Tarixən hüquq
ona
görə yaranıb ki, yeni şəraitlərdə digər tənzimləyicilər, o
c
ümlədən əxlaq təşkilatlanma və qayda-qanun üçün, istehsalçının
xoşagəlməz hadisələr və özbaşınalıqdan müdafiəsi üçün yetərincə
təminatçı ola bilmir. Hüququn xüsusiyyətləri isə buna cavab
vermişdir.
Əxlaq və din hüquqla rəqabət apara bilmir. Partikulyarizm prinsipcə
hüquq sistemi üçün qəbuledilməzdir. Buna görə də hüquq sistemi
c
əmiyyətdə yeganə olmalıdır. Əxlaqi və dini sistemlər isə bir neçə ola
bilər: hakim və korporativ əxlaq, hakim elitanın və idarəolunanların
əxlaqı, yaxud Alman filosofu Fridrix Nitsşe demişkən, «hökmdarın əxlaqı
və qulların əxlaqı».
Normativ
tənzimləmənin prioritet tipii kimi hüquq və əxlaq bir-birinə
qarşılıqlı təsir göstərirlər. Bu təsirin formulu belə ifadə oşuna bilər: əxlaq
qanunun
pozulmasını tələb edə bilməz; hüquq öz normalarında əxlaqsız
əməlləri möhkəmlətməməlidir (və təbii ki onların icrasının yerinə
yetirilməsini də).
Əxlaqın hüquqa təsiri ikinciyə əxlaqi istiqamət verir. Hüququn
əxlaqi dəyəri ondadır ki, onun normaları və institutları hüquqi vasitələrlə
və mexanizmlərlə insanın və vətəndaşın azadlıqlarına, onlardan istifadə
imkanına təminat verir, şəxsi həyata və şəxsi azadlıq sferasına özbaşına
müdaxiləni istisna edir. Hüququn mənəvi borcu ondadır ki, o, sosial
ədalətin tələblərini təsdiqləməli və həyata keçirməlidir. Bu mənada hüquq
c
əhətdən ədalətin normativ təsdiqlənmiş ifadəsi olmalıdır.
9
Hüquq və əxlaqın yaxınlaşması eyni zamanda hüququn əxlaqa
çevrilməsi deməkdir. Belə yaxınlaşma öz sərhədlərinə malikdir və ondan
kənarda hüquq öz unikallığını itirmək təhlükəsi ilə üzləşir.
Əxlaq və hüququn nisbətini aşağıdakı kimi daha yaxşı təsvir etmək
mümkündür:
1)
Hüquq rassional, əxlaq irrasional qaydalardır;
2)
Hüququ yazılı şəkildə qeyd etmək olur, əxlaqi isə yox;
3)
Hüquq yalnız insanların hərəkətlərini müəyyən edir, əxlaq isə
düşüncə, hiss və ehtirasları da nizamlayır;
4)
Hüquqda heç bir qiymət-«yaxşı» və «pis» anlayışları yoxdur.
Əxlaqda isə xeyir və şər tarixən formalaşıb.
5)
Hüquq yalnız tərəflər arasında mövcud olur, yəni miqyas
məhduddur. Əxlaq isə hər yerdə var;
6)
Hüquq yalnız tərəflər arasında mövcud olur.
Hüquq qarşılıqlılıq tələb edir. Hüquq insanların başqaları
haqqında düşüncələrini nizamlaya bilmir.
I.
Hüquqda A
B II.
Əxlaqda isə A
B
C
E
Hüquq ikinci münasibətləri nizamlamır, çünki qarşılıqlı münasibət
yoxdur.
7)
Hüquqda mübahisə III tərəf vasitəsilə həll olunur. Yəni:
A B
mübahisə B
C
A
və B arasında mübahisə var, C onların hər biri ilə ortaq
mənafeyə malik olmayıb, neytraldır, yəni mübahisənin iştirakçısı deyil.
Amma
əxlaqda mübahisə mübahisə iştirakçılarından biri tərəfindən həll
olunur.
8)
Hüquqda hər kəs bərabərdir. Əxlaqda isə yox, (məs; yaşlı və
cavan).
Hüquq faktiki bərabərsizliyi nəzərə almır. Əxlaq isə əksinə onları
nəzərə alır, qəbul edir.
9)
Hüquqda hökmən yaradan və realizəni təmin edən xüsusi
təsisat olmalıdır. Əxlaqda isə belə təşkilatlara ehtiyac yoxdur.
10)
Hüquq daim dəyişkəndir, çünki hüquq mənbələrdə təsbit edilib.
Mənbələr dəyişirsə, hüquq da dəyişir. Əxlaqda dəyişikliyin baş verməsi
üçün nəsil dəyişilməlidir.
10
Hegel
hüquq və əxlaq arasında fərqi belə ifadə edir:
1) H
Ə
Burada
hüquq və əxlaq heç vaxt qovuşmur.
Ayrı-ayrı sahələri var.
2) Kant
isə bu fərqi belə ifadə edir:
Ə
H
Burada
əxlaq hüququ ehtiva edir, hüquq əxlaqın tərkib hissəsi olur.
Hüquq cəmiyyət üçün vacib olan qaydaları təmin edir, əxlaqdan törənir.
Bu c
ür yanaşma «etik minimum» adlanır.
3) «Skandinv realizimi» hüquq və əxlaq nisbətini aşağıdakı kimi
hesab edir:
H
Ə
Hüquq əxlaqı ehtiva edir, əxlaq hüququn tərkib hissəsidir.
4) Sonuncu
yanaşmada isə hüquq və əxlaq sərbəst normativ
sistemlərdir.
H
Ə
|