117
4.1.3. Təhlil əsasında özünün hərəki
fəaliyyətində
korreksiyalar aparır.
Hərəkətlərin icrasında göstərilmiş
nöqsanlara düzəlişlər edir
Fəaliyyətində korreksiyalar
118
Tezaurus
Təlimin məzmunu-
şəxsiyyətin formalaşmasına yönəlmiş bacarıqlar
şəklində
ifadə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur.
Təlim nəticəsi-
müəyyən bir mərhələdə mənimsənilməsi
nəzərdə tutlan və
əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Məzmun xətti-
fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək
üçün müəyyən olunan məzmununun zəruri hissəsidir.
Məzmun standartı-
dövlətin təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş
dövlət tələbidir.
Qiymətləndirmə standartı-
təhsil alanların nailiyyət
səviyyəsinə qoyulan dövlət
tələbidir.
Təlim strategiyası-
təhsil prosesində istifadə olunan forma, metod,
üsul və
vasitələrin məcmusudur.
Kurikulum-
təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə,
məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir.
Dərslik-
dövlət təhsil standartları əsasında hazırlanmış kurikulumlara uyğun olan,
şagirdlərdə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişlərinin aşılanmasına,
demakratik
dünyagörüşünün formalaşmasına imkan yaradan, onları
düşünməyə sövq edən, məntiqi
təfəkürü
inkişaf etdirən, tətbiqi xarakter daşıyan, inteqrativ xüsusiyyətə malik əsas dərs
vəsaitidir.
Inteqrasiya-
müəyyən təhsil sistemi çərcivəsində
şagirdlərin təfəkküründə
dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişaf və özünüinkişafa
istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri arasında
struktur
əlaqələri qurmağı və onları sistemləşdirməyi tələb edən didaktik prinsipdir. Dünyanın
təhsil təcrübəsində şaquli və üfüqi olmaqla onun iki növündən istifadə edilir.
Dostları ilə paylaş: