Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə92/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   160
Mikroiqtisadiyyat (1)

elastiklik vahi-
di,
yaxud 
vahid elastiklik
anlayışından istifadə olunur. 
Vahid elastiklik dedikdə, qiymətin azalması səviyyəsinin 
(yaxud faizinin) tələbin artması səviyyəsinə (faizinə) bəra-
bərliyi başa düşülür. Bu o deməkdir ki, qiymət 2 dəfə azal-
dıqda, tələb (satış) da 2 dəfə artmışsa bu məhsulla bağlı 
tələbin elastiklik vahidi (E=1) olacaqdır. Yaxud, təklif 2 
dəfə artdıqda, qiymət də 2 dəfə aşağı düşərsə, elastiklik 
vahidi yenə (E=1) olacaqdır. 
Elastiklik vahidindən kənarlaşma halları, yəni tələb-
təkliflə əmtəə (xidmətlər) satışından əldə olunan məbləğin 
dəyişməsi, elastiklik və qeyri – elastiklik anlayışları ilə 
izah olunur. Əgər əmtəə (xidmət) qruplarının qiymətinin 
azalması nəticəsində satışın artmasından əldə edilən gəlir, 
qiymətin azalmasından itirilən gəlirdən çox olarsa (yəni 
1
Е

), gəlir elastik adlanacaqdır. Əksinə, qiymətin aşağı 


172 
düşməsindən itirilən gəlir, bunun nəticəsində tələbin (yəni 
satışın) artmasından əldə edilən gəliri ötərsə, şübhəsiz 
tələb qeyri-elastik (E<1) olacaqdır. 
Tələbin qiymətlə bağlı elastikliyi dedikdə, məhsulun 
qiymətinin müəyyən qədər dəyişməsi nəticəsində ona olan 
tələbin hansı nisbətdə dəyişməsi başa düşülür. Bu asılılıq 
belə ifadə olunur:
П
П
:
Г
Г
Е
п
д



Burada 
Г

- tələb olunan məhsulun (xidmətin) sə-
viyyəsindəki dəyişikliyi; 
Q - ilkin tələb səviyyəsini 
П

- qiymətin dəyişmiş səviyyəsini 
P - qiymətin ilkin səviyyəsini əks etdirir. 
Deməli, E- göstərir ki, burada söhbət tələbin (d) qiy-
mətlə bağlı (p) elastikliyindən gedir. 
Təklifin qiymətlə bağlı elastikliyi aşağıdakı kimi ifa-
də olunur:
p
p
Q
Q
Е
p
s



:
Burada təklifin (s) qiymətlə bağlı (p) elastikliyi (E) 
öz əksini tapmışdır.
Qeyd edək ki, tələbin və təklifin elastikliyi arasında 
oxşarlıq vardır. Lakin fərq ondadır ki, 
Г

birinci halda 
alıcı tərəfindən tələb edilən məhsulun səviyyəsindəki dəyi-
şikliyi; ikinci halda isə satıcılar tərəfindən təklif olunan 
məhsulun səviyyəsindəki dəyişikliyi göstərir. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin