19
Əslində adət və ənənə normalarını 2 qrupda incələmək olar: Bir
növ adət və ənənə normaları həm də hüquq norması hesab olunur.
Digər növdə isə hüquq cəhətdən əsassızdır, ancaq yenə də ictimai
münasibətləri tənzimləyir. Birinci növ adət və ənənə normalarına
«hüquqi» adət və ənənə normaları, ikincm növ normalara isə adi və ya
ümumi adət ənənə normaları deyilir. Hüquqi normalar daimilik, ümumi
inanc
və dövlət dəstəyi kimi əlamətlərə sahibdir. Adi normaların isə
yalnız daimilik və ümumi inanc əlamətləri var. Hər cəmiyyətdə yaxşı və
ya
pis bir
neçə adi adət və ənənə norması var. Ancaq bunlardan
bəziləri dövlət tərəfindən mühafizə olunur və hüquq mənbəyi olaraq
fəaliyyət göstərirlər. Bəziləri isə dövlət
tərəfindən mühafihə olunmur,
əksinə dövlət tərəfindən qadağan olunmuşdur. Ancaq yenə də bəzilərdə
adi
adət ənənə norması kimi əhəmiyyətini itirmir. Bunlar daimidir və
həmin ərazidə yaşaynalar hesab edirlər ki,
bu normalara riayət
olunmalıdır. Məsələn: qan davamı hüquqi adət ənənə norması deyil.
Çünki dövlət tərəfindən dəstəklənmir. Buna baxmayaraq, adət və
ənənə norması sayılır, lakin adi adət ənənə normasıdır.
Adi
adət və ənənə normaları,
dəmiyyətdə uzun müddət
təkrarlanan və cəmiyyətin özü üçün məcburi saydığı ortaq davranış
formalarıdır.
Yuxarıdakı anlayışdan bu normaların iki əlaməti ortaya çıxır:
Maddi
və mənəvi ünsürü.
1. Maddi
ünsur (damilik) – cəmiyyətdə mövcud olan davranışın
adət və ənənə norması ola bilməsi üçün, bu davranış hər şeydən əvvəl
daim
təkrarlanan olmalıdır. Müvəqqəti davranışlar adət və ənənə
norması sayılmırlar.
2.
Mənəvi ünsür (ümumi inanc)- daim təkrarlanan davranış
fo
rmasının adət və ənənə norması ola bilməsi üçün cəmiyyətdə həmin
davranış formasına əməl etməyin məcburiliyi haqda bir inam olmalıdır.
Bu iki
ünsürü özündə ehtiva edən
normalar adi adət ənənə
normalarıdır. Bu normalar da cəmiyyət həyatını tənzimləyirlər.
Adət və ənənə normalarının əsası müəyyən zamanda edilən
hərəkətin başqa zamanda eyni şəkildə edilməsi inancıdır.
Adət və ənənə normaları tədricən formalaşır. Bir şəxs hər
zaman
müəyyən bir formada davrana bilər.
Bu cəmiyyətlər üçün də
belədir. Cəmiyyətin hamısı, yaxud müəyyən bir hissəsi hər hansı
mövzuda eyni cür davrana bilər. Bu halda adət və ənənə meydana gəlir.
Adət və ənənə normaları ümumi və xüsusi ola bilir. Ümumi adət
və ənənə normaları peşəsindən asılı asılı olmayaraq hər kəsə aid olan
normalardır. Xüsusi adət ənənə normaları isə müəyyən peşə ilə bağlı
olan
normalardır. Məsələn zərgərlər arasında olan bəzi adətləri
göstərmək olar.
20
Bundan
başqa adət və ənənə normaları ümumi məhəlli
xarakterli olur.
Əgər bir norma bütün
ölkədə qüvvədədirsə ümumi, yox
əgər yalnız bir bölgədə qüvvədədirsə məhəlli xarakter daşıyır.
Dostları ilə paylaş: