Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə57/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   53   54   55   56   57   58   59   60   ...   260
 
 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
60 
 
KORLADI 
 
Göy titrəsə dağılmazdı bu dünya, 
Hökmdarlar bu dünyanı korladı. 
Tamahı qılıncdan iti olanlar
Bu dövranı, bu zamanı korladı. 
 
Haqsız əydi haqq deyənin qəddini
Görməmiş gədələr aşdı həddini. 
Seyid tamahına satdı cəddini, 
Axund, molla din-imanı korladı. 
 
Gördükcə yaşılbaş, qırmızı donlu, 
Getdi qulluğuna xonçalı, xonlu. 
Zinalıq eylədi ətəyi unlu
Dəyirmançı dəyirmanı korladı. 
 
Çoxu ac qurd kimi gəzdi dumanlıq, 
Sevdi yarasatək zülmət-qaranlıq. 
Əyyaşlar, dəyyuslar etdi haramlıq, 
Namussuzlar təmiz qanı korladı. 
 
Şiruyə pozmadı sədaqətini, 
Söylədi hər yanda həqiqətini. 
Satdı altunlara ləyaqətini
Şux gözəllər gözəl canı korladı. 
 
 
 
 
 



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin