Soylu Atalı: Yaxşı olar ki, oxuduğunuz hissəni növbəti tədbirdə
şərh edəsiniz.
Buraya gəlirik bərkiyirik. Hər birimiz Asif Atanı düşünərək
bərkiməliyik. Həm də bir-birimizə bağlandığımız üçün bərkiyirik.
Həm içəridən bərkiyirik, həm də birlikdə bərkiyirik. Bu, Asif Atanın
xalqın içində başladığı uğurdur. Davam edir.
Ağşın Ağkəmərli: İnsanları bir neçə qrupa ayıranda durğunluq-
dan, hərəkətdən, savadından, düşüncəsindən asılı olmayaraq, hərə-
kətdə olan yerini tapacaqdır. O yenilik istəyir. Yenilik üçün köhnə ilə
vidalaşmalıdır. Yenisini öyrənməlidir vidalaşmaq üçün. Əgər o
içindən dəyişilməyə yetməsə, uğur qazana da bilməz. Xoşbəxtlik
bundadır ki, bizim burda olan dostlarımızın tək-təkində bir hərəkət
var. Ocağın da mahiyyətində düşüncə durur. Ocaqdan qıraqda məna-
sız yerə toplanmalar çoxdur, ancaq o çoxluqda Asif Ata yoxdur…
Beləcə Atanın kitabı oxundu, bir sıra deyimlərə aydınlıq gətirildi.
“Ailə Günü” törəni “Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsilə sona yetdi.
İşıq Ayı, 37-ci il. Atakənd.
(may, 2015. Bakı.)
113
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin
37-ci ildə III Aylıq törəninin
Gediş Yazısı
Yer: Atagün Eli (Örənqala); Gün: 26 İşıq Ayı;
Başlanır: saat 16:00
Oda törənin Ruhuna uyğun hazırlanır. Gül-çiçək, texniki
araçlar (vasitələr) hazırlanır. İşə sorumlu Elana Atalı.
“Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə tədbir başlanır.
Törənin Hesabat qonuları:
1) Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
2) Ocaqdan qıraqda insanın dəyəri yoxdur. Batıda “insan haqları”
çağırışları yalançıdır, insana çatmır.
3) Azərbaycanda son ictimai, siyasi, mənəvi durumun ruhani
dəyərləndirilməsi.
Törənə qatılanlar da düşüncələrini bölüşə bilərlər.
Qutsal oxuma: “Təməl” Kitabından oxunur və Ata fikirlərinə
Evlad açıqlaması verilir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!”
səcdəsi ilə Ailə Günü sona çatır.
Günün carı:
Ocağımızın yüksək çağırışı – Dünyaya İnsan gərək!
İnsansız Dünyaya – İnamsız insana Mütləqə İnam İşığı gərək!
Gediş Yazısını yazdı: Soylu Atalı
18 İşıq Ayı, 37-il. Saray-Soylu.
(may, 2015.)
114
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Atagün” Ailəsinin
“Ailə Günü” toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 26 İşıq Ayı, 37-ci ildə (may, 2015) “Atagün”
Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətir-
mişik!” səcdəsilə “Ailə Günü” başladı. “Atagün” Ailəsinin Yüküm-
lüsü Günev Atalı Ataya səcdə ilə söz dedi: “Atagün” Ailəsinin
üçüncü “Ailə Günü” toplantısındayıq.
Amallaşma işim – “Mütləqə İnam”ı davam edirəm – “Həyat”
bölümündən “Həyatilik”, “Antihəyat”, Həyat. Yəni həyatilik nədir,
antihəyat nədir, həyatın özü bu gün nə gündədir. Bir neçə qeydlərimi
oxumaq istəyirəm. “Mütləqə İnam”dan yığcam şəkildə, ənənəmə uy-
ğun olaraq çıxarış eləmişəm. Ocaqda heç kəs belə eləmir, Amallaş-
manı dolğun şəkildə deyirlər. Mənim yaddaşımla bağlıdır, nədirsə,
yəqin üzrlü sayılaram…
(Günev Atalı özümləşdirdikləri qeydlərini dəftərdən oxudu - G.A.)
Mən başqa kitablar da oxuyuram. Eləcə də internetdə qoyulan
yazıları oxuyuram. Ardıcıl uğraşanda görürsən beyinə nəsə yazılır.
“Mütləqə İnam”ı az-az, hissə-hissə oxuyuram. Çox düşünürəm,
orda deyilən məsələlər ağlıma çatır.
Kamilləşməmlə bağlı bir neçə dəfə demişəm, halımda sabitlik
var. Amalım ömrümə hakimdir. Maddiyyatçılıqmı deyim, məişətçi-
115
likmi deyim, bir sözlə, şəxsi həyatım günü-gündən halımda etkisini
azaldır. Amal onun yerini tutur. Ailəmlə, evimlə bağlı qayğılar halı-
mı alıb aparmır. Elə bir fikrimdə, duyğularımda nəsə yoxdur, deyəm
hardasa Amalı yola verirəm. Heç bir anım belə olmur. Ayrıca ağlıma
gətirmirəm Amal mənim ömrümün məqsədidir, yüksək məqsədə
doğru getdiyim yoldur. Bunu yaşayıram, bununla mən varam. Burda
hər hansı bir boşluq olursa, o boşluqda mən yoxam. Ömrünü maddiy-
yatda tapanlar özünü var sayır, mən də özümü Amalda tapdığım
üçün var sayıram. Amalsız mən yoxam.
Düşüncələrim olub bu yöndə. Ancaq bütün bunlar maneəsiz ol-
mur. Həyat hər yöndən canavar kimi adamın üstünə gəlir. Bunun
etkisinə uğramamaq üçün insandan ruhani döyüş tələb edilir.
Bu gün bu gedişin mənə artıq heç bir etkisi olmadığına görə, belə
demək olarsa, sayıb döyüşmürəm də.
Xalqlaşma işimdə özümdən razı deyiləm. Xalqlaşma işim yox da
deyil. Ən birinci elə Məbədlə bağlı çalışmalarım, sonra da, çoxsaylı
adamlarla çox yerdə görüşmələrim. Sistemli hər hansı bir kütləvi
görüşüm olmayıb. Ancaq tək-tək fərdi görüşlərim həmişə var. Məndə
görüş elə bu qaydada olur. Eyni zamanda toyda, vayda söz salıram,
Amalımızı, ulusal məsələlərimizi deyirəm. Onu deyim, ağzımı açan
kimi ilgilənənlər çox olur. Çünkü insanların özləri də bilmədən qu-
laqları səsdədir. Qeyri-adilik ilginc olur axı. Bu baxımdan xalqlaşma
işimdə irəliləyişlərim var. Əgər qabaqlar, illər öncə xalqlaşma işimdə
116
hər hansı etitrazlar, rişxəndlər olurdusa, indi olmur. Dinlənilir. Düz-
dür, məndən ayrılandan sonra gedib ağzını boşa qoyan da olur.
Ancaq heç vaxt mən görmədim, son çağlar kimsə deyə, yox, bunun
burası elə deyil, belədir.
Sonra gedişatımızda qoyulan suallarla bağlı: “Ocaqdan qıraqda
insanın dəyəri yoxdur. Batıda “insan haqları” çağırışları yalançıdır.
İnsana çatmır.”
İstər tarixi baxımdan, istərsə də çağdaş dövrdə insan tanınmadı-
ğından, dərk olunmadığından özünəlayiq dəyəri olmayıbdır. Nisbi
mənada olub. Hürufilər insana yüksək qiymət verdilər, sufilər hansı
şəxsiyyətlər verdilər dünyaya, Rumilər verdilər, Şəms Təbrizilər
verdilər, Əl-Qəzali və b.
Tarxidə insanla bağlı fikirlərini dedilər. Ancaq bunlar təkcə tarix-
də qaldılar, gələcəyə çatmadılar. Çünkü nisbi anlamda dedilər. O ki
qaldı Batıda insana münasibət məsələsi, doğrudan da, saxtadır. Çün-
kü insanı ruhaniyyat olayı kimi dərk eləmirlər. Bu gün bu Doğuda da
belədir. Son dünyabaxış sayılan islamın Azərbaycana, bütün türklərə
yürüşündə, insanların, xalqların üzərinə yürüşündə hansı rəzalətlər-
dən keçmirdilər?! Burda insan haqqı vardımı? Burda insanı sayan
vardımı? İnsanın dəyərini verən vardımı? Yox idi, olmayıbdı. İnsanı
qiymətləndirən, tanıyan Asif Atadır. Asif Ata Ocağı bu gün bütün
varlığıyla, bütün canıyla onu dərk edir. Dərk elədiyi üçün də bu
addımları atırıq. Cəsarətlə deyə bilirik, Ocaqdan qıraqda insan haqqı
nisbi məna daşıyır. Nisbisə, deməli, yoxdur. Bizim ölcümüz Mütləqi-
lik ölçüsüdür. Atamız Var olsun!
Soylu Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə!
İşıq Ayının 26-sı Atagün Ailəsinin III Aylıq törənində söz deməz-
dən öncə Ataya səcdə edirəm, Bayrağımızı öpürəm.
Ailəmizin Amallaşma, Kamilləşmə, Xalqlaşma tələbi yönündə
hesabatımı demək istəyirəm. Çıxışımda mən başlıca Amallaşmaya
üstünlük verirəm. Daha doğrusu, amallaşmanın sözünə çox üstünlük
verirəm. Amallaşma bizim üçün ruhani biliyə yetməkdir. Ruhani
biliyə yetmək bizim olmağımızın, qurulmağımızın özülüdür. Bilmə-
yəndə adam “Ola” da bilmir. Çünkü məqsəd özü bilinməlidir. Hədəf
bilinməlidir. Adama elə gəlir, nə istədiyini bilir. Ancaq bir var yad-
daşın bildiyi (yaddaşın üzərinə çox getməmək də olar-üzünü Günev
qardaşa tutur - G.A.), bir də var ruhun bildiyi. Nədir yaddaşın bildi-
117
yi, ruhun bildiyi?! Yaddaşın bildiyi adamın eşitdiyi, öyrəndiyidir,
oxuduğudur. Ruhun bildiyi insanın yetdiyidir. İnsan o biliyə yetir,
yaşayır. O bilik üçün yaddaş ikincidir. İnsan bütünlüklə yetir, yetməli
olduğunu da yaşayır. Ona görə ruhun bildiyi anlamı var, bir də ki
yaddaşın bildiyi anlamı var. Bizim üçün ruhani bilik bir şey verir –
biz qutsallığı yaşada bilirik. İnsan bilməyəndə qutsallığı xurafatlaş-
dırır, yaşatmır. Bu baxımdan bəzən insan bilməyərəkdən, istəməyə-
rəkdən qaranlıq yayır. Qutsallıq insanın ömrünə gələ bilməlidir. İnsa-
nın ömründə özünə yer eləyə bilməlidir. Əgər yer edə bilmirsə, müt-
ləq o, ağılda xurafata çevriləcək. Bu qaçılmazdır. Baxın, dünyabaxış-
ların daşıyıcıları sayılanlar, ona sayğı duyanlar qutsallığı xurafatlaş-
dırırlar. Məsələn, müsəlman qutsallığı yaşaya bilmir. Çünkü bilmir
qutsal olan nədir. İnsan elə düşünür bilir. Ancaq bilmir. Niyə elə
düşünür bilir? Çünkü bu söz onun qulağına yatıb, eşidib. Anadan
doğulan gündən bu çağadək o sözü eşidir, bilir nəsə yaxşı şeydir.
Ancaq onun yönü nədir, tələbi nədir, onu bilmir. Baxın, məsələn,
müsəlman elə bilir allaha yalvaranda o qutsal iş tutur. Elə düşünür,
bununla o allahın yanında, onun dünyasında olacaq. Bizim insanları-
mızın bu cür ruhani biliksizliyiylə bağlı bir bəladır, dünya qutsallıq-
dan ayrılır. Demək olar bu gözəl, işıqlı dünyada mənəvi qaranlıq
hökm sürür. Ötənlərdə mən dedim, insana elə bir inamsızlıq hökm
sürür, dünyanın özünə qarşı elə bir inamsızlıq hökm sürür, bu cür
gözəl, işıqlı, gələcəkli dünyaya haqsız (nahaqq) dünya deyirlər. Bu,
ruhani biliksizlikdən irəli gəlir. Guya biz haqsız dünyada yaşayırıq.
Haqq olan dünyaya öləndən sonra gedirsən. Çox böyük ziddiyyətdir,
çox böyük vicdansızlıqdır belə münasibət yaratmaq. Dünyanı haqsız
elan eləmək vicdansızlıqdır. Ona görədir dünya qaranlığa qərq olur.
Mənəvi işığını itirir. Onu necə düşünərsən, necə görərsən, necə ifadə
edərsən, necə yaşadarsan, dünya odur.
Ruhani biliksizlik Ocaqda aradan qalxır. Tələbində qalxır. İndi
Ocaqçı ona tam yetir, yetmir, o ayrı məsələdir. Ruhani biliksizlik
aradan qalxır. İnsan bilir dünya nədir, həyat nədir.
İnsan bilir yaşamaq nə deyən şeydir. Ocaqdan qıraqda yaşamağın
nə demək olduğunu bilsəydilər, deməzdilər bu dünya nahaqq dünya-
dır. Haqq dünya o yandadır, gedib orda ömrümüzü sürəcəyik deməz-
dilər. Bax, dünyanı haqsız elan eləməkdən doğan yanlışlığa görədir,
görürsən biri televizorda soruşur, filankəs müəllim, siz bir də dünya-
ya gəlsəydiniz, ömrünüzü necə yaşayardınız? Necə yaşayardı? Necə
yaşayıb elə də yaşayardı də. Bu bədbəxt özünü tanımayıb belə yaşa-
118
yıb da. Yenidən, bir də dünyaya gələndən sonra bu adam yaşamı
tanıyacaq? Yaşamı yenidən gəlməklə tanımaq olmur. Yaşamı yaşa-
mın özündə içəridən qurulmaqla tanımaq olur. İndiyə kimi boşuna
yaşayıb, güya indi ayılıb? Nədən ayıldın? “Diləklərim çox imiş.
Filan diləklərimi də yerinə yetirərdim.” Bunlar boş laflardır.
Sonra, mən bəzən Ailə Günlərində, özümüzünkündə də, o biri
Ailələrdə də, sözümü iki yöndə qururam. Daha doğrusu, öz Ailə
Günümüzdə mən hesabat verirəm, eyni halda toxunulan məsələlərə
aydınlıq gətirirəm. İndi də mən həmin durumdan yararlanmaq istəyi-
rəm. “İnsan nisbi deyildi” məsələsi – qardaşımız Günevin dediyi.
Hürufilərin, sufilərin adını çəkir. İnsana qiymət nisbi verildi, insan
nisbi çağırıldı, nisbi dərk olundu deyir. Buna belə aydınlıq gətirər-
dim, əslində hürufilər insana çox yüksək qiymət verirdilər.
Sufilər də çox yüksək qiymət verirdilər. İnsanı qaldırırdılar. Yəni
Asif Atadan öncə də insana yüksək qiymət verilib. Məsələ insana
doğru, yaxud yanlış qiymət vermədə deyil. İnsana doğru və böyük
qiymət verilib. Yanlış – insanı devirən obyektiv nədənin (səbəbin)
düzgün qiymətləndirilməməsindədir. Aradan qaldırılmalıdır obyektiv
nədən. O, dini dünyabaxışdır. İnsana böyük qiymət verirlər. Ancaq
insanı devirən dini dünyabaxışa əsaslı dirəniş göstərə bilmirlər. Onu
ortadan qaldıra bilmədilər. Yeni dünyabaxış gətirə bilmədilər, insan
yeni dünyabaxışı qəbul eləsin, özünə verilən qiymətin əsasında
ömrünü sürsün. Ona görə də insan sevildi, ona yüksək qiymət verildi,
119
ancaq o yüksək qiymət verənlərdən qıraqda insanın şüuruna yeriyən,
yaşamında oturan dünyabaxış olduğu kimi qaldı. Bax, sorun ondadır.
Bu gün də Asif Ata insana yüksək qiymət verir. Biz deyə bilmərik
Asif Ata insana mütləq qiymət verir, nisbi qiymət vermir deyə sabah
hər şey əla olacaq. Əgər insan Asif Atanın dediyini eşidərsə, onu
əyən, devirən dünyabaxışdan daşınarsa, ideoloji basqılardan daşınar-
sa, o düzələcək. Yaşama gözəllik gətirəcək. Yox, o daşınmazsa, da-
şınmayacaqsa, bu gedişi uzaq yüzillərə daşıyacaqsa, yenə insan qara
günə qalacaq. Yenə insan qaranlıq içində olacaq. Bax, bütün məsələ
ondadır. İnsana münasibət, sevgi, doğmalıq bağışlanır, verilir. İnsan
“Olmağa” çağırılır. Ancaq insanın daşıdığı baxış, onu içəridən Olma-
ğa qoymur. O yad baxış dışlanmır, dışlanıla bilmir. Bax, məsələ
ondadır. Ötən dəfə mən Ailə Günümüzdə dedim, Ocaq olaraq bizim
işimiz nədir? Biz peyğəmbər veririk, peyğəmbər yaradırıq. Peyğəm-
bər yaratmaqla filan şeyləri dəyişirik. Bizim işimiz odur – peyğəm-
bər yaratmaq. Deməli, biz dünyabaxışı dəyişirik. Ona görə bizim
əsas döyüşümüz, hədəfimiz dindir. Çünkü din ruha hökm edir, insan-
dakı ruhu basqı altına alır. Sosial həyatı deyil, ideoloji həyatı deyil,
birbaşa insanın ruhu işğal olunur. İnsanın ruhu işğal olunandan sonra
bütün yaşamın nizamı pozulur, – sosial yaşam da pozulur, münasibət
də pozulur, hər şey pozulur. Bax, ona görə biz insanın ruhuna hakim
ola biləcək məsələdən yapışmışıq. Biz onu gətiririk. Peyğəmbərliyi
ona görə yaradırıq. Ona görə nə deyirlər desinlər, siz peyğəmbər
sözünü nə üçün qəbul edirsiniz, o soraq gətirən, elçi deməkdir və b.
Özü bilər, kim nə deyir desin, biz belə deyirik. Biz peyğəmbərliyin
hərfi anlamından yapışmamışıq, peyğəmbərliyin fəlsəfi anlamını
qəbul edirik. Yəni peyğəmbər gəlir, yeni dünyabaxış yaradır.
Asif Atanın peyğəmbərliyi Yeni İnam, yeni Dünyabaxış yaratmaq
anlamındadır. Allahın Cəbrayılından mesaj almaq deyil işi.
Bir də vətənə münasibət məsələsi var. Bir yaxın yoldaşla söhbət
eləyərkən bunu düşünmüşəm. Mən görürəm, insanlarla söhbət eləyi-
rik, insanların məsələlərə yanaşması, heç anlamda doğru deyil.
Məsələn, konkret mənim anamın həkimiylə bir söhbət oldu. Deyir
mən bir xeyir işdə bu fikri dedim: İnsan hər şeyini dəyişə bilər,
dünyagörüşünü də dəyişə bilər, vətənini də dəyişə bilər, dinini də
dəyişə bilər, tək bircə atasını-anasını dəyişə bilməz.
Mən görürəm yanaşma doğru deyil. İnsan vətənini dəyişə bilər nə
deməkdir?! Asif Atanın fəlsəfəsi isə deyir, insan vətəni dəyişə bil-
məz. İnsan Azərbaycandan gedib İngiltərədə yaşayırsa, bu o demək
120
deyil vətənini dəyişdi. Vətən mənəvi, ruhani xarakter daşıyır. Bizi
var edən anlamı daşıyır. Yəni bizi biz eləyən ruh var. Vətən o ruha
bağlıdır, vətən o ruhu yaradır. O ruhu biz dəyişmirik. Hara gedi-
riksə, həmin ruhla gedirik. Bu baxımdan coğrafi anlamda yer dəyiş-
mək vətəni dəyişmək anlamına gəlmir. Bir misal da çəkim. Mən bu
gün Azərbaycanın Abşeron bölgəsində yaşayıram. Məndən kimsə
soruşsa hardansan, deyə bilmərəm mən Saraylıyam, ya Bakılıyam.
Mən deyirəm Borçalıdanam. Mənə ruhu Borçalı verib. Məndə o
ruhu Borçalı yaradıb. Məni o böyüdüb. Azərbaycan böyük anlamda
Vətəndir. Vətən dəyişmir. Çünkü sənin daşıdığın mədəniyyət var.
Sənin danışdığın dil var. Sənin daşıdığın keyfiyyətlər var. Kon-
kret bir vətənə xasdır o keyfiyyət, o dil, o düşüncə. Bir vətənə xasdır.
O, İngiltərəyə xas deyil. İngiltərənin verdiyi ingilis keyfiyyətidir,
ingilis ruhudur, ingilis dilidir, ingilis mədəniyyətidir. Azərbaycanın
verdiyi Azərbaycan mədəniyyətidir, Azərbaycan ruhudur. Bax, bu da
mənim amallaşmamın bir cəhətidir – Vətən mühakimə olunmur. Ana
da mühakimə olunmur. Bəlkə də ana hardasa mühakimə oluna bilər,
ancaq vətən mühakimə oluna bilməz. Niyə? Ana dünyaya övlad
gətirir. Dünyaya övlad gətirmək analığın fiziki çalarıdır, bir cəhəti-
dir. Analıq – özünü övlada həsr olunmaqda üzə çıxarır. Övladı böyü-
düb ona ruh vermək, ona mənəviyyat vermək, ona tərbiyə vermək,
ona dil vermək, şüur vermək anlamı daşıyır, analıq odur! Əgər ana
dünyaya övlad gətirib onu atarsa, onunla uğraşmazsa, o mühakiməyə
gətirilir. Onda o, analıqdan ayrılır. Ancaq Vətən elə bir məna daşı-
mır. Vətən sənə bağlıdır. Sən Vətəni ata bilərsən, sən vətəninə xəya-
nət edə, qəsd edə bilərsən, vətən sənə heç çağ xəyanət eləmir. Vətən
sənə verdiyini verir, elədiyini edir. Vətən daşıdığı anlamı verir.
Vətən mühakimə olunmur. Bax, bütün məsələ ondadır, hər şey
mühakiməyə gələ bilər. Allah mühakiməyə gələ bilər ona verilən
keyfiyyətlərlə. Ona ərəbin, rusun, ingilisin, başqasının verdiyi key-
fiyyətlər mühakiməyə gəlir. Ulus da mühakiməyə gələ bilər, özündən
ayrıldığı üçün. Vətən gələ bilməz. Vətən böyük məsələdir. Ona görə
biz Vətənə Atayurd deyirik. Ata da mühakiməyə gəlmir, Vətən də.
Asif Ata mühakiməyə gəlmir, çünkü o özündə vətən anlamı daşıyır.
Bir də mənim amallaşmağımın bir cəhəti dil məsələsidir. Yenə mənə
İsa bəy (doxdur İsa), Xaliq bəy dillə bağlı, hərəsi bir yöndən, fikirlər
bildirdilər. İsa bəy kimi bir neçə aydınlar da qayğılanırlar: bizim
dilimiz çox dəyişikliyə uğrayır, çox yadlaşdırılır, ona qarşı çıxmaq
gərəkdir. Bir araya gəlmək, aydınları toplamaq, söhbət etmək
121
gərəkdir. Xaliq bəy başqa bir yöndən deyir – “türk dilinin gözəllik-
lərini bildikcə ona vuruluram, Göylərdə uçuram.” Yaxşı haldır. Türk
dilinin gözəllikləri deyəndə nəyi qəsd edir? Yəni türk dilində işlənən
türk sözlərini. Mən İsa müəllimə deyirəm, türk sözlərini ortaya
gətirməklə o işləməyəcək. Bu gün türk sözlükləri yaradırlar, sosial
şəbəkədə də yayırlar. O işləməyəcək. Çünkü sənin şüurun dəyişmə-
lidir. Sənin şüuruna yeridilən dil var. Sənin şüuruna yeridilən dil
sənin şüurunda oturuşan dünyabaxışın anlayışlarını ifadə edir. Nə
edirsən et, onun yerinə başqasını gətirə bilmirsən. Dil məsələsi
sadəcə sosial şəbəkələrdə sözləri paylamaqla deyil. Ya televizorda,
ya basında, ya radioda, harda istəyirsən payla, etkisi ya az olur, ya
heç olmur. Sən ananın dilindən başla, anandan başla. Niyə anandan
başla, necə başla?! Ona görə anandan başla, ana dünyaya övlad
gətirir. Onun beşiyinin başında ona dil öyrədəndə, özünün ruhuna
hakim olan anlayışları işlədir. O anlayışlar ərəb dünyabaxışından
gəlir. Ana övladın şüurunun altına yeridir. Sonra övlad böyüyür,
eyitim alan bir az fikirləşir dili araşdırsın, eyitim almayan heç fikir-
ləşmir də. Bəs necə başlaya bilərsən ondan? Yenə gəlib ortaya çıxır
Asif Ata. Asif Atanı ortaya gətirməklə. Asif Atanı bölgədə, kənddə
ananın doğduğuna verməklə. Onda Asif Atanın yaratdığı dünyabaxı-
şın anlayışları işlənəcək, yeriyəcək onun şüurunun altına.
Dil olayı olduqca önəmli məsələdir. Dil olayını qoruya biləcək,
yeridə biləcək məsələ dünyabaxış məsələsidir. Dünyabaxışdan qırağa
çıxmaq mümkün deyil. Bütün nədənlərin hamısının əsasında dünya-
baxış dayanır.
Bax, bayaq mən ruhani bilikdən bəhs etdim. Ruhani bilik, yəni
insanın özünü ruhani biliklə ifadə eləməsindən gedir söhbət. İnsana
bildirən, onu öyrədən, dedik, dünyabaxışdır. Dünyabaxış insanı öyrə-
dərək onu kor qoyursa, insan nəyə xəyanət elədiyini bilmir. Niyə
xəyanət elədiyini bilmir. İnsan vətəndə yaşayır, vətənə xəyanət edir.
Dilə xəyanət edir, ulusa xəyanət edir. Ancaq bilmir o xəyanət edir.
Burdan sürünə-sürünə Məkkəyə gedən adam bilmir nələrə xəyanət
edir. Burdan sürünüb Məşhədə, Kərbəlaya gedən bilmir o nəyə
xəyanət edir. Onun kökündə yenə gəlir dünyabaxış məsələsi durur.
Onu da ora çəkib aparan, özgələşdirən dünyabaxışdır. Onu ordan
ayıran, özümləşdirən yenə də dünyabaxışdır. Dünyabaxışı kim yara-
dırsa hökm onundur. Dünyabaxışı bir başqası da yarada bilər, ancaq
o başqasıyla sənin mənəviyyatın arasında birlik olmalıdır. O başqası
sənin mənəviyatına zidd olmamalıdır. Ona görə deyirəm, dünyabaxı-
122
şı kim yaradırsa hökm onundur. Dünyabaxışı sağlam mənəviyatlı
insan yaratmalıdır. O, milli də ola bilər, başqa milli də ola bilər.
Ancaq əsas məsələ onun insani kimliyidir. O kimlik də dayanır onun
vicdanına, onun bəşəriliyinə.
Amallaşma əməlim mənim kamilləşmə əməlimin birbaşa qidalan-
dırıcısıdır. Bu dediklərim düşündüklərimdir, yaşadıqlarımdır. Bunlar
mənim başqasına demək üçün axtardığım düşüncələr, fikirlər deyil.
Bunlar mənim özümə dediklərimdir – özümü qurmağımdır, özümü
yönəltməyimdir. Mən birinci öz addımıma doğru qiymət verməyə ça-
lışıram. Çünkü vətənə, millətə, insana, insanlığa münasibət məsələsi
daim məni düşündürən məsələdir. Çünkü münasibət orda əyilib.
Vətənə, millətə, insana, insanlığa münasibət doğru olmayanda xəya-
nət yaranır.
Bir də mənim kamilləşməmdə bir prinsipial tələskənlik var. O da
nədə özünü göstərir? Mən bu çağa kimi özümün xarakterimdən irəli
gələn yenilməzlik istəyi, yaxud uduzmamaq istəyi haqqında düşün-
müşəm. Məğlubiyyət anlayışı elə bil içimə girmir. İstənilən anlamda.
İstənilən anlamda olduğu üçün mən bunu tələskənlik sayıram. Bu bir
anlamda olmalıdır söz yox, ruhani anlamda. Daha doğrusu, ruhaniy-
yat müstəvisində, xəttində olmalıdır. Ruhaniyyatdan qıraqda da mən-
də həmin xarakter söz deyir. Götürək məsələn, anamın durumunu.
Mən anamın dalınca getdim. Biləndə ki düşünülən kimi onun sorunu
yoxdur, ağlıma bir gəldi, mən bunu qurtarmalıyam. Qurtarıcılıq
(xilaskarlıq) duyğusu beynimə girir, axıra kimi gedirəm. Bu özünü
həsr eləmək, aşırı qurban vermək anlamına gəlir. Mənə elə gəlir,
xarakterimdən irəli gələn bir şeydir. Mənə elə gəlir, bir cəhətdən mən
bunu azaltmalıyam (məhdudlaşdırmalıyam), ancaq azalda bilmirəm.
Nə üçün azaltmalıyam? Ruhun enerjisi bədənə bağlıdır. Bu bədənin
də gücü bir yerə kimidir. Onu hər yerdə, hər şeydə tükəndirmək, belə
deyim, ruhaniyyatın ixtiyarından qoparmaq anlamına gəlir. Yəni “bir
az ona ver, bir az buna ver” anlamına gəlir. Mən düşünürəm, biz,
Ocaq olaraq, bütün ixtiyarımızı ruhaniyyata verməyi bacarmalıyıq,
ruhaniyyat heç bir nöqtədə axsamamalıdır. Atanın bir sözü həmişə
mənim qulağımda səslənir. Keçmiş Qeyrətlə bağlı dediyi söz,
“bəşərin qeyrəti çolaqdır, siz durub bir çolaq Qeyrətlə uğraşırsınız”.
İndi yenə həmin anlama gəlir bizim çalışmalarımız. Bizim çalışmala-
rımız axı bütün bəşəriyyətin gələcəyinə yönəlikdir. Bax, bu baxım-
dan düşündürücüdür. Mən düşündüm, bu məsələdə məndə tələs-
kənlik var.
123
Bir neçə söz xalqlaşmayla bağlı deyim: baxmayaraq, bir ay olur
mənim Borçalıya gedib-gəldiyim, anamla uğraşmağım, bu bir ayın
içində mənim çoxlu xalqlaşma işlərim olub. Elə kənddən başlayıb.
Özü də adamlar özləri soruşmur, mən deyirəm, mən onları cəlb edi-
rəm, söhbət aparıram. Mən onların beyninə yazıram. Dönə-dönə mən
orda bir ortam yaratdım. Ciddi söhbətlər apardım. Çünkü bilirlər axı
mən Soyluyam, mən fərqli düşüncə adamıyam, mən Asif Ataya
bağlıyam. Onlar bunu bilirlər. Hər kəsin də içində ilgilənmək oyan-
mır, yaşam hamını basqı altına alıb, ilginç yanaşmanı mən özüm
oyadıram. Yəni içimdə elə bir qətiyyət var, mən edim. Bu baxımdan
kənddə ciddi uğurlu söhbətlərim olub. Qohumlarla, gələnlərlə, ge-
dənlərlə. Sonra, burda da anamınn yanına gələnlər olur. Anamla bir
az hal tuturlar, sonra başlayıram qonunu dəyişməyə. Hamısıyla
saatlarla söhbət etmişəm. Ən əsası odur, mən saatlarla söhbət etsəm
də, özümün qonumdan yorulmuram. Fiziki cəhətdən çox yoruluram.
Ancaq nə qədər yorğun olsam da, elə eşqlə danışıram, bədən har-
dasa qırılarsa, onun fərqinə varmıram. Bu nədən irəli gəlir məndə?
Bax, bayaq deyirsən (üzünü Günev qardaşa tutur – G.A.) şəxsi
həya-tım Amala çevrilib. Şəxsi həyatın Amala çevrilməsi budur –
Atanın vurğunuyam. Atanın vurğunu olmaq Qasım müəllimin
oğlunun vur-ğunu olmaq deyil.
Atanın vurğunu, yəni onun daşıdığı ideyaların, idealların, onun
vətən, millət, insan anlayışının vurğunuyam. Dönməzdir vurğunlu-
124
ğum. Fiziki cəhətdən nə qədər yorğun oluramsa, mənim həvəsim,
heyrətim coşğundur, qabağadır.
Sonra, sizə demişəm, burda, Ailə Günündə də vurğu eləmək istə-
yirəm. Fərdi görüşlərim olub. Türkiyədə eyitim alan, 30-a yaxın yaşı
olan bir nəfərlə. O deyir biz Türkiyəyə öyrəncilər hazırlayıb göndəri-
rik. Onunla o dərəcədə geniş söhbətimiz oldu, onun eşitdik-lərinə, bir
sıra fikir adamlarının yanlış baxışlarına etiraz elədim. Məsələn, biri
durub Qarapapaq türklərindən bəhs edir. Qabardır, sosial şəbəkə
demir, hər yerdə Qarapapaq türkləri. Sonra, biri Qaramanlı türkləri,
biri nə bilim nə türkləri. Bu nəyə bənzəyir? Bu ona bənzəyir, Azər-
baycan qurumlar, təşkilatlar bolluğuna düşüb. Biri Cəlilabad qurumu
yaradır, biri Kürdəmir qurumu yaradır, biri Qazax qurumu yaradır.
Biri Kəpənəkçi qurumu yaradır. Balaca bir kəndin guya sorunları ilə
uğraşır. Əslində ziyan verir. Azərbaycana bütöv yanaşmaq gərəkdir.
Heç kim bütöv yanaşmır. Dərdi bölürlər, parçalayırlar. Əslində heç
dərdlə uğraşmırlar da. Ayrıca Kürdəmir dərdi yoxdur, Azərbaycan
dərdi var. Ayrıca Qarapapaq türkü yoxdur, onu öyrənirsən, yaxşı
edirsən. Ancaq ayrıca təbliğ eləmək olmaz. Sən Qarapapaq türküsən,
mən, məsələn, Ayrım türküyəm. Niyə mən sənin Qarapapaqlığına
vurulmalıyam?!
Türk anlayışı var, türklük məsələsi var bütövlükdə. Bax, buna
görə deyirəm, onların o cür düşündüklərini, yanaşmalarını doğru say-
mıram. Sonra, Kürdəmirli bir şair oğlanla təxminən bənzəri tonda
danışdım. Yanlış bildiklərinin yanlış olduğunu əsaslandıraraq və i.a.
Sonra işlədiyim müəssisədə söhbətlərim olub. Yaxın günlərdə Ağşın
bəyin gənc tanışı gəlmişdi, əslən Cəlilabaddan. Onunla yaxşı bir
söhbətim oldu. Ayıqdır. Cəlilabadda qaranlığı yaxşı müşahidə edir.
Mən də kitabları verdim. Dedim sənin o qaranlıqla döyüşməyin üçün
yaxşı bir arac verirəm sənə. Yəni harda qarşıma fürsət düşür, o für-
sətdən uğurla yararlanıram. Asif Ata deyir Xalqlaşmaq gərəkdir.
Ağac-ağac, hal-hal, fərd-fərd Xalqlaşmaq gərəkdir. Həmin məsələdir.
Biz kütləvi şəkildə Ocaqlaşdırmayacağıq xalqı. Kütləvi şəkildə gö-
rüşlər keçirəcəyik, ancaq kütləvi şəkildə Ocaqlaşdırmayacğıq. Fərd-
fərd, hal-hal Ocaqlaşdıracağıq. Bundan usanmadan, yorulmadan get-
mək gərəkdir. Düşünürəm, gedirəm özüm. Eyni zamanda hesab edi-
rəm, hər bir Ocaqçının Ocaqlaşmasının açarıdır, çıxış yoludur Xalq-
laşma məsələsi – hal-hal, fərd-fərd söz demək, onun yanlışlarının
üzərinə dostcasına yerimək, Atanın doğrularını vermək, bax, bu
açardır. Bunu bacara bilən adam Ocaqlaşacaq. Bunu bacara bilən
125
adam içəridən yetkinləşəcək, böyüyəcək. Yox, bacara bilməyən
adam mənə elə gəlir, Ocaqdan qıraqda qalacaq.
Ocaqdan qıraqda insanın dəyəri yoxdur. Mən bunu düşündüm.
Biz görürük bunu.
“Batıda insan haqları çağırışları yalançıdır, insana çatmır” məsə-
ləsinə toxunmuşam. Bu, təkcə bizim bilik səviyyəsində qarşıladı-
ğımız məsələ deyil ki. Batıda belədir, başqa yerdə münasibət ayrıdır
filandır, elə deyil. Biz onu öz evimizin, elimizin içində görürürk.
Yəni o dalğalar bütün yerlərdə, bütün evlərdə, bütün nöqtələrdə
oturuşur. Çox pis oturuşur. İnsanların özlərinin də bəlkə heç sorağı
yoxdur. Heç kim bəlkə də fərqinə varmır, tutalım bu dalğa Batıdan
gəlir. Bilmir hardan gəlir. O dalğanı heç axtarmır, düşünmür. Ancaq
onun içinə yeriyir, oturur. Onun içindəki insan ölür. İçindəki insan
ölürsə, qıraqdakı insana münasibət də ölür. Bunu mən öz elimdə, öz
bölgəmdə də gördüm…
İnsanın heç yerdə dəyəri yoxdur, qiyməti yoxdur. Yalnız Asif
Atanın Ocağında var. Ona görə insanın qurtuluşu Asif Atanın
Ocağının içindən başlayır. Dünyanın qurtuluşu Asif Atanın Ocağının
içindən başlayır. Bax, mən orda yazmışam (carı göstərir –
G.A.). “İnsansız dünyaya, İnamsız insana Mütləqə İnam işığı gərək-
dir.” İnsansız dünya… Niyə dünya insansızdır? Çünkü insanın inamı
yoxdur. İnamı olmayan insan dünyanı insanlaşdırmır. Ona görə
Ocağın içindən başlayır dünyanın qurtuluşu.
Sonuncu, Azərbaycanda son ictimi-mənəvi durumun ruhani
dəyərləndirlməsi.
Mən siyasi durumun yüngülcə dəyərləndirilməsiylə ümumi aydın-
lıq gətirmək istəyirəm. Öncələr basın yayınlarında mənim çoxlu
yazılarım gedirdi. Bu yazılarda mən çox tez-tez vurğu edirdim:
Azərbaycanın yuxarı dairələrindən çox fəxarətlə söylənilən, hünər
kimi sunulan balanslaşdırma siyasəti. Batıyla Rusiya arasında balans-
laşdırma siyasəti aparır, bunu da hünər hesab edirdilər. Bax, onda
mən yazırdım, Batıyla Rusiyanın mövqeyi hələ Orta Doğuda toqqu-
şur. Güney Qafqaza hələ gəlib çıxmayıb əsaslı olaraq. Baxmayarq
burda onlar hansısa addımları qururlar. Əsasən onların mövqeyi orda
toqquşur. Ona görə onlar orda çəkişirlər. Onların orda çəkişməsinə
görə sən orda onun könlünü alırsan, burda da bunun. Elə bilirsən
hünər göstərirsən. Günlərin bir günü onların mövqeyi gəlib burda
toqquşacaq. Burda toqquşandan sonra Azərbaycanın qarşısında tələb
qoyacaq. Seçim elə. Ya mən, ya o. Onda sən qalacaqsan pis durum-
126
da. Onu seçəcəksən bu təpikləyib öldürəcək səni, bunu seçəcəksən o.
Azərbaycan bu gün həmin duruma gəlib çıxıb. İllər öncə haray
çəkirdim, günlərin bir günü bu durumla üzləşəcəksən. İndi bu gün o
durumla üzləşib. Bu gün artıq qəzetlər onu yazır:
“Azərbaycan seçim qarşısında. Artıq Batı İlham Əliyev hakimiy-
yətindən seçim eləməsini tələb edir”. Bax, Azərbaycanın düşdüyü bu
durum, onun bünövrədən addımını, strategiyasını düzgün qurmamaq-
dan irəli gəlir. Zaman-zaman biz deyirdik, Azərbaycanın başına
gələn H.Əliyev rejimi türklüyü sıradan çıxartdı, Azərbaycanın mə-
dəni əsaslarını sarsıtdı, bununla da Azərbaycanın gələcəyinə bir balta
vurdu. Hər kəs deyir, Azərbaycançılıq ideologiyası yaxşı ideologiya-
dır. Hamını gözə alır, etnikləri-filanı hesablayır. Sən etnikləri guya
qıcıqlandırmamaqdan ötrü ulusun kimliyini öldürürsən. Sabah kimli-
yini öldürdüyün ulusun ayaq üstə qalmaq gücü olmayacaq, öz
dövlətinə yiyə çıxmaq iqtidarı olmayacaq. İndi həmin durumdur. Bu
sorunun da uzaq qurtarması Asif Atanın Mütləqə İnam Ocağının
içindən başlayır. Asif Atanın Mütləqə İnam Ocağına hər anlamda üz
tutmaq qaçılmazlığı yaranır. Hər anlamda Asif Atanın gərəkliyi or-
taya çıxır. Bax, mən bunu özüm öyrənirəm, dərk edirəm, eyni halda
bunu öyrədirəm, daim vurğu edirəm. Qoy qulaqlar gec dolsun, ancaq
dolsun. Ona görə yaşasın Ata!
Ona görə yazmışam: “Ocağımızın yüksək çağırışı – dünyaya
insan gərək!”. Dünya insansız olduğu üçün bu gündədir. O insan da
Atanın dediyinin içindən çıxacaq. Ayrı yerdə insan yoxdur. Ayrı
yerdə insan yaradıcılığı, insan istehsalı yoxdur. Asif Atanın
Ocağından qıraqda.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın Bayrağını öpürəm.
Göylü Atalı: Mən bir sual verim. Yaxşı, hazırkı durumda iqtidar
neyləməlidir?
Soylu Atalı: Siyasi anlamda?
Göylü Atalı: Hə. Uzaq hədəflər aydındır, hazırkı durumda nə
etməlidir?
Soylu Atalı: Bilirsən necədir? Hazırkı durumda çıxış yolu yoxdur.
127
Onun çıxış yolu odur, Azərbaycan hələ də qurbanlar verir, verə-
cək də. Çünkü bunun bərkidiyi müstəvi artıq bəllidir. O müstəvidən
qopub getsə, bu özü məhv olacaq. Ona görə də bunun bir çıxış yolu
qalmayıb. Mənə elə gəlir, seçim eləyə bilməyəcək. İkisinin arasında
qalacaq. Ancaq Azərbaycanda əsasən Batını tuta biləcək bir qüvvə
formalaşdırmağa çalışacaqlar. Müxalifətdənmi, ya yeni müxalifətmi,
deyə bilmərəm, gec, ya tez. Hələlik Rusiya dirəniş göstərir. Ya gərək
dəngələr dəyişsin, durum dəyişsin. İstər Azərbaycanla, istər Türki-
yəylə bağlı. İstər başqalarıyla bağlı bu durum dəyişməlidir. Durum
dəyişəndən sonra Azərbaycan özü üçün yeni bir strategiya bəlli
eləməlidir. Ya da bu hakimiyyəti dəyişəcəklər. Gec, ya tez Azərbay-
canı bütövlükdə Batının ixtiyarına buraxacaqlar. Yenə də uzun çağlar
Azərbaycan Batının ixtiyarında özünə, hər anlamda, yad yaşayacaq.
Hələ qurbanları-filanı demirəm. Sonra qurtarıcılıq olayı kimi gəlib
çıxacaqlar Asif Atanın “Uluyurd Hərəkatı” ideyasına. O fəlakətlər
üst-üstə qalandıqca, ağırlıq artdıqca, altında iniltilər çoxaldıqca, onda
az qala yüyürəcəklər Asif Atanın “Uluyurd Hərəkatı” ideyasına. O nə
vaxt olacaq, biz deyə bilmərik. Neçə il çəkər, onu deyə biımərik.
Yön odur. Bu gün çox çətindir durum. Bu gün konkret seçim edə
bilmir. Niyə edə bilmir? Onu da deyim.. Adama elə gələr eləyə bilər,
deyər əşi, səni istəmirəm, səni istəyirəm. Elə deyil. Boynu bunun da
ayağının altındadır, onun da. Bunun ayağının altından çəkilir, o
tapdalayır, onun ayağının altından çəkilir bu. Yəni bu, ixtiyarı ikisinə
də verib. Pis verib özü də. Hər ikisinin əlindədir bunun kəndiri.
Yoxsa siyasi asudəlik olsaydı deyərdi get bunu seç də. Elə deyil.
Sonra, maliyyə cəhətdən də, kapitalları Rusiyada da var, Batıda da.
Eləcə də hakimiyyətin içərisində Rusiyanın da adamı var, Batının da.
Ona görə içəridən bunlar bir-biriylə döyüşsələr iflas edirlər. Qıraq
qüvvələrə meydan açırlar. Ona görə çox pis durumdur. H.Əliyevin
başladığı balanslaşdırma siyasəti son anda Azərbaycanı hansı ziyan-
lara uğradıb öz yerində, hakimiyyətin özü üçün də qəbir qazıb.
Ocaq isə öz işini görməlidir. Ocağın işinə çox böyük ehtityac
yaranacaq. Hər bir Ocaqçının özünə çox böyük ehtiyac yaranacaq.
Hər bir fərdimizin üzərində ciddi iş getməlidir. Biz çox yüksək
səviyyələrə yetməliyik.
Qutsal oxuma: “Təməl” kitabından bir hissə oxundu.
Dostları ilə paylaş: |