Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə52/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   48   49   50   51   52   53   54   55   ...   260
             
                           
                          Susma, ürək…
 
 
55 
NƏ YAMAN ARTIB 
 
Nə yaman çoxalıb “Keçəl Həmzə”lər, 
Xainlər, xəbislər nə yaman artıb? 
Nə yaman bulanıb insan amalı, 
Şeytanlar, iblislər nə yaman artıb? 
 
Nə yaman unudub kökünü millət
Oyuncaq yerinə qoyulub ismət. 
Altuna satılır ünsiyyət, ülfət, 
Nəlayiq nakəslər nə yaman artıb? 
 
Tamah da, nəfis də pula bağlanıb, 
Arzu da, həvəs də pula bağlanıb, 
Qeyrət də, nəfəs də pula bağlanıb, 
Bu iyrənc həvəslər nə yaman artıb? 
 
Pul ata olubdu, qardaş olubdu
Dərdimənd olubdu, sirdaş olubdu, 
El-mahal olubdu, yoldaş olubdu, 
Pulsuza qəfəslər nə yaman artıb? 
 
Dinar yoxsa, qaysaxlamır yaralar, 
Müşkül dərdə tapılmayır çaralar. 
Nə yaman çoxalıb “hacıqara”lar, 
Acgözlər, xəsislər nə yaman artıb? 
 
Şiruyə, fanidən kim alıb kamı? 
Hansı bir ömürün sönməyib şamı? 
Dünyanı dörd əlli tutubdu hamı, 
Həris bəhsə-bəhslər nə yaman artıb? 
 



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin