151
müəllifi tədqiqatda 1960-70-ci illərin ədəbi prosesinin təhlili zamanı hekayə
nümunələrinə nisbətən az yer ayırıldığını, həmçinin “bədii nəsrdə konfliktə
kolliziyanın fərqləndirilməsinə ciddi fikir verilmədiyini” irad kimi nəzərə
çatdırmışdır.
İ.Həbibbəylinin ədəbiyyatşünas Vilayət Quliyev (Muxtaroğlu) ilə birgə yazdığı
“Meyar dəqiqliyi, fakt zənginliyi” resenziyasında [2] porofessor Xeyrulla Məmmədo-
vun ədəbiyyatımızın XIX əsrin sonları - XX yüzilliyin əvvəlləri dövründən söz açan
“Əkinçi”dən “Molla Nəsrəddin”ə qədər” adlı monoqrafiyası təhlil olunmuş, onun
əsas elmi məziyyətləri və yenilikləri diqqət mərkəzinə çəkilmişdir. Azərbaycan maa-
rifçi-realist ədəbiyyatının nüfuzlu tədqiqatçılarından olan X.Məmmədovun bu kita-
bında M.Şahtaxtılı, Ə.Cavanşir, E.Sultanov, N.Vəzirov, Ə.Gorani, H.X.Qaradaği,
M.T.Sidqi, G.Kəngərli, S.M.Qənizadə və digərlərinin yaradıcılıq fəaliyyətini
çoxsaylı arxiv və mətbuat materialları əsasında əhatəli şəkildə araşdırması
resenziyada yüksək qiymətləndirilmişdir:
Dostları ilə paylaş: