Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə47/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   43   44   45   46   47   48   49   50   ...   260
 
 
 
 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
50 
 
VALLAH 
 
Qoyursan qəbirə torpaq çökəlir, 
Qozbeli qəbir də düzəltmir vallah. 
Aqili, arifi qocaldır dünya, 
Arsızı, qanmazı qocaltmır vallah. 
 
Patpatı əyirsən yenə düzəlir, 
Çəkdiyin zəhmətlər qəlbini dəlir. 
Çoxları meydana yedəkdə gəlir, 
Əməllər alçaldır, ucaltmır vallah. 
 
Ay Şiruyə, qadağa ver sözünə, 
İsmətsizlər çox kül atıb gözünə. 
Hər nə desən qeyrətsizin üzünə
Nə əsər eləmir, nə çatmır vallah. 
 
 
 
OLMUR 
 
Yüz boya içində gəzir cavanlar, 
Cinsinin növünü anlamaq olmur. 
Saçlı oğlanları, şalvarlı qızı, 
Yalvarıb-yaxarıb yanlamaq olmur. 
 
İnsanlıq qalmayıb insan qanında, 
Səslənmir muğamlar tar, kamanında. 
İnam elə itib dostun yanında, 
Molla bitiyini donlamaq olmur. 
 



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin