Sərraf Şiruyə
58
BİLİNMİR
Dünyanın işləri dolaşıq düşüb,
Aqili, arifi, gici bilinmir.
Zəmanə dəyişib,
dövran dəyişib,
Yaxşısı, yamanı, bici bilinmir.
Baş
açmaq çətindi hiylə, kələkdən,
İblislər bac alır, huri-mələkdən.
Söyüd silkələnir xırda küləkdən,
Palıdın, cökənin gücü bilinmir.
Ay Şiruyə, ağ qaraya qatılıb,
Qeyrət, ismət çöldən-çölə atılıb.
Günahsız yazığın qolu çatılıb,
Günahkar kimsənin suçu bilinmir.
DÖNÜB İNDİ
Dönüb çarxı-zamana, iti tamahlar üçün,
Dünya yağlı quyruğa, plоva dönüb indi.
Caynağı tutanların pulu dağlar oynadır,
Fəqir-füqəra üçün pul ova dönüb indi.
Dilənçilik, dilənmək bayaq quru söz idi,
Bu gün milyonu kеçib, dünən əlli, yüz idi,
Kasıb üçün еhtiyac, kül altında köz idi,
Altdan-altdan qorlanıb, alova dönüb indi.