FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə53/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   49   50   51   52   53   54   55   56   ...   132
Fəlsəfə mühazirə

 
6.
XIV əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafında dünya şöhrətli şair 
Məhəmməd Füzulinin böyük xidməti olmuşdur. 
Füzuli Məhəmməd Süleyman oğlu
(1494-1556) İraqda Kərbəla şəhərində 
anadan olmuşdur. Tədqiqatçıların fikrincə ailəsi feodal çəkişmələri nəticəsində bir 
hissəsi Azərbayçandan İraqa köçmüş Boyat tayfasına mənsub olmuşdur. Füzuli ilk 
təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Şəxsi mütaliəsi sayəsində 


orta əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmlər), xüsusən dini-
fəlsəfi cərəyanları, ərəb tərcümələri əsasında Yunan fəlsəfəsi ilə yaxından tanış 
olmuş, klassik ərəb, fars, özbək, türk və farsdilli hind ədəbiyyatını öyrənmişdir. 
Məhəmməd Füzuli qədim yunan və şərq fəlsəfəsi ilə yaxından tanış idi. Onun 
fəlsəfi görüşləri, əsasən, Ərəb dilində nəsrlə yazdığı "Mətlə-ül-e'tiqad" əsərində öz 
əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Demokrit və başqa yunan 
filosoflarının fikirlərindən, Nizaminin fəlsəfi irsindən tə'sirlənmişdir. Füzulinin 
başqa əsərlərində də fəlsəfi fikirlərə təsadüf edilir. Füzuli dövrünün daha mütərəqqi 
ideyalarına əsaslanmışdır. Qəsidələrindəki mistik tərki-dünyalıq motivləri şairin 
yaşadığı dövrün təsirilə bağlı olmuşdur. Füzuli müsəlman ilahiyyatı məsələlərini 
fəlsəfi zəmində araşdırırdı. Fəlsəfi görüşlərinə görə Füzuli idealist olmuşdur. O, 
maddi aləmin obyektiv və insan şüurundan asılı olmayaraq mövcudluğunu qəbul 
etsə də, göstərirdi ki, maddi varlıq qeyri-maddi Allah tərəfindən yaradılmışdır. 
Onun fikrincə qeyri-maddi aləm ilkindir. Bununla yanaşı antoloji təlimində o, 
maddi aləmin obyektiv mövcudluğu fikrini müdafiə etmişdir. Varlıq məsələlərində 
Füzuli obyektiv mövcud olan hər şeyi iki kateqoriyaya bölürdü: 
1. Zəruri (öz mövcudluğunda səbəbə ehtiyacı olmayan), bu Füzuliyə görə 
Allahdır; 
2. Mümkün olan (öz mövcudluğunda səbəbə ehtiyacı olan), yə'ni dünya. 
Beləliklə, Füzuli maddi aləmi və qeyri-maddi Allahı bir-birinə qarşı qoyur. 
"Leyli və Məçnun" əsərində isə panteizmə meyl göstərərək, Allahla aləmi 
eyniləşdirir. 
Füzulinin görüşlərində bə'zən kortəbii meyllərə, bə'zən mistik ruhlu panteizmə 
rast gəlmək olur. Güman etmək olar ki, Yaxın Şərq filosofları Şəhristaninin "Dini 
və fəlsəfi cərəyanlar haqqında", Əl-Kifin "Müdriklər haqqında mə'lumat" və başqa 
əsərlərin tə'siri ilə Füzuli iki maddi (ilkin materiya və cisim) və üç qeyri-maddi 
(forma, ruh, zəka) substansiyanın mövcudluğunu göstərir. Forma müəyyən yerdə 
yerləşdirilən substansiyadır. Zəka isə cisimlə əlaqəsi olmayan qeyri-maddi 
substansiyadır. Füzulinin fikrincə insan ruhu zəkaya uyğun hərəkəti idarə edir. 
Buna görə də zəkalı ruh adlanır. Lakin bununla belə hesab edilir ki, insan ruhu 
şəxsiyyət üçün əlçatmaz bir şeydir. Füzulinin humanizmi onun vəsf etdiyi 
məhəbbət hissi ilə sıx bağlıdır. O, məhəbbəti insan həyatının və xoşbəxtliyinin son 
məqsədi hesab edirdi. 
Füzuli dövrünün demokratik ideyalarını müdafiə etmiş, bütün insanların 
bərabər olmasını, hakimlərin yoxsullara mərhəmət göstərməsini arzulamışdır. 


XVII əsrin I yarısında yaşamış Azərbaycan xalqının görkəmli filosofu 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin