Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə97/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   160
Mikroiqtisadiyyat (1)

Broker – 
birjada vasitəçilik rolunu yerinə yetirən 
şəxsdir. O, birjalarda ona almaq və satmaq tapşırığını 
vermiş başqa bir şəxsin adından hərəkət edir. Məhz ona 
tapşırıq vermiş adamın iradəsini həyata keçirən brokerin 
fəaliyyətini, həmin şəxs maliyyələşdirir. Eyni zamanda 
broker öz vasitəçilik fəaliyyətinə görə müəyyən gəlir 
(brokerc) əldə edir. 
Diler 
isə birjalarda şəxsən öz adından, yaxud hər 
hansı bir şirkətin təmsilçisi kimi fəaliyyət göstərir. Diler 
yalnız birjada alıb-satmaqla deyil, həm də aldıqlarını sax-


180 
layıb, müəyyən vaxtdan sonra daha baha qiymətə satmaqla 
da məşğul olur. 
Qeyd edək ki, birjalarda fəaliyyət göstərmək üçün 
orada yer almaq lazımdır. Bu yerlərin sayı isə məhduddur. 
Məsələn, dünyanın ən nüfuzlu birjalarından sayılan Nyu-
York birjasında 1. 366 yer vardır. Ona görə də tələb və 
təkliflə bağlı, bu birjadakı yerlərin qiyməti dəyişir. 
Əmtəə birjasında müxtəlif əməliyyatlar, o cümlədən 
ticarət sövdələşmələri bağlayanlar arasında vasitəçilik 
etmək, satışa çıxarılan məhsulların keyfiyyətini yoxlamaq, 
ticarət mübahisələrini həll etmək, istehsalın həcmi, məhsu-
lun qiyməti, onun xüsusiyyətləri haqqında reklam məlu-
matları yaymaq həyata keçirilir. 
Fond 
birjaları qiymətli kağızların, müxtəlif səhmdar 
cəmiyyətləri səhmlərinin, özəlləşdirmə payları çeklərinin 
və sairənin alqı-satqısının sərbəst surətdə həyata keçiril-
diyi bazardır. 
Müasir dünyada 200-dən artıq fond birjası fəaliyyət 
göstərərək, hər gün yüz milyardlarla dollar məbləğində 
alqı-satqı əməliyyatlarını həyata keçirirlər. Bu fond birja-
ları arasında Nyu-York, London, Paris, Poma, Tokio, Sin-
qapur, Frankfurt, Moskva, Sankt-Peterburq, Şanxay şəhər-
ləri bütün dünyada məşhurdur. 
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 
fond birjaları, qiymətli kağızların normal tədavülü, onların 
məzənnəsinin (kursunun) müəyyən edilməsi, birja iştirak-
çılarının fəaliyyəti üçün əlverişli şərait yaradılması kimi 
vəzifələri həyata keçirirlər.
Fond birjaları, iqtisadiyyatın müəyyən yeni və pers-
pektivli sahələrinin inkişafı üçün zəruri olan maliyyə və-
saitlərinin səhmlər vasitəsilə həmin məqsədlər üçün səfər-


181 
bər olunması işində də olduqca mühüm rol oynayırlar. 
Qeyd etmək lazımdır ki, fond birjalarında qiymətli 
kağızların alqı-satqısı, orada hökm sürən tələb və təklifin 
təsiri altında dəyişən müəyyən birja məzənnəsi (kursu) 
əsasında baş verir. Bu məzənnənin səviyyəsinə isə məntiqi 
təbii surətdə, qiymətli kağızlardan götürülən gəlirin, 
yaxud dividentin, habelə bankların kreditlər üzrə borc 
faizinin həcmi öz təsirini göstərir. 
Təsadüfü deyildir ki, müasir bazar iqtisadiyyatı 
şəraitində fond birjaları iqtisadi sistemin əsas hərəkətverici 
qüvvələrindən biri və onun barometri sayılır. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin