176
məhsulun, yaxud göstərdiyi xidmətin qiymətinin alıcılar
tərəfindən necə qarşılanacağı, şübhəsiz müəyyən problem-
lərlə bağlıdır. Alıcının yeni məhsullardan istifadəsi, xid-
mətlərə alışması, bazar qiymətləri ilə razılaşaraq həmin
əmtəə-xidmətləri seçməsi o qədər də asanlıqla getmir.
Eyni zamanda, ölkə əhalisinin gəlirlərinin artması və
həyat səviyyəsinin yüksəldilməsi məqsədilə dövlət, habelə
hakimiyyət orqanlarının həyat keçirdikləri sosial tədbirlə-
rin, məsələn ünvanlı güzəştlərin, vergi dərəcələrinin aşağı
salınmasının, yardımların, subsidiyaların elmi təhlilə, daha
sanballı əməli tövsiyələr hazırlanmasına ehtiyac vardır.
Ümumiyyətlə alıcı davranışı yaxud istehlakçı rəftarı:
a)alıcıya həmişə seçim üstünlüyü hüququ verilməsi;
b)onun imkan və büdcə məhdudiyyətləri ilə qarşılaşması;
c)seçim qərarı verməsi kimi 3 mərhələni əhatə edir.
İqtisadi nəzəriyyədə istehlakçı
xərclərini müxtəlif
variantlar üzrə səciyyələndirən
büdcə məhdudluğu, büd-
cə xətti və etinasızlıq, yaxud fərqsizlik əyrisi
anlayışları
vardır.
Büdcə məhdudluğu – istehlakçının gəlirlərindən for-
malaşan büdcəsinin onun faydalandığı əmtəə-xidmətlərə
xərclədiyi məbləğə bərabər deməkdir.
Büdcə xətti – istehlakçının müəyyən məbləğ pula,
müxtəlif əmtəə - xidmətlər dəsti seçib almaq imkanıdır.
Etinasızlıq yaxud fasiləsizlik əyrisi – bazar qiymət-
lərini nəzərə almaqla istehlakçını eyni dərəcədə razı salan
əmtəə - xidmətlər dəstini göstərir.
Ölkədə istehlakçıların ödəniş qabiliyyətli alıcılıq sə-
viyyəsinə, onların davranışına ən çox təsir göstərən gəlir-
ləri və bazarda müxtəlif təyinatlı məhsulların - xidmətlərin
qiymətləridir. Lakin bu
iki mühüm əhəmiyyət kəsb edib,
177
istehlakçının davranış və rəftarına güclü təsir göstərən
amillərlə yanaşı, ilk baxışda o qədər də nəzərə çarpmayan
bir sıra elə cəhətlər də vardır ki, onları kənara atmaq
mümkün deyildir.
İstehlakçıların yaşadıqları coğrafi mühit, ölkənin tə-
bii iqlim şəraiti, milli adət-ənənə xüsusiyyətləri, ailə tərbi-
yəsi, təhsili, yaşı, cinsi, hansı
sosial təbəqəyə mənsub ol-
ması, şübhəsiz onların bazar subyekti və alqı-satqı müna-
sibətlərinin iştirakçısı kimi davranış mədəniyyətlərinə, rəf-
tarlarına, zövqlərinə təsir göstərir.
Mütəxəssislərin və iqtisadçıların fikrincə, müasir
dövrdə istehlakçı zövqünün formalaşmasına bilavasitə,
yaxud dolayı yollarla təsir göstərən amillər qrupu sıra-
sında aşağıdakıları qeyd etmək zəruridir:
-
əmtəə və xidmətlərin keyfiyyəti,
ekoloji təmizliyi,
insan orqanizmi üçün təhlükəsizliyi;
-
dəb və yeni moda dəyişikliklərinə uyğunlaşmaq
psixologiyasının təsiri;
-
müxtəlif reklam vasitələrinin məqsədyönlü və fasi-
ləsiz təbliğatı;
-
istehlakçıların peşə-sənət və təhsil səviyyəsində baş
verən dəyişikliklər;
-
istehlakçıların dəyişən yaş və cins xüsusiyyətləri ilə
bağlı
problemlər;
-
istehlakçıların ailə tərbiyəsi, mədəni səviyyəsi və
zövqlərinin formalaşması;
-
yaşadığı ölkənin milli adət-ənənələri və mentaliteti;
-
işləyib fəaliyyət göstərdiyi şirkət və təşkilatın psi-
xoloji mühit xüsusiyyətləri;
-
istehlakçının mənsub
olduğu ictimai təbəqənin
qayda və davranış qaydaları;
178
-
ailə üzvlərinin, dost-tanışların, yaxın adamların rəy
və məsləhətləri;
-
kreditə mal satışının təşkili və onun istehlakçı üçün
əlverişli şərtləri;
-
istehlakçını həvəsləndirən rəğbətləndirici tədbirlər
sistemindən geniş faydalanması.
Yuxarıda göstərilən amillərin kompleks şəkildə, ya-
xud qismən istehlakçının gəliri və bazardakı qiymətlərlə
qarşılıqlı əlaqədə təsiri, alıcıların davranışı, habelə rəftarı-
nın formalaşmasının əsasında durur. Zaman, yaş, yeni dəb
və modalar
bu prosesdə müəyyən təbii, qanunauyğun də-
yişikliklər yaratsa da, istehlakçı gəliri və qiymətlərin sə-
viyyəsi, habelə insanların zövqü, mədəni yüksəlişi mühüm
amillər kimi öz təsirini həmişə göstərir.
Dostları ilə paylaş: