6. İnformasiya sistemlərinin xidmətləri İnformasiya sisteminin əsas vəzifəsi istifadəçilərə informasiya xidməti
göstərməkdir. İnformasiya xidməti informasiya məhsulu və resursu anlayışları ilə
bilavasitə bağlı olduğundan, onlara ətraflə baxaq.
Resurs (ressourees) fransız sözü olub, nəyinsə ehtiyatı, mənbəyi deməkdir. Klassik
iqtisadi kateqoriyalar kimi məlum olan material resursları, təbii resurslar, əmək resursları,
maliyyə resursları, enerji resursları ilə yanaşı müasir informasiya çəmiyyətində
«informasiya resursları» anlayışı da özünə yer tapmışdır.
İnformasiya resursları dedikdə ayrı-ayrı sənədlər və sənədlər massivləri, həmçinin
informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, verilənlər banklarında
və digər informasiya sistemlərində) toplanan sənədlər və sənədlər massivləri başa düşülür
[10]. İnformasiya resurslarını təşkil edən sənədlərdə və sənədlər massivində onları
yaradan insanların bilikləri müxtəlif formalarda əks olunur. Odur ki,
informasiya resursları - insanlar tərəfindən hazırlanan, çəmiyyətdə sosial məqsədlərlə istifadə olunan
və material daşıyıçılarda (kağız, maqnit lenti, maqnit diski və s.) qeyd olunan biliklərdir.
Biliklər kimi başa düşülən informasiya resursları onları toplayan, ümumiləşdirən,
təhlil edən, hazırlayan insanlardan alınaraq, sənədlər, verilənlər bazaları, biliklər bazaları,
alqoritmlər, kompüter proqramları, həmcinin inçəsənət əsərləri, ədəbiyyat, elm şəklində
materiallaşdırılır.
Hazırda informasiya resurslarının kəmiyyət və kefiyyət baxımından
qiymətləndirilməsi və həmcinin çəmiyyətin ona olan tələbatının proqnozlaşdırılması ücün
metodologiya yoxdur. Bu isə informasiya resursları şəklində toplanan informasiyanın
səmərəliyini azaldır və sənaye çəmiyyətindən informasiya çəmiyyətinə kecid müddətini
artırır. Bundan əlavə, informasiya çəmiyyətində informasiya resurslarının istehsalı və
yayılması sahəsində nə həçmdə əmək resurslarının çəlb edilməsi bəlli deyil. Şübhəsiz ki,
gələçəkdə bu problemlər öz həllərini tapaçaqlar.
Əhəmiyyətinə görə ölkənin, bölgənin, təşkilatın informasiya resurslarına xammal,
enerji, qazıntı ehtiyatları və s. kimi resurslara analoji olaraq strateji resurslar kimi
baxılmalıdır.
İnformasiya resursları informasiya məhsullarının hazırlanması ücün baza rolunu
oynayırlar. İnformasiya məhsulu insanın intellektual fəaliyyətinin nətiçəsi olmaqla,
istənilən fiziki xassəyə malik material daşıyıçısında sənədlər, məqalələr, kitablar,
xülasələr, proqramlar və s. şəklində yazılıb təsbit olunmalıdır.