Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə32/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   28   29   30   31   32   33   34   35   ...   260
             
                           
                          Susma, ürək…
 
 
33 
 
VAR 
 
Gərək düşünəsən dərindən dərin
Zirvəyə qalxmağın enməsi də var. 
Yanan bir məşəlin, odun, ocağın, 
Axırda kül olub sönməsi də var. 
 
Yüz fitnə feli var xal bildiyinin
Dəyib ötməsi var kal bildiyinin
O dilsiz, ağızsız lal bildiyinin
Üzə qabarması, dinməsi də var. 
 
Az şeydən başlayır işin əsası, 
Söz-sözü gətirir, qisas qisası. 
Sevincin kədəri, şadlığın yası, 
Taleyin tərsinə dönməsi də var. 
 
Axırı puçluqdu hər zərli taxtın, 
Ömrünü şöhrətə nahaqdan yaxdın. 
Tənəzzül qoynunda inləyən baxtın, 
Tərəqqi atına minməsi də var. 
 
Şiruyə, yarıdan keçibdi yaşın, 
Bu qədər havalı gəzməsin başın. 
Çox da bel bağlama, yarın, yoldaşın, 
Əhdindən, eşqindən dönməsi də var. 
 
 



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin