Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə98/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   160
Mikroiqtisadiyyat (1)

Əmək birjaları, 
dünya ölkələrinin təsərrüfat həya-
tında XIX əsrin əvvəllərindən meydana çıxaraq fəaliyyətə 
başlamışdır. Bu birjaların fəaliyyətinin əsas məqsədi, iş 
axtaran adamların öz ixtisas, peşə və arzusuna uyğun 
müvafiq iş yeri ilə təmin etməkdən ibarətdir. 
Əmək birjaları eyni zamanda obyektiv və subyektiv 
səbəblər üzündən öz iş yerlərini dəyişmək istəyənlərə, 
peşə və ixtisaslarını təkmilləşdirmək arzusunda olanlara, 
həyatın və istehsalın tələbini ödəmək üçün yeni sənətlərə 
yiyələnməyə həvəs göstərənlərə şərait yaradır, habelə on-
lara müəyyən müddətə sosial yardım göstərir. 
ABŞ-da işsizlərə 26-47 həftə ərzində, Yaponiyada 
12-52 həftə ərzində onun əmək haqqının 50-80 faizi həc-
mində müavinət ödənilir. Dünyanın başqa ölkələrində də 
dövlət, qeyri-dövlət və bir sıra humanitar təşkilatlar işsiz-
lərə iş yeri tapmaqda, habelə maddi yardım almaqda kö-
mək göstərirlər. Azərbaycanda da əhalinin Məşğulluq 
Mərkəzi və onun yerlərdəki idarələri bu istiqamətdə fəa-
liyyət göstərirlər. 
Qeyd etmək lazımdır ki, müasir birjaların tarixi yar-


182 
markalar (hər il keçirilən bazar) və auksionlarla (hərrac-
larla) başlanmışdır. Dünyada ilk birja – 1531-ci ildə Ni-
derlandın (Hollandiya) Antiverpen şəhərində təşkil olun-
muşdur. Sonralar, 1566-cı ildə bu cür birja Londonda, 
1703-cü ildə Sankt-Peterburqda, 1792-ci ildə Nyu-York-
da, 1887-ci ildə Bakıda açılmışdır. Hazırda Azərbaycan 
Respublikasında rəsmi qeydiyyatdan keçmiş bir sıra birja-
lar fəaliyyət göstərməkdədir. 
Ümumiləşdirilmiş şəkildə qeyd etmək lazımdır ki, 
bazar infrastrukturunun tərkibinə aşağıdakılar daxil edilir: 
- Əmtəə (xidmət), kapital (fond, valyuta), əmək bir-
jaları; 
- Auksion (hərrac) və yarmarkalar («illik bazar»); 
- Kommersiya bankları və kredit sistemi; 
- Əhalinin məşğulluğu ilə əlaqədar müvafiq mərkəz-
lər və onların yerli idarələri; 
- Rabitə və məlumat təşkilatları; 
- Vergi orqanları; 
- Sığorta təşkilatları, agentlikləri; 
- Lizinq xidməti; 
- Reklam agentlikləri; 
- Ticarət palatası; 
- Gömrük sistemi idarələri; 
- Keyfiyyətə nəzarət edən orqanları; 
- İstehlakçıların mənafeyini qoruyan təşkilatlar, qu-
rumlar; 
- Auditor palatası və xidməti; 
- Məsləhət və hüquq xidməti qurumları; 
- Sahibkarlığa kömək göstərən dövlət və ictimai 
fondlar; 
- Antiinhisar qurumları və təşkilatları; 


183 
- Kadr hazırlığı ilə məşğul olan ali və orta iqtisadi 
təhsil məktəbləri; 
- Sərbəst (azad) iqtisadi zonalar. 
Kompleks halda bazar münasibətlərinin formalaş-
masına xidmət göstərən bu infrastrukturun vəzifələrinə 
daxildir: a) bazar iqtisadiyyatı subyektləri və iştirakçıların 
maraqlarına xidmət göstərmək; b) bazar iştirakçılarının 
apardıqları müxtəlif əməliyyatların hüquqi və iqtisadi rəs-
miləşdirilməsini asanlaşdırmaq; c) ölkədə real bazar mü-
nasibətlərinin formalaşdırılmasına hərtərəfli yardım gös-
tərmək. 
Xüsusi və qarışıq mülkiyyət, azad və sərbəst sahib-
karlıq fəaliyyəti, yerli kapital və xarici investisiyalardan 
bacarıqla faydalanmaq əsasında formalaşan bazar iqtisa-
diyyatı, hələlik bəşəriyyətin kəşf etdiyi ən optimal iqtisadi 
sistemdir. 
Bazar sistemi, bütövlükdə daxili və xarici bazarların 
vəhdətini nəzərdə tutur. Real həyatda rastlaşdığımız müx-
təlif bazar tiplərini aşağıdakı kimi qruplaşdırmaq olar: 
-

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin