Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə117/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   111   112   113   114   115   116   117   118   119
20 Fiziki tərbiyə-kurikulum

Milli kurikulum- 
ölkə miqyasında təhsilin hər bir pilləsindəki fəaliyyətlərin 
həyata keçirilməsinə imkan yaradan və onları istiqamətləndirən konseptual sənəddir.
Fənn kurikulumu- 
fənn üzrə fəaliyyətləri istiqamətləndirən konseptual sənəddir. 
Pedaqoji innovasiya-
təhsil müəssisələrində, pedaqoji nəzəriyyələrdə, müəllim və 
şagirdlərin fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma, üsul və vasitələrində, 
idarəetmədə, məqsəd və nəticələrdə, ümumən, pedaqoji sistemdə baş verən yeniliklərdir. 
Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada davam etdirilir, həmin 
dövrün səciyyəvi pedaqoji hadisəsinə cevrilir.
Nəticəyönümlülük-
yeni kurikulumların hazırlanmasında nəzərə alınmış əsas 
prinsiplərindən biridir. Bu pirinsipin tələbinə görə müəyyən olunmuş bacarıqlardan ibarət 
zəruri məzmun nəticələr formasında verilir. 
Taksonomiya-
yanan sözdür (taxus-qayda ilə yerləşmə+qanun deməkdir), təlim 
məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə botanika və 
zoologiyada əmələ gəlmiş, heyvanların və bitgi orqanizmilərinin qruplara görə bölgüsü 
anlamında işlənmişdir. 30-cu illərdə psixologiyada istifadə olunmağa başlanmışdır.
Şəxsiyyətyönümlülük –
Milli Kurikulumun hazırlanması zamanı nəzərə alınmış 
didaktik prinsiplərdən biridir. Onun tələbinə görə, kurikulumların tərkibində olan təlim 
standartları, strategiyaları və qiymətləndirmə mexanizmləri şagird şəxsiyyətində idraki
hissi və psixomotor bacarıqlar əsasında yaranan keyfiyyətlərin formalaşmasına yönəlir. 
Çox vaxt bu keyfiyyətlər kompetensiyalar (səriştələr, qabiliyyətlər), dəyərlər və ya 
mədəniyyətlər terminləri ilə ifadə edilir. Şəxsiyyətyönümlü təhsilin keyfiyyət göstəricisi 


119 
sadəcə bilik və ya bacarıqlar deyil, milli səviyyədə müəyyən olunmuş ümumi nəticələrə 
uyğun səviyyənin (kompetensiya, keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun 
səviyyənin) əldə edilməsidir.

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin