KƏSİ
Dəryaların suyu söndürə bilməz,
Məhəbbət yanğısı yandıran kəsi.
Günəşin istisi əridə bilməz,
Nadanlıq şaxtası donduran kəsi.
Bir insanın qəlbi, könlü paxılsa,
Şöhrət tapmaz inan, dağa sıxılsa.
Yıxa bilməz şahənşahlar yığılsa,
Taleyi köhlənə mindirən kəsi.
Vicdan ləkəsini göz yaşı silməz,
Vətənçün yaradan yaşayar, ölməz.
Aqillər də elə qandıra bilməz,
Həyatın sınağı qandıran kəsi.
Kəmhünər ad ala mahalda çətin,
Arsızı bu dünya qocalda çətin,
Şiruyə, el-oba ucalda çətin,
Taleyin hökmü endirən kəsi.
Susma, ürək…
39
BU DÜNYA
Düşündükcə düşünürsən, dərd bəladı bu dünya.
Zəhər dolu brilyantdan piyalədi bu dünya.
Gah ağladar, gah güldürər, çəkər səni səmtinə,
Ətəyindən əl üzülməz, bir baladı bu dünya.
Ağla – dedi ağlayacan, gülmə – dedi gülməzsən,
Cəfa çəkib, can çürütsən ürəyini bilməzsən.
Cəhd eləmə yazıq canım, yox, bir rəngdə görməzsən,
Ağ, qırmızı, narıncı, göy; çox aladı bu dünya.
Gah qaldırar, gah endirər, toxuyar daşdan-daşa,
Yaratmağı, yaşatmağı bir sirdi başdan-başa.
Bəzən çulu cırıq olur, bəzən girir qumaşa,
Hər kim desə ağ yalandı, kəmaladı bu dünya.
Ay Şiruyə, arifləri çağır baxsın hesaba,
Kəlmələrin həqiqətsə, köçürsünlər kitaba.
Qələminə arxalanma, səni salar girdaba,
Görərsən ki, dərddə, qəmdə çavaladı bu dünya.
Sərraf Şiruyə
40
XALIDIR, XALI
Çiçəklər baharın ayaq izləri,
Lalə göy çəmənin xalıdır, xalı.
Dolanıb dağlara çıxan cığırlar,
Qartallı zirvənin yoludur, yolu.
Sərin mеh çöllərin təmiz nəfəsi,
Yarpaq pıçıltısı, mеşənin səsi.
Duman dərələrin həya pərdəsi
Qayalar dağların oğludur, oğlu.
Göylər bir gözəlin surəti, üzü,
Günəş al səmanın sönməyən közü.
Bulaq təbiətin nəğməli sözü,
Çaylar dənizlərin qoludur, qolu.
Büllur damla sübh payımı çiçəyin?
Öpdü üz-gözündən qızıl ləçəyin.
Coşdu Şiruyənin dеdi ürəyi:
Vətən gözəlliklə doludur, dolu.
1980-ci il, Göyçə, Daşkənd kəndi.
Susma, ürək…
41
ÇIXMALIYDI
Torpaq altda qalan qızıl,
Bir gün üzə çıxmalıydı.
Gec də olsa mis üzünə,
Paxırını yaxmalıydı.
Bürüsə də gülü alaq,
Qoxusuyla səs salacaq.
Göz verib göllənən bulaq,
Axar tapıb axmalıydı.
Qanda cürət varsa əgər,
Tanınacaq ər oğlu, ər!
Qınında gizlənən hünər,
Öz qınını sıxmalıydı.
Şöhrət tapmaz kin-küdurət,
Qazancı nəhlətdi, nəhlət,
Şiruyəyəm, haqq-ədalət,
Haqsızlığı yıxmalıydı.
Sərraf Şiruyə
42
İNDİ
Payız еrkən gəlib, dağlar dirəkdi,
Duman nənni asıb dərədən indi.
Qayada təklənmiş kəkliklərə bax,
Xoruz ayrı düşüb fərədən indi.
Gеcələr uzanıb, gün gödəlibdir,
Göyün yanaqları pərdələnibdir.
Sərçələr еvlərə qonaq gəlibdir,
Gərəkdir səpəsən yеrə dən indi.
Xamalar çalxanıb yağa dönübdü,
Yarpaqlar saralıb ağa dönübdü.
Dağ kəli dağlarda dağa dönübdü,
Zirvələr diksinir nərədən indi.
Köçür obaları göy yaylaqların,
Qartal, gözətçisi qalır dağların.
Qızıl tarlaların, barlı bağların,
Ayrı tələbi var hərədən indi.
Donur bulaqların gözünün yaşı,
Dönüb xatirəyə hər ocaq daşı.
İnsan təbiətin olub sirdaşı,
Bir canlı çəkinmir bərədən indi.
Susma, ürək…
43
Mat qalmışam, yoxdu canda hənirti,
Heç göyərmir umduğumuz göyərti.
Sərraf Şiruyə
44
NƏ BİRLİK
Hey deyirik əlbir olaq, bir olaq,
Qanımızda qeyrət yoxsa, nə birlik?
Vətənə məhəbbət, xalqa məhəbbət,
Düşmənlərə nifrət yoxsa, nə birlik?
Nəyə lazım alçaqların birliyi,
Təkcə sözdə qoçaqların birliyi,
Gərək deyil sarsaqların birliyi,
El-obaya hörmət yoxsa, nə birlik?
Çərçiləri ayırmayın işindən,
Tamahını çəkəmməzsiz dişindən.
Uzaq durun yaltaqların leşindən,
Ürəyində millət yoxsa, nə birlik?
Hamı bir-birinə hörmət etməsə,
Hamı bir məqsədə doğru getməsə.
Dar gündə, gen gündə dada yetməsə,
Qətiyyət, cəsarət yoxsa, nə birlik?
Harayla, Şiruyə, yatmışı oyat,
Elinə can söylə, elində boy at.
Düz amal, düz əməl, düz söz, düz həyat,
Ortada həqiqət yoxsa, nə birlik?
Susma, ürək…
45
NƏ VECİNƏ
Nə dərd çəkir, nə qəm çəkir,
Dəlilərin nə vecinə.
Havayı insan qanıdı,
Zəlilərin nə vecinə.
Aynabəndli otaq gəzmir,
Arvad gəzmir, uşaq gəzmir,
Paltar gəzmir, papaq gəzmir,
Ölülərin nə vecinə.
Şiruyəyəm kahal olan,
Varlığı da xəyal olan.
Hər nə desən xoşhal olan,
“Bəli”lərin nə vecinə.
1965-ci il.
KİMİ
Yaltaqların artır sayı,
Qurbağanın sayı kimi,
Yalan basır yalan üstdən,
Biçinçinin layı kimi.
Boy dərmanı verib sözə,
Axşam, səhər çıxır üzə,
Az qalır ki, girə gözə,
Çərçilərin xayı kimi.
1
1
Yəni çərçilərin xırdavat malı kimi.
Sərraf Şiruyə
46
Bugünkünü sabah danır,
Xam axtarır, özgə anır,
Nə qandırır, nə də qanır,
Ayı oğlu, ayı kimi.
Şiruyəyəm, qınayıram,
Barmaq silkib yanayıram.
Mən yaltağı tanıyıram:
Qurumsağın tayı kimi.
UZAQDI Kİ, UZAQDI
Yaxşılığı, yamanlığı duymayan,
İraq üzdən, ulaqdı ki, ulaqdı.
Öz yerini, öz sözünü bilməyən,
Vallah, uzunqulaqdı ki, qulaqdı.
Yaxşı yaxşı, pis də pisdi, – bəs necə?
Aydın günə tay olarmı bəs gecə?
Susuzluqdan yananlara gölməçə,
Billur gözlü bulaqdı ki, bulaqdı.
Pirkamaldı insanlıqdan doymayan,
Ad ucaldıb bəd şöhrətə uymayan.
Şiruyəni anlamayan, duymayan,
İnsanlıqdan uzaqdı ki, uzaqdı.
Susma, ürək…
47
AXMAQLIQ OLAR
Mənəm deyənləri öz cızığına,
Qaytarıb qoymasan axmaqlıq olar.
Süfrəyə, çörəyə xor baxanları,
Soğantək soymasan axmaqlıq olar.
Tənə sözü nadan salmaz ürəyə,
Ya atar peysərə, ya da kürəyə.
Vaxtsız quduranı çatıb dirəyə,
Nehrətək yaymasan axmaqlıq olar.
Deməyin Şiruyə nə qoçaq çıxıb,
Neyləyim, nəqabil yersiz hayıxıb.
Boksdan döşəyib, qabağa yıxıb,
Üstündə saymasan axmaqlıq olar.
DEYƏK
Daha bəylər bəy həddini keçibdi,
Gərəkdir onlara padişah deyək.
Ağaların qulluğuna gedəndə,
Titrəyə-titrəyə bismillah deyək.
Bəylər saldı badalağa milləti,
Döndərdilər yapalağa milləti,
Öyrətdilər şapalağa milləti,
Çapan çalıb, indi şahənşah deyək.
Sərraf Şiruyə
48
Əsir düşüb, alınsa da qalalar,
Milyon olub bəylər tikən villalar.
Gəlin, ey dilənçi, yazıq balalar,
Haqqa ərzə yazaq, ol agah deyək.
Kütbeyin müdirlər öz nəfindədi,
Haqq da haqsızlığın tərəfindədi.
Bizim əlacımız haqq öyündədi,
Sən yetiş köməyə – Ya Allah deyək!
1993-cü il.
BALA
Bu dünya əzəldən qəm dünyasıdı,
Doldur qəlyanını tüstülə, bala.
Haqsızlıq odundan var cəsədinə.
İstilik gəlirsə istilə, bala.
Həqiqət, ədalət, kişilik, qürur,
Elə hesab etmə yerində durur.
Gördün ki, bir qapaz başına vurur.
Əl at fitnə-felə, qəsd elə, bala.
Harda olsan acı dili uzaq tut,
Yaltaqlıqdan, fırıldaqdan soraq tut,
Şiruyəyəm, arxa axtar, dayaq tut,
Tala bu dünyanı dost ilə, bala.
1974-cü il.
Susma, ürək…
49
BU YURDDA
Biz gül əkib, gül becərib, gül umduq,
Niyə alaq, ot göyərib bu yurdda?
Nə tilsimdi, nə cadudu görəsən,
Su quruyub, od göyərib bu yurdda...
Hamı ümid, gümanını itirib,
Bir-birinə inamını itirib,
Kök, nəsil, soy öz tamını itirib,
Özgə oxşar, dad göyərib bu yurdda.
Mat qalmışam, yoxdu canda hənirti,
Heç göyərmir umduğumuz göyərti.
İnsan verməliydi axı cücərti,
Cin, fəriştə – zad göyərib bu yurdda...
Bu dünyanın sirri varmış nə yaman,
Qorxmaq gərək bu sehirdən, ay aman!
Bu torpaq müsəlman, toxum müsəlman,
Bəs niyə bəzzad göyərib bu yurdda?!
Şiruyə, dönübmüş fələyin çarxı,
Zir-zibil gətirib çayları, arxı.
Biz palıd toxumu əkmişdik axı,
Bəs niyə patpat göyərib bu yurdda?!
Sərraf Şiruyə
50
VALLAH
Qoyursan qəbirə torpaq çökəlir,
Qozbeli qəbir də düzəltmir vallah.
Aqili, arifi qocaldır dünya,
Arsızı, qanmazı qocaltmır vallah.
Patpatı əyirsən yenə düzəlir,
Çəkdiyin zəhmətlər qəlbini dəlir.
Çoxları meydana yedəkdə gəlir,
Əməllər alçaldır, ucaltmır vallah.
Ay Şiruyə, qadağa ver sözünə,
İsmətsizlər çox kül atıb gözünə.
Hər nə desən qeyrətsizin üzünə,
Nə əsər eləmir, nə çatmır vallah.
OLMUR
Yüz boya içində gəzir cavanlar,
Cinsinin növünü anlamaq olmur.
Saçlı oğlanları, şalvarlı qızı,
Yalvarıb-yaxarıb yanlamaq olmur.
İnsanlıq qalmayıb insan qanında,
Səslənmir muğamlar tar, kamanında.
İnam elə itib dostun yanında,
Molla bitiyini donlamaq olmur.
Susma, ürək…
51
Söyləmək çətindi işin düzünü,
Bərəldir köpəklər sənə gözünü.
İnsan yüz cilidə salıb özünü,
Yaxşıdı, yamandı sınamaq olmur.
Sərraf Şiruyəyəm, kəsib bərələr,
Hər yandan qanını sorur birələr.
Bayatı oxuyur sənə fərələr,
Bir yol qanad çalıb, banlamaq olmur.
YIXDI MƏNİ
Palıdıydım, qasırğalar yıxammadı,
Öz içimdən yeyən qurdlar yıxdı məni.
Şimşək çaxdı, daşqın gəldi yıxammadı,
Çınqıllardan gələn odlar yıxdı məni.
Yuxularda görüşürəm o çağlarla,
Doğulduğum, böyüdüyüm bucaqlarla.
Dolu süfrə, yanar odlu ocaqlarla,
Yağılara qalan yurdlar yıxdı məni.
Bu torpağa öz övladı zərbə vurdu,
Doğmaları bir-birinə tələ qurdu.
Düşmənimə özümünkü arxa durdu,
Güclənərək zalım yadlar yıxdı məni.
Xəyallardan gəlib keçir nələr, nələr...
Oğul deyin neçə ana qaldı mələr.
Şiruyəyəm, bu millətə biganələr...
Bu Vətənə bəd övladlar yıxdı məni.
Sərraf Şiruyə
52
İTİRDİK
Zamanın təkanı bizə nə verdi?
Var-dövlət qazandıq, ülfət itirdik.
Göylərin qatına karvan göndərdik,
Yerdə neçə-neçə nemət itirdik.
Quru şüarlara əl-ayaq olduq,
Özgələr yoluna bir mayaq olduq,
Xətir-hörmət qoyduq, həm dayaq olduq,
Havayı tər tökdük, zəhmət itirdik.
Əslimizi, kökümüzü unutduq,
Parçalandıq, təkimizi unutduq,
Yolda qalan yükümüzü unutduq,
Güc-qüvvə itirdik, vəhdət itirdik.
Bağ əkdik, barını yeyə bilmədik,
Əyirdik, toxuduq geyə bilmədik,
Çəkindik, haqq sözü deyə bilmədik,
Yaltaqlıq öyrəndik, cürət itirdik.
Dünəni, sabahı yada salmadıq,
Səvabı, günahı yada salmadıq,
İmamı, Allahı yada salmadıq,
Şəriət, təriqət, mərifət itirdik.
Yetən üstümüzə kəsildi ağa,
Verdik başımızı özgə qoltuğa,
Uyduq yad adətə, döndük sırtığa,
Abır-həya, ismət, qeyrət itirdik.
Susma, ürək…
53
SALIBDI
Sürüdən qabağa gedən təkəni,
Zamanın hökümü dala salıbdı.
Ulağın belinə qoyub yəhəri,
Köhləni palana, çula salıbdı.
Fələk geydirsə də zər-ziba donu,
Axırı puçluqdu hər ömrün sonu.
Bu, qoca dünyadı – tanıyın onu,
Neçə Süleymanlar yola salıbdı.
Dünyadan bac alan İsgəndər hanı?
Boş qalıbdı Rüstəmzalın meydanı.
Sərraf Şiruyətək bu beynəvanı,
Tale çox qovğaya, qala salıbdı.
HAYIF
Qanmazlar içində puç olub gedir,
Hayıf, qananların ömrünə, hayıf!
Ha baxırsan bir işıltı görünmür,
Haqqa uyanların ömrünə hayıf!
Ziynət ləyaqəti yox eyləyibdi,
Şöhrət sədaqəti yox eyləyibdi.
Sərvət məhəbbəti yox eyləyibdi,
Eşqə yananların ömrünə hayıf!
Sərraf Şiruyə
54
Hanı daş üstünə indi daş qoyan?
Çoxalıb baş kəsən, dərilər soyan.
Hər kəsi özütək düşünən, duyan,
Zərif sayanların ömrünə hayıf!
Qanunlar itirib öz kəsərini,
Tamahlar artırıb öz qədərini.
Çəkib bu dünyanın dərd-kədərini,
Qəmdən doyanların ömrünə hayıf!
AY BALA
Zaman düzü boğazından asıbdı,
Yalvarıram, düz danışma, ay bala.
Yalan hakim, əyri vəzir, vəkildi,
Həqiqətdən söz danışma, ay bala.
Şər atını çoxdu minib səyridən,
Bəd dilindi, günah görmə qeyridən.
Bir saz götür, dastan söylə əyridən,
Dərin danış, üz danışma, ay bala.
Şiruyənin qəlbi qəmlə doludu,
Qılınc tutan şər-böhtanın qoludu.
Bu dünyanın yolu şeytan yoludu,
Özgə cığır, iz danışma, ay bala.
Susma, ürək…
55
NƏ YAMAN ARTIB
Nə yaman çoxalıb “Keçəl Həmzə”lər,
Xainlər, xəbislər nə yaman artıb?
Nə yaman bulanıb insan amalı,
Şeytanlar, iblislər nə yaman artıb?
Nə yaman unudub kökünü millət,
Oyuncaq yerinə qoyulub ismət.
Altuna satılır ünsiyyət, ülfət,
Nəlayiq nakəslər nə yaman artıb?
Tamah da, nəfis də pula bağlanıb,
Arzu da, həvəs də pula bağlanıb,
Qeyrət də, nəfəs də pula bağlanıb,
Bu iyrənc həvəslər nə yaman artıb?
Pul ata olubdu, qardaş olubdu,
Dərdimənd olubdu, sirdaş olubdu,
El-mahal olubdu, yoldaş olubdu,
Pulsuza qəfəslər nə yaman artıb?
Dinar yoxsa, qaysaxlamır yaralar,
Müşkül dərdə tapılmayır çaralar.
Nə yaman çoxalıb “hacıqara”lar,
Acgözlər, xəsislər nə yaman artıb?
Şiruyə, fanidən kim alıb kamı?
Hansı bir ömürün sönməyib şamı?
Dünyanı dörd əlli tutubdu hamı,
Həris bəhsə-bəhslər nə yaman artıb?
Sərraf Şiruyə
56
DOSTU
Dar günümdü, üzün dönüb,
Gen günümün, a var dostu.
Dildə ilqar, iman deyib,
Qəlbdə altun, yatar dostu.
Dünənini bir yada sal,
Hünərini bir yada sal,
Dərin düşün, xəyala dal,
Ay bazarlıq, bazar dostu.
Dünən “bəli”, bu gün “yox”san,
Dünən hiylə, bu gün oxsan.
Keçmişinə dönüb baxsan,
A könlümün qübar dostu.
Dəyişdirmə üzlərini,
Vədlərini, sözlərini.
Yana çəkmə gözlərini
A dərd dostu, azar dostu.
Şiruyənin düz çörəyi,
Halal süfrə, duz, çörəyi,
Bir yox, beş yox, yüz çörəyi,
Qənim olub tutar dostu.
Susma, ürək…
57
ÇALACAQ
Nə qədər ki, vəzifən var,
Hamı sənə əl çalacaq.
Yaltaq dostlar zümzümədə:
“Hərdən bizə gəl” çalacaq.
Kimi sevəcək səsini,
Kimi salacaq bəhsini.
Qəlbindəki nəfəsini,
Neçə fitnə-fel çalacaq.
İqbal səndən dönən kimi,
Bəxt ulduzun sönən kimi,
Vəzifədən enən kimi,
Hərə bir cür dil çalacaq.
Yaltaq dostlar keçəcək yan,
Qəzəblənib coşacaq qan,
Yaxşı, pisi çarxı zaman,
Neçə-neçə il çalacaq.
Şiruyətək duy dünyanı,
Mənəm deyən şahlar hanı?
Anan çalıb ilk laylanı,
Son laylanı el çalacaq.
Sərraf Şiruyə
58
BİLİNMİR
Dünyanın işləri dolaşıq düşüb,
Aqili, arifi, gici bilinmir.
Zəmanə dəyişib, dövran dəyişib,
Yaxşısı, yamanı, bici bilinmir.
Baş açmaq çətindi hiylə, kələkdən,
İblislər bac alır, huri-mələkdən.
Söyüd silkələnir xırda küləkdən,
Palıdın, cökənin gücü bilinmir.
Ay Şiruyə, ağ qaraya qatılıb,
Qeyrət, ismət çöldən-çölə atılıb.
Günahsız yazığın qolu çatılıb,
Günahkar kimsənin suçu bilinmir.
DÖNÜB İNDİ
Dönüb çarxı-zamana, iti tamahlar üçün,
Dünya yağlı quyruğa, plоva dönüb indi.
Caynağı tutanların pulu dağlar oynadır,
Fəqir-füqəra üçün pul ova dönüb indi.
Dilənçilik, dilənmək bayaq quru söz idi,
Bu gün milyonu kеçib, dünən əlli, yüz idi,
Kasıb üçün еhtiyac, kül altında köz idi,
Altdan-altdan qorlanıb, alova dönüb indi.
Susma, ürək…
59
Nеcə də qatılaşıb bəy, xanların qanları,
Pul toplamaq üçündür, gündə yüz oyunları.
Bu məzlum kütlə üçün, “azadlıq qanunları”,
Ağızdan, dildən tutan tilova dönüb indi.
Dərd əlindən qovrulur, fəqirlər yata bilmir,
Gücünü, qüvvəsini bazarda sata bilmir,
Cəhd еtsə də min dəfə, çıxarıb ata bilmir,
Aclıq ağzını cıran, cilova dönüb indi.
1992-ci il.
NƏ QALIB
Bu dünyada qovrulmuşam, yanmışam,
O dünyada yanmağıma nə qalıb?
Sağımdan, solumdan kəsir kəsərlər
Bir dəfəlik sınmağıma nə qalıb?
Qoy şapalaq çalsın ulu zamana,
Yapalaq güc gəlir məhbus tərlana,
Mən ki, baş əyirəm yalan, böhdana,
Kimliyimi danmağıma nə qalıb?
Ay Şiruyə, bu dünyanın yolu pul,
Ürəyi pul, bədəni pul, qolu pul,
Davası pul, qovğası pul, qalı pul,
Həqiqəti qanmağıma nə qalıb?
Sərraf Şiruyə
60
KORLADI
Göy titrəsə dağılmazdı bu dünya,
Hökmdarlar bu dünyanı korladı.
Tamahı qılıncdan iti olanlar,
Bu dövranı, bu zamanı korladı.
Haqsız əydi haqq deyənin qəddini,
Görməmiş gədələr aşdı həddini.
Seyid tamahına satdı cəddini,
Axund, molla din-imanı korladı.
Gördükcə yaşılbaş, qırmızı donlu,
Getdi qulluğuna xonçalı, xonlu.
Zinalıq eylədi ətəyi unlu,
Dəyirmançı dəyirmanı korladı.
Çoxu ac qurd kimi gəzdi dumanlıq,
Sevdi yarasatək zülmət-qaranlıq.
Əyyaşlar, dəyyuslar etdi haramlıq,
Namussuzlar təmiz qanı korladı.
Şiruyə pozmadı sədaqətini,
Söylədi hər yanda həqiqətini.
Satdı altunlara ləyaqətini,
Şux gözəllər gözəl canı korladı.
Susma, ürək…
61
Dostları ilə paylaş: |