BƏYLƏr aslanov qravi-KƏŞFİyyat kursu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix28.04.2017
ölçüsü2,8 Kb.
#16127
  1   2   3   4   5   6

BƏYLƏR ASLANOV 
 
 
 
 
 
QRAVİ-KƏŞFİYYAT 
KURSU 
(I hissə) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2011 

 

 
VVK83.3 AZ 
QRAVİ-KƏŞFİYYAT KURSU 
B.S.Aslanov  Bakı,  ADNA-nın  Nəşriyyatı,  2011,  132 
səhifə. 
Bu  kitab  Azərbaycanda  qravimetriya  (qravi-kəşfiyyat) 
fənni  üzrə  müstəqil  dərs  vəsaitinin  olmamasına  görə  nəşr 
olunmuşdur.  Kitabda  müəllif  mərhum  professor  Əmiraslanov 
Tanrıqulu  Sadıx  oğlunun  müzahirələrindən  bilavasitə  istifadə 
etmişdir.  Burada  qravimetriyanın  yaranması  tarixindən 
başlayaraq  ən  müasir  qravimetrik  metodlar  qısaca  olaraq  əhatə 
olunmuşdur.  Əsasən  Bakı  Dövlət  Universitetində  «geofizik-
seysmoloq»  və  Azərbaycan  Dövlət  Neft  Akademiyasında  «dağ 
mühəndisi-geofizik»  ixtisasları  üzrə  təhsil  alan  tələbələr  üçün 
nəzərdə  tutulmuşdur.  Ancaq  müəllif  əmindir  ki,  burada  qravi-
kəşfiyyat  fənninə  aid  olan  və  açıq  şərh  olunmuş  bir  çox 
izahatlar  alim  və  mütəxəsislər  arasında  geniş  oxucu  kütləsini 
özünə  cəlb  edəcək.  Hər  hansı  bir  mülahizə  üçün  müəllif 
əvvəlcədən  öz  minnətdarlığını  bildirir.  Hər  bir  məsləhət  və 
tövsüyyələri  müzakirə  etməyi  və  nəzərə  almağı  müəllif  öz 
üzərinə götürür.
   
  
 
 
 
 
   
 
 
 
 
 
 
 

 

 

 

 
Kitab geologiya-mineralogiya elmləri doktoru,  
mərhum professor Tanrıqulu Sadıx oğlu  
Əmiraslanovun əziz xatirəsinə ithaf olunuub. 
„Allah-dan gəlir Sən-ə hər yaxşılıq,  
öz ucbatından gəlir Sən-ə hər pislik…“ 
Qura’n-i Kərim, Nisə Surəsi, 79-cu a’yə.  
(mərhum akademik Ziya Bünyadovun tərcüməsindən)
 

 

Bismi-llahi-r-rahmani-r-rahim, yəni Rəhman və Rəhim 
ALLAH-ın adıyla… 
 
„MÜƏLLİM“  adı  yüksəkdir!  Bu  yüksəkliyin  əlçatmaz  zirvələri 
fəth  olunmazdır.  Həyatda  nə  qədər  çalışıb-çarpışsan  da,  nə  qədər 
uğurlar  qazansan  da  müəllimin  yeri  daima  görünür.  Onu  axtarırsan, 
istəyirsən  ki,  bu  fani  dünyanın  çeşməkeşlərindən  aldığın  həzzi  və 
iztirabı onunla bölüşəsən. 
Hər  bir  insanın  həyatında  müəllimlər  xüsusi  yer  tutur.  Ancaq 
müəllimlər  arasında  birinin  yeri  daha  müqəddəsqir,  yenilməzdir, 
əvəzolunmazdır. Ən təsirli məqam isə, qüssəli və qəmgin olsa da, həmin 
müəllimin həyatdan cavan getməsidir. Şübhəsiz bütün insanlar gec və 
ya  tez  ALLAH  dərgahına  pənah  aparır  –  ilk  və  sonuncu  dəfə...  Bu 
gedişlə də əbədi xatirələrə həkk olunurlar – Tanrıqulu müəllim kimi... 
O, çox cavan yaşında elmlər doktoru alimlik dərəcəsinə, professor elmi 
adına layiq görülmüşdü, lakin amansız ölüm onu bizdən tez apardı. 
Onun həyatdan cavan getməsinə bais olan olan iblisi mən çoxdan 
tanısam  də  heç  kəsin  mənə  inanmayacağına  görə  susurdum.  Ancaq 
əmin  idim  ki,  Tanrıqulu  müəllimin  vaxtsız  ölümünə  bais  olan,  vəzifə, 
şöhrət naminə hər cür riyakarlığa qadir bir adamın iç üzü bəlli olacaq. 
Tanrıqulu  müəllimi  fiziki  məhv  etmək  çətin  idi,  mənəvi  isə  çox 
asan.  Çünki  o  dərin  mənəviyyata  malik  şəxsiyyətdi.  Ali  və  aqil  insan 
mənəviyyatı  nə  qədər  dərin  və  zəngindirsə,  bir  o  qədər  də  incədir, 
zərifdir.  Bu  incəlik  və  zəirflik  isə  yüksək  dəqiqlikli  „astazir  olunmuş 
qravimetr“ə oxşayır – onu çalxalamaq olmaz! Çünki qravimetrin həssas 
ölçü  sisteminin  tarazlığı  kimi,  „insan  mənəviyyətınin  taraz  sistemi“ 
pozula bilər... Günahı təsdiq olunmaz məlun isə bu incəlikdən istifadə 
etdi, Tanrıqulu müəllimin mənəviyyətini möhkəm çalxaladı.., yaşamaq 
üçün yaranan insan əbədi susdu. Çox-çox əfsuslar olsun… 
 
ALLAH  TANRIQULU  MÜƏLLİMƏ 
  RƏHMƏT  ELƏSİN…
 

 

MÜNDƏRİCAT 
Səh. 
GİRİŞ.................................................................................         7 
§1. QRAVİTASİYA SAHƏSİNİN POTENSİALI ..........         8 
1.1. Ağırlıq qüvvəsi təcilinin təyin olunması  
haqqında qısa xülasə..................................................       15 
1.2. Qravi-kəşfiyyatın prinsipləri və meyarı......................       19 
1.2.1. Potensial sahənin prinsipləri.  
Nyuton cazibə qanunu...  24 
1.2.2. Yerin cazibə qüvvəsinin təcili...................................      27 
1.3. Qravitasiya potensialı və onun əsas xassələri...............     30 
1.3.1. Kəsilməzlik və müntəzəmlik......................................     37 
1.3.2. Tarazlanmış səthlər və ya qeoid səthi........................     39 
1.3.3. Tarazlanmış səthlər arasındakı məsafə......................     41 
1.3.4. Nyutonian və ya üçölçülü potensial...........................     42 
1.3.5. Loqarifmik və ya ikiölçülü potensial..........................    44 
1.4. Potensial nəzəriyyənin əsas tənlikləri............................    46 
1.5. Cazibə qüvvəsi reduksiyası (düzəlişlər).  
Normal düzəliş............................................................      49 
1.5.1. Hündürlüyə görə və ya «hava» düzəlişi.....................     52 
1.5.2. Buge düzəlişi..............................................................     54 
1.5.3. Prey düzəlişi...............................................................     56 
1.5.4. Etveş düzəlişi.............................................................     57 
1.5.5. Topoqrafiya düzəlişi..................................................     59 
1.5.6. İzostazisiya düzəlişi...................................................     60 
1.5.7. Yer səthinin qabarma-çəkilməsinə görə düzəliş........     63 
1.6. Yerin cazibə sahəsinin kainat cisimləri ilə əlaqəsi.  
Ayın hərəkətinə təsir edən qüvvə................................     70 
1.7. Anomaliyalar.................................................................     73  
§2. QRAVİMETRİYADA İSTİFADƏ OLUNAN  
CİHAZ VƏ AVADANLIQLAR....................................     75 
2.1. Cazibə qüvvəsi təcilinin mütləq ölçülməsi...................     76 
2.2. Cazibə qüvvəsi təcilinin nisbi ölçülməsi. Qravimetrlər..   77 

 

2.3. Qravimetrin sabitinin təyini..........................................     89 
§3. QRAVİMETRİK MÜŞAHİDƏ METODLARI.............     92 
3.1. Dayaq şəbəkəsi............................................................       95 
3.2. Sıravi şəbəkə................................................................      98 
3.3. Qravimetrlə dənizdə müşahidə....................................    102 
3.4. Müşahidələrin kəmiyyətcə qiymətləndirilməsi...........     106 
3.5. Anomaliyanın dəqiqliyinin hesablanması...................     108 
3.5.1. Çöl müşahidələrinə görə sıxlığın hesablanması.......     111 
3.5.2. Qravimetrik metodla sıxlığın təyin olunmasına  
şaquli qradiyentin təsiri...........................................     114 
§4. Qravitasiya sahəsinin transformasiyası........................     115 
4.1. Regional fon, lokal və qalıq anomaliyalar...................    117 
4.2. Ortalaşdırma və qrafiki metod.....................................    119 
4.3. Qalıq və üçüncü tərtib törəmə anomaliyaları..............     124 
NƏTİCƏ…………………………………………….........     130 
ƏDƏBIYYAT....................................................................     131 
 

 

GİRİŞ 
Geofizika  –  Yerin  fiziki  xüsusiyyətlərini  öyrənən  elmdir. 
İlk  dəfə  olaraq,  geofizikkanın  təkamül  tapmasını  Nyutonun 
qravitasiya 
nəzəriyyəsinin 
və 
Gilbertin 
Yer 
kürəsinin 
bütövlükdə qeyri-sabit maqnit olması ixtirası ilə bağlamaq olar. 
Dağ-mədən  və  metal  axtarışı  çox  qədim  zamana  təsadüf  edir, 
lakin  bu  sahədə  tədqiqat  işlərinin  başlanması  1556-cı  ildə 
Georgids  Aqrikolun  «De  remetallica»  traktatasının  dərc 
olunmasından başlanmışdır. Bu traktata uzun illər sivil xalqların 
dağ-mədən  işlərində  əsas  sənəd  rolunu  oynamışdır. 
Geofizikanın metal axtarışında tətbiqinin ilk addımları 1843-cü 
ildə  Fon  Frede  tərəfindən  atılmışdır.  Fon  Frede  ilk  dəfə  olaraq 
qeyd  etmişdir  ki,  Yerin  maqnit  sahəsinin  variasiyasını  ölçmək 
üçün  Lamontun  istifadə  etdiyi  maqnit  teodolitindən  filiz 
yataqlarının  axtarışında  istifadə  etmək  olar.  Ancaq  bu  ideya 
professor  Robert  Talenin  1979-cu  ildə  nəşr  etdirdiyi  «Maqnit 
üsulu  ilə  dəmir-filiz  yataqlarının  öyrənilməsi  haqqında»  kitaba 
qədər həyata keçirilməmişdir. 
İllər  keçdikcə  dünya  xalqlarının  sivilizasiyasının  geniş 
vüsət  tapması  və  Yerin  təkində  olan  təbii  sərvətlərə  insan 
tələbinin artması bir tərəfdən, Yerin başqa kainat elementləri ilə 
təmasını  öyrənmək  isə  digər  tərəfdən,  geofizika  elminin 

 

hərtərəfli  inkişafına  olan  ehtiyac  yeni  geofiziki  cihaz  və 
avadanlıqların  çox  sürətlə  istehsalına  səbəb  oldu.  XX-ci  əsrin 
ikinci  yarısında  cihaz  və  avadanlıqlar  daha  da  təkmilləşmiş  və 
istehsal artmışdır. 
Geofizikanın 
inkişafında 
elektron 
texnikasından, 
kompyuter  avadanlıqlarından,  yüksək  səviyyəli  proqramlardan 
istifadə  olunması  bu  elmin  daha  da  hərtərəfli  inkişafına  səbəb 
oldu.  Yerin  fizikasını  öyrənən  elm  riyaziyyat,  kimya,  fizika, 
astronomiya  və  s.  kimi  fundamental  elmlərlə  sıx  əlaqəli  bir 
fənnə – elmə çevrilmişdir. Artıq bu gün tam inamla demək olar 
ki,  geofizikanın  bü  günə  qədər  olan  səviyyəsinə  görə  geofizika 
geologiyanın  bir  hissəsi  yox,  tam  müstəqil  elmdir.  Şübhə 
yoxdur  ki,  geofizika  elminin  əsas  öyrənmə  obyektlərindən  biri 
bütövlükdə Yer kürəsidir. 
§1. QRAVİTASİYA SAHƏSİNİN POTENSİALI  
 
Hər 
hansı 
fiziki 
sahənin 
təsir 
qüvvələrini 
müəyyənləşdirən  və  vektorluğunu  (qradiyentliyini)  xarakterizə 
edən  gərginliyindən  başqa,  verilmiş  nöqtədə  sahənin  potensialı 
– sahəni skalyar xarakterizə edən kəmiyyət mövsuddur. 
 
Vektorial  sahələri  skalyar  xarakterizə  edən,  sahə 
qüvvələrinin  gördüyü  işlə  əlaqədar  olan  potensial  (potensial 

 
10 
Şəkil 1. Cazibə qüvvəsinin əsas 
elementləri. 
funksiyaya)  sahənin  həlledisi  güc  əlamətidir.  Vektorial  cazibə 
qüvvələrinin təsiri altında olan fəza qravitasiya sahəsi adlanır. 
Ağırlıq  qüvvəsinin  təsiri  altında 
olan  fəza  isə  ağırlıq  qüvvəsi 
sahəsi  adlanır.  Hər  iki  sahənin 
hər  bir  nöqtəsinə,  bu  sahənin 
malik  olduğu  maddi  nöqtə 
vasitəsilə 
həyata 
keçirilən 
potensial  enerjinin  müəyyən 
qiyməti  uyğundur.  Başqa  cür 
desək,  hər  hansı  vektor  sahə, 
sahənin  istənilən  maddi  nöqtəsində  vahid  yükə  xas  olan 
potensial enerji kəmiyəti ilə xarakterizə oluna bilər. İstənilən iki 
nöqtə  arasında  sahə  qüvvələrinin  gördüyü  iş,  bu  iki  nöqtə 
arasındakı  sərf  olunan  məsafənin  formasından  yox,  bu 
nöqtələrin  vəziyyətindən  (koordinatlarından)  asılıdırsa,  bu  cür 
sahə potensial sahə, sahə qüvvələri isə konservativ adlanır. 
 
Yerin  qravitasiya  sahəsi  –  gün  ərzində  fırlanma 
nəticəsində  yaranan,  ağırlıq  qüvvəsi  və  mərkəzdən  qaçma 
qüvvələrindən asılı  olan qüvvə sahəsidir; az  miqdarda Ayın və 
Günəşin, eləcə də başqa kainat elementlərinin və Yerin atmosfer 
kütləsindən  asılıdır  (şək.1).  Burada 
F
-Yerin  mərkəzinə  doğru 

 
11 
istiqamətlənmiş ağırlıq qüvvəsi, Q – mərkəzdən qaçma qüvvəsi, 
P  –  bu  iki  qüvvənin  cəmi  olan  cazibə  qüvvəsidir.  Q  – 
mərkəzdən  qaçma  qüvvəsi  Yerin  öz  oxu  və  Günəş    ətrafında 
fırlanma nəticəsində yaranır və sabit qalması (deməli təcilsizdir) 
ilə  yanaşı  ədədi  qiymətcə 
F
 qüvvəsi  ilə  müqayisədə  çox 
cüzidir.  Eyni  zamanda 



 olur.  Ona  görədə  Yer  səthində 
götürülmüş  hər  hansı  bir  nöqtədə  ağırlıq  qüvvəsinin  qiyməti 
cazibə qüvvəsinə bərabərdir, yəni 

F
Q. 
 
Yerin  qravitasiya  sahəsi  ağırlıq  qüvvəsi,  ağırlıq 
qüvvəsinin potensialı  və ağırlıq qüvvəsinin  müxtəlif törəmələri 
ilə  xarakterizə  olunur.  Potensialın  vahidi 
2
2


san
m
-dir, 
qravimetriyada  potensialın  (o  cümlədən  ağırlıq  qüvvəsinin) 
birinci  tərtib  törəməsinin  vahidi 
2
5
10



san
m
-yə  bərabər  olan 
milliqal  (mQal),  ikinci  tərtib  törəməsi  üçün  isə  – 
2
9
10



san
-yə 
bərabər  olan  etveş  (E)  qəbul  olunmuşdur.  Yerin  qravitasiya 
sahəsinin  əsas  xarakterik  qiymətləri:  dəniz  səviyyəsində  ağırlıq 
qüvvəsi  potensialının  qiyməti 
2
2
62636830


san
m
;  Yer  səthində 
ağırlıq  qüvvəsinin  orta  qiyməti 
2
2
5
10
5
,
979801




san
m
;  ağırlıq 
qüvvəsinin orta qiymətinin qütblərdən ekvatora doğru azalması 
2
2
5
10
5200




san
m
(o  cümlədən 
2
2
5
10
3400




san
m
Yerin  gün 
ərzində  fırlanması  hesabına);  Yer  səthində  ağırlıq  qüvvəsinin 
maksimal  anomaliya  qiyməti 
2
2
5
10
660




san
m
;  ağırlıq 

 
12 
qüvvəsinin  normal  şaquli  qradiyenti 
m
mqal
3086
,
0
;  və  s.  Ağırlıq 
qüvvəsinin  ikinci  tərtib  törəməsi  qravitasiya  qradiontometri  və 
ya variometrlə ölçülür. 
Ağırlıq  qüvvəsi  sahəsinin  potensiallığı  o  deməkdir  ki, 
qarşılıqlı  cazibədə  olan  bir  cüt  maddi  yükə  potensial  enerji 
vermək olar və yüklərin qapalı kontur boyunca hərəkəti zamanı 
bu  enerji  sərf  olunmayacaqdır.  Ağırlıq  qüvvəsinin  potensiallığı 
kinetik  və  potensial  enerjinin  cəminin  qorunub  saxlanması 
qanunundan  irəli  gəlir  və  bu  cür  sahədə  cisimlərin  hərəkətinin 
öyrənilməsi  zamanı  məsələni  xeyli  asanlaşdırır.  Nyuton 
mexanikası  çərçivəsində  qarşılıqlı  cazibə  uzağa  təsir  (cismin 
hərəkətinin  məsafəyə  vasitəsiz  və  ani  müddətdə  ötürülməsi) 
deməkdir.  Bu  o  deməkdir  ki,  yüklü  cismin  hərəkətindən  asılı 
olmayaraq,  fəzanın  istənilən  nöqtəsində  cazibə  potensialı 
verilmiş anda cismin vəziyyətindən (koordinatlarından) asılıdır.     
Qravimetrik  kəşfiyyatı  Yerin  qravitasiya  sahəsinin 
variasiyasını  –  zaman  və  məkana  görə  dəyişməsini  öyrənməyə 
əsaslanır.  Qravimetrik  müşahidə  Yerin  səthində  (fiziki  səth) 
aparılır. Kəşfiyyat işləri aparılan sahənin şəraitindən asılı olaraq 
cihaz gəmidə, təyyarədə, yerin təkində və ya bilavasitə səthində 
quraşdırıla bilər. Hər bir halda cihazın quraşdırıldığı hündürlük 

 
13 
Şəkil 2. Maqnit sahəsinin 
qüvvə xətləri. 
və  Yer  səthinin  dəniz  səviyyəsinə  nisbətən  olan  hündürlüyü 
nəzərə  alınır.  Bu  barədə  aşağıdakı  paraqraflarda  ətraflı  şərh 
olunur. 
Qravimetriya, eləcə də maqnitometriya, Yer kürəsinin təbii 
geofiziki  sahəsini  –  potensial  sahəsini  öyrənir.  Potensial  sahə 
öz-özlüyündə əsas iki təbii təşkiedici ilə – qravitasiya və maqnit 
sahəsi  ilə  xarakterdir.  Maqnit  sahəsi  rotor  (burulğanlı), 
qravitasiya  sahəsi  isə  divergent  (qradiyent)  sahədir.  Maqnit 
sahəsinin  qiyməi  məlumdur,  ancaq  istiqaməti  qeyri-məlumdur, 
yəni skalyar sahədir (rotor). Bütömlükdə Yer kürəsi üçün, şərti 
olaraq  maqnit  sahəsinin  qüvvə 
xətləri  cənubdan  şimala  doğru 
qəbul 
olunmuşdur 
(şək.2).  
Qravitasiya  sahəsinin  isə  həm 
qiyməti, 
həm 
də 
istiqaməti 
məlumdur  (aşağıda  bu  barədə 
ətraflı  yazılıb).  Ağırlıq  qüvvəsinin 
istiqaməti  verilmiş  nöqtədə  Yer 
səthinə  şaquli  perpendikulyar  istiqamətdədir,  həmin  nöqtədə 
şaqula  perpendikulyar  müstəvi  isə  horizontal  müstəvidir. 
Qravimaqnit  kəşfiyyat  işlərində  əsas  məqsəd,  təbii  sahənin 
ədədi  qiymətcə  dəyişməsini  öyrənmək  olduğu  üçün,  maqnit  və 

 
14 
Şəkil 3. Cazibə 
qüvvəsinin normal 
qiymətini xarakterizə 
edən parametrlər. 
qravitasiya  sahələrini  öyrənən  üsullar  bir  çox  əlamətə  görə 
oxşardırlar.  Qarşıda  qoyulmuş  məqsəddən  asılı  olaraq, 
müşahidə  olunan  parametr  qiymətinin  normal  qiymətdən 
müəyyən qədər kənara çıxması bu üsullarda əsas arqument kimi 
qəbul  olunur  və  mühitin  petrofiziki  əlamətləri  geoloji 
interpretasiya olunur.  
Ümumiyyətcə,  istər  qravitasiya,  istərsə  də  maqnit 
potensialı,  müəyyən  bir  normal  qiymətlə  xarakterizə  olunurlar. 
Şək.3-də  Yerin  normal  qravi-maqnit  shələrinin  asılı  olduğu 
parametrlərin  – 

 coğrafi  en    və  şərq 

 uzunluq    dairəsi  
bucaqlarının dəyişməsi təsvir olunmuşdur. Şəkildən göründüyü 
kimi 

 şərq 
uzunluq 
dairəsi 
bucağının  dəyişməsi  Yerin  öz  oxu 
ətrafında  fırlanması  istiqamətindədir 
və bu bucağın dəyişməsi çox cüzidir. 
Onda 
Yerin 
normal 
qravitasiya 
sahələrinin  qiyməti  əsasən 

 coğrafi 
en dairəsindən asılıdır. Eyni zamanda 
bu  qiymət,  müşahidə  nöqtəsinin 
yerləşdiyi  ərazinin  geoloji  quruluşunda  iştirak  edən  süxur 
laylarının  petrofiziki  xassələrindən  asılı  olaraq  dəyişir  və  ya 
variasiya  edir.  Bu  dəyişmə  və  ya  variasiya,  müşahidə  olunan 

 
15 
parametrin  normal  qiymətinin  kiçik  bir  faizini  təşkil  edir.  Hər 
iki  üsulda  müşahidə  olunan  kəskin  dəyişmə  məkanın,  cüzi 
dəyişmə  isə  zamanın  funksiyasıdır.  Elə  bu  əlamətə  görə  də  hər 
iki  üsulda  nisbi  müşahidə  üslubundan  istifadə  olunur,  yəni  hər 
hansı bir nöqtədəki qiymət, digər nöqtəyə nisbətən ölçülür. Hər 
iki  üsulda  sahənin  mütləq  qiymətini  ölçmək  mümkündür. 
Bununla  yanaşı,  qravimetrik  və  maqnit  kəşfiyatı  arasında 
prinsipial fərq mövcuddur. 
Qravimetrik  kəşfiyatı  süxurların  sıxlıqları  arasındakı 
fərqini və bu süxurların yatma dərinliyini, maqnit kəşfiyyatı isə 
bilavsitə  süxurların  maqnit  nüfuzluğunun  dəyişməsini  və  bu 
süxurların  yatma  dərinliyini  öyrənir.  Ancaq  süxurların  yatma 
dərinliyindən  asılı  olaraq  maqnit  sahəsinin  dəyişməsi, 
qravitasiya  sahəsinə  nisbətən  cüzidir.  Süxurların  sıxlıqları 
arasındakı  fərq  maqnit  nüfuzluğuna  nisbətən  çox  az  dəyişdiyi 
üçün  eyni  bir  mənbədən  alınan  qravitasiya  effekti  maqnit 
effektinə nisbətən az olur. Ona görə də qravimetrik kəşfiyyatda 
istifadə olunan cihazların dəqiqliyi maqnit kəşfiyyatında istifadə 
olunan  cihazların  dəqiqliyinə  nisbətən  daha  üstün  olur  (10
-8
  – 
qravitasiya, 10
-4
 – maqnit).  
Maqnit  sahəsinin  variasiyası  zamana  görə  kəskin 
dəyişkəndir  və  mürəkkəb  xarakterlidir,  qravitasiya  sahəsinin 

 
16 
variasiyası  isə  zamana  görə  qeyri-kəskin  və  aramla  dəyişərək 
sadə formalıdır. 
Qravimetrik  kəşfiyyatda  geoloji  məsələlərin  həllində 
istifadə  olunan  düzəlişlər  və  anomal  sahələrin  müşahidəsinin 
dəqiqliyi  maqnit  kəşfiyyatından  çox  mürəkkəb  və  yüksəkdir. 
Maqnit kəşfiyyatında eyni bir cihazla sahənin normal qiymətini, 
əsas  anomal  dəyişməni  və  sahənin  variasiyasını  ölçmək  olar. 
Qravitasiya  kəşfiyyatında  bu  məsələ  tamamilə  başqadır,  yəni 
eyni  bir  cihazla  sahənin  həm  normal  qiymətini,  əsas  anomal 
dəyişməni və ёsahənin variasiyasını ölçmək mümkün olmur. 
İstər qravimetrik, istərsə də  maqnitometrik kəşfiyyatından 
Yerin  təbii  sərvətlərinin  axtarışında,  Yerin  başqa  planetlərlə 
əlaqəsinin tədqiqində geniş istifadə olunur. 
1.1. Ağırlıq qüvvəsi təcilinin təyin olunması haqqında qısa 
xülasə 
Sərbəst  düşmə  təcili  haqqında  qanun  ilk  dəfə  olaraq 
Q.Qaliley  (1564-1642)  tərəfindən  1590-cı  ildə  verilmiş  və  elə 
həmin  ildə  cazibə  qüvvəsi  təcilinin  hesablanmasını  təcrübəsini 
aparmış  və  ilk  dəfə  jkfrfq 
g
-nin  kəmiyyət  qiymətini 
hesalamışdır. Ancaq onun apardığı təcrübə çox sadə idi. 
1784-cü  ildə  ingilis  fiziki  D.Atvud  sünii  olaraq  sərbəst 
düşmə təcilini azaldan və bununla da zaman intervalını artıraraq 

 
17 
təcilin qiymətinin ölçülməsi dəqiqliyini artıran qurğu icad etmiş 
və  bu  qurğunun  köməyi  ilə 
g
-nin  kəmiyyətcə  ədədi  qiymətini 
hesablamışdır. 
Səbəst düşmə təcilinin mütləq qiymətini təyin etmək üçün 
D.Atvudun  bu  qurğusundan  ilk  dəfə  olaraq  1892-ci  ildə  Kiyev 
Universitetinin  professoru  Q.Q.Mets  (1861-1930)  istifadə 
edərək 
g
-nin 
kəmiyyət 
qiymətini 
hesablamış  və 
Qal
g
24
,
981

almışdır.  Bu  hadisədən  sonra 
g
-nin  kəmiyyət 
qiymətinin  təyin  olunması  üçün  makaradan  istifadə  etməyə 
üstünlük  verilmişdir.  Ancaq  buna  baxmayaraq  D.Atvudun  bu 
qurğusu  rus  alimi  D.İ.Mendeleyevin  təklifi  ilə  A.A.İvanov 
tərəfindən  yenidən  təkmilləşərək 
g
-nin  kəmiyyət  qiymətini 
hesablamış  və 
Qal
g
48
,
981

 alımışdır.  Bu  təcrübə  bir  daha 
təsdiq  etmişdir  ki, 
g
-nin  kəmiyyət  qiymətini  hesablamaq  üçün 
makaradan istifadə etmək D.Atvudun qurğusundan çox dəqiq və 
sərfəlidir. 
g
-nin  kəmiyyət  qiymətinin  makaradan  istifadə  etməklə 
hesablanması  ilk  dəfə  olaraq  Ş.Lakondamin  (1701-1774) 
tərəfindən  1735-ci  ildə  Haiti  adasında  həyata  keçirilmişdir. 
Ş.Lakondamin  adi 
L
g


2
4

münasibətindən  istifadə  etmişdir. 
Burada 
L

makaranın 
uzunluğudur. 
Ş.Lakondamin 

 
18 
mm
L
85
,
990

 götürərk, 
Qal
g
9
,
977

 almışdır.  Bu  qiymətin 
çox  inhirafla  alınmasını  Ş.Lakondamin  ilk  dəfə  olara  coğrafi 
koordinatla  əladəqar  olduğunu  izah  edərək  təklif  etmişdir  ki, 
təcrübəni  ekvatora  yaxın  həyata  keçirmək  lazımdır.  Bu 
məqsədlə  həmin  təcrübədən  istifadə  edərək,  D.Borda  (1739-
1799)  və  Y.Kassini  (1748-1845)  1792-ci  ildə  Parisdə 
g
-nin 
kəmiyyət  qiymətini  hesablayaraq 
Qal
g
867
,
980

 qiymətini 
aldılar.  Fransa  fiziki  J.Bio  (1774-1862)  bu  təcrübəni  bir  neçə 
dəfə təkrar etmiş və qurğunu təkmilləşdirmişdir. 
1825-1826-cı  illərdə  Keniqsberq  şəhərində  məşhur  fizik 
F.Bessel  (1784-1846)  makaradan  istifadə edərək özünə  məxsus 
differensial təcrübə aparmışdır. Onun qurğusu 
1
T
 və 
2
T
 periodlu 
və  qollarının 
2
1
l
l

 uzunluqlar  fərqi  məlum  olan  iki  eyni 
makaradan ibarət idi. Bu zaman 
g
-nin qiyməti 
2
2
2
1
2
1
2
4
T
T
l
l
g




 
bərabərliyi ilə hesablanırdı. 
1818-ci  ildə  ingilis  fiziki  X.Keter  (1777-1835)  periodlu 
Makara  icad  etmiş  və  qurğunun  köməyi  ilə  ingilis  geodezisti 
E.Sabin  (1788-1883)  1822-1824-cü  llər  ərzində  Yer  kürəsinin 
bir  çox  yerlərində  –  Sakit  okeanın  bir  çox  adalarında, 
Qrenlandiyada,  Şpisbergendə  və  şimali  Amerikada 
g
-nin 

 
19 
kəmiyyət  qiymətini  hesablamışdır.  Eyni  təcrübələri  ingilis 
geodezistiləri  Freysin,  Dyuper,  Holl  aparmışlar  və  həmişə 
müxtəlif  qiymətlər  alınmışdr.  1826-1829-cu  illər  ərzində  rus 
dəniz  səyyahı  F.P.Litke  (1797-1882)  Yer  kürəsinin  doqquz 
müxtəlif  yerlərində 
g
-nin  kəmiyyət  qiymətini  hesablamışdır. 
Bu  təcrübələrdə 
g
-nin  müxtəlif  qiymətlərinin  alınması  dünya 
alimlərində  şübhə  və  maraq  yaratdı  və  bununla  da 
g
-nin 
kəmiyyət qiymətinin hesablanması başladı. 
Hal-hazırda 
g
-nin qiymətinin hesablanmasında ən müasir 
təcrübələrdən  istifadə  olunur  və  bu  qiymətin  nə  üçün  müxtəlif 
məntəqələrdə  eyni  alınmamasının  fiziki  mənası  cazibə  təcili 
potensialının  müxtəlifliyi  ilə  izah  olunur.  Bu  təcrübələrdən 
sonra  1967-ci  ildə  Potsdam  şəhərində  Beynəlxalq  Konqress 
çağrılaraq,   
g
-nin  mütləq  qiyməti  qəbul  olundu  və  ona 
müşahidə  məntəqəsinin  koordinatlarından  asılı  olmayaraq 
düzəliş  verildi.  Aşağıdakı  cədvəl  1-də  keçən  əsrimizin  60-cı 
illərində  dünyanın  müxtəlif  yerlərində 
g
-nin  hesablanmış 
qiymətləri və Potsdam düzəlişi verilir. 
Beləliklə, 
g
-nin  kəmiyyət  qiymətinin  ayrı-ayrı  illərdə  və 
müxtəlif  müəlliflər  tərəfindən  hesablanmasına  baxmayaraq 
əsasən  eyni  qiymətlər  alınmışdır.  Qiymətlər  arasında  olan 

 
20 
fərqləri  Potsdam  düzəlişinə  görə  tamamilə  aradan  götürmək 
mümkündür. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin