147
biri olması barədəki fikirlər şairin əsərlərinin ideya-bədii xüsusiyyətlərinə əsasən
formalaşan müddəalar kimi diqqəti çəkir. Akademik İ.Həbibbəyli yazır:
”Aşıq
ədəbiyyatı üstündə köklənən Zəlimxan Yaqub hətta ədəbiyyatımızda ilk dəfə olaraq
ayrı-ayrı saz havalarına onların ruhuna uyğun olan şeirlər də yazmışdır”
[92, s.389].
Şairin “Saz” poeması, həmçinin ustad Aşıq Ələsgərə, Aşıq Əmraha,
Dədə Şəmşirə,
Kamandara ünvanladığı şeirlər barədəki təhlillər və bu kontekstdə verilən qiymət də
elmi-ədəbi tutumu ilə seçilir. Z.Yaqubun qoşmaları, dodaqdəyməz təcnisləri,
deyişmələri də onun uğurlu yaradıcılıq axtarışları kimi təhlil olunmuşdur. Bütün
bunlar şairin xalq yaradıcılığına tükənməz sədaqəti ilə yanaşı, ondan yaradıcı şəkildə
bəhrələnmək bacarığını da açıq-aydın göstərir.
Alim yazır ki, zəngin şifahi söz sənəti ilə yanaşı, yazılı ədəbiyyatımızın bir sıra
tanınmış simalarının poetik aləminin inciləri də şairin yaradıcılığına müvafiq təsir
göstərmişdir. Bu baxımdan S.Vurğun, M.Araz, H.Arif, X.R.Ulutürk yaradıcılığı ilə
Z.Yaqub poeziyası arasında aparılan müqayisəli elmi təhlillər bir sıra əhəmiyyətli
məqamları, oxşar və fərqli cəhətləri üzə çıxarmışdır. Məsələn, məqalədə oxuyuruq:
“Zəlimxan Yaqub xalq şairi Məmməd Araz şeirlərindəki lirik-fəlsəfi ümumiləş-
dirmələri konkret hadisəyə və şəxsiyyətə, məlum məkana və zamana aid etməklə
orijinallıq qazanır”
[92, s.393]. Z.Yaqub yaradıcılığı ilə onun bəhrələndiyi Hüseyn
Arif poeziyası arasındakı müqayisəli təhlillər də ciddi elmi arqumentlərə əsaslanır.
İ.Həbibbəyli yazır ki, yaradıcılığının ruhu etibarı ilə Zəlimxan Yaqub xalq şairi
Hüseyn Arifin sənət ənənələrinin əsas davametdiricisi və daşıyıcısıdır. Alim fərqlərə
də diqqət yönəldərək nəzərə çatdırır ki, H.Arifdə tərənnüm, Z.Yaqubda poetik
təqdimat aparıcıdır. Z.Yaqubun poetik təqdimatında tərənnüm H.Arifdən fərqli olaraq
ümumi yox, daha çox konkretdir. Onun şeirlərində ümumiyə yox, konkret obyektə,
xüsusiyə poetik münasibət üstünlük təşkil edir.
Zəlimxan Yaqubun “Yunis İmrə dastanı”, “Göyçə dərdi” poemalarının
ideyabədii xüsusiyyətləri də məqalədə müfəssəl şəkildə araşdırılmışdır. Bu
poemalarda lirizmin epik təsviri üstələməsi, təsirli həyati detalların, düşünülmüş
hadisələrin, obrazların varlığı da təhlillərdə öz qiymətini almışdır.
148
İ.Həbibbəyli şairin poeziyasındakı dərin vətəndaşlıq qayəsini,
ictimai-siyasi
yetkinliyi də müsbət qiymətləndirmiş, bunu əsl xalq şairi olan müəllifin poetik
məramnaməsi kimi mənalandırmışdır. Xüsusən müstəqil Azərbaycanın xilaskarı və
qurucusu, ulu öndər Heydər Əliyevə həsr olunmuş “Allahım, mənə bir ağsaqqal
yetir” və “Sən qalib gələcəksən” şeirləri “Azərbaycanın xilası, müstəqilliyimizin
qorunması, milli qurtuluş mövzusunda qələmə alınmış sənət əsərlərinin ilk və kamil
manifestləri” [92, s.394-395] sırasında özünün layiqli elmi qiymətini almışdır. Belə
nümunələrdə şair sadəcə özünün düşüncələrini ifadə etməklə qalmayıb, “ictimai
mühitə və ədəbi fikrə ton, istiqamət vermişdir”.
Ümumiyyətlə, İsa Həbibbəylinin müasir ədəbiyyatımızın bir sıra tanınmış
nümayəndələrinin yaradıcılığına həsr olunmuş əsərlərində
müasir ədəbi prosesə
elminəzəri baxış, analitik təhlillər, mükəmməl ümumiləşdirmələr aparıcı mövqedədir.
Akademik İsa Həbibbəylinin (Həbibovun) ədəbi-tənqidi məqalələrinin bir
qismi bilavasitə yeni nəşr olunmuş ədəbiyyatşünaslıq əsərlərinə və müasiri olan
tanınmış filoloq alimlərin elmi fəaliyyətinə həsr edilmişdir. Həm də İ.Həbibbəyli elə
ədəbiyyatşünaslıq əsərlərinə diqqət yetirmişdir ki, onlar çoxillik ciddi tədqiqatın
nəticəsi kimi ortaya çıxmaqla müasir elmi fikri zənginləşdirmişdir. İ.Həbibovun
1979-cu ildə yazdığı “Yaradıcılıqla şəxsiyyətin vəhdəti” məqaləsi [100] böyük
ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər Cəfərovun yetmiş illik yubileyinə
həsr olunmuşdur.
Görkəmli alimin klassik və müasir ədəbiyyatımızın yaradıcılıq
problemləri,
müxtəlif nümayəndələrinin ədəbi axtarışları barədə tədqiqatlarının unikallığını qeyd
edən İsa Həbibov onun N.Gəncəvi, M.Füzuli, M.F.Axundov, C.Məmmədquluzadə və
digərlərinə həsr olunmuş elmi əsərlərini konseptual araşdırmalar saymış, xüsusən
Nizaminin fikir dünyasına, Azərbaycan intibah ədəbiyyatına, Füzulinin mütəfəkkir
düşüncədən yoğrulmuş yaradıcılığına, Mirzə Fətəlinin ədəbi-tənqidi görüşlərinə dair
tədqiqatları müasir filologiyanın nailiyyətləri kimi qiymətləndirilmişdir. İ.Həbibbəyli
sonralar da Məmməd Cəfər müəllimin yaradıcılığına bir neçə məqalə həsr etmiş,
həmçinin onun indiyədək işıq üzü görməmiş xatirələrini, bir sıra
bədii əsərlərini də
müasir oxuculara çatdırmışdır.
149
İsa Həbibovun 1980-ci ildə yazdığı “Tənqidçinin yaradıcılıq imkanları”
məqaləsi [101] tanınmış ədəbiyyatşünas Yaşar Qarayevin Respublika Dövlət
Mükafatına təqdim olunmuş “Poeziya və nəsr” kitabı (1979) barədədir. Kitabda
toplanmış hər bir məqalənin aktual məsələlərə həsr olunduğunu dəqiqliklə
səciyyələndirən İ.Həbibbəyli həmin araşdırmaların “müasir elmi-nəzəri fikrin yüksək
tələbləri səviyyəsində” dayandığını vurğulamış, kitab müəllifinin elmi konsepsiyasını
belə xarakterizə etmişdir:
Dostları ilə paylaş: