Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə118/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   111   112   113   114   115   116   117   118   119
20 Fiziki tərbiyə-kurikulum

Təhsildə qiymətləndirmə sistemi-
beynəlxalq milli və məktəb səviyyələrində 
aparılan qiymətləndirməni əhatə edir. Orada zəruri məzmunun (qiymətləndirmə 
standartlarının), vasitələrin (test, sual və s.), formaların, üsulların müəyyənləşdirlməsini 
və onların reallaşdırılmasına aid prosedurları özündə birləşdirir.
Fəal (interaktiv) təlim-
şagirdlərin idrak fəallığına əsaslanır, təhsil prosesinin 
digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir.
Idrak fəaliyyəti-
idrak prosesində həyata keçirilən fəaliyyətdir. Psixoloqların 
fikrincə, idrak fəaliyyətində bilmək, anlamaq, tətbiq etmək, sintez etmək və 
dəyərləndirmək əsas mərhələlər hesab olunur. Müasir təhsil konsepsiyasına görə, 
şagirdin təlim fəaliyyətinin psixopedaqoji əsasını məhz həmin parametrlər təşkil edir. 
Ona görə də “hafizə məktəbi”ndən fərqli olaraq “təfəkkür məktəbi”ndə təlim 
stanadartları hazırlanarkən onlar əsas götürülür.
Fiziki tərbiyə
- hərəki bacarıq, vərdişlərin formalaşması və hərəki qabiliyyətlərin
 
inkişaf etdirilməsini özündə əks etdirən pedaqoji prosesdir 
Hərəki fəaliyyət
- hərəki vəzifələrin həlli üçün insanın məqsədyönlü hərəki 
fəallığıdır. Hərəki fəaliyyətin pedaqoji quruluşu bü fəaliyyətin yerinə yetirilməsi 
motivindən; onun icrası vəzifələrinin müəyyən olunmasından; bu vəzifələrin həlli 
planından və fəaliyyətin reallaşdırılmasından ibarətdir. Hər bir hərəki fəaliyyət hərəkətlər 
sistemindən ibarətdir.
Hərəki bacarıq
- hərəki fəaliyyətə daxil olan hər bir elementin icrasına diqqətin 
cəlb olunması ilə yerinə yetirməsidir. Bu daha çox ilkin öyrətmə mərhələsinə xas olan 
xüsusiyyətdir.
Hərəki vərdiş
- diqqətin son nəticəyə yönəldilməsi ilə hərəki fəaliyyətin icrasıdır. 
Bu zaman hərəkətin icrası avtomatlaşır, mərkəzi sinir sistemi hərəki fəaliyyətə daxil olan 
ayrı-ayrı elementlərə deyil, yalnız son nəticəyə və şəraitə nəzarət edir.
Fiziki inkişaf
- insan orqanizminin morfoloji-funksional xüsusiyyətlərinin təbii 
dəyişməsi, inkişafı prossesidir. Fiziki inkişaf prinsipcə idarə olunan prossesdir. Bu 
prossesə məqsədyönlü, istiqamətləndirici təsir fiziki tərbiyə prossesində həyata keçirilir.
Fiziki hazırlıq
- hərəkt və hərəkət komplekslərinin tətbiqi nəticəsində 
formalaşdırılmış hərəki vərdişlərin və orqanizmin iş qabiliyyətinin artırılmasıdır

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin