Adətin qanunla nisbəti özünü aşağıdakı kimi göstərir: 1) qanundan
kənar adət;
2) qanun
və adət;
3) qanunazidd
adət.
Hüquq və dini normalar. Dinin
təyinatı insana bu və ya digər
şəkildə yaşadığı aləmə alışmaq və dünyada öz yerini tapmağa imkan
verən «mənalar»ın hazırlanmasıdır. Bu nöqteyi-nəzərdən, din yaxşı
davranışın mizan-tərəzisidir. Müxtəlif inancların yaratdığı və bu və ya
digər dinə itaət edənlər üçün məcburi məna daşıyan dini normalar sosial
normaların bir növüdür. Zahirən bu normalar hüquqi göstərişlərlə
oxşarlığa (forma və məzmunca) malikdir. Onlar Tövrat, İncil və Quranda
və s. əksini taparaq sənədləşmişdir. Bəzi hallarda hüququn mənbələri də
olurlar (
müsəlman dövlətlərini, kontinental Avropanın bəzi dövlətlərini, o
c
ümlədən kilsə-kanonik hüququn milli hüquq sisteminin bir hissəsinə
çevrildiyi Almaniyanı belə illüstrasiyalar kimi göstərə bilərik).
Eyni zamanda
hüquqla din arasında prinsipial fərqlər mövcuddur.
İctimai həyatın sekulyarizasiyası (dünyəviləşdirilməsi), vicdan azadlığının
təsdiqlənməsi, artıq dini normaların fəaliyyətinin dairəsinin daralması
deməkdir. Bundan başqa, məsələn, Tövratın göstərişləri yalnız iudaizm
ardıcıllarına aiddir, Quran normaları isə müsəlmanlara və s. Din və
hüququn təsir mexanizmləri də müxtəlifdir. Məsələn, dinlər müqəddəs
kitablarında özlərinin davranış məcəllələrindəki mütləq göstərişləri
Allaha, yaxud filosoflar
və ilahiyyatçıların təbirincə,
«dünyanın
transedental
başlanğıcı»na istinadla əsaslandırırlar.
Hüququn dinə təsiri müəyyən mənada yetərincə spesifikdir. Vicdan
azadlığı haqqında qanun vicdan və din azadlığına, məzhəblərin
bərabərliyinə və s. təminat verir. Eyni zamanda hüquq dindən müəyyən
7
«ecaskar» məqsədlər, o cümlədən totalitar sektalar üçün istifadəsinə
biganə qalmamalıdır.