik model-
lərin yeni formaları, çalarları ilə zənginləşərək, bizim 
günlərimizdə də öz mürəkkəblikləri, habelə ziddiyyətləri 
ilə davam etməkdədir.
Xalis, yaxud mütləq inhisar (monopoliya) bir şirkətin 
müəyyən bir məhsulun, yaxud məhsullar qrupunun, xid-
mətin, iqtisadi resursun istehsalçısı (satıcısı) olmasıdır. Bu 
məhsul atom reaktoru, təyyarə mühərriki, futbol topu, me-
bel, kompüter, ov tüfəngi, qol saatı, pepsi ola bilər. Eyni 
tipli məhsulu bir müəssisə, şirkət də, eyni zamanda müəy-
yən sahə də istehsal edib, bazara satışa çıxara bilər. Xalis 
(mütləq) inhisar bazarını aşağıdakı xüsusiyyətlər səciy-


191 
yələndirir: 
-
Xalis inhisarçı şirkət bazara tam nəzarət edir. 
-
İstehsal olunmuş əmtəələrin, göstərilən xidmətlə-
rin əvəzləyicisi, yaxud analoqu yoxdur. 
-
Xalis rəqabət bazarına daxil olmaq, rəqiblər üçün 
tam bağlıdır. 
-
Bazar qiymətləri xalis inhisarçı şirkətin tam nəza-
rəti altındadır. 
-
İstehsalın həcmini artırıb-azaltmaq məsələsi xalis 
inhisarçı şirkətin tam səlahiyyəti və ixtiyarındadır. 
-
Xalis inhisarçı şirkət yüksək mənfəət əldə etmək 
məqsədilə öz istehsal həcmini və qiymətləri dəyişdirə bi-
lər.
-
Xalis inhisarçı şirkət bazarda müəyyən bir məh-
sul-xidmətin yeganə istehsalçısı və satıcısı olduğundan, 
onun reklama o qədər də ehtiyacı olmur. 
Azad rəqabət bazarının tam əksi sayılan xalis (müt-
ləq) inhisarçı bazar, real təsərrüfat həyatında az hallarda 
rast gəlinən bir hadisə, yaxud fərziyyə xarakteri daşıyır. 
Lakin bu hadisəni qeyri-rəqabət bazarının bir modeli
yüksək inhisarlaşdırılmış bazarın konkret nümunəsi kimi 
öyrənmək və onun özünəməxsus xüsusiyyətlərini hərtərəf-
li təhlil etmək, şübhəsiz gələcək müqayisəli araşdırmalar 
üçün zəruridir. 
İlk növbədə xalis inhisar bazarında iri kapitala malik, 
nəhəng avtomobil, metallurgiya, energetika, elektron sə-
naye sahələri fəaliyyət göstərdiyindən, həmin bazara daxil 
olmaq son dərəcə çətindir, bəzən də mümkün deyildir. 
Məsələn, qiymətli daş-qaş, əlvan metallar, brilyant, nadir 
kənd təsərrüfatı məhsulları istehsal edən sahələri buna nü-
munə göstərmək olar. 


192 
Müxtəlif ölkələrin hakimiyyət orqanları bir sıra şir-
kətlərə uzunmüddətli patent və lisenziyalar verməklə, baş-
qalarının bu sahəyə daxil olması yolunda aşkar əngəllər 
törətmişlər "Xerokx" surətçıxarma cihazları, “Kodak” foto 
aparatları və materialları, "Gillette" üzqırxanları, "General 
Elektrik" avadanlıqları, "Boinq" təyyarələri, "De Beers" 
almaz korporasiyalarının təşkili, istehsal-satış fəaliyyəti, 
bu prinsiplərə əsaslanmışdır. 
Xalis inhisarçı şirkətlər eyni zamanda hazırladıqları 
məhsulların xammal mənbələrini də öz nəzarətlərində sax-
layırlar. ABŞ-ın “Aliminum K°", Kanadanın "Nickel K°", 
CAR-nın "De Beers" almaz korporasiyasının fəaliyyəti 
buna misaldır. Ayrı-ayrı şirkətlər bazarda öz inhisarçı is-
tehsalçı və satıcı mövqeyini qoruyub saxlamaq üçün qiy-
mətləri kəskin surətdə aşağı salmaq, reklam təbliğatını 
gücləndirmək, habelə digər vasitələrdən də istifadə edirlər. 
Xalis inhisarın xüsusi bir forması kimi səciyyələnən 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin