İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
#16009
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

Sonuç 

İbn Haldun’un asabiyet kavramını incelediğimizde söz konusu kavramda bir 

toplumun veya grubun, kendisiyle dikey ilişkilerine, yani kendi geçmişiyle ilişki-

lerine dayanan bir boyutun olduğunu görüyoruz. İbn Haldun asabiyet kavramında bu 

boyuta büyük önem vermesine rağmen, söz konusu boyut bugüne kadar yeteri kadar 

incelenmemiştir. Asabiyetin dikey boyutu dediğimiz bu özelliği, son dönemlerde 

sosyal bilimlerin üzerine yoğunlaştığı «kolektif hafıza» kavramıyla önemli 

benzerlikler içermektedir. Asabiyet kavramı tüm özelikleriyle bir bütün teşkil etse de, 

kavramın analizi amacıyla onun farklı boyutları üzerinde durmak kavramın yeni 

özelliklerini keşfetmemize yardımcı olmaktadır. Dolayısıyla asabiyet kavramının 

dikey boyutunu «kolektif hafıza» kavramı bağlamında tekrar okumak da bize 

asabiyet kavramının farklı boyutlarını keşfetmek için yeni imkanlar sunmaktadır.  

Bir toplumda veya grupta asabiyetin mevcut olabilmesi için o grubun kendi 

geçmişiyle ilişkilerinin ve geçmişine yönelik tasavvurlarının ne kadar etkili olduğu, 

asabiyet kavramının dikey boyutunun anlaşılmasıyla mümkündür. Ayrıca dikey 

boyutta gerçekleşen değişimlerin, grubun yatay ilişkilerini, diğer bir ifade ile 

dayanışma ve yardımlaşma gibi cemaat arası ilişkileri nasıl etkilediğini de dikey 

boyutun analiziyle anlayabiliyoruz. Aynı zamanda, modern sosyal bilimlerde 

«kolektif hafıza»yla  iktidar arasındaki ilişkilerin niteliğini ortaya koyan çalışmalar, 

İbn Haldun’un mülk ve asabiyet arasında kurduğu ilişkiyi daha iyi anlamamız 

açısından önemli açılımlar sunmaktadır.   

 

 



                                                 

26

 Mukaddime, s. 455. 



27

 Karşılaştır: Assmann, Kültürel Bellek, s. 54. 



Behram Hasanov 

208


 

KAYNAKÇA 

 

Arslan, Ahmet, İbni Haldun, Vadi Yayınları:İstanbul, 2000. 

Assman, Jan, Kültürel Bellek,  Eski Yüksek Kültürlerde Yazı, Hatırlama ve 

Politik Kimlik, (çev. Ayşe Tekin), Ayrıntı Yayınları: İstanbul, 2001. 

Assmann, Jan, “Collective Memory and Cultural Identıty”,  New German 



Critique, No. 65, Cultural History/Cultural Studies. (Spring - Summer, 1995), s. 125-

133. 


Görgün, Tahisn, “Tarih ve Toplum Araştırmalarında Bir Yöntem Kaynağı 

Olarak Klasik Metafizik: Fahreddin er-Razi Ekolü ve İbn Haldun”, İslam 



Araştırmaları Dergisi, sayı 17, 2007, s. 49-78. 

Günay, Ünver, “İslam Dünyasında Bir Din Sosyolojisi Öncüsü: İbn Haldun 

(1332-1406)”,  Atatürk Üniversitesi İlahiyat Fakültesi Dergisi, 6. sayı, 1986, s. 63-

104. 


Halbwachs, Maurice, On Collective Memory, (edit. Lewis A. Coser), The 

University of Chicago Press: London, 1992. 

İbn Haldun, Mukaddime,  (trc. Süleyman Uludağ), Dergah Yayınları:  İstanbul 

1988 


İbn Khaldun, The Muqaddimah, (arapçadan ingilizceye çevire Frans Rosenthal), 

Routledge anf Kegan Paul: London, 1967 

Kayapınar, Akif, “İbn Haldun’da Asabiyet”, Geçmişten Geleceğe  İbn Haldun: 

Vefatının 600. Yılında Ibn Haldun’u Yeniden Okumak,İslam Araştırmaları Merkezi, 

Sempozyumlar Dizisi, İstanbul, Haziran, 2006, s. 163-182. 

Meriç, Cemil, “Kendi Semasında Tek Yıldız-I”,  Fikirde ve Sanatta Hareket, 

sayı. 100, (Nisan 1974), s. 32-36 

Meriç, Cemil, "Kendi Semasında Tek Yıldız-II",  Fikirde ve Sanatta Hareket, 

sayı. 101, (Mayıs 1974), s. 8-18. 



 

 

İbn Haldun’un Asabiyet Kavramında “Kolektif Hafıza” Boyutu 

209


 

ÖZET 

 

İbn Haldun’un toplum teorisinde merkezî bir konuma sahip olan asabiyet 



kavramı Mukaddime araştırmacılarının bugüne kadar üzerinde en fazla durduğu 

kavramlardan biridir. Araştırmacılar asabiyet kavramını genellikle “sosyal 

dayanışma”, “dayanışma duygusu” vb. kavramlarla tanımlamaya ve karşılamaya 

çalışmışlardır. Fakat söz konusu kavramlar asabiyet kavramının anlamını 

Mukaddime’de kullanılandan daha dar bir çerçeveye hapsederken, İbn Haldun’un 

toplum teorisinin açıklama gücünü de kısıtlamaktadır.  

Son dönemlerde toplum bilimlerinde sıkça kullanılmaya başlayan “kolektif 

hafıza” kavramı “asabiyet”in bu güne kadar üzerinde fazla durulmayan boyutlarını 

ortaya çıkarma açısından önemli imkânlar açmaktadır. Bunun yanında, “kolektıf 

hafıza” kavramı asabiyet kavramının İbn Haldun’un genel toplum teorisiyle daha iyi 

bir bağlantısının kurulması imkânını sağlayarak söz konusu teorinin açıklama 

gücünün daha kapsamlı bir şekilde ortaya çıkarılmasını sağlar.  

 

 

ABSTRACT 

 

The notion of asabiyya which has central position in the social theory of Ibn 



Khaldun, is one of the overemphasized concepts of “Muqaddimah”. Researchers 

have generally defined and met asabiyya through the concepts like “social solidarity” 

and “feeling of solidarity”. However, these concepts constrict the original meaning 

of asabiyya and the explanatory power of  Ibn Khaldun`s social theory.  

On one hand, the notion of “collective memory”, which is one of the widely 

used concept in social sciences in recent years, enables revealing the ignored 

dimensions of the concept of asabiyya. On the other hand, the concept of “collective 

memory” provides opportunity for exposing of the explanatory power of Ibn 

Khaldun`s social theory through connecting much better the notion of asabiyya with 

the  above-mentioned social theory. 

 

 

 

 


Behram Hasanov 

210


 

РЕЗЮМЕ 

 

Находящийся в центре теории общества Ибн Халдуна концепция «асабия» 



является  по  сегодняшний  день  одним  из  значительных  концепции 

исследователей  «мукаддима».  Исследователи  часто  пытались  определить  и 

компенсировать концепцию «асабия» с понятиями «социальная солидарность», 

«чувство  солидарности»  и  так  далее.  Но  данные  понятия  ограничили  смысл 

концепции  «асабия»  в  узких 

рамках,


  чем  она  на  самом  деле  является  в 

Мукаддиме,  а  также  ограничили  объяснительную  силу  теории  общества  Ибн 

Халдуна. 

Понятие 


«коллективной 

памяти», 

которое 

получило 

широкую 

популярность  в  социальных  науках  в  последные  годы,  открыло  широкие 

возможности в плане раскрытия минорных аспектов «асабии» до сегодняшнего 

дня.  Кроме  того,  понятие  «коллективная  память»  обеспечивает  возможность 

установления наилучшего соединения 

концепции «асабия» с теорией общества 

Ибн Халдуна в  общих чертах, вместе  с  тем 

обеспечивает  более комплексного 

раскрытия 

этой теории.

 

 

 



 

Çapa tövsiyə etdi: i.f.d. A.M.Şirinov 

Əl-Qəzali və Artur Şopenhauer əsrləri keçən paralellər 

211


 

 

ƏL-QƏZALİ VƏ ARTUR ŞOPENHAUER  

ƏSRLƏRİ KEÇƏN PARALELLƏR 

 

Ç.C.Məmmədova 

BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq 

         kafedrasının doktorantı 

 

 



Açar sözlər:  əl-Qəzali, Artur Şopenhauer, paralellər, metafizika, İslam, iradə, 

təsəvvür, əzab. 

Key words: Al-Ghazali, Arthur Schopenhauer, parallels, metaphysics, Islam, 

will, representation, suffering.   

Ключевые слова: Аль-Газали, Артур Шопенгауэр, параллели, метафизика, 

Ислам, воля, представление, страдание. 

 

 

“Fəlsəfi fikrin ağırlıq mərkəzi artıq neçə əsrdir ki, Avropanın ideya məkanında 

gah bu, gah da başqa ölkəyə keçsə  də,  əslində eyni bir mədəniyyətin kontekstində 

fırlanmaqdadır. Düzdür, son əsrdə ABŞ–ın   ideya məkanı da mərkəz olmaq iddiası 

ilə  rəqabətə girmişdir. Lakin  mahiyyət eynidir. Söhbət  əslində eyni bir sivilizasi-

yadan, eyni düşüncə  tərzindən və eyni bir fəlsəfi ənənədən gedir”(1,5). 

Məhz buna görə  də bu məqalədə  Şərq və ya Qərb fəlsəfəsindən yox, bu 

fəlsəfələri təmsil edən iki böyük filosofun ideyalarından danışılacaq. Ayrılıqda hər 

biri öz dövrünün məşhur simaları olmuş bu iki mütəfəkkirin araşdırma üçün 

seçilməsinin  əsas səbəbi onların yaradıcılığına, həyat tərzlərinə  və xüsusilə 

şəxsiyyətlərinə duyulan  hörmət və simpatiya hissi olub. İmam Əl-Qəzali “ən böyük 

İslam filosofu” idi (3, 75). Bunu müasir araşdırmaçı Debora Blak öz əsərlərində 

təkidlə qeyd edirdi. Bəzən araşdırmaçının hansısa sahəyə diqqət yetirməsinə illər 

gərəkdiyi halda, bəzən bu bir cümlənin köməyi ilə olur. Bizi də Əl-Qəzaliyə aparan 

yol bu cümlə ilə başlayır. Qərb aləmində bu qədər böyük marağa səbəb olmuş Şərq 

mütəffəkiri bizim üçün də  kəşf edilməlidir. Qərb alimləri daima Şərqi mənbə kimi 

istifadə edib, minlələ əsər, məqalə yaza, bizim olanı bizdən yaxşı təqdim edə bilirlər. 

İnteqrativ bir əsrdə yaşadığımız üçün biz bu praktikadan istifadə etməli, uzun illər 

gizli qalan potensiyalımızı dünyaya aşkar etməliyik.  


 Ç.C.Məmmədova 

212


Müzakirə mövzumuz olan iki mütəfəkkiri birləşdirən bir necə  məqam 

mövcuddur. Bizim əsas diqqət hədəfimiz – əzab və biliyə dair məqamlara, habelə iki 

mütəfəkkirin iradəyə verdiyi əhəmiyyət və buradan ortaya çıxan paralellərin 

analizinə yönələcək. 

Hər biri ayrı – ayrı dövr və  cəmiyyətlərdə yaşamış insanların bir–birinə çox 

bənzər fikirlər söyləməsi istər – istəməz onların eyni həqiqəti görüb, dərk etməsindən 

xəbər verir. Çünki bu eyniliyi başqa cür izah etmək mümkün deyil. Onları ayıran 

illər, məsafələr, hətta təfəkkürdə olan fərqlər eyniliyin yaranmasını  əngəlləyə bil-

mirdi. Nə idi bunun səbəbi? Bəlkə də, Platonun dediyi fikir doğru idi. Hər bir insan 

ideyalar aləmində həqiqəti görüb dərk edir, bədəninə ruh veriləndə isə bu unudulur. 

Sonra onun müdrüklüyü bu həqiqətləri yada salmağa kömək edir.  

Biz Əl-Qəzalinin və Şopenhauerin metafizikasında bu paralellərin şahidi olaca-

yıq.  Əl-Qəzalinin metafizikasını  təşkil edən iki böyük sahə mövcuddur. Bunlardan 

birincisi görünən aləm, ikincisini isə Dominion adlanan görünməyən dünyadır. 

Birinci məqamı daha ətraflı  nəzərdən keçirmək istəsək, onda burada belə bir 

ideya ilə rastlaşırıq ki, bizim yaşadığımız gündəlik həyat Allahdan yox, görünməyən 

dünyadan gələn kölgənin nəticəsidir. Kölgə dünyası görünməyən aləmdən gəlir, 

görünməyən dünya isə birbaşa Allahdan başlayır. Buradan da belə bir nəticəyə 

gəlmək olar ki, görünən dünya ikincili təsir olub, görünməyən dünyanın törəməsidir.  

Bu ideyalar bizi Şopenhauerin fikirlərinə  gətirib çıxarır. Mövcud paraleli 

göstərmək üçün böyük Alman filosofunun “Aləm iradə  və  təsəvvür kimi” əsərində 

olan bir kiçik parçanı ön plana çəkmək lazımdır.  

“Bu Mayadır, yalan örtüyü, o ölümlü insanların gözünü tutub və onlara 

mövcudluğu və mövcüdsuzluğu haqqında heç bir fikir irəli sürə bilmədiyimiz aləmi 

görməyə məcbur edir. Belə ki, o yuxuya, qum üzərinə düşən günəş şüalarının əksinə 

bənzəyir. Bu şüalar səyahət edən insanı yanıldır, ona suyun çox yaxında olduğunu 

zənn etdirir” (2, 41).  

Şopenhauer öz əsərinin bu hissəsində Maya nəzəriyyəsi ilə  şəxsi düşüncələrini 

ifadə edir. O düşüncələr ki, Heraklit, Platon və Spinoza tərəfindən əvəllər də bu və ya 

digər şəkildə təsvir olunmuşdur.  

İndi  əminliklə demək olar ki, bu iki mütəfəkkir görünən aləmi real yox, ikinci 

dərəcəli təsir kimi qəbul edib, təsvirlərini bunun əsasında qurmuşdular. 

Əl-Qəzali bir az da irəli gedərək görünməyən aləmin təzahürü olan görünən 

dünyanı izah etməyə cəhd edir. Bunun üçün o Quran ayəsinə müraciət edir: 

 “Allah  göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy 

əhlinə haqq yolu göstərən xaliqdir). Onun (Peyğəmbərimizin və möminlərin qəlbində 



Əl-Qəzali və Artur Şopenhauer əsrləri keçən paralellər 

213


olan) nuru, içində  çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir 

qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də 

qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə 

deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğduqda qaranlıqda qalsın). 

Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, 

nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş 

edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) 

insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!” (6, 380).

 

Əl-Qəzalinin fikrinə görə ayədə qeyd olunan beş  əlamət “insan qəlbinin beş 



bacarığına” uyğundur. Bu beş bacarığın izahı belədir: 

“O çıraq, taxça, qəndil, ağac və zeytun Böyük İşığın görünən hissələridir. Onlar 

isə  aşağıdakı xüsusiyyətlərə uyğundur: hisslər, təsəvvür,  əksetdirmə, rasionallıq və 

peyğəmbərlik bacarığı” (4,23). 

Bundan əlavə onu da qeyd edə bilərik ki, Əl-Qəzali üçün iman gətirən insanın 

məqsədi öz qəlbini təmizləmək idi. “Beləliklə, qəlb nə qədər çox təmizlənirsə, o bir o 

qədər çox Allah işığını qəbul edib, predmetlər haqqında həqiqi bilik əldə edir” (4,12). 

Əl-Qəzali üçün biliyin mahiyyəti  İlahi  İşığı  dərk etməklə  əlaqəlidir. Bir daha işıq 

ayəsinə qayıdıb Əl-Qəzalinin qəlb və onun beş bacarığı haqqında dediyi fikirləri şərh 

edək. Burada hisslər taxçaya bənzədilir, belə ki, ondan çıxan ocaq çoxsaylı dəliklər 

tapır. O bu dəlikləri insanın qulaq və burunu ilə müqayisə edir. Burada obraz işığı 

otağı aydınlaşdırmağa yönələn taxçanın içində olan çıraqdır. Məhz bu çıraq kimi 

bizim də  əqlimiz  ətrafımızda olan aləmi işıqlandırıb, bizim onu dərk etməyimizə 

yönəlir. 

Təsəvvür qabilliyəti çırağın qəndilinə  bənzədilir və rasional biliyin təşkilatçısı 

kimi qiymətlindirilir. Əsas ideya ondan ibarətdir ki təsəvvürün yaranması nəticəsində 

konseptual və abstrakt təfəkkür formalaşır. Qəndil yayğın olan işığı yığa bildiyi kimi 

təsəvvür də ilkin halı ilə xaotik ideyaları toplamağı bacarır.  

Ruhu  əks elətdirən qəlblər isə ocağa bənzədilir. Görünür ki Əl-Qəzalinin  əsas 

məqsədi burada əqlin və arqumentlərin istifadəsini vurğulamaqdır.  Əks etdirən ruh 

bizə düşüncə hökümlərinin artırılması və inkişaf etdirilməsi üçün imkan yaradır. 

Peyğəmbər ruhu çırağın yağı ilə eyniləşdirilir. Neft kimi peyğəmbər ruhu 

təmizliyi təcəssüm etdirir və yanmağı ilə bütün ətrafı  işığa qərq edir. Yağ öz 

mahiyyəti etibarilə olduğu maye halında qala və ya yanıb  ətrafı  işıqlandıra biləcək 

xüsusiyyətlərə malik olan mahiyyətdir. Qəlb də yağ kimidir, o ya olduğu halda qalır, 

ya da ilahi aydınlıqdan bəhrələnib ətrafı işıqlandırır. İşığın mənbəyi olan rasional ruh 

çırağın özü ilə eyniləşdirilir. Beləliklə, Əl-Qəzali peyğəmbəri aydınlıq gətirən çıraq 


 Ç.C.Məmmədova 

214


kimi təsvir edir. Onu da qeyd etmək vacibdir ki, bu rasional ruh işıqlandırdığı 

obrazların seçimini də reallaşdırır. Yəni işıqlandırma kor-koranə həyata keçirilmir. 

 Əl-Qəzali yaradıcılığında peyğəmbərin oynadığı rolu Şopenhauer dahiyə şamil 

edirdi. Dahi haqqında  Şopenhauer öz fikirlərini belə yekunlaşdırıb:  “ Dahi bahalı 

daşlar arasında qranat daşı kimidir. Digər daşlar onların üzərinə düşən işığı  əks 

elətdirdiyi halda, qranat öz işığı ilə parlayır” (7). 

Diqqətimizi çəkəcək digər bir məqam  Əl-Qəzalinin varlığı üç mərhələyə 

ayırmasında ortaya çıxır. Bu bölgü aşağıdakı kimidir: 

1.

 

Birinci - Ali mərhələni Allah tutur; 



2.

 

Aşağı pilləni isə Allahın müəyyən etdiyi maddi aləm tutur; 



3.

 

Bu iki mərhələ arasında insanlar aləmi yerləşir. Burada olan insanların 



qəlbləri isə iradə azadlığına malikdir. Allah insanlara ideyaları  və meyilləri verir, 

ancaq onların işləri iradə ilə müəyyən olunur. 

Şopenhauer iradə və onun şəxsiyyətin formalaşmasında oynadığı rolu aşağıdakı 

kimi ifadə edir. 

“Ona görə də biz hadisələr aləmini iradənin güzgüsü, onun obyekti adlandırırıq” 

(2, 446). 

Öz əsərlərində çoxlu sayda əsaslandırılmış sitatlar gətirməklə Şopenhauer bir da-

ha iradəyə verdiyi yüksək qiyməti göstərirdi. Əl-Qəzali də öz növbəsində çoxlarının 

düşündüyü kimi iradənin həlledici roluna qarşı çıxmır, əksinə onu daha da əhəmiy-

yətli edirdi.  

Bütün bu deyilənləri ümumiləşdirib fikirlərə yekun vursaq onda bu iki 

mütəfəkkir arasında olan paralellərin beş istiqamətini aşkar etmiş olarıq. Birinci, 

ümumilik ondan ibarətdir ki, hər iki filosof bu və ya digər  şəkildə özünü əzabkeş 

sayıb.  İkincisi, onlar əzablardan qurtulma zamanı obyektiv olmağa çalışıblar.  Əl-

Qəzali biliyin mahiyyətinə çatmaqda obyektivlik istədiyi halda, Şopenhauer iradədən 

azad olmaq çərçivəsində obyektivlik istəyirdi. Üçüncü, məqam Platon ideyalarının 

assimilyasiyasıdır.  Əl-Qəzali öz yaradıcılığında sfera və emanasiya nəzəriyyəsini 

işıqlandırıb,  Şopenhauer isə öz növbəsində Platonun ideya və forma anlayışlarını 

mənimsəyib. Dördüncü, ümumi məqam odur ki, hər iki mütəfəkkir biliyə çatmağın 

yolunu günlük, adi həyatın fövqünə keçməklə nail olmağın mümkünlüyünü iddia 

edirdilər. Əl-Qəzali üçün bu Allah əqli ilə görüşmək, Şopenhauer üçün isə ideyalar 

aləmi ilə tanışlıq təşkil edirdi. Beşinci və sonuncu paralel dahi və peyğəmbər 

məsələsidir. Hər iki mütəfəkkir  ən yüksək ideyalara çatanların seçilmişlər üçün 

olduğunu qəbul edirdilər.  



Əl-Qəzali və Artur Şopenhauer əsrləri keçən paralellər 

215


 Bütün bu deyilən məqamlar mövzunun əhəmiyyətini bir daha vurğulayır. Belə 

ki, komparativ yanaşmanın ən müsbət tərəfi ideyaların müxtəlif fəlsəfi sistemlər tərə-

findən eşidilməsi, sintez olunaraq yeni fikirlərin yaranmasına təkan verə bilməsidir. 

 

 



ƏDƏBİYYAT SİYAHISI 

 

1.

 



Xəlilov S.S. Şərq və Qərb: ümumbəşəri ideala doğru. Fəlsəfi etüdlər. Bakı – 

2004 


2.

 

Шопенгауэр А. «Мир как воля и представление», Минск – 2011 



3.

 

Routledge Encyclopedia of Philosophy, London – 1998 



4.

 

Al-Ghazali «The Niche of Lights», Brigham – 1998  



5.

 

Аль - Газали, «Исследование сокровенных тайн сердца 



Издательство: Ансар – 2007 

6.

 



Qurani – Kərim. Z.M. Bünyadov, V.M. Məmmədəliyev. Bakı – 2005 

7.

 



http://shoyher.narod.ru/AntolMyisli/AntolMyisl_T3.html 

8.

 



http://www.sufizm.ru/lib/gasali/ 

 

 

 

 Ç.C.Məmmədova 

216


 

XÜLASƏ 

 

Bu məqalənin  əsas məqsədi odur ki, klassik islam fəlsəfəsi paralellər 



çərçivəsində öyrənilə bilər. Buna nail olmaq üçün mən  Əl-Qəzalinin (1058-1111) 

metafizikası ilə Artur Şopenhauerin (1788-1860) estetikasını müqayisəli təhlil 

edəcəm. Bu zaman əsas qüvvə  hər iki mütəfəkkir üçün eyni olan mövzulara 

yönələcək. Bunlardan ikisi özündə  əzab və biliyə aid məqamları  cəmləyir. Bundan 

əlavə təhlil zamanı ortaya çıxacaq beş ümumi mövzu da var. 

 

 



SUMMARY 

 

The aim of this article is to show how classical islamic philosophy may be 



studied within a framework of parallels. To achieve this goal, I will bring together 

the metaphysics of Al-Ghazali (1058-1111) and the aesthetics of Arthur 

Schopenhauer (1788-1860). In comparing and contrasting Al Ghazali with 

Schopenhauer the focus will be on the underlying themes common to both thinkers. 

The two central themes involve the issues of suffering and knowledge. There are, in 

addition, five shared themes that will emerge from the analysis to follow. 

 

 

РЕЗЮМЕ 



 

Целью  данной  статьи  является  показать,  как  классическая  исламская 

философия может быть изучена в параллельных рамках. Для достижения этой 

цели, я собираюсь объединить метафизику Аль-Газали (1058-1111) и эстетика 

Артур  Шопенгауэра (1788-1860). В  сравнение  и  противопоставление  Аль-

Газали с Шопенгауэром упор будет сделан на основные темы, общие для обоих 

мыслителей.  Две  центральные  темы  включают  в  себе  вопросы  о  страдании  и 

знании. Есть пять общих тем, которые будут возникать в результате анализа. 

 

 

 



Çapa tövsiyə etdi: f.e.d. Tahirə Allahyarova 

 

Bağlılıq mərhələləri və uşağın sosiallaşması 

217


 

 

BAĞLILIQ MƏRHƏLƏLƏRİ VƏ UŞAĞIN SOSİALLAŞMASI 

 

Monteziriniya Əkbər Firidun oğlu,  



AMEA-nın Fəlsəfə, Sosiologiya və  

Hüquq İnstitutunun dissertantı 

 

 

Açar sözlər: uşaq, bağlılıq, bağlılığa təsir edən amillər, sosiallaşma. 

Keywords: the child, attachment, the factors influencing formation of 

attachment, socialization. 

Ключевые слова: ребенок, привязанность, факторы, оказывающие влияние 

на формирование привязанности, социализация. 

 

Uşaqlarda bağlılığa təsir edən amillər hansılardır? Alimlər bu sualı cavablaya-



raq,  əsasən dörd amilə diqqəti yönəldirlər: uşağın bağlanması üçün şərait, uşağa 

göstərilən qayğının keyfiyyəti, uşağın fərdi xüsusiyyətləri və uşağın ailədə vəziyyəti. 

 

1. Uşaqın bağlanması üçün fürsət  

Əgər uşaq onun qayğısına qalan fərdlə “emosional əlaqə yaratmağa  şərait” və 

imkan tapa bilməsə, nə olar? Rene Spits [1946] həyata keçirdiyi tədqiqat 

çərçivəsində müşahidə etdi ki, 3-12 aylıqda anaları tərəfindən tərk edilmiş kimsəsiz 

uşaqlar daha fərqli bir mühitdə digər uşaqlarla birlikdə (ən azı 7 uşaqla) bir dayənin 

nəzarətində olduqda onların çəkisi azalmış  və onlar ətrafdakılardan uzaqlaşmağa 

meylli olmuşdular. Onların analarını  əvəz edən daimi bir dayə olmadığı  təqdirdə 

həmin uşaqlar depressiyaya düşürdülər.  

Həmin kimsəsiz uşaqların həyəcanlanma problemi olurdu. Çünki onlar bir yaxud 

bir neçə böyük və yaşlı insanla ünsiyyətdən məhrum idilər. Tədqiqatçılar öz 

tədqiqatlarını  uşaq-dayə münasibəti daha yaxşı olan bir uşaq evində davam etdilər. 

Bu uşaqlara kitab və oyuncaq verilirdi. Lakin baxıcılar çox tez-tez dəyişirdi. Yəni hər 

uşağın orta hesabla 4.5 yaşına qədər 50 baxıcısı olurdu. Bu uşaqların bir çoxu 4 

yaşından sonra ailələrə verildikdə yeni valideynləri ilə çox yaxşı emosional əlaqə 

qura bilirdilər. Bu o deməkdir ki, uşağın valideynə bağlanması hətta 4-6 yaşında da 

ola bilər [1, s.99-118].    



 Monteziriniya Əkbər Firidun oğlu 

218


Amma bu uşaqların  əksəriyyətinin həyəcanlanma və sosial problemləri varidi. 

Məsələn, uşaqlar “böyüklərin diqqətinə”, “böyüklərlə ifrat səmimiliyə”, tanımadıq-

ları həmyaşıdları ilə səmimiliyə meylli idilər və dostluq əlaqələri zəif idi. Rumıniya-

nın kasıb vəziyyətdə olan uşaq evlərinin birində qalan körpələrdə də qeyd etdiyimiz 

problemlər müşahidə edilmişdi [2, s.791-801]. Bu nəticələr göstərir ki, uşağın 

həyatının ilk illərində yaxın emosional əlaqə yaratması və bağlanmasında onun təbii 

və normal böyüməsinin əhəmiyyətli dərəcədə təsiri var.  

 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin