Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə43/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   39   40   41   42   43   44   45   46   ...   260
Sərraf Şiruyə             
                           
                          
 
 
46 
 
Bugünkünü sabah danır, 
Xam axtarır, özgə anır, 
Nə qandırır, nə də qanır, 
Ayı oğlu, ayı kimi. 
 
Şiruyəyəm, qınayıram, 
Barmaq silkib yanayıram. 
Mən yaltağı tanıyıram: 
Qurumsağın tayı kimi. 
 
 
UZAQDI Kİ, UZAQDI 
 
Yaxşılığı, yamanlığı duymayan, 
İraq üzdən, ulaqdı ki, ulaqdı. 
Öz yerini, öz sözünü bilməyən, 
Vallah, uzunqulaqdı ki, qulaqdı. 
 
Yaxşı yaxşı, pis də pisdi, – bəs necə? 
Aydın günə tay olarmı bəs gecə? 
Susuzluqdan yananlara gölməçə, 
Billur gözlü bulaqdı ki, bulaqdı. 
 
Pirkamaldı insanlıqdan doymayan, 
Ad ucaldıb bəd şöhrətə uymayan. 
Şiruyəni anlamayan, duymayan, 
İnsanlıqdan uzaqdı ki, uzaqdı. 
 

Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin