Eşitmə respetorlarından oyanma potensialları
qeydə alan unikal
mikroelektrofizioloji tədqiqatlar göstərmişdir ki, eşitmə reseptorları arasında
aydın, yüksək və xarakterik səs tonlarına görə sazlanan sensorlarla yanaşı olaraq
alçaq, qeyri-aydın, qarışıq səslərə görə köklənən sensorlar da mövcuddur. Qulaq
ilbizindən başlanğıc
götürən eşitmə siniri, az sayda liflər saxlayır, eşitmə
reseptorları kimi, səs tezliklərinə köklənmə dərəcəsinə görə fərqlənirlər. Hər iki
qulaqdan beyinə tərəf gələn eşitmə sinir lifləri arxa
beyin nahiyəsində ilkin
eşitmə mərkəzi olan koxelyar nüvəyə daxil olur və çoxlu şaxələr verir, bu
şaxələr yüksək nizamla qurulmuş şəbəkə əmələ gətirir. Tədqiqatçılar
göstərmişdir ki, bazilyar membranda eşitmə reseptorlarının
bütün tonotipik
ardıcıllığı olduğu kimi koxelyar nüvədə proyeksiya olunur. Koxelyar nüvənin
hər bir hissəsi ilə arxa beynin müxtəlif mərkəzləri arasında
çox zəngin və
mürəkkəb əlaqələr mövcuddur. Koxelyar neyronların bəziləri zeytun nüvələri
kompleksi ilə ikitərəfli (ipsilateral və kontrateral) əlaqələr əmələ gətirir. Bu
məkanda səsləri binaural olaraq təyin edilməsi üçün zəruridir.
Dorsal koxelyar
neyronlar eşitmə siqnalları orta beyindəki eşitmə mərkəzlərinə-dördtəpəli cismin
arxa qabarlarına və talamusa yollayır. Eşitmə informasiyaları üçün başlıca
talamik rele
funksiyası medial dizcikli cisim icra edir. Somatosensor və görmə
sensor
sistemlərdə olduğu kimi, rele xarakterli talamik neyronların baş beyin
qabığına proyeksiya olunduğu sahələr qabığın
ilkin eşitmə mərkəzlərinə
müvafiq gəlir. Əvvəllər zənn edirdilər ki, baş-beyin böyük yarımkürələri
qabığında, gicgah nahiyəsində bir ilkin eşitmə mərkəzi mövcuddur. Primatlarda,
eləcə də insanda baş-beyin qabığına məxsus olan çoxlu eşitmə sahələri (əsasən
də gicgah payının dorsal hissəsində) olduğu müəyyən edilmişdir. Belə
təsəvvürlər də var ki, eşitmə qabıqda daxili qulaq ilbizinin koxleotipik quruluşu
(özünəbənzərliyi və tonotipik mənzərəsi ilbiz boyunca səs tonlarına köklənmə
ardıcıllığı)
əks
etdirən
«nümayəndəliklər»
mövcuddur.
Tonotopik
«nümayəndəlik» səslərə tezlik göstəricilərinə görə
geniş diapazonda reaksiya
vermək funksiyasına malik olduğu güman edilir.