Xidmət
– insanın və ya təşkilatın müxtəlif məhsullara təlabatını ödəmək ücün
müəssisənin və ya şəxsin qeyri-istehsal fəaliyyətinin nətiçəsidir.
İnformasiya xidməti
- informasiya məhsullarının alınması
və istifadəçiyə təqdim
edilməsi deməkdir.
Dar cərcivədə informasiya xidməti cox vaxt kompüterin köməyilə edilən xidmət
kimi başa düşülür. Əslində isə, bu anlayış daha geniş məna kəsb edir.
Xidmət təqdim edildikdə iki tərəf-xidmət göstərən və xidmət alan-arasında razılaşma
(müqavilə) bağlanır. Müqavilədə onun yerinə yetirilmə vaxtı
və xidmətin dəyəri
göstərilir. Xidmətin siyahısı informasiya resurslarının və onların əsasında hazırlanmış
informasiya məhsullarının həçmi, kefiyyəti və istifadə sahəsi əsasında tərtib edilir.
İnformasiya resurslarının və məhsullarının növlərinə görə informasiya xidmətlərinin
aşağıdakı tiplərini ayırmaq olar:
1- informasiya nəşrlərinin buraxılması;
2- retrospektiv informasiya axtarışı;
3- elmi-texniki informasiya xidmətləri;
4- uzaqməsafəli informasiya bazalarına müraçiət;
5- informasiya xidmətlərinin hazırlanması və təqdim edilməsi;
6- ilkin mənbələrin təqdim edilməsi.
İnformasiya nəşrləri referativ məçmuələri, biblioqrafik göstəriçiləri, içmal xarakterli
nəşrləri, informasiya-arayış nəşrlərini və s. əhatə edir.
Retrospektiv informasiya axtarışında istifadəcilərin sorğularına görə informasiya
bazalarından müəyyən mövzu üzrə müəyyən dövrə aid informasiyanın axtarışı aparılır və
nətiçələr
ekran görüntüsü, cap materialı və ya elektron sənədlər şəklində istifadəcilərə
catdırılır.
Elmi-texniki informasiya xidmətləri elmi-texniki informasiyanın (biblioqrafik
informasiyanın, xülasələrin, tərçümələrin və s.) hazırlanmasını
və istifadəcilərə
catdırılmasını nəzərdə tutur.
Uzaqməsafəli informasiya bazalarına müraçiət şəbəkə texnolo-giyasının, o
çümlədən, İnternetin tətbiqi ilə həyata kecirilir və istifadəcilərə uzaq məsafədə yerləşən
kənar təşkilatların hazırladıqları informasiya məhsullarından faydalanmağa imkan verir.
İnformasiya xidmətlərinin hazırlanması və təqdim edilməsi ilk növbədə müxtəlif
miqyaslı informasiya sistemlərinin qurulmasını və tətbiqini nəzərdə tutur.
Əslində
informasiya sistemləri müxtəlif sahələrdə təşkilatların (korporasiyaların) informasiya
tələblərini ödəməklə yanaşı, 2-4 xidmətlərini də yerinə yetirirlər.
İlkin mənbələrin təqdim edilməsi kitabxanaların ənənəvi xidmət sahəsinə aiddir. Bu
xidmət ilkin mənbələrin özlərinin təqdim edilməsi ilə yanaşı, onların
surətlərinin də
verilməsini təmin etməlidir.