179
İnfrastrukturun mühüm
xüsusiyyət və cəhətlərindən
biri, onun fərdi deyil, ictimai
yaxud kollektiv tələbləri
ödəməsidir.
Konkret olaraq, bazar infrastrukturu dedikdə,
iqtisa-
diyyatın müstəqil qurulusu kimi fəaliyyət göstərən bir
anlayış başa düşülməlidir. Deməli,
bazar infrastrukturu,
iqtisadiyyatın ümumi quruluşunun bazar sisteminə xidmət
edən və onun normal fəaliyyəti üçün zəruri şərait yaradan
bir tərkib hissəsidir.
Bazar infrastrukturunun ən vacib tərkib hissələri
kimi
əmtəə, fond, valyuta və əmək birjalarını, lizinq
kompaniyalarını, bankları, aksionları, yarmarkaları
göstərmək olar.
Əmtəə birjaları –
müxtəlif
əmtəələrin yaxud əmtəə
qruplarının reallaşdırılması işində vasitəçilik rolunu oyna-
yır. Əmtəə birjalarında ticarət əməliyyatları, onun ümumi
yığıncağında qəbul olunmuş, razılaşdırılmış ticarət qayda-
larına uyğun aparılır.
Adətən birjalarda alqı-satqı əməliyyatları buranın
üzvü olub, vasitəçi rolunu yerinə yetirən xüsusi brokerlər
və dilerlər tərəfindən həyata keçirilir.
Dostları ilə paylaş: