Informasiya sistemləRİ


verilənlərin adminstratoru



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

verilənlərin adminstratoru 
adlanan bir və ya bir neçə 
şəxsdən ibarət qrup daşıyır. Verilənlərin adminstratoru verilənləri yaxşı anlamalı və 
müəssisənin idarə olunması üçün hansı verilənlərə ehtiyac olmasını bilməlidir. 
Verilənlərin administratorunun vəzifələrinə aşağıdakılar aiddir:

Verilənlərin aktuallığını təmin etmək; 

Verilənlərə xidmət zamanı mövcud qaydalara əməl olunmasına və istifadəçilərin 
sorğularının təmin olunmasına nəzarət etmək; 

Verilənlərin mühafizəsini təmin etmək. 
Verilənlərin adminstratorunun tələblərinin yerinə yetirilməsi verilənlər bazasının 
adminstratoru tərəfindən aparılır. Verilənlər bazasının adminstratoru bir və ya bir neçə 
peşəkar mütəxəssisdən ibarət olan qrupdur. Verilənlər bazası adminstratorunun vəzifəsi 
verilənlər bazasını yaratmaq, onun yeniləşdirilməsini, təshihini və istifadəçilərin 
sorğularının cavablandırılmasını təmin etməkdir. O, həmçinin sistemin operativliyinə və 
texniki təminatına da cavabdehlik edir. 
Paylanmış informasiya sistemi (PİS)
paylanmış verilənlər bazasında verilənlərin 
paylanmış emalını yerinə yetirir. Paylanmış emal o deməkdir ki, müxtəlif məsafələrdə 
yerləşdirilmiş kompüterlər kommunikasiya şəbəkəsi ilə bir-biri ilə əlaqələndirilir və 
verilənlərin emalı şəbəkənin kompüterləri arasında bölüşdürülür. Müxtəlif kompüterlər 
arasında əlaqə şəbəkəni idarə edən xüsusi proqram vasitəsi ilə əldə edilir.

Hazırda PİS üçün ən perspektivli kliyent – server arxitekturası hesab olunur. Bu 


arxitekturanın geniş yayılmış variantı kompüter şəbəkəsindən və paylanmış verilənlər 
bazasından ibarət olur. Paylanmış verilənlər bazası server-kompüterdə yerləşdirilən 
korporativ verilənlər bazasından (KVB) və terminal kompüterlərdə yerləşdirilmiş fərdi 
verilənlər bazasından (FVB) ibarət olur.
Server 
dedikdə kompüter şəbəkəsinin resursunu idarə edən kompüter (proqram), 
kliyent
dedikdə isə, həmin resursdan istifadə edən kompüter (proqram) başa düşülür. 
Kompüter şəbəkəsinin resursu rolunda verilənlər bazaları, fayl sistemləri, poçt xidməti, 
məlumat xidməti və s. çıxış edə bilər. Serverin tipi onun idarə etdiyi resursun növü ilə 
təyin olunur. Məsələn, əgər idarə olunan resurs verilənlər bazasıdırsa, onda uyğun server 
verilənlər bazası serveri adlanır.

Informasiya sisteminin kliyent – server arxitekturası ilə təşkilinin üstünlüyü ondan 


ibarətdir ki, burada ümumi korporativ informasiyanın mərkəzləşdirilmiş saxlanması, 
idarə olunması və həmin informasiyaya kollektiv müraciətlə yanaşı, fərdi informasiya ilə 
fərdi işləmək imkanları da var. 
 
 
 
 
 
 
Şəkil 2. Paylanmış informasiya sisteminin sadələşdirilmiş strukturu
Korporativ VB server VBİS (məsələn, MS SQL Server və ya Oracle Server) idarəsi 
altında yaradılır, təmin olunur və fəaliyyət göstərir. Fərdi VB-nin və onların tətbiqlərinin 
yaradılması və idarə olunması üçün Access Fox Pro, Paradox və s. kimi VBİS-lərdən 
istifadə olunur.
Müəssisə və təşkilatın ölçüsündən və həll olunan məsələlərin xüsusiyyətlərindən asılı 
olaraq informasiya sistemi aşağıdakı konfiqurasiyalardan biri ilə qurula bilər: 
-
həm korporativ, həm də fərdi bazaları özündə saxlayan kompüter-server; 
-
kompüter-server və hər bir fərdi VB üçün fərdi kompüter; 
-
bir neçə kompüter-server və kompüter-kliyent. 
Şəbəkə PT 
Server 
1-ci kliyent 
n-ci kliyent 
Server 
VBİS 
KVB
VBİS 
FBV 
VBİS 
FBV 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin