Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

Hüquqi təminat. 
Hüquqi təminat dedikdə informasiya sisteminin yaradılması, hüquqi 
statusu və fəaliyyəti ilə bağlı hüquqi normalar toplusu başa düşülür. həmin normalar 
vasitəsilə informasiya nın alınması, çevrilməsi, istifadə edilməsi və qorunması qaydaları 
nizamlanır. Hüquqi təminatın əsas məqsədi qanuniliyi möhkəmlətməkdir. Hüquqi 
təminatın tərkibinə qanunlar, fərmanlar, dövlət orqanlarının sərəncamları, əmrlər, 
təlimatlar və nazirlər kabinetinin, nazirliklərin, idarələrin, təşkilatların və yerli 
hakimiyyət orqanlarının normativ sənədləri daxildir. Hüquqi təminatda istənilən 
informasiya sisteminin fəaliyyətini tənzimləyən ümumi hissəni və konkret fəaliyyətini 
tənzimləyən lokal hissəni ayırmaq olar. İnformasiya sisteminin yaradılması 
mərhələlərinin hüquqi təminatına icraçı və sifarişçi təşkilatlar arasında müqavilə 
münasibətləri ilə və həmçinin müqavilədən yayınmaların hüquqi tənzimlənməsi ilə bağlı 
normativ aktlar daxildir. İnformasiya sisteminin fəaliyyəti mərhələlərinin hüquqi 
təminatı aşağıdakıları əhatə edir:
 

İnformasiya sisteminin statusu; Sistemin heyətinin hüquqları, vəzifələri və 
məsuliyyətləri; Idarəetmə prosesinin ayrı-ayrı növlərinin hüquqi nizamnamələri; 
İnformasiya nın hazırlanması və istifadə edilməsi qaydaları və s. 


5.
 
Lokal və paylanmış informasiya sistemi 
 
İnformasiya sistemi kompüterdən, onun xarici yaddaşında saxlanan verilənlər 
bazasından, verilənlər bazasının idarəetmə sistemindən (dil və proqram vasitələri) və 
sistem administratorundan ibarət mürəkkəb “insan-maşın” kompleksidir. İnformasiya 
sisteminin əsasını verilənlər bazası təşkil etdiyindən, bəzən ona verilənlər bazası sistemi 
də deyilir.
İnformasiya sistemlərini fəaliyyət dairəsinə görə 2 sinfə bölmək olar: lokal sistemlər 
və paylanmış sistemlər. 
Lokal İS adətən bir kompüterdə reallaşdırılır, bir VB-yə malik olur və həmin VB-yə 
aid sorğulara cavab verir. Verilənlərin məntiqi və fiziki müstəqilliyini təmin etmək üçün 
onlar 3 səviyyədə təsvir olunur: xarici (istifadəçi səviyyəsində), məntiqi (konseptual 
səviyyə) və fiziki (yaddaş səviyyəsində). Hər səviyyəyə uyğun verilənlərin modeli 
yaradılır. Şəkildə lokal İS-nin sadələşdirilmiş strukturu göstərilmişdir. 
Şəkil 1. Lokal informasiya sisteminin sadələşdirilmiş strukturu 
Xarici model (XM) istifadəçinin verilənləri necə görməsi deməkdir. Başqa sözlə, xarici 
model istifadəçinin VB-dən tələb etdiyi verilənlərin strukturunu və tərkibini əks etdirir. 
Xarici modelə başqa sözlə altsxem də deyilir. Istifadəçilərin informasiya tələbləri 
müxtəlif olduğundan, altsexmlərin sayı və strukturları müxtəlif olur. Xarici model 
istifadəçinin ünsiyyət dili vasitəsilə sistemə verdiyi sorğuya görə formalaşdırılır.
Məntiqi model (MM) verilənlərin mücərrəd təsvirini əks etdirir. Bu təsvirdə VB-yə 
daxil edilən bütün verilənlərin xarakteristikaları və onlar arasındakı əlaqələr əks etdirilir. 
Məntiqi model VB-nin əsası sayılır. Ona başqa adla konseptual model (KM) deyilir. 
Məntiqi model verilənlərin strukturunu və onlar arasındakı əlaqələri əks etdirən sxem 
İstifadəçilər 
Xarici model 
Məntiqi model 
Fiziki model 
VBİS 
ƏS 
VB 


vasitəsilə ifadə olunur. VB-nin təşkili zamanı konseptual sxem verilənlərin təsviri dili 
vasitəsilə (məsələn dBase dili, SQL dili və s.) təsvir olunur.
Fiziki model verilənlərin kompüterin xarici yaddaşında necə təşkil olunmasını əks 
etdirir. Bu modeldə VB-nın daxili(maşın ) sxemi təsvir edilir. Həmin sxemdə xarici 
yaddaşın xarakteristikaları, fiziki yazıların formatları, indekslər, kataloqlar və s. haqqında 
məlumat verilir. Verilənlər bazası xarici yaddaşda fiziki modelə uyğun saxlanır. 
Xarici, məntiqi və fiziki modellər verilənlər bazasının idarəetmə sistemi vasitəsilə bir-
biri ilə əlaqələndirilir.
Informasiya sistemi tətbiq edilən müəssisədə verilənlərin mərkəzləşdirilmiş emalına 
və idarə olunmasına məsuliyyəti 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin