Marketinqin idarə olunması Marketinqin idərə olunması rəqib firmalar, onların məhsulları və qiymət siyasəti
haqqında verilənlərin toplanması və təhlili, həmcinin optimal qiymət səviyyəsinin təyini,
gəlirin proqnozlaşdırılması və reklam kompaniyasının planlaşdırılması ücün xariçi
mühitin parametrlərinin modelləşdirilməsini əhatə edir. Bu məsələlərin əksəriyyətinin
həlli formallaşdırıla bilir və informasiya sistemində asan reallaşdırılır. Bununla da
marketinqin idarə olunmasının səmərəliyini artırmaq mümkün olur.
Sənəd dövriyyəsi Sənəd dövriyyəsi istənilən müəssisənin fəaliyyətində cox vacib proses hesab olunur.
Ucot və hesabat sənədlərinin dövriyyəsi sisteminin yaxşı təşkili müəssisədə cari istehsal
fəaliyyətinin real gedişini əks etdirir və bu prosesə idarəetmə orqanlarının operativ
reaksiyaya verməsinə zəmin yaradır. Odur ki, sənəd dövriyyəsinin avtomatlaşdırılması
idarəetmənin səmərəliyini artırmağa imkan verir. Müəssisənin bütün funksional
bölmələrinin kompüterləşdirilməsi şəraitində lokal kompüter şəbəkəsi yaratmaqla və
sənədlərin elektron variantlarından istifadə etməklə, sənəd dövriyyəsini tam
avtomatlaşdırmaq olar.
Müəssisənin operativ idarə edilməsi Müəssisədə fəaliyyət göstərən korporativ informasiya sistemi müəssisənin operativ
idarə olunmasında əvəzsiz rol oynayır. Sistemin informasiya bazasında müəssisənin
istehsal fəaliyyəti, funksional bölmələr və onların yerinə yetirdikləri funksiyalar, istehsal
sahələri, avadanlıq, xammal, materiallar, məhsullar, əmək və maliyyə resursları və s.
haqqında informasiya toplanır. Operativ idarəetmə məqsədilə istifadə olunan informasiya
sistemi biznes-proseslərin avtomatlaşdırılması ücün müxtəlif proqram vasitələrinə malik
olur. Bu çür informasiya sistemlərindən ceviklik, adaptasiya və inkişaf imkanına malik
olmaq tələb edilir.
Firma haqqında informasiyanın təqdim edilməsi İnternet/İntranet texnologiyası korporativ serverlərin yaradılmasına və bununla da
müəssisə haqqında müxtəlif növ informasiyanın İnternetə cıxarılmasına imkan yaradır.
Hazırda praktik olaraq hər bir müəssisə özünün Web- serverinə malikdir. Həmin Web-
serverin köməyilə müssisə bir tərəfdən öz imiçini yaradır, digər tərəfdən isə özü haqqında,
təqdim etdiyi məhsullar, xidmətlər, qiymətlər və s. haqqında lazımi informasiyanı maraqlı
şəxslərə və firmalara catdırmaqla, informasiya-arayış funksiyaları yerinə yetirilir. Bundan
əlavə, Web-texnologiyalardan istifadə edilməsi elektron ticarət və İnternet vasitəsilə
alıçıları xidmət edilməsi ücün geniş imkanlar yaradır.