ÇAYLARIN HİDROLOGİYASI
5.1. ÇAYLAR VƏ ONLARIN TİPLƏRİ
Çay
, öz sutoplayıсı sahəsinə düşən atmosfer yağıntıları ilə qidalanan və özünün
əmələ gətirdiyi aydın seçilən məсraya malik nisbətən böyük ölçülü su axarıdır.
Adətən sutoplayıсı sahəsi 50
km
2
-dən böyük olan suaxarlar çay sayılır. Lakin bu
çox şərti yanaşmadır.
Çaylar daimi suaxarlardır, yəni bütün il boyu məcrada su olur və o, hərəkət edir.
Bəzi çaylar ilin müəyyən bir dövründə quruyur və ya donurlar.
Yer kürəsinin bütün çaylarında eyni vaxtda 2115
km
3
su olur və bu hidrosfer
sularının cəmi 0,0002%-ni təşkil edir. Çaylar qlobal su dövranının materik və
okean hissələrini əlaqələndirir.
Tanınmış rus iqlimşünası A.İ.Voyeykova görə “çaylar iqlimin məhsuludur”,
yəni çayların axımı və rejiminin formalaşmasında iqlim amilləri əsas rol oynayır.
Lakin təbii mühitin digər komponentləri (relyef, torpaq və bitki örtüyü, geoloji qu-
ruluş və s.), həmçinin insanın təsərrüfat fəaliyyəti də çayların axımına və rejim
xüsusiyyətlərinə təsir göstərir.
Çayların müxtəlif əlamətlərinə görə təsnifatları məlumdur.
Sutoplayıcının sahəsinə görə çaylar üç tipə bölünür:
böyük çaylar, F ≥ 50000
km
2
;
orta çaylar, 2000≤ F<50000
km
2
;
kiçik çaylar, 50km
2
.
Böyük çayın
hövzəsi, adətən bir neçə coğrafi zonada yerləşir. Belə çayın rejimi
hər bir coğrafi zona çaylarının rejimindən fərqlənir və buna görə də polizonaldır.
Orta çayın
hövzəsi eyni bir coğrafi zona daxilində olur və bu səbəbdən o, zonal
rejimlidir.
Kiçik çayın
hövzəsi də yalnız cografi zona daxilində yerləşir. Lakin yerli
amillərin (geoloji quruluş, göllər və s.) təsiri nəticəsində belə çayın rejimi, coğrafi
zonanın orta çaylarının rejimindən fərqlənir və azonal olur.
Çay axımının formalaşmasında qar, yağış, buzlaq və yeraltı suların payından
asılı olaraq, çaylar qida mənbələrinə görə müxtəlif tiplərə bölünürlər.
Su rejiminə, yəni axımın il daxili paylanma xarakterinə görə çaylar üç əsas
qrupa bölünür: yazda gursulu çaylar, ilin isti dövründə gursulu çaylar və daşqın
rejimli çaylar.
Axma şəraitinə görə də çaylar üç qrupda birləşdirilir: dağ çayları; düzənlik
çayları və dağətəyi çaylar.
Dağ çayları
üçün
Frud ədədi
(bax bölmə 5.7.1) 1-dən
böyük,
düzənlik çayları
üçün 0,1-dən kiçik,
dağətəyi çaylar
üçün isə 0,1-1,0
arasında olur. Beləliklə, dağ çaylarında suyun hərəkət xarakteri coşqun,
qalanlarında isə sakit olur.
Məcranın dayanıqlığına görə dayanıqlı və dayanıqsız çaylar, buz rejiminə görə
donan və donmayan çaylar ayrılır.
50000>
Dostları ilə paylaş: |