Konfutsi və
Lao-tszı, Mo-tszı, Çjuan- tszı, Le-tszı , Hindistanda
Upanişadlar meydana çıxmış,
Budda yaşamışdır. Hər
iki ölkədəki mütəfəkkirlərin hamısı gerçəkliyin fəlsəfi cəhətdən dərk edilməsi
imkanlarını nəzərdən keçirmiş, ona dair öz dünyavi fikirlərini irəli sürmüşlər.
İranda
Zərdüşt, Fələstində
İliya, İsayya, İeremiya kimi peyğəmbərlər,
Yunanıstanda
Homer, Parmenid, Heraklit, Platon, Aristotel, Evripid və
Sofokl, tarixçi
Fukidid və mexanikanın banisi
Arximed yaşamışdır. Adları çəkilən
mədəniyyətlərin hər üçündə yenilik varlığın, insanın bütövlükdə anlaşılmasıdır.
Həm də insanların uçurum qarşısında duranda da özünü təbiətdən fərqləndirərək öz
qarşısına ali məqsədlər qoymasındadır.
Fəlsəfənin mənşəyinin ümumiliyi qədim sivilizasiyaların müxtəlif
mərkəzlərində fəlsəfi fikrin inkişafındakı spesifik cəhətlərin olmasını istisna etmir.
Bu, hər şeydən əvvəl qədim Şərq ölkələrində fəlsəfi fikrin inkişafına bilavasitə
aiddir. Qədim Şərqin Misir, Babilistan, Hindistan və Çin kimi sivilizasiyalarında
ilkin fəlsəfi fikrin inkişafındakı spesifiklik həmin ölkələrdə quldarlıq quruluşunun
özünəməxsusluğundan, Qərb sivilizasiyaları ilə müqayisədə nisbətən zəif inkişafa
malik olmalarından irəli gəlmişdir. K.Marks quldarlıqdan danışarkən onun iki
sistemini bir-birindən fərqləndirmişdir. Onlardan biri mövcudluq vasitələrinin
istehsalından ibarət olan patriarxal quldarlıq sistemi, digəri isə izafi dəyər
istehsalına yönəldilən quldarlıq sistemi olmuşdur.
Onlar da «birinci» və «ikinci» formasiyalar şəklində bir-birindən fərqlənmiş,
birinci formasiya özündə yalnız icma cəmiyyətini deyil, habelə quldarlıq
cəmiyyətinin bir hissəsini də birləşdirmiş, ikinci formasiya isə antik (Yunanıstan)
istehsal üsulundan ibarət olmuşdur. Şərq ölkələri başlıca olaraq birinci formasiyaya
aid olduqlarından, orada quldarlıq qeyri-klassik formada özünü göstərmiş, Misirdə,
Çində, Hindistanda aydın şəkildə təzahür etmişdir. Məsələn, Hindistanda quldarlıq
münasibətlərinin inkişafı kənd icmalarını kökündən poza bilməmiş, ibtidai icma
quruluşunun bütün əsas elementlərini saxlamışdı. Çin, Misir və Babilistan da
həmin vəziyyətdə idi.
Bu ictimai-iqtisadi şəraitə, habelə qədim şərq xarqlarının psixoloji cəhətdən
fərqlərinə görə qədim Misirdə, Çində, Hindistanda, İranda, İudeya və İslaildə
fəlsəfi fikir qədim Yunanıstanda olduğu klassik formada inkişaf edə bilməmişdi.
Qədim Şərq ölkələrinin fəlsəfəsi fəlsəfəyə qədərki şüurdan aydın şəkildə
fərqlənmirdi, çox hallarda adi əxlaqi şüurdan (Çində) və dini-mifoloji şüurun
qarılışığından (Hindistan) ibarət olurdu. Lakin deyilənlərə baxmayaraq həmin
ölkələrdə dünyaya bu və ya digər münasibətdə az və ya çox dərəcədə fəlsəfi şüur
elementləri mövcud olmuşdur.
Beləliklə, biz fəlsəfənin mənşəyi və ilkin inkişaf mərhələsi haqqında müəyyən
məlumat əldə etdik. Fəlsəfi fikir ictimai tərəqqinin sonrakı mərhələlərində,
dünyanın elmi və dini mənzərəsində, sosial
-
siyasi şəraitdə baş verən dəyişiklik və
inkişafa uyğun olaraq dəyişmiş, təkmilləşmiş və inkişaf etmişdir. Fəlsəfənin keçdiyi
tarixi inkişaf yolunun mərhələlərini aşağıdakı kimi qruplaşdırmaq olar: