Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

8.
 
Verilənlər bazasının konsepsiyası 
 
Müasir informasiya sistemləri verilənlər bazası konsepsiyası əsasında qurulur. 
Verilənlər bazası (VB) bir-birilə qarşılıqlı əlaqələndirilmiş, eyni prinsiplərlə və vasitələrlə 
təsvir olunan, saxlanılan və idarə olunan, müxtəlif istifadəçilər tərəfindən müxtəlif 
məqsədlər üçün istifadə olunan verilənlər toplusudur. Verilənlər adətən fayllarda 
(cədvəllərdə) 
saxlanılır. Verilənlər bazası konsepsiyasının əsas prinsipləri 
aşağıdakılardır:
1.
 
Saxlanan verilənlərdə təkrarlanmaların aradan qaldırılması. Eyni verilənlər 
bir neçə faylda aşkar edildikdə həmin verilənlər bir faylda saxlanılmaqla, digər fayllardan 
çıxarılır və fayllar arasında əlaqə yaratmaqla onlara müraciət təmin olunur. 
2.
 
Verilənlərin mərkəzləşdirilmiş idarə olunması. Faylların emalından fərqli 
olaraq, mərkəzləşdirilmiş idarəolunma verilənlərin bazaya daxil edilməsi, dəyişdirilməsi, 
silinməsi və axtarışı əməliyyatlarının VB daxilində eyni üsul və vasitələrlə (proqramlarla) 
aparılmasını nəzərdə tutur. 
3.
 
Verilənlərin müstəqilliyi. Verilənlərin tətbiqi proqramlardan və əksinə, tətbiqi 
proqramların verilənlərdən asılı olmaması çox vacib məsələdir. VB-də bu məsələ 
verilənlərin çoxsəviyyəli müstəqil təsviri və bu təsvirlərin yaradılma mexanizmlərinin 
müstəqilliyi ilə əldə edilir. Nəticədə, verilənlərin məntiqi və fiziki səviyyələrdə 
dəyidirilməsinin tətbiqi proqramlara təsiri aradan qaldırılır.
4.
 
Verilənlərin tamlığının təmin edilməsi. Təkrarlanmaların aradan qaldırılması 
eyni verilənlərin müxtəlif fayllarda yol verilən uyğunsuzluqlarını aradan qaldırmağa 
imkan verir. Lakin bəzi hallarda təkrarlanmaları tam aradan qaldırmaq mümkün olmur. 
Bu halda eyni verilənlərin müxtəlif fayllardakı qiymətləri arasında uyğunluğun təmini 
üçün VB-də lazımi vasitələr nəzərdə tutulur. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin