Susma, ürək…
47
AXMAQLIQ OLAR
Mənəm deyənləri öz cızığına,
Qaytarıb qoymasan axmaqlıq olar.
Süfrəyə, çörəyə xor baxanları,
Soğantək soymasan axmaqlıq olar.
Tənə sözü nadan
salmaz ürəyə,
Ya
atar peysərə, ya da kürəyə.
Vaxtsız quduranı çatıb dirəyə,
Nehrətək yaymasan axmaqlıq olar.
Deməyin Şiruyə nə qoçaq çıxıb,
Neyləyim, nəqabil yersiz hayıxıb.
Boksdan döşəyib, qabağa yıxıb,
Üstündə saymasan axmaqlıq olar.
DEYƏK
Daha
bəylər bəy həddini keçibdi,
Gərəkdir onlara padişah deyək.
Ağaların
qulluğuna gedəndə,
Titrəyə-titrəyə bismillah deyək.
Bəylər saldı badalağa milləti,
Döndərdilər yapalağa milləti,
Öyrətdilər şapalağa milləti,
Çapan çalıb, indi şahənşah deyək.