|
Susma, ürək…
51
Söyləmək çətindi işin düzünü,
Bərəldir köpəklər sənə gözünü.
İnsan yüz cilidə salıb özünü,
Yaxşıdı, yamandı sınamaq olmur.
Sərraf Şiruyəyəm, kəsib bərələr,
Hər yandan qanını sorur birələr.
Bayatı oxuyur sənə fərələr,
Bir yol qanad çalıb, banlamaq olmur.
YIXDI MƏNİ
Palıdıydım, qasırğalar yıxammadı,
Öz içimdən yeyən qurdlar yıxdı məni.
Şimşək çaxdı, daşqın gəldi yıxammadı,
Çınqıllardan gələn odlar yıxdı məni.
Yuxularda görüşürəm o çağlarla,
Doğulduğum, böyüdüyüm bucaqlarla.
Dolu süfrə, yanar odlu ocaqlarla,
Yağılara qalan yurdlar yıxdı məni.
Bu torpağa öz övladı zərbə vurdu,
Doğmaları bir-birinə tələ qurdu.
Düşmənimə özümünkü arxa durdu,
Güclənərək zalım yadlar yıxdı məni.
Xəyallardan gəlib keçir nələr, nələr...
Oğul deyin neçə ana qaldı mələr.
Şiruyəyəm, bu millətə biganələr...
Bu Vətənə bəd övladlar yıxdı məni.
|
|
|