Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə33/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   29   30   31   32   33   34   35   36   ...   260
Sərraf Şiruyə             
                           
                          
 
 
34 
 
HİKMƏTDİ, HİKMƏT 
 
Qanmaz ağlayarsa, fərqinə varma, 
Qanan ağlayarsa, dəhşətdi, dəhşət. 
Qanmazın gülməyi mənasız heçdi, 
Qanan qəh-qəh çəksə hikmətdi, hikmət. 
 
Çiydi çiy danışan, yaxına qoyma. 
Aqilə, arifə yox özgə ayma. 
Qanmaz baş əysə də hörmətdən sayma
Qananın salamı hörmətdi, hörmət. 
 
Şiruyə, haqsızı çağır düz yola
Bəlkə sözlərindən nəsihət ala. 
Qanmazın susmağı inanma ola, 
Qananın susmağı ismətdi, ismət. 
 
 
 
ATALAR 
 
Cahil mal, ağıllı kamal, 
Axtarar – deyib atalar. 
Əyilməyən güc, qüvvəti, 
Söz ilə əyib atalar. 
 
Kim olsa elin gərəyi
Ona veriblər ürəyi. 
Süfrələrdən duz-çörəyi
Düz kəsib, yeyib atalar. 
 



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin