Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə54/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   50   51   52   53   54   55   56   57   ...   260
             
                           
                          Susma, ürək…
 
 
57 
 
ÇALACAQ 
 
Nə qədər ki, vəzifən var, 
Hamı sənə əl çalacaq. 
Yaltaq dostlar zümzümədə: 
“Hərdən bizə gəl” çalacaq. 
 
Kimi sevəcək səsini, 
Kimi salacaq bəhsini. 
Qəlbindəki nəfəsini, 
Neçə fitnə-fel çalacaq. 
 
İqbal səndən dönən kimi, 
Bəxt ulduzun sönən kimi, 
Vəzifədən enən kimi, 
Hərə bir cür dil çalacaq. 
 
Yaltaq dostlar keçəcək yan, 
Qəzəblənib coşacaq qan, 
Yaxşı, pisi çarxı zaman, 
Neçə-neçə il çalacaq. 
 
Şiruyətək duy dünyanı, 
Mənəm deyən şahlar hanı? 
Anan çalıb ilk laylanı, 
Son laylanı el çalacaq. 
 
 

Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin